Azərbaycan XX əSRĠN ƏVVƏLLƏRĠNDƏ



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə8/69
tarix21.07.2018
ölçüsü1,91 Mb.
#57614
1   ...   4   5   6   7   8   9   10   11   ...   69

17 
 
Həmin  dövrdə  Qarabağ  zonasında  27  ipək  emalı  müəssisəsi  vardı. 
Onlardan 22-ci Şuşa qəzasında, o cümlədən  3-ü  Şuşa  şəhərində idi, qalanları  isə 
qəzanın  kəndlərinə  səpələnmişdi.  Cəbrayıl  və  Cavanşir  qəzalarında  5  ipək  emalı 
müəssisəsi vardı. 
Naxçıvan  qəzasında  olan  13  ipək  emalı  müəssisəsinin  çoxu  Ordubadda, 
həmçinin Naxçıvan şəhərində və kəndlərdə yerləşirdi. 
Rusiyada  sənayenin  yüksəlişi  illərində  toxuculuq  fabriklərinin  xammala 
tələbatının artması Azərbaycanda xam ipək istehsalının sürətlə çoxalmasına səbəb 
oldu. 1910-1913-cü illərdə xam ipək istehsalı iki dəfəyədək artaraq, 47,5 min puda 
çatdı. 
İpək  Moskva,  Lodz,  Varşava,  həmçinin  Milan,  Marsel,  Lion  şəhərlərinə 
və başqa yerlərə göndərilirdi. 
1915-ci  ildə  fabriklərin  sayı,  1900-cü  ilə  nisbətən  (60)  iki  dəfədən  çox 
artaraq  123-ə  çatdı.  Bu,  bütün  müəssisələrin 
4
/
5
  hissəsindən  çoxunu  təşkil  edirdi. 
Fabriklər bütün məhsulun 95 faizini verirdi. Fabriklərin 85-i Nuxa qəzasında, 2-ci 
Zaqatalada,  24-ü  Şuşa  və  12-ci  Naxçıvan  qəzalarında  idi.  Onlarda  16  nəfərdən 
yuxarı,  hətta  yüz  və  daha  artıq  işçi  çalışırdı.  Nuxa  şəhərində  Ağa  Musa  Hacı 
Məmmədova məxsus ən iri ipək emalı fabrikində 150 nəfərə yaxın fəhlə işləyirdi. 
Fabriklərin texniki təchizatı getdikcə yaxşılaşırdı. 1915-ci ildə fabriklərdə 
4 min baramaaçılan tiyan, 128 buxar qazanı, 350 dəzgah, 114 buxar mühərriki, 43 
buxar  və  hidravlik  turbin,  5  hidravlik  çarx,  115  ipəkburan  maşın  və  20  min 
sapburan iydən istifadə olunurdu. 
İstehsal sürətlə təmərküzləşirdi. 16 ən iri fabrik müəssisələrin 
1
/
10
-ni təşkil 
etməklə, ümumi hasilatın 
1
/
3
 hissəsini verirdi. 
1915-ci  ildə  Azərbaycanda  65  min  pud  xam  ipək  istehsal  edilmişdi.  Bu, 
əsrin əvvəli ilə müqayisədə təqribən dörd dəfə çox idi. 
15  il  ərzində  ipək  emalı  müəssisələrində  işləyən  fəhlələrin  sayı  iki 
dəfəyədək artaraq 10 min nəfərə çatdı. 
Azərbaycanın  xam  ipəyi  bir  sıra  beynəlxalq  və  ümumdünya  sərgilərində 
dəfələrlə  qızıl  və  gümüş  medallara  layiq  görülmüşdür.  Ordubad  sənayeçisi  K.  L. 
Babayevin  müəssisəsi  əla  keyfiyyətli  xam  ipək  istehsal  etdiyi  üçün  13  dəfə  qızıl 
medal almışdı. 
İpək  istehsalı,  başlıca  olaraq,  yerli  fərdi-ailə  müəssisələrinin-ticarət 
evlərinin (şirkətlərin) əlində idi. 
1916-1917-ci illərdə ipək emalı müəssisələrinin sayı xeyli azaldı. 
Azərbaycanda pambıqçılığın inkişafı ilə əlaqədar olaraq pambıqtəmizləmə 
sənayesi  də  yüksəlirdi.  Pambıqtəmizləmə  müəssisələri,  əsasən,  pambıq  əkilən 
zonalarda yerləşirdi. İlk müəssisələr çox kiçik idi. 1903-cü ildən zavod istehsalına 
keçildi. Buxar və neftlə işləyən mühərriklərin gücü ilə hərəkətə gətirilən maşınlar 
tətbiq edildi. 


18 
 
1912-ci  ildə  Yelizavetpol  quberniyasında  28,  Bakı  quberniyasında  22 
pambıqtəmizləmə  zavodu  vardı.  Əsas  pambıqtəmizləmə  zavodları  Yelizavetpol 
şəhərində  və  Ağdaşda  yerləşirdi.  Naxçıvan  qəzasında  51  zavod  olsa  da,  onların 
əksəriyyəti çox kiçik idi və texnika ilə təchiz edilməmişdi. 
Həmin  ildən  pambıqtəmizləmə  texnologiyasında  pnevmatik  sistemə 
keçilməyə  başlandı.  İndi  xam  pambıq  kotton-cinə  verilib  çiyiddən  ayrıldıqdan 
sonra  presləmə  sexinə  aparılıb  preslənməsi  prosesi  avtomatik  daşıyıcı  vasitəsilə 
həyata keçirilirdi. 
İlk vaxtlar toxumluq çiyid Orta Asiyadan gətirilirdi. Sonralar toxum yerli 
təsərrüfatlarda hazırlandı, hətta başqa yerlərə də aparıldı. 
Azərbaycanda mahlıcın orta illik istehsalı ilk vaxtlar 900 min puda yaxın, 
1910-1913-cü  illərdə  iki  milyon  puddan  çox,  müharibə  illərində  isə  1,1  milyon 
puddan çox olmuşdur. 
Mahlıc,  başlıca  olaraq,  Moskvanın,  Polşanın  və  Riqanın  toxuculuq 
fabriklərinə göndərilirdi. 
1913-cü  ildə  Azərbaycanın  pambıqtəmizləmə  müəssisələrində  1000 
nəfərdən  artıq  fəhlə  işləyirdi.  Onlardan  130  nəfərə  qədəri  Naxçıvan  qəzasının 
payına düşürdü. Yelizavetpol və Bakı quberniyalarında hər zavodda 10-20 nəfər və 
daha  artıq  fəhlə  işləyirdi.  Petropavlovkada  Moskvanın  «Vokau  və  K°»  şirkətinə 
məxsus bir zavodda hətta 100 nəfərə yaxın fəhlə çalışırdı. 
Pambıqtəmizləmə müəssisələri, əsasən, ticarət evlərinə (şirkətlərə) məxsus 
idi. 
Pambıq  emalı  sənayesində  təmərküzləşmə  prosesi  getdikcə  güclənir, 
səhmdar cəmiyyətləri meydana gəlirdi. 
Hacı  Məmmədsadıq  Əliyevin  təşkil  etdiyi  «Əliyev  qardaşları»  şirkətinin 
Ucarda pambıqtəmizləmə zavodu, çoxlu ticarət müəssisəsi vardı. 
1911  -  1912-ci  illərdə  Yelizavetpolda  ayrı-ayrı  ticarət  evləri  müqavilə 
əsasında  birləşərək,  «Xlopok»,  «Ulduz»  və  «Ümid»  ticarət-sənaye  şirkətlərini 
təşkil etdilər. 
1912-ci ildə Qarabağın ən böyük torpaq sahibi Xasay xan Üsmiyevdən 8 
min  desyatindən  artıq  torpaq  sahəsi  satın  alınaraq,  «Qafqaz  pambığı»  səhmdar 
cəmiyyəti təsis olundu. Cəmiyyətin maldarlıq və pambıqçılıq təsərrüfatları, Ağdam 
yaxınlığında  cins  at  yetişdirilən  zavodu  ilə  yanaşı,  bir  neçə  pambıqtəmizləmə 
zavodu vardı. 
Səhmdar cəmiyyətlərinin çoxu fərdi-ailə müəssisələri əsasında yaranırdı. 
Arzumanovun  ticarət  evi  əsasında  «B.  Arzumanov  sənaye-ticarət  pay» 
səhmdar  şirkəti  yaradıldı.  Onun  səhmlərinin  çoxu  şuşalı  tacirlərin  əlində  idi. 
Cəmiyyətin 
Yelizavetpol, 
Ağdaş, 
Ləki 
və 
başqa 
yerlərdə 
bir  neçə 
pambıqtəmizləmə zavodu vardı. 


19 
 
«İsgəndərov  qardaşları»  ticarət  evinin  başçısı  M.  İsgəndərov  tərəfindən 
yaradılmış  «Muğan»  ticarət-sənaye  səhmdar  cəmiyyətinin  Cavad  qəzasında  bir 
neçə pambıqtəmizləmə zavodu, habelə geniş pambıq əkini sahələri vardı və s. 
Müəssisələrin  təmərküzləşməsində  iri  sənaye  kapitalı  müəyyən  rol 
oynayırdı. Məsələn, «Vokau və K°» konsernin bir neçə pambıqtəmizləmə zavodu 
vardı. 
Hələ 1898-ci ildə H. Z. Tağıyev tərəfindən «Bakıda  H. Z. Tağıyevin lifli 
cismlərin  emalı  üzrə  Qafqaz  səhmdar  cəmiyyəti»  yaradılmışdı.  Cəmiyyətin  ilkin 
səhmdar  kapitalı 2  milyon  manat idi.  Sonra  bu  kapitalın məbləği iki  dəfədən  çox 
artırılmışdı. 
1901-ci  ilin  əvvəlində  cəmiyyət  tərəfindən  Bakının  Zığ  kəndində 
toxuculuq fabriki tikilib istifadəyə verildi. Bu, Qafqazda ilk və ən iri pambıq-parça 
toxuma müəssisəsi idi. Fabrikdə müntəzəm olaraq 1100 nəfərdən çox, 1912-ci ildə 
isə 1400 nəfərdən artıq fəhlə işləmişdir. O, çoxu xaricdən alınıb gətirilmiş müasir 
texniki avadanlıqla təchiz olunmuşdu. 
Fabrik, əslində, iri istehsal kompleksi idi. Burada 40 desyatin sahəsi olan 
bir  ərazidə  fəhlə  və  qulluqçuların  yaşaması  üçün  qəsəbə  salınmış,  məktəb  binası, 
şor  suyu  şirinləşdirici  stansiya  və  elektrik  stansiyası  tikilmişdi.  Fabrikin  özünün 
ambulatoriyası, paroxodu və anbarları vardı. 
Fabrikin xammala olan ehtiyacını ödəmək üçün Tağıyevin qəzalarda geniş 
pambıq əkini sahələri və bir neçə pambıqtəmizləmə zavodu vardı. 
Tağıyevin  fabriki  orta  hesabla  ildə  2  milyon  manatlıq  məhsul  istehsal 
etmişdi. 1911-ci ildə fabrikin təqribən 81 min manat gəliri olmuşdur. 
1913-cü  ildə  H.  Z.  Tağıyev  rus  kapitalistləri  tərəfindən  hələ  iki  il  əvvəl 
Port-Petrovskda (indiki Mahaçqala) yaradılmış və bir sıra sənaye-ticarət şirkətlərini 
birləşdirən  «Kaspi  manufakturası  cəmiyyəti»nin  səhmlərini  öz  əlinə  keçirərək, 
onun sahibi oldu. O, cəmiyyətin idarə heyətini Moskvadan Bakıya köçürdü.  H. Z. 
Tağıyev  cəmiyyətin  əsas  kapitalının  həcmini  iki  dəfə  artıraraq  2  milyon  manata 
çatdırdı.  Cəmiyyətin  müəssisələrində  milyon  manat  dəyərində  hələ  təkcə  bez 
toxunurdu. 
1914-cü  ilin  yayında  «Bakıda  H.  Z.  Tağıyevin  lifli  cismlər  emalı  üzrə 
Qafqaz  səhmdar  cəmiyyəti»  ilə  «Kacpi  manufakturası  cəmiyyəti»nin  istehsal 
fəaliyyətini  birləşdirən  «H.  Z.  Tağıyevin  birləşmiş  fabriklərinin  kontoru»  təşkil 
edildi. 
Birinci  dünya  müharibəsi  illərində  «H.  Z.  Tağıyevin  birləşmiş 
fabriklərinin  kontoru»,  əsasən,  hərbi  sifarişləri  yerinə  yetirmişdi.  Təkcə  1915-ci 
ildə  cəbhənin  ehtiyacları  üçün  4  milyon  metr  bez  və  300  milyon  metr  parusin 
göndərilmişdi. 
Gön-dəri istehsalı yüngül sənayenin daim yüksələn sahəsi idi. Maldarlığın 
geniş yayılması, aşı maddələrinin bolluğu dabbaqlıq üçün əlverişli şərait yaradırdı. 


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə