Azərbaycanda Azad Sözə Basqı Davam Edir



Yüklə 280,68 Kb.
Pdf görüntüsü
səhifə1/9
tarix07.04.2018
ölçüsü280,68 Kb.
#36266
  1   2   3   4   5   6   7   8   9


 

 

 

 

Azərbaycanda Azad Sözə 

Basqı Davam Edir 

 

2013-cü ilin birinci rübündə Azərbaycanda İfadə 

Azadlığının Durumuna Dair Rüblük Hesabat  

 

 

 


2013-cü ilin Birinci Rübünü Əhatə Edən İfadə Azadlığı Hesabatı 

 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu 



 



Mündəricat  

 

1.

 

Giriş ...............................................................................................................   3 

2.

 

Tövsiyələr .......................................................................................................   5  

3.

 

Qısa Xülasə .....................................................................................................   7 

4.

 

Fəsil 1: Jurnalistlərə qarşı zorakılıq, şantaj və təzyiq ........................................   8  

5.

 

Fəsil 2: Qanundan istifadə etməklə ifadə azadlığının boğulması ......................  12   

6.

 

Fəsil 3: Jurnalistlərin, bloqçuların və hüquq müdafiəçilərinin həbsi .................  15    

7.

 

Fəsil 4: Mediaya dövlət nəzarəti ...................................................................... 19  

8.

 

Fəsil 5: Onlayn ifadə azadlığı ...........................................................................  22  

9.

 

Nəticə .............................................................................................................  24   

 

 



 

 

 



 

 

 



 

 

 



 


2013-cü ilin Birinci Rübünü Əhatə Edən İfadə Azadlığı Hesabatı 

 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu 



 



Giriş 



 

1.1.

 

Ümumi məlumat 

Bu  hesabat  Azərbaycanda  ifadə  azadlığının  təşviqi  və  müdafiəsi  sahəsində  fəaliyyət  göstərən  müstəqil 

qeyri-kommersiya təşkilatı- Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) nəşridir. RATİ 

2006-cı  ildə  Beynəlxalq  Mətbuat  Günündə  iki  Azərbaycanlı  jurnalist  tərəfindən,  ifadə  və  mətbuat 

azadlığının hökumət tərəfindən ciddi məhdudlaşdırılmasına cavab olaraq yaradılmışdır.  

Təşkilatın  fəaliyyəti  Azərbaycanda  ifadə  azadlığı  sahəsindəki  problemləri  müvafiq  beynəlxalq 

qurumların,  ABŞ  və  Avropa  rəsmilərinin  diqqətinə  çatdırmaqda  mühüm  rol  oynamışdır.  RATİ  2007-ci 

ilin oktyabrından Beynəlxalq Söz Azadlığı Mübadiləsi (IFEX) təşkilatının, 2012-ci ilin noyabrından isə 

Qlobal Şəbəkə Təşəbbüsünün (Global Network Initiative) üzvüdür.   

Söz  azadlığına  dəstək  və  mətbuat  azadlığına  qarşı  təzyiqlərə,  sərt  tədbirlərə  dərhal  reaksiya  vermək 

RATİ-nin  Azərbaycandakı  fəaliyyətinin  əsasını  təşkil  edir.  Bu  hesabat  RATİ-nin  Azərbaycanda  ifadə 

azadlığını qorumaq və təşviq etmək strategiyasının bir hissəsini təşkil edir.  

 

RATİ  bəyanatlar  verməklə,  müraciətlər  etməklə,  araşdırmalar  aparmaqla,  gündəlik  xəbərlər  yaymaqla, 



mətbuat  konfransları  keçirməklə  və  jurnalistlərin  hüquqları  barədə  maarifləndirmə  işləri  aparmaqla 

Azərbaycanda  söz  azadlığının  pozulması  hallarını  araşdırır  və  bu  pozuntular  barədə  məlumat  verir.  Öz 

fəaliyyətinin  əsas  tərkib  hissəsi  kimi  RATİ  müntəzəm  olaraq  Azərbaycanda  ifadə  azadlığının  durumu 

barədə geniş hesabatlar hazırlayır.  

 

2013-cü  ilin  birinci  rübündə,  hakimiyyət  ölkədə  qalan  azsaylı  tənqidi  səsləri  susdurmaq  üçün  misli 



görünməmiş təzyiqlərə əl atdı. 2012-ci ildə Bakıda keçirilmiş Avroviziya Mahnı Müsabiqəsi və İnternet 

İdarəçilik  Forumu  zamanı  ölkəyə  artan  beynəlxalq  diqqətin  zəifləməsinin  fonunda  bu  tədbirlər  zamanı 

ölkə haqqında acı həqiqətləri ifşa edən şəxslər sərt cəza tədbirləri ilə üzləşib. 

 

Bu  hesabat  2013-cü  ilin  yanvarın  1-dən  martın  31-ə  qədərki  dövrdə  Azərbaycanda  ifadə  azadlığının 



vəziyyətinin təhlil edir. Bu dövrdə, hökumət dinc etirazları dağıtmaq üçün həddən artıq güc tətbiq edib, 

müstəqil  QHT-lərin  fəaliyyətini  məhdudlaşdıran  reqressiv  qanunvericilik  aktları  qəbul  edib  və  tənqidi 

fikirlərinə görə jurnalistləri, bloggerləri, və hüquq müdafiəçilərinin həbsini davam etdirib. 2013-cü ilin ilk 

3 ayında 16 jurnalist hücuma məruz qalıb. Mart ayının sonuna olan rəqəmlərə görə isə, yeddi jurnalist və 

iki hüquq müdafiəçisi həbsdə qalmışdır. 

 

1.2.



 

Məqsəd 

Bu hesabatı hazırlamaqda RATİ-nin məqsədi: 

 

Ölkədə  ifadə  və  mətbuat  azadlığı  və  informasiya  əldə  etmək  hüququ  ilə  bağlı  real  vəziyyəti 



qiymətləndirmək;  

 



Söz  azadlığının  pozulması  halları  barədə  yerli  və  beynəlxalq  tərəfdaşları  məlumatlandırmaq  və 

onları islahatların təşviqinə cəlb etmək; 

 

Qabaqcıl  beynəlxalq  təcrübəni təbliğ  etmək,  hüquq  pozuntusu  hallarının  aradan  qaldırılması  və 



ölkədə ifadə azadlığı durumunun yaxşılaşdırılması üçün konkret tövsiyələr vermək, olmuşdur. 

 

1.3. Metodologiya və struktur 

Bu hesabat masaüstü və yerində aparılmış araşdırmalar, müsahibələr, məhkəmə proseslərinin monitorinqi

media  monitorinqi,  daxil  olan  sorğuların  və  şikayətlərin  təhlil  olunması,  RATİ-nin  “jurnalistlərin 

təhlükəsizliyi  üçün  yaradılmış  qaynar  xətti”nin  statistikası  və  qanuni  yolla  əldə  olunmuş  digər 




Yüklə 280,68 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə