"AZƏrbaycan xəZƏr dəNİz gəMİÇİLİYİ" qsc a zərbaycan döVLƏt dəNİz akademiyasi "GƏMİ SÜRÜCÜLÜYÜ


Sərbəst düşmə metodu ilə endirilən qayıqlar



Yüklə 2,78 Mb.
səhifə5/5
tarix31.12.2021
ölçüsü2,78 Mb.
#81125
1   2   3   4   5
Təcrübə hesabatı Asiman

Sərbəst düşmə metodu ilə endirilən qayıqlar

Maili meydançadan sərbəst düşmə metodu ilə endirilən qayıqlaın endirilməsi qayıq tiri vasitəsilə endirilmə qarşısında müəyən üstünlükləri mövcuddur.

Qayıq işlək mühərriklə suya atılma üçün hesablanmışdır.qayıq suya endirilənə qədər sərt tipli xilasetmə jiletlərini geyinmək tövsiyə olunmur.

Endirmə zamanı qayıq gəmiyə çırpılmalara məruzə qalmır.Atıldıqdan sonra qayıq gəmidən böyük məsafəyə uzaqlaşır.

Gəmidə 16 ədəd şlyupka göyərtəsində sal mövcuddur.Bu sallar 2 ədəd insan vasitəsilə suya atılır.Sonra onun lini çəkilərək sal açılır.Salın üzərindəki linin uzunluğu 30m-ə bərabərdir.Əgər gəmi qəzaya düşdükdə Salı suya atmaq mümkün deyilsə 4,5m-ə dərinliyə qədər hidrostat təzyiq nəticəsində avtomatik olaraq açılır və sal gəmidən ayrılır.Xilasedici sallar kollektiv xilasetmə vasitəsi kimi olduqca geniş istifadəyə malikdirlər.Sal hər zaman istifadəyə hazırdır və o kifayət qədər etibarlıdır-tez və asanlıqla suya salına bilir-soyuqdan,küləkdən və dəniz suyundan nisbətən yaxşı mühafizəni təmin edir-gəmi göyərtəsində az yer tutur-suya salınması üçün mürəkkəb ləvazimatlara ehtiyac yoxdur-nisbətən ucuzdur və saxlanılan zaman gündəlik qulluğu tələb etmir.

Sallar 18 metr hündürlükdən atılmağa dözümlü olmalıdır.İşəsalma kəndirinin uzunluğu 28 metr olmalıdır.Hər bir hava şəraitində 30 sutka qalmalıdır.



  • Marpol 73/78-ə əsasən dənizin çirklənməsinin qarşısının alınması üçün tələblər vardır.Gəmidə zibillər korma hissədə zibil yeşiklərində siniflərinə uyğun olaraq toplanır və sonra uyğun yerlərə təhvil verilir.



  • “Sabit Orucov” s/g-nin kapitan körpüsündə aşağıdakı qurğular yerləşir və təyinatları:



  • Girokompas ”Standart-22” tipli almanya istehsalıdır.Girokompasdan GKK-u götürülür və onun düzəlişindən istifadə edərək HK tapılır.

HK=GKK+ GK



  • Maqnit kompası “KMOT-145”- Rusya istehsalıdır.Vexni palubada yerləşir.Maqnit kompasından istifadə edərək biz kursda gəmini saxlayırıq.



  • “Exalot F-3000”- Rusya istehsalıdır.Exalotdan dərinliyi ölçmək üçün istifadə olunur.Bu cihaz maksimum 3000m-ə qədər dərinliyi kildən hesablamağa imkan verir. 1000-ə qədər dərinliyi 8 gedişdə ölçmək mümkündür.

  • Laq “İEL-2M”-Rusya istehsalıdır.

Laqdan biz məsafəni və sürəti təyin etmək üçün istifadə edirik.

-Radar ; “KODEN 1810”

“Furuno FR-2115”

Bu radarların hər ikisi Yaponiya istehsalıdır.Radar 360 dərəcəlik dairə boyunca oriyentirlərə qədər olan məsafəni təyin etmək, həmçinin ətrafda olan cisim və digər gəmilərin yerini təyin edərək toqquşma təhlükəsinin qarşısını almaq üçün istifadə olunur.

-GPS“Furuno GP-80” Yaponya istehsalıdır. Bu cihazan biz enin dairəsini (şratanı- ) və uzunluq dairəsini (dalqatanı-µ) götürərək xəritədə gəminin yerini təyin edirik.Uzunluq dairəsi µ-a şərqə və qərbə doğru 180 dərəcəyə en dairəsi -i

şimala və cənuba doğru 90 dərəcəyə qədər hesablanır.





  • “NavTex NT-700” sahilyanı naviqasiyaya aid məlumatları qəbul edir.Həmçinin hava haqqında məlumatları da ekranda göstərin.



  • “UAİS FURUNO FA-150” yaponiya istehsalıdır.Gəmiləri müşahidə etmək üçündür.AİS-ə gəminin danıları yəni xüsusiyyətləri daxil edilir.



  • “VRK KAMEWA”- sükan

  • Gəmidə 2 ədəd Holla tipli lövbərlər yerləşir.

Çəkisi 1750 kq, lövbər zəncirinin kalibri 43mm

Sol lövbər zənciri 220m,sağ lövbər zənciri 220m-ə bərabərdir.Lövbərin kütləsi 1750 kq-dır.Lövbərlər “sağ lövbər və ya sol lövbər suya” komandası ilə suya endirilir.Lövbər zəncirləri markalanır-1-ci smiçkanın axırıncı həlqəsi,2-ci smıçkanın 1-ci həlqəsi, ikinci smıçkanın axırıncı 2 həlqəsi 3-cü smıçkanın əvvəl 2 həlqəsi və belə davam edir.Smıçkanın uzunluğu 27,5m olur.Sabit orucov gəmisində 9 smıçka olub,hər smıçka 25m olur.

Lövbər zəncirini vermək və yiğmaq üçün BRAŞPİL və ŞPİL qurğusundan istifadə olunur.

Braşpil və Şpilin əsas fərqləri : braşpilin oxunun üfüqi və şpilin oxunun vertikal olmasıdır. Şpilin mexanizmi onun alt hissəsində yerləşir.



  • Yanalma quröusundan gəmi körpüyə yaxınlaşan zaman və ya hansısa körpüyə yan alan zaman istifadə olunur.Yanalma qurğusuna aşağıdakılar daxildir.

  • Klyuzlar

  • Kraneslər

  • Knextlər

  • Burazlar

Lövbər quruluşunda həmçinin yanalma quruluşunun tərkibinə daxildir.

  • Ballast sistemi ballast götürülməsi, boşaldılmasına, gəminin suya oturumunu və kren_differenti dəyişmək məqsədi ilə istifadə olunur.Ballast sistemi gəminin suya oturumunu tənzimlənməsi məqsədilə və yük əməliyyatı zamanı kren və differentinkompensasiya edilməsi üçün istifadə edilir.Ballast sistemində istifadə olunan borular mümkün olduğu ölçüdə maşın qaydaları və istəklərinə uyğun olmalıdır.Ballast sisteminin boruları termoplastik və ya karbonlu borular olur.borular həm də pas atmayana poladdan hazırlanır.

Quruducu sistem-buraxıla bilən lren və differenti saxlamaq istənilən hər hansı bir bölmədən yığılmış suları xaric etmək qabiliyyətinə malikdir.quruducu sistem aşağıdakı hissələrdən ibarətdir-

Nəticə

“Sabit Orucov” s/g- də qəza xəbərdarlıq işarə və simvolları ilə tanış oldum. Siqnalizasiyaların növləri ilə və siqnalizasiya verilən zaman nə edəcəyimlə bağlı məlumatlandırıldım. Bütün xilasetmə avadanlıqlarının haqqında məlumat əldə etdim və onlardan nece istifadə olunacağı öyrəndim. Gəmidə təhlükəsizlik qaydalarını öyrəndim.İlkin tibbi yardım göstərilməsini öyrəndim. Kapitan körpüsündə yerləşən naviqasiya cihazları ilə tanış oldum, onların iş prinsipi haqqında məlumatlandırıldım. Həmçinin , xəritədə gəminin yerinin təyin olunması, kurs xəttinin Girokompasdan götürülmüş girokompas kursu və girokompasın düzəlişi vasitəsilə tapılan Həqiqi kurs bucağı vasitəsilə çəkilməsini öyrəndim. Sonra xəritədə sirkulyasiya prosesi haqqında praktiki hesablamalar apardım. Lövbərlərin işə salınma mexanizmləri ilə və lövbər zəncirinin yiğilib verilməsi üçün lazım olan braşpil və şpilin hissələri və iş prinsipləri ilə tanış oldum. Yanalma kəndirlərinin sahilə verilməsi və onların təhlükəsiz bir şəkildə knextə bağlanmasını öyrəndim.
Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə