Azərbaycan XX əSRĠN ƏVVƏLLƏRĠNDƏ



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə6/69
tarix21.07.2018
ölçüsü1,91 Mb.
#57614
1   2   3   4   5   6   7   8   9   ...   69

13 
 
Ölkənin  müdafiə  problemlərinin  həlli  çar  hökumətini  məcbur  edirdi  ki, 
geniş iqtisadi funksiyaları öz əlinə alsın, kapitalist istehsal prosesinə qarışsın. 
Neft  sənayesini  nizama  salmağın  bir  sıra  dövlət-inhisarçı  orqanları 
meydana gəldi. 
1915-ci ilin avqustunda xalq təsərrüfatının: sənaye, nəqliyyat, yanacaq və 
ərzaq kimi çox mühüm sahələrinə rəhbərlik edən dörd Xüsusi müşavirə yaradıldı. 
Xüsusi müşavirələr ali dövlət idarələri olub, yalnız çarın qarşısında hesabat verirdi. 
Yanacaq  üzrə  xüsusi  müşavirə—Osotop
1
 son  dərəcə  böyük  hüquqlara 
malik idi. 
Osotop  yanacağın uçotunu və bölgüsünü aparır, ölkə üzrə onun hasilatını 
planlaşdırırdı. O, yanacaq müəssisələrinə icrası məcburi olan sifarişlər verir, hətta 
tədarükçü  təşkilatlarla  bağlanmış  müqavilələrin  şərtlərini  dəyişdirir,  müsadirə 
aparır, yanacaq müəssisələrində əmək haqqının miqdarını gözdən keçirirdi. 
Osotop  idarəetmənin  yeni  forması  olub,  əvvəllər  yaradılmış  bütün 
yanacaq  komitələri,  hətta  bəzi  nazirliklər  üzərində  dövlət-inhisarçı  funksiyasını 
həyata keçirirdi. 
Osotonun  sədri  ticarət  və  sənaye  naziri  knyaz  V.  N.  Şaxovski  idi.  Sədrə 
müstəsna  hüquqlar  verilmişdi.  O,  hətta  Osotop  üzvlərinin  ümumi  rəyi  ilə 
hesablaşmayaraq, özünün qərarını həyata keçirə bilərdi. 
Osotonun  tərkibində  30  üzv  vardı.  Bunlar,  əsasən,  bürokratiya  və 
mülkədarların,  ilk  növbədə,  Dövlət  Şurası  və  Dövlət  dumasının  üzvlərindən, 
nazirliklərin  və  mərkəzdə  yerləşən  komitələrin  yüksək rütbəli nümayəndələrindən 
ibarət idi. Burada neft sənayesini E. L. Nobel və P. O. Qukasov təmsil edirdilər. 
Osotonun nəzdində ayrıca Neft seksiyası, İmperiya istehlakçılarını neft və 
neft qalıqları ilə təchiz edən Baş müvəkkillik və başqaları vardı. Neft məhsullarının 
planlı daşınmasını təmin etmək üçün Dəmir yol idarəsinin nəzdində bilavasitə Baş 
müvəkkilliyin tapşırıqlarını yerinə yetirən Neft komitəsi təşkil edildi. Zavodlarda, 
dəmir  yol  stansiyalarında,  bir  sözlə,  neft  məhsulları  doldurulan  və  yola  salınan 
yerlərdə  Baş  müvəkkilliyə  tabe  olan  Neft  uçotu  üzrə  kontrolçular  fəaliyyət 
göstərirdilər. 
Müharibə  şəraiti  neft  sənayesində  inhisarçı  kapitalizmin  dövlət-inhisarçı 
kapitalizmə çevrilməsində mühüm rol oynadı. 
 
b) Sənayenin baĢqa sahələri 
 
Dağ-mədən sənayesi: XX əsrin əvvəlində Gədəbəydə alman kapitalistləri   
Simens  qardaşlarına  məxsus  mədənlərdən  3,5  milyon  puda  qədər  mis  filizi 
çıxarılmışdı. Bu, Rusiyadakı bütün mis filizi hasilatının 
1
/
6
 hissəsini təşkil edirdi. 
                                                             
1
 «Особое совешание по топливо» sözünün müxtəsər forması. 


14 
 
1901-ci  ildə  Gədəbəy  və  Qalakənd  misəritmə  zavodlarında,  Rusiyada 
əridilmiş  misin  23  faizindən  çoxu—120  min  puddan  artıq  xalis  mis  istehsal 
edilmişdi.  Sonrakı  il  Qalakənd  zavodu  bağlandı,  mis  istehsalı  azalmağa  başladı. 
1907-ci  il  istisna  edilməklə, mis hasilatı heç  vaxt  100  min pud  səviyyəsinə  qalxa 
bilmədi. 
1907-ci ildə  Rusiyanın  yeddi  misəritmə  zavodu  inhisarçı  «Mis»  sindikatı 
yaratdı. Gədəbəy misəritmə zavodunun da daxil olduğu sindikat misə vahid bazar 
qiyməti  qoyub,  onun  satışını mərkəzləşdirdi. 
1910-cu ildən sonra mis filizi çıxarılması sürətlə azalmağa başladı. 1914-
cü ildə cəmi 900 min pud filiz və 56 min pud xalis mis istehsal edildi. Bu tənəzzül 
mədənlərdə mis filizi ehtiyatının getdikcə tükənməsi ilə əlaqədar idi. 
Müharibə  illərində  mis  mədənləri  və  Gədəbəy  misəritmə  zavodu 
simenslərin rus təbəəliyini qəbul etmiş qohumlarının əlinə keçdi. 1917-ci ildə cəmi 
16.8 min pud filiz çıxarıldı və 23 min puddan bir qədər artıq xalis mis əldə edildi. 
Mis filizi az miqdarda ətraf yerlərdən də çıxarılırdı. 
Simenslər  bəzi  rus  banklarının,  xüsusən  «Vokau  və  K°»  ticarət  evinin 
kreditindən istifadə edirdi. 
Müharibə  illərində  Gədəbəy  mis  sənayesi  cəbhənin  ehtiyacları  üçün 
işləyirdi. 
Simenslərin  Gədəbəy  və  Çaykənd  yaxınlığındakı  mədənlərindən 
tərkibində  cüzi  miqdarda  mis  olan  kükürd  kolçedanı  çıxarılırdı.  Sulfat  turşusu 
istehsalının  əsasını  təşkil  edən  bu  qiymətli  xammalın  çoxu  o  zaman  xaricdən 
alınırdı.  «Nobel  qardaşları»  şirkəti  «Simens  qardaşları»  cəmiyyəti  ilə  müqavilə 
bağlayaraq, hasil edilən bütün mis və kükürd kolçedanını öz əlinə keçirmişdi. 
1902-1916-cı  illər  arasında  mis  və  kükürd  kolçedanı  istehsalı  dörd  dəfə 
artaraq 930 min puda çatmışdı. 
Azərbaycanda  az  miqdarda  dəmir,  gümüş-qurğuşun,  barit  filizləri,  kvars, 
zəy  də  çıxarılırdı.  Dəmir  və  barit  filizlərindən,  kvarsdan  misin  alınmasında  aşqar 
maddə kimi istifadə olunurdu. 
Daşkəsəndə  Simenslərə  məxsus  kobalt  mədəni  də  vardı.  1913-cü  ildə 
burada 15 min pud filiz çıxarılaraq, ondan 75 pud  xalis kobalt  istehsal edilmişdi. 
Kobalt xarici ölkələrə göndərilirdi. 
1913-cü ildə dağ-mədən sənayesində 2800 nəfərdən artıq fəhlə çalışırdı. 
Naxçıvan  yaxınlığında  daş  duz  çıxarılırdı.  Daş  duz  mədənlərinin  çoxu 
xəzinənin  ixtiyarında  olub,  ayrı-ayrı  adamlara icarəyə  verilirdi.  Duz  mədənlərinin  
1
/
3
 hissəsi Kəlbalıxanov qardaşları ticarət evinə məxsus idi. 
Daş duzun orta illik hasilatı təqribən 500 min pud təşkil edirdi. 
Bakı  və  Cavad  qəzalarında  olan  şor  göllərdən  də  duz  yığılırdı.  Cavad 
qəzasında  göllər  tədricən  quruduğuna  görə  şor  duz  istehsalı  azalmağa  başladı. 
1910-cu  ildə  270  min  puddan  çox  şor  duz  yığıldığı  halda,  1917-ci  ildə  bunun 
təqribən yarısı əldə edilmişdi. 


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə