Azərbaycan XX əSRĠN ƏVVƏLLƏRĠNDƏ



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə4/69
tarix21.07.2018
ölçüsü1,91 Mb.
#57614
1   2   3   4   5   6   7   8   9   ...   69


 
1913-cü  ildə  12  bankın  42  nəfər  nümayəndəsi  ayrı-ayrı  neft  şirkətlərinin 
idarə  heyətlərində  96  vəzifəni  öz  əlinə  keçirmişdi.  Məsələn,  Peterburq  uçot  və 
kredit  bankı  sovetinin  üzvü  T.  V.  Belozerski  Rus  «Neft»  şirkəti  idarə  heyətinin 
sədri, digər bir şirkətin direktoru, üçüncüsünün heyət üzvü, həmçinin 20-dən artıq 
müəssisənin  idarə  heyəti  tərkibinə  daxil  idi.  Yaxud,  Rusiya-Asiya  bankı  idarə 
heyətinin sədri A. İ. Putilov bir neft şirkətinin direktoru, iki şirkətin idarə heyətinin 
üzvü idi. 
Bakı  neft  sənaye  şirkətlərinin  nümayəndələri  də,  öz  növbələrində, 
bankların  idarə  heyətlərinə  daxil  olurdular.  Məsələn,  nəhəng  inhisar  birliyinin 
başçısı E. L. Nobel Volqa-Kama bankının sədri idi və s. 
Beləliklə,  Azərbaycan  neft  sənayesində  iri  baik  və  sənaye  kapitallarının 
qovuşması nəticəsində güclü maliyyə hegemonluğu yaranmışdı. 
Neft  sənayesində  xarici  kapital  mühüm  rol  oynayırdı.  Xarici  kapital  neft 
sənayesinə, əsasən, səhmdar cəmiyyətlərinin səhmlərini ələ keçirmək, habelə kiçik 
şirkətləri satın almaq yolu ilə soxulurdu. 
Birinci  dünya  müharibəsi  ərəfəsində  Azərbaycanda  əsrin  əvvəlində 
olduğundan  10  dəfə  çox—112,6  milyon  manat  məbləğində  xarici  kapital  vardı. 
Bunun  54,3  milyon  manatı  ingilislərə,  48,3  milyon  manatı  fransızlara,  10  milyon 
manatı  almanlara  məxsus  idi.  Bu  zaman  neft  sənayesində  xarici  kapital  42  faiz 
təşkil edirdi. 
Neftin  çıxarılması,  emalı  və  satışı  sahəsində  üstünlük  uğrunda  şirkətlər 
arasında  güclənən  rəqabət  inhisar  birliklərinin  yaranmasına  gətirib  çıxartdı. 
İstehsalın 
təmərküzləşməsinin, 
kapitalın 
mərkəzləşməsinin, 
istehsalın 
ictimailəşməsinin  çox  yüksək  səviyyəyə  qalxması  bu  prosesə  güclü  təkan  verdi. 
Hələ 1900-cü ildə «Nobel qardaşları» şirkəti ilə Rotşildin «Mazut» şirkəti arasında 
«Nobmazut»  adlı  kardel  sazişi  bağlanmışdı.  Bu  sazişə  görə,  neft  satışı  bazarları 
həmin iki şirkət arasında bölünürdü. «Nobmazut», həmçinin, Xəzər vasitəsilə xeyli 
neft daşıyırdı. O, 1914-cü ilə qədər fəaliyyət göstərmişdi. 
1909-cu  ilin  əvvəlində  Nobel  və  digər  dörd  kapitalist  arasında  sulfat 
turşusu  sindikatı  yarandı.  Sindikat  öz  məhsulunu  ümumi  kontor  vasitəsilə  yüksək 
stabil qiymətə satırdı. 
Birinci  dünya  müharibəsi ərəfəsində  və  müharibə illərində Azərbaycanın 
neft sənayesində, əsasən, üç inhisar birliyi—«Nobel qardaşları», «Şell» və «Rusiya 
baş neft korporasiyası» hakim mövqe tutdu. 
«Nobel  qardaşları»  konsernin  neft 
mədənlərindən 
və 
emal 
müəssisələrindən əlavə, maye  yanacaq  daşıyan  13  dəniz  və  6  çay  paroxodu,  147 
barjı, 1923 sistern-vaqonu, çoxlu anbar və neft bazaları vardı. Onun təkcə Bakıdakı 
müəssisələrində 8 minə yaxın fəhlə və qulluqçu işləyirdi. 
1914-cü ildə konsern 44 milyon səhmdar kapitalla 9 şirkətə nəzarət edirdi. 
O,  təqribən  80  milyon  pud  neft  çıxarmış  və  başqa  şirkətlərin  110  milyon  puddan 
çox müxtəlif neft məhsullarını alıb, baha qiymətə satmışdı. 


10 
 
1917-ci  ilin  əvvəllərində  «Nobel  qardaşları»  konsernin  74  milyon  manat 
dəyərində  tərpənməz  əmlakı  və  45  milyon  manat  məbləğində  səhmdar  kapitalı 
vardı.  O,  25  iri  neft  sənaye  və  nəqliyyat  müəssisəsinin  90  milyon  manata  yaxın 
səhmdar kapitalını öz nəzarəti altına almışdı. 
1912-ci  ildə  xarici  bazarda  Amerika  və  ingilis  neft  birlikləri  tərəfindən 
sıxışdırılan  və  daxili  bazarda  «Nobel  qardaşları»  konserni  ilə  mübarizə  apara 
bilməyən  Paris  bankiri  Rotşild  özünün  neft  səhmlərinin  çox  hissəsini  dünya  neft 
inhisarçılarından  biri  olan  ingilis-holland  «Şell»  trestinə  satdı.  Hələ  əsrin 
əvvəllərində  Bakıda  ingilis  kapitalı  ilə  təşkil  edilmiş  bir  sıra  kiçik  şirkətlərin  də 
«Şell»in  tərkibinə  daxil  olması ilə trest  daha  da  böyüdü.  1914-cü  ildə  77  milyon 
səhmdar  kapitalla  11  şirkətə  nəzarət  edən  trest  80  milyon  puddan  çox  neft 
çıxarmışdı. 
1917-ci  ilin  əvvəllərində  «Şell»  13  şirkətin  ümumi  məbləği  90  milyon 
manatdan artıq olan səhmdar kapitalına nəzarət edirdi. 
1912-ci  ildə  Londonda  7  rus  bankı,  habelə  ingilis  və  fransız  bankları 
tərəfindən təşkil edilmiş «Rusiya baş neft korporasiyası» (qısaca olaraq «Oyl») çox 
iri inhisar birliyi idi. 
1914-cü  ildə  143  milyon  manatdan  çox  səhmdar  kapitalı  olan  «Oyl» 
korporasiyası  artıq  20-yə  yaxın  şirkəti  öz  nəzarəti  altına  almış,  bir  sıra  ticarət-
nəqliyyat   şirkətləri   ilə   sindikat   sazişi   bağlayaraq, onların 79 neft  stansiyası, 
23  paroxodu,  229  barjı  və  1800  sistern-vaqonunun  sərəncamçısına  çevrilmişdi. 
Həmin  dövrdə  korporasiya  hər  hansı  inhisar  birliyindən  xeyli  çox—110  milyon 
puda yaxın neft çıxarmışdı. 
1916-cı  ildə  «Oyl»un  tərkibində  ən  iri  şirkət  olan  Rus  «Neft»  şirkəti 
ayrılıb müstəqil konsern yaratdıqdan sonra korporasiya dağılmağa başladı. 
1917-ci  ilin  əvvəllərində  75  milyon  manat  səhmdar  kapitalı  olan  Rus 
«Neft»  konserni  40  milyon  puda  yaxın  neft  istehsal  etdi.  O,  səhmdar  kapitalının 
ümumi məbləği 110 milyon manata çatan 22 şirkəti öz nəzarəti altına aldı. 
Beləliklə,  Azərbaycan  neft  sənayesi,  demək  olar  ki,  bütünlüklə  səhmdar 
cəmiyyətlərinin əlində olub, kapitalizmin ən yüksək inkişaf səviyyəsinə çatmışdı. 
Çarizm  və  neftli  torpaqlar.  Dövlət-kapitalist  neft  təsərrüfatının 
yaradılması:  Neftli  torpaqlar,  əsasən,  xəzinənin  ixtiyarında  idi.  Abşeronda  cəmi 
6100 desyatin neftli torpaq sahəsi vardı. 1913-cü ildə Azərbaycanda istismar edilən 
neftli  torpaqların  ümumi  sahəsi  991  desyatinə  yaxın  olmuşdur.  Bu  torpaqların 
yarıya qədəri xüsusi sahibkarlara məxsus idi. 
Xüsusi sahibkarlara məxsus neftli sahələr, əsasən, bəy torpaqlarının və çar 
hökuməti  tərəfindən  «xüsusi  xidmətlərinə  görə»  zadəganlara,  hərbçilərə,  dövlət 
məmurlarına bağışlanmış torpaqların (bu torpaqların ümumi  sahəsi 97,5 desyatinə 
bərabər idi) satın alınması və ya uzun müddətə icarəyə götürülməsi yolu ilə əmələ 
gəlmişdi. 


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə