117
olmaqla, ingilis qoşunları öz qərargahları ilə birlikdə Ənzəlidən Bakıya gəldilər.
İngilis qoşunlarının sayı çox az - cəmi 1500 nəfər idi.
Sentyabrın 15-də, ağır döyüşlərdən sonra, Azərbaycan hərbi hissələri
Bakıya daxil oldular. Üç gün sonra türk qoşunları gəldilər.
Azərbaycan qoşunlarının Bakıya girmələrinin əvvəli günü ingilislər
gəmilərə minib Ənzəliyə qaçdılar. Onların ardınca «Sentrokaspi diktaturası»nın
üzvləri, həmçinin keçmiş Bakı Sovetinin komissarları şəhəri tərk etdilər.
Bakı komissarlarını Həştərxana aparan paroxod Sentrokaspinin hərb
gəmiləri tərəfindən tutulub Krasnovodska qaytarıldı.
Sentyabrın 20-də
Krasnovodsk ilə Aşqabad arasındakı Ağcaqum çölündə 26 Bakı komissarı ingilis
və sentrokaspiçilər tərəfindən vəhşicəsinə güllələndilər.
Sentyabrın 17-də Azərbaycan Demokratik Respublikası hökuməti
Gəncədən Bakıya köçdü. Ölkənin siyasi, iqtisadi, mədəni və mənəvi mərkəzi olan
Bakı suveren Azərbaycan dövlətinin paytaxtına çevrildi. Beləliklə, bütün Şimali
Azərbaycan ərazisi Azərbaycan Respublikasının hakimiyyəti altına keçdi.
Bakıya yeni köçmüş Azərbaycan hökuməti ciddi iqtisadi çətinliklərlə
qarşılaşdı. Vətəndaş müharibəsi, daşnak talanları nəticəsində dağılmış təsərrüfatı
bərpa etmək üçün külli miqdarda vəsait lazım idi.
Birinci dünya müharibəsində Türkiyənin məğlub olması nəticəsində
Zaqafqaziyada siyasi vəziyyət tamam dəyişdi. 1918-ci il oktyabrın 30-da Antanta
ilə bağlanmış Mudros sülhünün şərtlərinə görə Türkiyə öz qoşunlarını
Zaqafqaziyadan çıxarmağa başladı. Zaqafqaziyanı, o cümlədən Azərbaycanı
Antanta dövlətləri adından Böyük Britaniya işğal etməli idi.
General Tomsonun komandanlığı altında Ənzəlidə olan ingilis qoşunları
Bakı üzərinə səfərə hazırlaşırdılar. Bu zaman Ənzəli Azərbaycanın istiqlaliyyətinə
düşmən qüvvələrin – sentrokaspiçilərin, biçeraxovçuların, rus ağqvardiyaçılarının
və digər pozucu tör-töküntülərin yuvasına çevrilmişdi. İngilislərə yaltaqlıq edən bu
qara qüvvələr general Tomsonun Azərbaycan barədə daha sərt mövqe tutması üçün
əllərindən gələni edirdilər.
Milli qüvvələr özündən qat-qat güclü düşmən qarşısında Azərbaycanın
istiqlaliyyətini qoruyub saxlamaq üçün ingilislərlə mütləq dil tapmalı idi.
Ə. Ağayev, N. Yusifbəyli və Musa bəy Rəfiyevdən ibarət xüsusi
nümayəndə heyəti Azərbaycanı tanımaq barədə ingilislərlə danışıq aparmaq üçün
Ənzəliyə gəldi. General Tomson Azərbaycan nümayəndəliyi ilə görüşündə Bakıya
gəlişi qarşısında bəyanat verdi. Bəyanata əsasən, Azərbaycan qoşunları dərhal
Bakıdan çıxarılır, Tomson Bakının general-qubernatoru elan edilir, şəhər polisi
ingilislərin tabeçiliyinə keçir, şəhər Dumasına azad fəaliyyət göstərmək imkanı
verilir. Bəyanatda həmçinin göstərilirdi ki, İngiltərə, Fransa və ABŞ Azərbaycanı
rəsmən tanımasalar da, onunla faktik surətdə (de-fakto) əlaqələr saxlayacaqlar və
Azərbaycan beynəlxalq Paris sülh konfransında millətlərin öz müqəddəratını təyin
etmək prinsipinə dair diskussiyalarda iştirak edəcəkdir.
118
Noyabrın 17-də ingilis qoşunları Bakıya daxil oldular. General Tomson
gəmidən sahilə qədəm basarkən yaxınlıqda asılmış Azərbaycan bayrağının
çıxarılmasını əmr etdi. İngilislərin gəlişi erməni və rus milli şuraları tərəfindən
sevinclə qarşılandı.
İngilislər hərb gəmilərinin bir hissəsini öz əllərinə keçirərək, Britaniyanın
Xəzər hərbi donanmasını yaratdılar. Azərbaycanın neft sənayesinə nəzarət etmək
üçün Britaniya Neft Müdiriyyəti və Xəzər dənizində ticarət gəmilərinə nəzarət
etmək üçün Britaniya Dəniz Nəqliyyatı İdarəsi təsis etsilər.
Gəncə, Şuşa və Naxçıvanda ingilis qoşun hissələri yerləşdirildi.
General Tomsonun əmrinə əsasən, on nəfərdən artıq adamın iştirakı ilə
hər cür yığıncaq keçirmək və tətillər qadağan olundu. İngilis hərbi tribunalı
yaradıldı, ölüm cəzası tətbiq edildi.
İngilislərin Bakıya gəlişindən bir gün əvvəl, noyabrın 16-da, milli
demokratiyanın nümayəndələri iclasa toplaşaraq, beş aylıq fasilədən sonra,
Azərbaycan Milli Şurasını yenidən bərpa etdilər. İclasda dünyanın demokratik
dövlətləri ilə əlaqələr yaratmaq üçün parlament üsul-idarəsinin zəruriliyi qeyd
edildi.
Noyabrın 19-da Milli Şura ―Azərbaycan parlamentinin yaradılması
haqqında Qanun‖ qəbul etdi. Ölkədə vəziyyət son dərəcə mürəkkəb olduğundan,
çağırılması nəzərdə tutulmuş Müəssislər məclisinə ümumi seçkilər keçirmək daha
mümkün deyildi. Ona görə də Milli Şuranın tərkibini yeni seçiləcək üzvlər
hesabına genişləndirməklə, onu Azərbaycanın müvəqqəti parlamentinə çevirmək
qərara alındı. Həmin gün seçki qanunu qəbul edildi.
Bu qanuna görə, Azərbaycan parlamenti 120 deputatdan ibarət olacaqdı.
Əhalinin ümumi sayına uyğun olaraq azərbaycanlılar parlamentdə 80 yer alırdılar.
Beləliklə, Milli Şura üzvlərinin sayı (44 nəfər) inzibati-ərazi bölgüsü üzrə əlavə
olaraq seçilib göndəriləcək 36 nümayəndənin hesabına artırılırdı. Ermənilər 21,
ruslar 10 deputat yeri aldılar. Azlıqda qalan yəhudi, gürcü, alman və polyak
millətlərinin hərəsinə kooptasiya
*
qaydasında bir yer verildi. Bakı həmkarlar
təşkilatına 3 və sənaye-ticarət ittifaqlarına 2 yer ayrıldı. Lakin ―Rus Milli Şurası‖
―vahid və bölünməz Rusiya‖ mövqeyindən çıxış edərək, öz nümayəndələrini
parlamentə göndərməkdən imtina etdi. Bununla belə, ―Rus Milli Şurası‖ üzvlərinin
bir hissəsi ayrılaraq, ―Slavyan-Rus Cəmiyyəti‖ adlı təşkilat yaratdı.
1918-ci il dekabrın 7-də H. Z. Tağıyevin qız məktəbinin binasında (indi
Azərbaycan EA M. Füzuli adına Əlyazmalar İnstitutunun binası) Azərbaycan
parlamenti təntənəli sürətdə açıldı.
Parlamentin açılışı münasibətilə M.Ə. Rəsulzadə təbrik nitqi söyləyərək,
partiya, fraksiya və qrup münasibətindən asılı olmayaraq, bütün parlamentin
üzvlərini vətən qeyrətini hər şeydən uca tutmağa çağırdı.
*
Kooptasiya – hər hansı seçkili orqanın öz heyətinə seçkisiz olaraq yeni üzv daxil etməsi.
Dostları ilə paylaş: |