Azərbaycan XX əSRĠN ƏVVƏLLƏRĠNDƏ



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə5/69
tarix21.07.2018
ölçüsü1,91 Mb.
#57614
1   2   3   4   5   6   7   8   9   ...   69

11 
 
Neftli  torpağın  hər  desyatininə  görə  xəzinəyə  birdəfəlik  125  min  manat 
haqq  ödəyərək  həmişəlik  icarəyə  götürülən  sahələr  də,  əslində,  xüsusi  mülkiyyət 
hüququna malik idi. Xüsusi sahibkarlar özlərinin neftli sahələrindən əldə etdikləri 
hasilata müvafiq surətdə dövlətə pay ayırırdılar. 
Neftli  torpaqların  az  bir  hissəsi—21  desyatini  (2,1  faizi)  xəzinə-icma 
mülkiyyətinə məxsus idi. 
Xəzinə-icma  mülkiyyəti  dövlət  kəndlilərinə  məxsus  kiçik  sahələrdən 
ibarət  idi.  Həmin  torpaqlar  dövlətə  vergi  ödəmək  şərtilə  kəndlilər  tərəfindən   
icarəyə götürülürdü. 
1907—1908-ci  illərdə  Suraxanıda  qazılan  yeni  quyular  fontan  vurandan 
sonra,  hökumət  kəndlilərin  istifadəsində  olan  xəzinə-icma  torpaqlarını  alıb 
sənayeçilərə  icarəyə  verməyə  başladı.  Odur  ki,  XX  əsrin  başlanğıcında  65 
desyatinə  yaxın  sahəsi  olan  xəzinə-icma  torpaqlarının  1913-cü  ildə  yalnız 
1
/
3
 
hissəsi qalmışdı. 
Xəzinəyə  məxsus  neftli  sahələr,  başlıca  olaraq,  hərrac  vasitəsilə  icarəyə 
verilirdi. 
Lakin  bəzən  elə  olurdu  ki,  şirkətlər  hərrac  vasitəsilə  icarəyə  götürdüyü 
sahələrdə  istismar  işinə  başlamır,  ona  görə  də  xəzinəyə  çatacaq  müvafiq  payı 
ödəmirdilər. 
1912-ci il iyunun 17-də çar hökuməti «Xəzinəyə məxsus neftli torpaqların 
müqavilə üzrə icarəyə verilməsi haqqında qaydalar» qəbul etdi. 
Yeni qanuna görə, hərraca təqdim edilən neftli sahə üçün icarədarın hər il 
icbari  surətdə  ödəməli  olduğu  minimum  icarə  haqqı  norması  müəyyən  edilirdi. 
Minimum normadan artıq çıxarılan neft, dövlətə 20 faiz həcmində pay ayırmaqla 
icarədarın özünə qalırdı. Hər neftli sahə üçün dövlət tərəfindən əvvəlcədən 100 min 
(sonralar, hətta 400 min) manat məbləğində girov alınırdı. 
17  iyun  1912-ci  il  qanunu  əsasında  1913—1914  və  1916-cı  illərdə  dörd 
hərrac  keçirildi.  Bu  hərraclar  zamanı  ümumi  sahəsi  470  desyatin  olan  102  neftli 
sahə  təqdim  edildi.  İri  şirkətlər  nəyin  bahasına  olursa-olsun,  daha  çox  sahə  ələ 
keçirmək  üçün  qızğın  rəqabətə  girdilər.  Təklif  edilən  ilk  icarə  qiymətlərini 
ağlagəlməz  dərəcədə  yuxarı  qaldırdılar.  Hətta  bir  sahəyə  düz 78  dəfə  yeni  qiymət 
təklif  edilmişdi.  Yeni  sahələr,  faktik  olaraq, «Nobel  qardaşları»  və  «Oyl»  kimi iri 
qruplar  arasında  bölündü.  «Nobel  qardaşları»  şirkətinə  hər  hərracda  sahələrin 
təqribən 60 faizi çatdı. 
Yeni əsaslarda keçirilən hərraclar xəzinəyə xeyli gəlir gətirsə də, istehsalı 
artırmağa,  neft  və  neft  məhsullarının  qiymətini  aşağı  salmağa  çalışan  hökumətin 
ümidlərini doğrultmadı. Rusiya Dövlət Senatı göstərirdi: hərracların nəticəsi təsdiq 
etdi ki,  böyük  pay  ayrılmaları iri  şirkətləri  qorxutmur,  onların  məqsədi  xəzinənin 
ixtiyarında  olan  neftli  torpaq  ehtiyatını  öz  əllərinə  keçirib  neft  bazarının  sahibi 
olmaqdır, belə ki, inhisarlara bazarda neftin qiymətini yüksək səviyyədə  saxlamaq  
onun  hasilatını artırmaqdan daha sərfəlidir. 


12 
 
Məhz  bu  səbəbdən,  xəzinənin  ixtiyarında  minlərlə  desyatin  neftli  torpaq 
ehtiyatı  olduğu  halda,  həmin  ehtiyatdan,  demək  olar  ki,  istismara  yeni  sahələr 
verilmirdi. 
Beləliklə,  çarizmin  neft  hasilatını  artırmaq  sahəsində  göstərdiyi  cəhdlər 
uğursuzluqla 
nəticələndi. 
Mütləqiyyətin 
zadəgan-mülkədar 
quruluşunu 
möhkəmləndirməyə  yönəldilmiş  siyasəti neft  probleminin həllinə  ciddi maneçilik 
törədirdi.  İstismara  yeni-yeni  sahələr  buraxmaqla  neft  qıtlığını  aradan  qaldırmaq 
əvəzinə,  dövlət  mövcud  sahələrdən  get-gedə  daha  çox  pay  qoparmağa  çalışırdı. 
Çarizm yeni neftli sahələri ələ keçirməklə burjuaziyanın iqtisadi qüdrətinin daha da 
artacağından,  bununla  da  onun  siyasi  hakimiyyətə  təzyiqinin  güclənəcəyindən 
qorxurdu.  Xəzinə  çox  qiymətli  və  strateji  əhəmiyyətli  minlərlə  desyatin  neftli 
torpaq ehtiyatını həmişəlik itirmək istəmirdi. 
Bununla  belə,  çar  hökuməti  iri  istehsala  özünün  başlıca  dayağı  kimi 
baxaraq, təmərküzləşmə prosesinə hər vasitə ilə kömək edir, iri kapitalın bu sahəyə 
yönəlməsinə çalışırdı. Çünki, təkcə iri neft  şirkətləri və birlikləri hasilatı artırmaq 
üçün  geniş  maddi  və  maliyyə  imkanlarına  malik  olub,  böyük  dövlət  sifarişlərini 
təcili  və  vaxtında  yerinə  yetirməyə  qadir  idilər.  Onlar,  həmçinin,  özlərinin  çox 
güclü xarici rəqiblərinə qarşı inadla dayana bilərdilər. 
Müharibə  illərində  çar  hökuməti  neft  inhisar  birliklərinin  buraxdığı 
məhsulların daimi və ən imkanlı müştərisinə çevrildi. 
Hərbi  sifarişlər  almış  istehsal  birliklərinə  dövlət  müxtəlif  imtiyazlar  və 
güzəştlər  verirdi.  Ona  görə  də  dövlət  sifarişlərini  almaq  uğrunda  iri  kapitalist 
birlikləri arasında rəqabət xeyli gücləndi. 
 «Nobel qardaşları» şirkəti dövlətin ağ neftlə təchizatını demək olar ki, öz 
əlinə  almışdı.  O,  müxtəlif  hərbi  nazirlik  və  idarələrlə  sərfəli  müqavilələr 
bağlayaraq,  onları  təyyarə  benzini,  sulfat  turşusu,  sürtgü  yağları,  oleum,  benzol, 
toluol və hərbi sənayedə işlənən digər məhsullarla təchiz edirdi. 1915-ci ildə  şirkət 
müxtəlif  hərbi  istehlakçılara  illik  satılıq  neft  məhsullarının  70  faizi  qədər  mal 
göndərmişdi. 
1915-ci  ilin  iyununda  Mərkəzi  Hərbi-Sənaye  Komitəsinin  (MHSK)  Bakı 
hərbi-sənaye komitəci (BHSK) təşkil edildi. İri sənayeçilər və bəzi əlaqədar texniki 
ziyalılar  bu  komitəyə  daxil  edildilər.  Bakı  neft  sənayeçiləri  qurultayı  Şurasının 
(BNSQŞ)  sədri  A.  O.  Qukasov  eyni  zamanda  BHSK-nın  sədri  seçildi.  Komitə 
tezliklə dövlətdən xeyli sərfəli sifarişlər alıb, sənayeçilər arasında bölüşdürdü. 
Müharibə şəraiti dövlətin iri neft şirkətləri ilə qovuşmasına təkan verdi. 
Neftli  torpaqların,  Bakı—Batum  neft  kəmərinin,  Zaqafqaziya  dəmir 
yolunun, çox böyük  sistern-vaqon parkının, 100 milyon puddan artıq neft və neft 
məhsulları  tutan  2  minə  yaxın  neft  anbarının  və  başqa  obyektlərin  xəzinənin 
ixtiyarında olması, həmçinin, onun geniş maliyyə imkanlarına malik olması dövlət-
kapitalist təsərrüfatının yaradılması üçün möhkəm təməl yaratdı. 


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə