Azərbaycan Xəzərin hüquqi statu su ilə bağlı bütün məsələlərin qarşılıq lı faydalı tərəfdaşlıq ruhunda həllinə



Yüklə 29,99 Mb.
Pdf görüntüsü
səhifə1/8
tarix07.08.2018
ölçüsü29,99 Mb.
#61029
  1   2   3   4   5   6   7   8


Azərbaycan Xəzərin hüquqi statu-

su ilə bağlı bütün məsələlərin qarşılıq-

lı faydalı tərəfdaşlıq ruhunda həllinə 

əmindir.

Xarici İşlər Nazirliyinin mətbuat xid-

mətindən AZƏRTAC-a  bildiriblər  ki,  bu 

sözləri  Azərbaycan  Respublikasının  xa-

rici işlər naziri Elmar Məmmədyarov de-

kabrın 4-5-də Moskva şəhərində keçirilən 

Xəzəryanı dövlətlərin xarici işlər nazirlə-

rinin müşavirəsindəki çıxışında deyib.

Nazir  Elmar  Məmmədyarov  ötən 

dövr  ərzində  danışıqlar  prosesinin  işti-

rakçıları  tərəfindən  konvensiya  layihəsi 

üzrə mühüm işlərin görüldüyünü, yüksək 

səviyyəli beştərəfli görüşlər zamanı qəbul 

edilmiş  qərarların  və  əldə  edilmiş  razı-

laşmaların  bütün  xəzəryanı  dövlətlərin 

mövqelərinin mühüm dərəcədə yaxınlaş-

dırılmasına,  ümumilikdə  danışıqlar  pro-

sesinə güclü təkan verdiyini və mehriban 

qonşuluq münasibətlərinin daha da möh-

kəmləndirilməsi,  məhsuldar  əməkdaşlıq 

və  Xəzər  regionunda  sabitliyin  qorunub 

saxlanması üçün tarixi əhəmiyyət kəsb et-

diyini vurğulayıb.

Elmar  Məmmədyarov  bildirib  ki, 

Qazaxıstanda  keçirilməsi  planlaşdırılan 

xəzəryanı  ölkələrin  dövlət  başçılarının 

5-ci  Zirvə  toplantısına  qədər  bütün  açıq 

qalan  məsələlər  üzrə  konsensusun  əldə 

edilməsi üçün maksimum səylərin göstə-

rilməsi  zəruridir  və  konsensus  hamılıqla 

tanınmış  dünya  təcrübəsi  və  beynəlxalq 

dəniz  hüququnun  normalarının  nəzərə 

alınması ilə əldə edilə bilər.

Nazir qeyd edib ki, göstərilən səylər 

konvensiya  layihəsi  üzrə  uzun  illər  apa-

rılan  işlərin  nəticəsinin  möhkəmləndiril-

məsinə xidmət etməli və Xəzər dənizində 

dövlətlərin  qarşılıqlı  fəaliyyəti  və  əmək-

daşlığı üçün hərtərəfli hüquqi əsas yarat-

malıdır. Bu əsas hüquqi sənəd Xəzər də-

nizində  qarşılıqlı  münasibətlərin  gələcək 

arxitekturasının  möhkəm  təməlini  təşkil 

edərək Xəzər regionunda sabitlik və təh-

lükəsizliyin  daha  da  möhkəmləndirilmə-

sinə şərait yaradacaq.

Elmar  Məmmədyarov  diqqətə  çatdı-

rıb  ki,  terrorçuluq,  transmilli  mütəşəkkil 

cinayətkarlıq,  silahların,  narkotik  mad-

dələrin  qanunsuz  dövriyyəsi  və  insan 

alveri,  həmçinin  beynəlxalq  və  regional 

stabilliyə,  təhlükəsizliyə  çağırış  və  təh-

didlərə  qarşı  mübarizə  bütün  xəzəryanı 

dövlətlərin  səylərinin  birləşdirilməsini 

tələb edir.

O,  ticari-iqtisadi  və  mədəni  əlaqələ-

rin daha da genişləndirilməsi, habelə biz-

nes və turizmin inkişafına zəruri şəraitin 

yaradılması  üçün  sülh,  rifah,  sabitlik  və 

təhlükəsizlik  məkanı  kimi  Xəzər  dənizi-

nin qorunması üzrə birgə səylərin bundan 

sonra da davam etdirilməsinin vacibliyini 

qeyd edib. Xəzər dənizinin Xəzər regionu 

ölkələrinin xalqlarının rifahına və dünya 

enerji təhlükəsizliyinin təmin edilməsinə 

yönəlmiş bir çox beynəlxalq və regional 

layihələrin mühüm tərkib hissəsi olduğu-

nu bildirib.

Çıxışda  nazir  beynəlxalq  əməkdaşlı-

ğın  möhkəmləndirilməsi,  enerji  resursla-

rının hasilatı və beynəlxalq bazarlara nəql 

edilməsi  üzrə  investisiya  mühitinin  bun-

dan sonra da yaxşılaşdırılması, etibarlı və 

təhlükəsiz  kommunikasiyaların  yaradıl-

ması,  yüksək  rentabelli  və  ekoloji  təmiz 

texnologiyaların  cəlb  edilməsi  ilə  bağlı 

məsələlərin sahilyanı dövlətlərin mühüm 

prioritetləri kimi qalmaqda davam etdiyi-

ni diqqətə çatdırıb.

Qeyd  edib  ki,  Azərbaycan  tərəfi 

Xəzər  dənizinin  hüquqi  statusu  ilə  bağlı 

bütün  məsələlərin,  xüsusilə  də  Xəzərdə 

regional  sabitlik,  təhlükəsizlik,  iqtisa-

di  və  elmi-tədqiqat  fəaliyyəti  ilə  bağlı 

məsələlərin xəzəryanı dövlətlərin suveren 

hüquqlarına hörmət edilməsi və qarşılıqlı 

faydalı tərəfdaşlıq ruhunda, eləcə də tərəf-

lər arasında etimadın möhkəmləndirilmə-

si yolu ilə həll edilməli olduğuna əmindir. 

O da bildirilib ki, etimad tədbirləri bütün 

xəzəryanı  dövlətlər  üçün  bərabər  təh-

lükəsizlik şərtlərinin təmin edilməsindən 

ibarət olmalıdır. Xəzər dənizində sabitli-

yin  möhkəmləndirilməsi  bütün  tərəflərin 

maraqlarının nəzərə alınması ilə və bir-bi-

rinin  təhlükəsizliyinə  xələl  yetirmədən, 

xəzəryanı dövlətlərin suverenliyinə, ərazi 

bütövlüyünə, müstəqilliyinə hörmət edil-

məsinə əsaslanmalıdır.

Elmar  Məmmədyarov  Xəzər  dənizi-

nin  hüquqi  statusu  haqqında  Konvensi-

yanın  tezliklə  imzalanmasının  xəzəryanı 

dövlətlərin  müxtəlif  sahələrdə,  o  cüm-

lədən  Xəzərin  ekosisteminin  mühafizə 

olunması  məsələləri  üzrə  bundan  sonra-

kı  qarşılıqlı  fəaliyyəti  və  əməkdaşlığına 

yönəlmiş  səmərəli  tədbirlərin  yerinə  ye-

tirilməsinə xidmət edəcəyini diqqətə çat-

dırıb.


A Z

R B A Y C A N

X Z R D N Z G M

L Y


И

ИЧИ И И


A Z

R B A Y C A N

X Z R D N Z G M

L Y


И

ИЧИ И И


Qiyməti 50 qəpik

7 dekabr 2017-ci il    № 85-88 (9179) 

www.seanews.az

QƏZET

 

1931-ci ildən 

nəşr olunur

QƏZET

 

1931-ci ildən 

nəşr olunur

BU SAYIMIZDA

Gəmiçiliyin nümayəndəsi “dənizdə və 

Quruda neft dağılmalarına nəzarət” 

adlı konfransda iştirak edib

aXdG-də üzən heyətin işə Qəbulu ilə 

bağlı yeniliyin tətbiQinə başlanılıb

“Azərbaycan Xəzər 

Dəniz Gəmiçiliyi” QSC-

nin İnsan Resurslarının 

İdarəedilməsi Departamenti 

(İRİD) tərəfindən üzən heyə-

tin işə qəbulunda  yeniliyin 

tətbiqinə başlanılıb. 

“həyatımı dənizsiz təsəvvür etmirəm”

Azərbaycan Döv-

lət Dəniz Akademiyası 

(ADDA) Qazaxıstanın 

universiteti ilə memo-

randum imzalayıb.

Azərbaycan Dövlət 

Dəniz Akademiyasının 

beynəlxalq əlaqələri 

genişlənir. ADDA-nın bu 

istiqamətdə ən yaxın tərəf-

daşlarından biri Qazaxıstanın Ş.Yese-

nov adına Xəzər Dövlət Texnologiya və 



Mühəndislik Universitetidir. 

Xəzər hövzəsinin su səviyyəsinin 

dəyişmələri şimal yarımkürəsində 

iQlim dəyişmələri ilə əlaQədardır

27-28 noyabrda 

Bakıda “Confidence 

Capital” şirkətinin 

təşkilatçılığı, Azərbaycan 

Respublikası Fövqəladə 

Hallar Nazirliyi, BP,  

SOCAR və LAMOR 

şirkətlərinin dəstəyi ilə  

“Dənizdə və Quruda Neft 

Dağılmalarına  Nəzarət”  mövzusunda  

V praktiki  konfrans keçirilib. 

Əl Oyunları Sara-

yında  “KickBoxing Free 

Contact” idman növü üzrə 

“World Budo Martial Arts 

Cup 2017” dünya çempio-

natı keçirilib.

Azərbaycan Milli Elmlər 

Akademiyasının (AMEA) akade-

mik Həsən Əliyev adına Coğra-

fiya İnstitutunun elmi semina-

rında paleocoğrafiya şöbəsinin 

elmi işçisi Elşən Abdullayev 

“Mikropaleontoloji, mineroloji 

geokimyəvi məlumatlar əsa-

sında Xəzər hövzəsinin Plio-Pleystosen 

dövründə paleoşəraitin öyrənilməsi” 

mövzusunda məruzə edib.

Gündüz Qədimov 

1954-cü ildə Biləsuvar 

rayonunda doğulub. 

1970-ci ildə Politexnik 

Texnikumuna daxil 

olub. Əmək fəaliyyətinə 

Ağdam kənd təsərrü-

fatı texnika birliyinin 

təmir emalatxanasında 

çilingər kimi başla-

yıb. Burada cəmi bir il 

işləyib. Dəniz eşqi onu 1977-ci ildə 

“Xəzərdənizneftdonanma” idarə-

sinə gətirib.

səh. 3

səh. 6

azərbayCan dövlət dəniz 

akademiyası QazaXıstanın universiteti 

ilə memorandum imzalayıb

səh. 8

səh. 4

səh. 5

səh. 2

dənizçi Xanımın 

daha bir idman uğuru

Azərbaycan Respublikası-

nın Prezidenti İlham Əliyevin 

ölkədə neft yataqlarından sə-

naye üsulu ilə iki milyardıncı 

ton neftin hasili münasibəti 

ilə neft və qaz sənayesinin 

inkişafında xidmətlərinə 

görə təltif etdiyi “Azərbay-

can Xəzər Dəniz Gəmiçiliyi” 

QSC-nin bir qrup əməkda-

şına mükafatların təqdim 

olunması mərasimi keçirilib.

Tədbirdə çıxış edən “AXDG” 

QSC-nin sədri Rauf Vəliyev də-

nizçilərin neft sektorunun inkişa-

fındakı rolundan danışıb. Bildirib ki, on-

ların əməyi hər zaman ölkə başçısı İlham 

Əliyev tərəfindən yüksək dəyərləndirilib. 

Sədr iki milyardıncı ton neftin hasil edil-

məsi  münasibəti  ilə  imzalanan  sərən-

camlarda  dənizçilərin  unudulmadığının 

buna  sübut  olduğunu  deyib.  Göstərilən 

diqqətə görə kollektiv adından Prezident 

İlham Əliyevə dərin minnətdarlığını bil-

dirib.


Sonra  sədr    3-cü  dərəcəli  “Əmək” 

ordeni ilə təltif olunan Aslan Musayevə, 

“Əməkdar  mühəndis”  fəxri  adına  layiq 

görülən Fuad Qurbanova, “Tərəqqi” me-

dalı  ilə  təltif  olunan  Gündüz  Qədimov,  

Kamil  Muxtarov,   Adil  Şahgəldiyev  və 

Balaoğlan Dadaşeva yüksək mükafatları 

təqdim edib, onlara gələcək fəaliyyətlə-

rində uğurlar arzulayıb.

Xatırladaq ki, təltif olunanlardan As-

lan Musayev Xəzər Dəniz Neft Donan-

masının sabiq əməkdaşıdır.  Ümumilik-

də 65 il dənizçi kimi fəaliyyət göstərib. 

Onun 55 ili sırf neft sənayesi ilə bağlıdır.

Digər  beş  nəfər  isə  hazırda  

AXDG-nin müxtəlif strukturlarında fəa-

liyyətlərini davam etdirir.

dövlət təltiflərinə layiQ Görülən 

dənizçilərə mükafatlar təQdim olunub

ELMAR MƏMMƏDyAROV: “azərbayCan Xəzərin hüQuQi 

statusu ilə bağlı bütün məsələlərin QarşılıQlı 

faydalı tərəfdaşlıQ ruhunda həllinə əmindir”



Yüklə 29,99 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə