Azərbaycan XX əSRĠN ƏVVƏLLƏRĠNDƏ



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə27/69
tarix21.07.2018
ölçüsü1,91 Mb.
#57614
1   ...   23   24   25   26   27   28   29   30   ...   69

58 
 
nümayəndələri  hökumət  dairələrinə  yaxın  olub,  siyasi  cəhətdən  nüfuzlu  idi. 
Azərbaycan  və  erməni  burjuaziyası  arasındakı  iqtisadi  rəqabət  getdikcə  daha  da 
genişlənərək, ictimai-siyasi xarakter alır və gələcək milli toqquşmalar üçün zəmin 
yaradırdı. Gənc Azərbaycan burjuaziyası iqtisadi cəhətdən zəif olduğu kimi, siyasi 
cəhətdən də yetişməmişdi. Birinci rus inqilabına qədər onun nəinki siyasi partiyası, 
hətta az-çox aydın siyasi platforması da yox idi. 
Milli  burjuaziya,  xüsusən  onun  yuxarı  təbəqəsi  sahibkarlıq  fəaliyyətində 
ayrı-seçkiliyin  olmasından,  azərbaycanlı  kapitalistlərə  ruslarla  eyni  hüquq 
verilməməsindən,  şəhər  özünüidarəsində  milli  nümayəndəliyə  say  məhdudiyyəti 
qoyulmasından  və  sairdən  özünün  narazılığını  bildirsə  də,  çarizmə  qarşı 
münasibətdə loyal mövqedə dayanır, siyasi passivlik göstərirdi. 
Odur  ki,  XX  əsrin  əvvəllərində  Azərbaycan  zəhmətkeşlərinin  çarizmə, 
müstəmləkəçilərə  qarşı  hərəkatı  genişləndiyi  zaman  bu  hərəkata  başçılıq  edə 
biləcək  heç  bir  milli  siyasi  təşkilat,  partiya  yox  idi.  Halbuki  bu  zaman  çarizmə 
qarşı  başlıca  siyasi  qüvvə  kimi  çıxış  edən  RSDFP  Azərbaycanda  özünün 
təşkilatlarını yaradıb, yerli zəhmətkeşlər arasında iş aparırdı. 
Milli  Ģüurun  oyanması.  Azadlıq  ideyaları:  XIX  əsrin  axırlarında  neft 
sənayesinin sürətli inkişafı nəticəsində Azərbaycanın Rusiya və Avropanın bir sıra 
ölkələri  ilə  əlaqələri  xeyli  genişləndi.  Milli  burjuaziyanın  açıq-görən 
nümayəndələri  xaricdə  olarkən  bir  daha  yəqin  etdilər  ki,  Azərbaycanın  iqtisadi-
ictimai  geriliyinin  başlıca  səbəblərindən  biri  onun  özünün  kifayət  qədər  ziyalı 
kadrlarının olmamasıdır. 
Çar  hökuməti  digər  müsəlman  ucqarlarında  olduğu  kimi,  Azərbaycanda 
da ali, həmçinin orta təhsil ocaqlarınım açılmasına icazə vermirdi. Ali təhsil almaq 
üçün Rusiya və ya xarici ölkələrə getmək lazım idi. 
Artıq  XIX  əsrin  axırı—XX  əsrin  əvvəllərində  xeyli  azərbaycanlı  gənc 
Azərbaycandan  kənardakı  ali  məktəblərdə  təhsil  alıb  vətənə  qayıtmışdı.  Bunlar, 
əsasən,  bəy-xan,  həmçinin  burjua  ailələrindən  çıxmışdılar.  Onların  arasında  varlı 
xeyriyyəçilərin  vəsaiti  ilə  oxuyan  aztəminatlı  azərbaycanlı  gənclər  də  vardı. 
Peterburq,  Moskva,  Kiyev  və  Rusiyanın  digər  şəhərlərində,  həmçinin  Avropanın 
Fransa,  Almaniya,  İngiltərə  kimi  qabaqcıl  kapitalist  ölkələrinin  iri  mədəniyyət 
mərkəzlərində  təhsil  illəri  azərbaycanlı  tələbələrin  ictimai-siyasi  şüurunun 
formalaşmasında mühüm rol oynadı. 
Avropanın  qabaqcıl,  mədəni  ölkələrində  xalqın  tarixinin  öyrənilməsinə, 
onun  dilinin,  adət  və  ənənələrinin  qorunub  saxlanmasına,  elm  və  mədəniyyətinin 
inkişafına milli hökumətlərin xüsusi qayğı göstərməsi azərbaycanlı gənclərə əyani 
surətdə  sübut  etdi  ki,  xalqın  mənəvi  yüksəlişi  yalnız  onun  milli-siyasi  azadlığı 
şəraitində mümkündür. Müstəmləkə əsarətindən qurtarmaq üçün hər şeydən əvvəl, 
xalqın oyanması, onun milli özünüdərketməsi lazımdır. 
Hələ  XIX  əsrin  axırlarında  milli  şüurun  oyanışı  sahəsində  bəzi  addımlar 
atılmışdı.  Mütərəqqi  fikirli  ədiblər,  maarifçilər  və  başqa  ziyalılar  xalqın  tarixini, 


59 
 
mədəni  irsini  araşdırmağa  başlamış,  onu  milli  süstlükdən  xilas  etməyin  yollarını 
tapmağa  çalışmışlar.  Bu  elə  bir  dövr  idi  ki,  nəinki  savadsız  adamlar,  hətta 
ziyalıların  çoxu  öz  mənşəyini  bilmir,  milləti  isə  hər  kəs  istədiyi  kimi:  «tatar», 
«Qafqaz tatarları», «müsəlman», «tuzems» və s. adlandırırdılar. 
Belə  bir  şəraitdə  H.  Zərdabi,  C.  Məmmədquluzadə,  M.  Ə.  Sabir,  N. 
Nərimanov,  Ə.  Haqverdiyev  və  digər  demokratik  ziyalıların maarifçilik  ideyaları, 
onların orta əsr qalıqlarını tənqid edən ədəbi-publisistik yazıları milli oyanışa güclü 
təsir göstərdi. 
Bu  cəhətdən  H.  Z. Tağıyevin  vəsaiti  ilə rus  dilində  çıxan  «Kaspi»  qəzeti 
müəyyən  rol  oynayırdı.  1897-ci  ildən  Əlimərdan  bəy  Topçubaşovun  redaktor 
olduğu  həmin  qəzetin  ətrafında  Həsən  bəy  Zərdabi,  Əli  bəy  Hüseynzadə,  Əhməd 
bəy  Ağayev,  Haşım  bəy  Vəzirov  və  başqa  demokratik  ziyalılar  birləşdilər.  Onun 
səhifələrində milli hərəkatın bu və ya digər məsələlərinə dair məqalələr dərc edildi. 
XX  əsrin  əvvəlində,  milli  hərəkat  hələ  aydın  forma  almadığı  zaman,  rus 
azadlıq  hərəkatında  geniş  vüsət  tapmış  liberal  və  sosial-demokrat  ideyaları 
Azərbaycanda milli  şüurun formalaşmasına güclü təsir etdi. Ziyalıların bir hissəsi, 
xüsusən Rusiyada və Qərbi Avropada təhsil alanlar içərisində liberalizm baxışları 
möhkəmləndi.  Milli-demokratik  hərəkatın  Əli  bəy  Hüseynzadə,  Əhməd  bəy 
Ağayev,  Əlimərdan  bəy  Topçubaşov,  Nəsib  bəy  Yusifbəyli  kimi  liberal  əhval-
ruhiyyəli xadimləri meydana çıxdı. 
Milli-azadlıq hərəkatının fəal xadimi olmuş bir sıra mütərəqqi ziyalılar, o 
cümlədən  Məmməd  Əmin  Rəsulzadə  özlərinin  ilk  ictimai-siyasi  fəaliyyətlərinə 
sosial-demokratiyanın  sıralarında  başlamışlar.  Azərbaycan  ziyalılarını  sosial-
demokrat hərəkatına cəlb edən, birincisi, RSDFP-nin Rusiyada mütləqiyyətə qarşı 
açıq  mübarizə  aparan  güclü  siyasi  təşkilat  olması,  ikincisi,  bu  partiyanın  II 
qurultayında millətlərə  öz müqəddəratını  təyin  etmək hüququ  verən  qərarın qəbul 
edilməsi  idi.  M.  Ə.  Rəsulzadə  gənc  ziyalıların  sosial-demokrat  hərəkatına 
qoşulmalarının səbəbini izah edərək sonralar yazırdı ki, «Müasir sosializmdə onlar 
çarizmə  qarşı  mübarizədə  etibarlı  olmasa  da,  hər  halda  ən  əlverişli  müttəfiqi 
görürdülər». 
 
XX  əsrin  əvvəllərində  Rusiyada  baş  verən  mühüm  ictimai-siyasi 
hadisələrin  təsiri  altında  milli  tərəqqi,  demokratiya  və  azadlıq  haqqında  ideyalar 
qəti  şəkildə  formalaşdı.  Əli  bəy  Hüseynzadə,  Əhməd  bəy  Ağayev  və  başqa 
ziyalıların milli dirçəlişə və azadlığa çağıran ideyaları meydana gəldi. 
Əli  bəy  Hüseynzadə  (1864-1940-cı  illər)  Peterburq  və  İstanbulun  ali 
məktəblərində təhsil almışdı. 
Xalqı  ilk  dəfə  açıq  surətdə  «hürriyyət  və  müsavat»a  (azadlıq  və 
bərabərliyə) çağıran Ə. Hüseynzadə məqsədə çatmağın başlıca vasitəsi olaraq türk 
birliyi  (ittihadi-türk)  ideyasını  irəli  sürdü.  O,  bütün  müsəlman  türk  xalqlarının 
müstəmləkə  əsarətində  olmasının,  onların  son  dərəcə  iqtisadi-mədəni  geriliyinin 
başlıca səbəbini bu xalqların parçalanmış vəziyyətində görürdü. 


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə