Azərbaycanda ilk milli qəzet. 1875-77-ci illərdə Bakı



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
tarix20.08.2018
ölçüsü0,83 Mb.
#63701


4

“ƏKİNÇİ”  -  Azərbaycanda  ilk 

milli qəzet. 1875-77-ci illərdə Bakı-

da (iki həftədən bir) nəşr edilmiş-

dir.  İlk  nömrəsi  1875-ci  il  iyulun 

22-də  çıxmışdır.  Cəmi  56  nöm-

rə  (1875-ci  ildə12,  1876-cı  ildə24, 

1877-ci  ildə20)  buraxılmışdır.  Qə-

zetin  1877-ci  il  nəşrinə  kiçik  for-

matlı beş əlavə nüsxə də çıxmışdır 

(№ 1, 6, 7, 13, 15). Azərbaycanda 

peşəkar dövri mətbuatın başlanğı-

cı  sayılan  «Əkinçi»nin  banisi,  re-

daktoru, naşiri, korrektoru, bəzən 

hətta mürəttibi Həsən bəy Zərdabi 

olmuşdur.  Qəzetdə  1200-ə  qədər 

məqalə,  məktub,  xəbər,  felyeton, 

şeir,  redaksiya  qeydi  və  s.veril-

mişdir.  Maarifçi-demokratik  ide-

yaların  carçısı  və  tribunası  olan 

“Əkinçi”nin  ətrafında  toplanmış 

qabaqcıl ziyalılar - M.F.Axundza-

də,  onun  davamçıları  N.Vəzirov, 

S.Ə.Şirvani,  Ə.Gorani  (Adıgözə-

lov), Əhsənül-Qəvaid, Ə.Heydəri, 

Məhbus  Dərbəndi  və  b.  mürtəcə 

və mühafizəkar qüvvələr, cəhalət, 

nadanlıq, gerilik, köhnəlmiş adət-

ənənələr,  çarizm  və  yerli  feodal 

istismarı əleyhinə, elm, maarif və 

mədəniyyətin  tərəqqisi  uğrun-

da  ardıcıl  mübarizə  aparmışlar. 

“Əkinçi”nin  Azərbaycan  mədə-

niyyəti  tarixindəki  mühüm  xid-

mətlərindən  biri  maarifçi  realist 

ədəbiyyat  və  incəsənətin  inkişafı 

uğrunda mübarizə aparmasıdır. 

“Əkinçi”nin nəşri Azərbaycan di-

linin  saflığı  və  zənginləşməsi  yo-

lunda  mühüm  hadisə  olmuşdur. 

Mürtəce qüvvələrin arasıkəsilməz 

hücumlarına,  senzuranın  təqib-

lərinə  məruz  qalan  qəzetin  nəşri 

1877-ci ilin sentyabrında dayandı. 

«Əkinçi» Azərbaycan ictimai, elmi 

və ədəbi-bədii fikri tarixində, XIX 

ərsin  sonu  -  XX  əsrin  əvvəllərin-

də  milli  ziyalılığın  və  milli  azad-

lıq ideyalarının formalaşmasında, 

Azərbaycan Xalq Cümhuriyyəti li-

derlərinin və ideoloqlarının nəzə-

ri görüşlərinin əsasını təşkil edən 

Azərbaycançılıq  ideologiyasının 

təşəkkülündə  və  inkişafında  mü-

hüm rol oynamışdır. “Əkinçi”nin 

nəşri  milli  istiqlala  doğru  gedən 

yolda mühüm hadisə idi. 1979-cu 

ildə Bakıda “Əkinçi”nin tam mət-

ni kitab halında (ərəb əlifbası ilə) 

buraxılmışdır. 

«KASPİ»  -  ictimai-siyasi,  ədəbi 

qəzet.  1881-ci  ilin  yanvarından 

1919-cu  ilin  martınadək  Bakı-

da  rus  dilində  nəşr  olunmuşdur. 

10065  nömrəsi  çıxmışdır.  İlk  28 

nömrəsi  həftədə  iki  dəfə,  1881-

ci  ilin  iyulundan  həftədə  3  dəfə, 

1884-cü ildən isə gündəlik çıxmış-

dır. «Kaspi»nin yaradılması ideya-

sı «Bakinskiye izvestiya» qəzetinin 

redaktoru  V.V.Kuzminə  məxsus 

idi. Müxtəlif vaxtlarda qəzetin re-

daktorları  və  naşirləri  V.Kuzmin, 

V.Liçkus-Xomutov, 

Əlimərdan 

bəy  Topçubaşov,  Həsən  bəy  Zər-

dabi,  Əli  bəy  Hüseynzadə  və  b. 

olmuşlar.  1897-ci  ildə  «Kaspi»ni 

Hacı  Zeynalabdin  Tağıyev  almış 

və qəzetin redaktorluğunu Ə.Top-

çubaşova həvalə etmişdir. 

H.Z.Tağıyev  milli  ziyalıları  qəze-

tin  ətrafına  toplayırdı.  Rusca  çıx-

masına  baxmayaraq,  90-cı  illərdən 

etibarən  «Kaspi»nin  səhifələrində 

milli  məfkurə  məsələləri  geniş  yer 

aldı. «Kaspi» Ə.Topçubaşovun, ha-

belə  sonralar  Ə.Hüseynzadənin, 

H.Zərdabinin  redaktorluğu  döv-

ründə rusdilli, milli düşüncəli mət-

buat orqanına, milli ideyanm başlı-

ca müzakirə mərkəzlərindən birinə 

çevrildi.  Mütərəqqi,  demokratik 

Azərbaycan  ziyalılarının  görkəm-

li  nümayəndələri  -  H.Zərdabi, 

F.Köçərli,  M.Mahmudbəyov,  Ə.A-

ğayev  (Ağa  oğlu),  M.Şahtaxtinski, 

C.Məmmədquluzadə və b. «Kaspi» 

ilə əməkdaşlıq edirdilər. Qəzetin sə-

hifələrində Azərbaycanın ictimai-si-

yasi,  iqtisadi  və  mədəni  həyatının 

bütün sahələri işıqlandırılırdı. 

1918-ci ilin martında bolşevik-daş-

nak quldurlarının Bakıda azərbay-

canlılara qarşı törətdiyi soyqırımı 

zamanı «Kaspi» qəzetinin mətbəə-

si də yandırılmışdı.

* * * *

«ŞƏRQİ-RUS» - Tiflisdə Azərbay-

can dilində həftədə üç dəfə çıxmış, 

ictimai-siyasi,  iqtisadi,  elmi-ədəbi 

qəzet. İlk nömrəsi 1903-cü il mar-

tın  30-da,  sonuncusu  1905-ci  il 

yanvarın  15-də  (cəmi  392  nömrə; 

1905-ci ilin əvvəlində həm də Ba-

kıda  «Şərqi-Rus»un  teleqramları» 

adlı  axşam  xəbərlərinin  bir  neçə 

nömrəsi)  çıxmışdır.  Naşiri  və  re-

daktoru M.Şahtaxtlı, son 45 nöm-

rəsinin  redaktoru  isə  C.Məmmə-

dquluzadə  idi.  Qəzetdə  dünyəvi 

elmlər, ana dili, qadın azadlığı ilə 

bağlı  mütərəqqi  fikirlər  öz  əksini 

tapırdı.  L.Tolstoydan Azərbaycan 

dilinə  ilk  tərcümələr  bu  qəzetdə 

verilmişdir,  «Şərqi-Rus»  qəzeti 

C.Məmmədquluzadə,  M.Ə.Sabir, 

A.Səhhət,  Ö.F.Nemanzadə,  H.Ca-

vid.  M.S.Ordubadi.  Ə.Qəmküsar, 

Ə.Nəzmi  kimi  görkəmli  maarif-

çiləri  ətrafında  birləşdirmişdi.  Bu 

yaradıcı heyət Azərbaycanda mət-

buatın  yeni  inkişaf  mərhələsinin 

baş lanmasına  («Molla  Nəsrəd-

din») zəmin yaratdı.

«HÜMMƏT» - Azərbaycan dilin-

də ilk qeyri-leqal qəzet, sosial-de-

mokrat  «Hümmət»  təşkilatının 

orqanı.  1904-cü  ilin  sonlarından 

1905-ci ilin fevralına qədər Bakıda 

nəşr olunmuşdur. Cəmi 6 nömrəsi 

çıxmışdır.  «Hümmət»in  səhifələ-

rində  inqilabi  ideyalar  yayılırdı. 

Qəzet 1905-ci il fevralın ortaların-

da «zərərli istiqamətinə görə» po-

lis tərəfindən bağlandı, bəzi əmək-

daşları isə həbs edildi. 1906-cı ilin 

dekabrında  “hümmət”çilər  «İr-

şad» mətbəəsində Mehdi bəy Ha-

cınskinin adına 1907-ci ilin martına 

qədər çıxmış «Təkamül» qəzetinin 

buraxılmasına  icazə  ala  bildilər. 

Elə həmin ilin avqustundan sent-

yabrınadək  “hümmət”çilər  «Yol-

daş»  qəzetini  nəşr  etdirdilər.  Bu 

qəzetlər, əslində, “Hümmət”in va-

risi və ideya davamçıları idi. Qəzet 

1917-ci  il  iyulun  3-də  «Hümmət» 

təşkilatının  orqanı  kimi  yenidən 

nəşrə  başladı.  Ancaq  bu  zaman 

M.Ə.Rəsulzadənin  başçılıq  etdiyi 

bir  qrup  ziyalı  artıq  «Hümmət» 

təşkilatından uzaqlaşmışdılar. 

Bu zaman “Hümmət”in redaktoru 

Nəriman Nərimanov idi. 

“Hümmət”in  səhifələrində,  əsa-

sən,  fəhlələri  sosialist  inqilabına 

səsləyən  məqalələr  dərc  edilirdi. 

Bakıda  sovet  hakimiyyəti  qurul-

duqdan sonra qəzet daşnak-bolşe-

viklərin rəhbərlik etdiyi Bakı Xalq 

Komissarları  Sovetinin  tədbirləri-

ni işıqlandırmışdır. 1918-ci il iyu-

lun  31-də  Bakı  Xalq  Komissarları 

Sovetinin  (“Bakı  kommunası”) 

süqut etməsi ilə “Hümmət”in nəş-

ri dayandırıldı. Qəzet 1919-cu ilin 

mayından 1920-ci ilin mayına qə-

dər Həştərxanda çap olunmuşdur. 

Bu  müddət  ərzində  “Hümmət”in 

cəmi 44 nömrəsi çıxmışdır. 



* * * *

«YENİ  HƏQİQƏT»  -  gündəlik 

qəzet.  1911-ci  ildə  Bakıda  nəşr 

olunmuşdur.  İlk  nömrəsi  yanva-

rın 21-də, sonuncu, 44-cü nömrəsi 

martın  18-də  çıxmışdır.  «Günəş» 

və «Həqiqət» qəzetlərinin davamı 

idi.  «Yeni  həqiqət»də  müxtəlif  si-

yasi-inzibati  regionların  həyatına 

dair  informasiyalar,  beynəlxalq 

siyasətə, dini məsələlərə dair mə-

qalələr,  bədii  ədəbiyyat  nümu nə-

ləri dərc olunurdu. Qəzetin naşiri 

və  baş  redaktoru  Oruc  Orucov, 

əsas  müəllifləri  Əhməd  bəy Ağa-

yev (Ağaoğlu), Mirzə Ələkbər Sa-

bir, Əli qulu Qəmküsar və b. idi. 

Avropa dövlətlərinin Şərqdə müs-

təmləkəçilik  siyasətinin  tənqidi, 

dünya  müsəlmanlarının  birliyi, 

«İttihadi-islam»  ideyasının  təbliği 

«Yeni  həqiqət»in  əsas  ideya  isti-

qa mətini  təşkil  edirdi.  Buradakı 

yazılarda  imperialist  dövlətlərin, 

o cümlədən Rusiyanın müsəlman 

xalqlarına  qarşı  yürütdükləri  tə-

cavüzkarlıq  siyasəti  ifşa  olunur-

du.  Məhz  buna  görə  də  1911-ci 

il  martın  19-da  «Yeni  həqiqət»in 

nəşri  dayandırıldı,  naşir-redak-

toru  Oruc  Orucov  həbs  olunaraq 

Rusiyanın  daxili  quberniyalarına 

sürgün edildi. 

Qısa müddətdə çıxmasına baxma-

yaraq,  «Yeni  həqiqət»  milli,  icti-

mai-siyasi  şüurun,  istiqlal  ideya-

larının  oyanışında  müəyyən  rol 

oynamışdır.

* * * *

«İQBAL»  -  gündəlik  qəzet.  1912-

15-ci  illərdə  Bakıda  Azərbaycan 

dilində  nəşr  olunmuşdur.1023 

nöm rəsi  çıxmışdır.  “İqbal”ın  əsas 

müəl lifləri  Sənətulla  Eynulla-

yev  -  İbrahimov,  Seyid  Hüseyn, 

Məhəm məd  Əmin  Rəsulzadə, 

Ha cı  İbrahim  Qasımov,  Nəriman 

Nə ri manov,  Məhəmməd  Hadi, 

Abdulla  Şaiq,  Abbas  Səhhət,  Əli 

Nəzmi,  Xəlil  İbrahim,  Əkbər  Ək-

bərov və b. idi. 

Qəzetin məqsəd və məramı onun 

birinci  sayında  dərc  edilmiş  baş 

məqalədə 

şərh 


olunmuşdur.

Müstəmləkəçi  imperialist  dövlət-

lərin  Yaxın  və  Orta  Şərqdə  törət-

dikləri  təxribatların,  Rusiya  im-

periyasının  müstəmləkəçilik  və 

ruslaşdırma  siyasətinin  tənqidi, 

milli  dirçəliş  ideyalarının  təbliği, 

milli  ədəbiyyatın  inkişafı,  ana  di-

linin  müstəqilliyi  və  yad  təsirlər-

dən  təmizlənməsi,  qadın  azadlığı, 

maarifin  xalqa  yaxınlaşması  və 

milliləşməsi  “İqbal”ın  toxunduğu 

əsas  mövzular  idi.  “İqbal”ın  naşir 

və baş mühərrirləri, müəlliflərinin 

böyük  əksəriyyəti  sonralar  Azər-

baycan Xalq Cümhuriyyətinin qu-

rucuları oldular.

* * * *

«AÇIQ SÖZ» - Bakıda nəşr olun-

muş gündəlik ictimai-siyasi, ədəbi 

qəzet.  «İqbal»  (1912-15)  qəzetinin 

davamı  olub,  «Müsavat»  partiya-

sının  rəsmi  orqanına  çevrilmişdi. 

«Açıq söz» qəzetinin ilk sayı 1915-

ci il oktyabrın 2-də «İqdam» mət-

bəəsində  çap  edilmişdir.  Qəzetin 

sonuncu  sayının  nə  vaxt  çıxması 

barədə fikirlər müxtəlifdir. 

Bəzi mənbələrdə («Azərbaycanda 

dövri  mətbuat  (1832-1920)»,  B., 

1965) qəzetin 1918-ci il martın 18-

də sonuncu - 704-cü sayının çıxdı-

ğı göstərilsə də, «Açıq söz» 1918-ci 

il  6  oktyabr  tarixli  718-ci  sayında 

özündən  asılı  olmayan  səbəblərə 

görə  fasiləyə  yol  verdiyi  üçün 

oxuculardan  üzr  istəyərək  yazır-

dı:  «Qanlı  mart  hadisəsi  zamanı 



mətbəəmiz  fəhlə  şurası  və  erməni 

qoşunları  tərəfindən  talan  edilib 

yandırıldığı üçün qəzetimiz dayan-

dırılmağa məcbur olunmuşdu». 

«Azərbaycan  dövri  mətbuatı. 

1832-1920» kitabında (1987) «Açıq 

söz»  qəzetinin  724  sayının  çıxdı-

ğı  göstərilir.  Digər  məlumatlara 

görə, qəzetin 750 sayı işıq üzü gör-

müşdür. 

«Açıq  söz»  qəzetinin  naşirləri 

və  redaktorları  müxtəlif  vaxtlar-

da  Məhəmməd  Əmin  Rəsulzadə, 

Məmmədəli Rəsul-zadə, Üzeyir bəy 

Hacıbəyli, Orac, Qənbər və Abuzər 

Orucov qardaşları olmuşlar.

* * * * 

«BƏSİRƏT»  -  Bakıda  Azərbay-

can  dilində  nəşr  edilmiş,  həftə-

lik  və  bayram  günlərində  dərc 

olunmuş  siyasi,  ictimai,  iqtisadi 

və ədəbi qəzet. İlk sayı 1914-cü il 

aprelin  12-də,  son  sayı  1920-ci  il 

mayın 15-də çıxmışdır. 1918-ci ilin 

mart-sentyabr aylarında nəşr edil-

məmişdir. Azərbaycan Xalq Cüm-

huriyyəti  dövründə  nəşri  bərpa 

olunmuş,  üç  nömrəsi  sovet  haki-

miyyəti dövründə (cəmi 286 nöm-

rə) çıxmışdır. Baş redaktoru Hacı 

İbrahim Qasımov, naşiri Qulamrza 

Şərifzadə  idi.  “Bəsirətin  mövzu 

dairəsi geniş idi. Burada XX əsrin 

10-cu  illərinin  mühüm  hadisələri 

əksini  tapmış,  xüsusilə  bolşevik 

daşnakların  müsəlman-türk  əha-

lisinə qarşı 1918-ci il mart qırğını 

zamanı  törətdikləri  görünməmiş 

cinayət  və  vəhşiliklər  haqqında 

məlumatlar verilmiş, bu yazılarda 

Şaumyan mart qırğınlarının “məş-

hur  qəhrəmanı”  adlandırılmışdır. 

1918-20-ci illərdə çıxan bu yeganə 

müstəqil,  bitərəf  qəzetin  səhifələ-

rində  Azərbaycan  Xalq  Cümhu-

riyyətinin  fəaliyyətinin  təsviri 

geniş  işıqlandırılırdı.  “Bəsirət”də 

Azərbaycan qəzalarında vəziyyət, 

Rusiya,  İran,  Türkiyə,  Gürcüstan 

və Ermənistanda baş verən siyasi 

proseslər,  Bakının  mədəni  həyatı 

ilə bağlı yazılar dərc olunmuşdur. 

* * * *

«MUSULMANSKİYE  İZVESTİ-

YA» - Bakı müsəlman ictimai təşki-

latları  komitəsinin  mətbu  orqanı. 

«Kaspi»  qəzetinin  redaksiyası  ilə 

komitənin  mətbuat  orqanın  nəşri 

haqqında  razılığa  əsasən,  qəzetin 

30  aprel  1917-ci  il  95-ci  sayından 

etibarən 4-cü səhifəsi «Bakı müsəl-

man  ictimai  təşkilatları  komitə-

sinin  xəbərləri»  adı  ilə  çıxmağa 

başlamışdı. İyunun 9-dan etibarən 

«Xəbərlər»in müvəqqəti redaktoru 

Ceyhun bəy Hacıbəyli idi. Burada 

millətlərin öz müqəddəratını təyin 

etməsi  problemi  başlıca  məsələ 

kimi işıqlandırılırdı. «Xəbərlər»də 

«Hazırkı  vəzifələrə  dair»,  «Milli 

komitədə», «Biz necə işləməliyik», 

«Vəzifələrimiz»  başlıqları  altında 

materiallar  dərc  edilirdi.  Qəzetdə 

müntəzəm  olaraq  Şimali  Qafqaz, 

Türküstan,  Volqaboyu  və  digər 

türk  diyarlarından  xəbərlər  dərc 

edilir,  Rusiya  xalqları  arasında 

müsəlman  və  türk  həmrəyliyi, 

Rusiyanın  və  dünyanın  türk  və 

müsəlman  cəmiyyətlərinin  quru-

luşu  haqqında,  «Müsavat»  parti-

yasının  təsir  dairəsinin  genişlən-

diyi, hətta Stavropolda öz şöbəsini 

yaratdığı barədə məlumatlar veri-

lirdi.  Qəzetdə  müsəlman  memar-

lıq  abidələri  haqqında  məqalələr 

dərc  edilir,  Bakıdakı  Şirvanşah-

lar  sarayının  tarixi  əhəmiyyəti, 

çar  hakimiyyətinin  ona  etinasız 

münasibət  bəslədiyi  göstərilirdi. 

«Xəbərlər»  Azərbaycanın  rusdilli 

ziyalılarında və bütövlükdə, Azər-

baycan  xalqının  siyasi  şüurunun 

formalaşmasında  əhəmiyyətli  rol 

oynamışdır.

* * * *

“İTTİHAD” - siyasi, ictimai, ədə-

bi  qəzet.  Ceyhun  bəy  Hacıbəy-

li  tərəfındən  təsis  edilmiş  və  ilk 

nömrəsi  1917-ci  il  dekabrın  4-də 

onun  baş  redaktorluğu  ilə  çıx-

mışdır.  “Güc  ittihaddadır”  şüarı 

ilə  çap  olunurdu.1918-ci  ilin  əv-

vəllərində  C.Hacıbəyli  “Azərbay-

can” qəzetinin rəhbərliyinə dəvət 

olunandan  sonra  “İttihad”  59-cu 

nömrəsindən  etibarən  “Rusiya-

da müsəlmanlıq” fırqəsinin rəsmi 

orqanına çevrilmişdi. Daşnakların 

azərbaycanlılara qarşı törətdikləri 



Mart  soyqırımı  (1918)  nəticəsində 

nəşri  müvəqqəti  olaraq  dayandı-

rılan  qəzet  1919-cu  ilin  fevralın-

dan  partiya  orqanı  kimi  yenidən 

çap olunmağa başladı. “İttihad”ın 

1918-ci  il  və  1919-cu  ilin  aprelinə 

qədərki nömrələri redaksiya heyə-

tinin (heyəti-təhririyyə) rəhbərliyi 

ilə  çıxırdı.  1919-cu  ilin  aprelində 

isə  qəzetə  “Acaralı  Camal”  təxəl-

lüsü  ilə  Qafqaz  İttihad  Firqəsi” 

Mərkəzi  Komitəsinin  üzvü  Camal 

əfəndi  Nakaşidze  baş  mühərrir  tə-

yin  olundu.  1920-ci  ilin  yanvarın-

dan isə “Qafqaz İttihad Firqəsi”nin 

ikinci qurultayının qərarına əsasən, 

partiyanın sədri Qara bəy Qarabəyli 

rəhbərlik etməyə başladı. İlk vaxtlar 

gündəlik çıxan “İttihad” 1919-20-ci 

illərdə ayda yalnız bir-iki dəfə çap 

olunurdu.  Aprel  işğalından  (1920) 

sonra  qəzetin  nəşri  dayandırılmış-

dır.

* * * *

«İSTİQLAL»  -  həftəlik  qəzet. 

Türk  Ədəmi-Mərkəziyyət  firqəsi 

«Müsavat”ın  orqanı.  Bakıda  nəşr 

olunmuşdur.  İlk  nömrəsi  1919-

cu  il  fevralın  4-də,  son  nömrəsi 

1920-ci  il  aprelin  23-də çıxmışdır. 

42  nömrəsi  buraxılmışdır.  Qəze-

tin  məsləki,  məqsəd  və  vəzifəsi 

Məhəmməd  Əmin  Rəsulzadənin 

birinci nömrədə çap olunmuş «İs-

tiqlal»  adlı  baş  məqaləsində  şərh 

olunmuşdu.  «Heyəti-təhririyyə» 

(redaksiya heyəti) tərəfındən idarə 

edilən qəzet «Turan» mətbəəsində 

çap olunurdu.

«İSTİQLAL»  -  Azərbaycan  Xalq 

Cümhuriyyətinin 

süqutundan 

sonra Vətəni tərk etməyə məcbur 

olan Azərbaycan siyasi mühacirlə-

rinin 1932-34-cü illərdə Almaniya-

nın  Berlin  şəhərində  Azərbaycan 

dilində  nəşr  etdirdiyi  ictimai-si-

yasi  qəzet.  İlk  nömrəsi  1932-ci  il 

yanvarın 10-da buraxılmışdı. «İn-

sanlara hürriyyət! Millətlərə istiq-

lal!» şüarı ilə nəşr olunan qəzetin 

redaktoru  Məhəmməd  Əmin  Rə-

sulzadə idi. 

Sovet  hökumətinin  dəfələrlə  tə-

kidli tələbləri nəticəsində Türkiyə 

Cümhuriyyəti  hökuməti  öz  əra-

zisində  fəaliyyət  göstərən  Azər-

baycan  siyasi  mühacirətinə  qəzet 

və jurnalların nəşrini qadağan et-

məyə  məcbur  olduğundan  Azər-

baycan  mühacirətinin  rəhbəri 

M.Ə.Rə sulzadə  bu  məqsədlə  fəa-

liyyət mərkəzini Almaniyaya-Ber-

linə köçürmüşdü.

* * * *

«NAŞ QOLOS» - gündəlik ədəbi, 

ictimai-siyasi,  menşevik  qəzeti. 

19-25 iyul 2018-ci il

l

MƏTBUAT  HAQQINDA  NİZAMNAMƏ  Azər-

baycan  Xalq  Cümhuriyyəti  dövründə  mətbuat 

məsələlərini  tənzimləyən  sənəd  olaraq,  1919-cu  il 

oktyabrın 30-da parlament tərəfindən qəbul olun-

muşdu.  Hökumətin  1919-cu  il  30  aprel  tarixli  qə-

rarına  əsasən,  nizamnamə  layihəsini  hazırlamaq 

Ədliyyə  Nazirliyinə  tapşırılmışdı.  Lakin  1919-cu 

il  iyunun  20-də  hökumət  Daxili  İşlər  Nazirliyinin 

təqdim etdiyi qanun layihəsini bəyəndi və onu par-

lamentin müzakirəsinə çıxardı. Nizamnamə söz və 

mətbuat azadlığı prinsiplərinə əsaslanırdı. Sənəddə 

deyilirdi ki, insan fəaliyyətinin hər bir sahəsi kimi, 

mətbuat  da  azadlıqla  anarxiya  arasında  sərhədi 

müəyyən edən qanunlara tabe olmalıdır. 

Layihənin parlamentdə hər üç oxunuşu qızğın mü-

zakirələrlə keçdi. «Hümmət» partiyası və sosialist 

fraksiyası  layihənin  əleyhinə  çıxır  və  bildirirdilər 

ki,  mətbuatı  heç  bir  qanunla  məhdudlaşdırmaq 

olmaz, Nizamnamə demokratiya və müstəqil döv-

lətçilik  prinsiplərinə  ziddir.  Maddələrin  ayrı-ayrı-

lıqda müzakirəsi zamanı mətbuata ümumi nəzarət 

və rəhbərlik haqqında, redaktorun təbəəliyi, təhsi-

li, yaş senzi, mətbəə yaradılmasına icazə verilməsi 

barədə maddələr geniş diskussiya doğurdu. İclas-

ların birində bəzi bəndlərin qəbul olunması ilə ra-

zılaşmayan sosialistlər salonu nümayişkaranə tərk 

etmişdilər. 

Mətbuat haqqında Nizamnamə oktyabrın 23-dən 30-

dək parlamentin 87-90-cı iclaslarında müzakirə edil-

di və üçüncü oxunuşda 1 deputat bitərəf qalmaqla, 

21 səsə qarşı 28 səslə qəbul olundu. Nizamnaməyə 

əsasən, mətbəə açmaq, çap məhsullarını nəşr etmək, 

buraxmaq və satmaq üçün hökumətin heç bir icazəsi 

tələb edilmirdi. Yetkinlik yaşına çatmış hər bir vətən-

daş mətbu nəşrin məsul redaktoru ola bilərdi. Mət-

bəə  açmaq  və  ya  mətbu  nəşr  buraxmaq  istəyənlər 

mətbuat işləri üzrə baş müfəttişə bu barədə müəy-

yən edilmiş formada ərizə verməli idilər. 

Nizamnamənin  bir  sıra  maddələrini  pozmaqda 

təqsirli  bilinən  naşir,  mətbəə  sahibi  və  redaktor 

pulla cərimə ödəməli və ya həbs cəzasına məhkum 

edilməli idi. Nizamnaməyə mətbuat işləri üzrə baş 

müfəttiş ştatı əlavə olunmuşdu. 

İsmayıl bəy Qaspralı, Həsən bəy Zərdabi və 

Əlimərdan bəy Topçubaşov (Bakı, 1907)



5

19-25 iyul 2018-ci il



l

1-ci  nömrəsi  1918-ci  il  yanvarın 

6-da, sonuncu (59-cu) nömrəsi hə-

min  ilin  martında  Bakıda  çıxmış-

dır.  Qəzet  redaksiya  heyəti  tərə-

findən buraxılırdı. Erməni-daşnak 

silahlı  dəstələrinin  Bakıda  Azər-

baycan  xalqına  qarşı  törətdiyi 

Mart  soyqırımı  (1918)  günlərində 

«Naş  qolos»  şəhərdəki  vəziyyəti 

geniş işıqlandırmışdı. 

«AZƏRBAYCAN»  -  qəzet,  Azər-

baycan  Xalq  Cümhuriyyəti  hö-

kumətinin  orqanı.  Gəncədə,  son-

ralar  isə  Bakıda  Azərbaycan  və 

rus  dillərində  nəşr  olunmuşdur. 

4 nömrəsi Gəncədə, sonrakı nöm-

rələri isə Bakıda çıxmışdır. Qəzetin 

ilk  nömrəsi  1918-ci  il  sentyabrın 

15-də Gəncə qubernatorunun mət-

bəəsində  çap  edilmişdir.  Qəzetin 

birinci nömrəsində «Heyəti-təhriy-

yə» («Redaksiya heyəti») imzası ilə 

böyük bir yazı verilmişdir. 

«Azərbaycan»  qəzetinin  Bakıda 

Azərbaycan dilində nəşr olunmuş 

beşinci nömrəsi 1918-ci il oktyab-

rın 3-də, rus dilində isə oktyabrın 

7-də  buraxılmışdır.  Bu  nömrə-

dən  etibarən  qəzetin  adı  altında 

«Gündəlik  siyasi,  ictimai,  ədəbi, 

iqtisadi  türk  qəzetəsidir»  sözlə-

ri  yazılmağa  başlamışdır.  Qəzet 

Azərbaycan  dilində  çıxan  altıncı 

nömrəsindən,  rus  dilində  isə  be-

şinci  nömrəsindən  «mühərrirləri: 

Ceyhun bəy Hacıbəyli və Şəfi bəy 

Rüstəmbəyli» imzaları ilə buraxıl-

mışdır. Həmin il noyabrın 28-dən 

isə Azərbaycan dilində olan nöm-

rələr  Ceyhun  bəy  Hacıbəylinin, 

rus dilində olan nömrələr Şəfi bəy 

Rüstəmbəylinin  redaktorluğu  ilə 

nəşr edilmişdir. 

1918-ci  il  dekabrın  31-nə  qədər 

«Azərbaycan»  qəzetinin  Azərbay-

can dilində 75 nömrəsi, rus dilində 

isə 70 nömrəsi işıq üzü görmüşdür. 

1919-cu il yanvarın 16-da buraxıl-

mış  89-cu  nömrəsindən  etibarən 

«Azərbaycan» qəzetini Üzeyir bəy 

Hacıbəyli  imzalamışdır.  Həmin  il 

iyulun  4-də  çapdan  çıxmış  216-cı 

nömrəsindən  qəzetə  «müvəqqə-

ti  müdir  Xəlil  İbrahim»  rəhbərlik 

etmişdir.  1919-cu  il  sentyabrın 

3-dən 1920-ci il aprelin 28-nə kimi 

Üzeyir bəy Hacıbəyli yenidən qə-

zetin redaktoru olmuşdur. «Azər-

baycan»  qəzetinin  1918-ci  il  sent-

yabrın 15-dən 1919-cu il dekabrın 

31-nə  qədər  358  nömrəsi,  1920-ci 

il yanvarın 1-dən aprelin 28-nə qə-

dər  isə  85  nömrəsi  çap  olunmuş-

dur.  Bütövlükdə,  1918-20-ci  illər 

arasında qəzetin cəmi 443 nömrəsi 

çıxmışdır. 

«Azərbaycan»  qəzeti  o  zaman  öz 

istiqlalına  qovuşmuş  Azərbaycan 

xalqının milli oyanışında çox mü-

hüm rol oynamışdır. 



* * * *

“AZƏRBAYCAN  CÜMHURİY-

YƏ  Tİ  HÖKUMƏTİNİN  XƏ-

BƏR LƏ Rİ»  -  qəzet,  Azərbaycan 

Xalq  Cüm  huriyyəti  hökumətinin 

rəsmi  or  qanı.  «Azərbaycan  Cüm-

huriyyəti  hökumətinin  xəbərlə-

ri»nin nəşrinə başlamaq haqqında 

qərar 1918-ci il iyulun 3-də qəbul 

edilmişdir.  İlk  nömrəsi  1919-cu  il 

yanvarın 25-də çıxmışdır. 1919-cu 

il iyulun 19-dan həftədə bir, 1920-

ci il yanvarın 1-dən isə həftədə iki 

nömrəsi Azərbaycan və rus dillə-

rində  buraxılırdı.  «Xəbərlər»də, 

əsasən,  hökumətin  qərarları,  na-

zirliklərin  sərəncam,  əmr  və  təli-

matları,  ayrı-ayrı  şəxslərin  vəzi-

fə yə  təyin  və  ya  azad  edilmələri 

ba rədə  məlumatlar,  elanlar  və  s. 

dərc edilirdi. 



* * * *

AZƏRBAYCAN 

TELEQRAF 

AGENTLİYİ (AZƏRTAC) - Azər-

baycan  Xalq  Cümhuriyyətinin 

dövlət  informasiya  orqanı.  Azər-

baycan  Xalq  Cümhuriyyəti  hö-

kumətinin 1919-cu il 3 mart tarixli 

qərarı  ilə  yaradılmışdır.  Həmin 

qərara əsasən, əvvəllər Maarif Na-

zirliyi  yanında  fəaliyyət  göstərir-

di. Sonra Poçt və Teleqraf Nazirli-

yinin sərəncamına verilmiş, yalnız 

1919-cu ilin avqustundan müstəqil 

fəaliyyətə  başlamışdır.  Hökumət 

1920-ci  il  fevralın  2-də  poçt  və 

teleqraf  nazirinin  təqdimatı  ilə 

Azərbaycan Teleqraf Agentliyinin 

yaradılması  haqqında  yeni  qərar 

qəbul etmişdir. AZƏRTAC 1920-ci 

il  martın  1-dən  Azərbaycan  Xalq 

Cümhuriyyətinin  Nazirlər  Şurası 

yanında  müstəqil  quruma  çevril-

mişdi.Agentliyin axırıncı xəbərləri 

1920-ci il 28 aprel tarixli qəzetlərdə 

verilmişdi.  Aprel  işğalından  (1920) 

sonra  AZƏRTAC  Azərbaycan 

Mətbuat  Mərkəzinin  tərkibində 

Rusiya  Teleqraf  Agentliyi  Qafqaz 

Ölkə Müvəkkilliyinin şöbəsi kimi 

fəaliyyət  göstərmiş,  Azərbaycan 

SSR  Xalq  Komissarları  Sovetinin 

qərarı ilə 1921-ci ildən Azərbaycan 

Teleqraf  Agentliyinə  (Azər.TA) 

çevrilmişdi.  1972-ci  ildən  «Azə-

rinform»  adlanırdı.  Sovet  İttifaqı 

Teleqraf Agentliyinin (SİTA) tərki-

binə daxil idi. Azərbaycan yenidən 

dövlət  müstəqilliyi  qazandıqdan 

sonra  Azərbaycan  Respublikası 

Prezidentinin 1992-ci il 18 dekabr 

tarixli  sərəncamı  ilə  bu  qurumun 

tarixi adı (AZƏRTAC) özünə qay-

tarılmışdır. Azərbaycan Respubli-

kası Prezidentinin 1995-ci il 3 mart 

tarixli fərmanı ilə ənənəvi adı sax-

lanılmaqla, Azərbaycan Respubli-

kasının Nazirlər Kabineti yanında 

Dövlət Teleqraf Agentliyinə, 2000-

ci il 17 yanvar tarixli fərmanla isə 

müstəqil  Azərbaycan  Dövlət  Te-

leqraf Agentliyinə çevrilmişdir. 

* * * *

“XALQ SÖZÜ” - gündəlik qəzet. 

İlk  nömrəsi  1919-cu  il  iyunun  17-

də çıxmışdır. Üçüncü nömrəsindən 

sonra fəaliyyəti dayanmışdır. Əsas 

müəllifləri  Seyid  Hüseyn,  Qədir 

Hüseynzadə, Məmmədəli Sidqi və 

Mirzə Bala Məmmədzadə idi.

«MOLLA NƏSRƏDDİN» - həftə-

lik,  illüstrasiyalı  ilk  Azərbaycan 

satirik  jurnalı.  Birinci  nömrəsi 

1906-cı il aprelin 7-də (20-də) Tif-

lisdə çapdan çıxmışdır. 1906-17-ci 

illərdə Tiflisdə, 1921-ci ildə Təbriz-

də,  1922-31-ci  illərdə  Bakıda  nəşr 

olunmuşdur. Redaktoru və naşiri 

Cəlil Məmmədquluzadə idi. 25 il ər-

zində  748  nömrəsi  (340-ı  Tiflisdə, 

8-i Təbrizdə, 400-ü Bakıda) çıxmış-

dır.  Mütərəqqi  ideyaların  carçısı 

olan  «Molla  Nəsrəddin»  zəhmət-

keş xalq və demokratiya cəbhəsin-

də duraraq, azadlıq düşmənlərini 

-  çar  mütləqiyyətini,  hakim  tə-

bəqələrin ağalığını, imperializmin 

müstəmləkəçilik  siyasətini,  gerili-

yi,  mövhumat,  cəhalət  və  xurafa-

tı  amansız  satira  atəşinə  tutmuş, 

Azərbaycan  xalqının  milli  oyanı-

şında,  əhalinin  geniş  təbəqələri 

içərisində  istiqlal  ideyalarının  ya-

yılmasında  mühüm  rol  oynamış-

dır. Jurnal, eyni zamanda, maarif 

və  mədəniyyətin  tərəqqisi,  qadın 

azadlığı, Azərbaycan dilinin saflı-

ğı uğrunda ardıcıl mübarizə apa-

rırdı.  Kəskin  və  cəsarətli  tənqidi 

çıxışlarına, «acı həqiqətləri» söylə-

diyinə görə daim hücum və təqib-

lərə  məruz  qalan  jurnalm  nəşri 

çar  senzurası  tərəfindən  tez-tez 

dayandırılmış,  bir  sıra  nömrələ-

ri  müsadirə  olunmuş,  redaktoru 

dəfələrlə məhkəmə məsuliyyətinə 

cəlb  olunmuş,  cərimə  edilmişdir. 

Lakin  bütün  təqib  və  təzyiqlərə 

bax mayaraq,  «Molla  Nəsrəd-

din»in  haqq  səsi  çox  keçmədən 

şi mallı-cənublu  bütün  Azərbay-

canın,  Qafqazın  hüdudlarını  aşıb 

Rusiyada,  Yaxın  və  Orta  Şərqdə 

eşidilmişdi.  Jurnalın  Tiflis,  Bakı, 

İrəvan,  Təbriz,  Naxçıvan,  Gəncə, 

Şamaxı,  Şəki,  Dərbəndlə  yanaşı, 

Orta Asiyada, Krımda, Kazan, Ufa, 

Həştərxan, Orenburq, Tehran, Ər-

zurum, İstanbul, Qahirə, Bombey, 

Kəlkətə və s. şəhərlərdə də çoxlu 

oxucusu  var  idi.  C.Məmmədqu-

luzadənin  dediyi  kimi,  zəmanə-

nin  yaratdığı  «Molla  Nəsrəddin» 

dövrünün  mühüm  ictimai-siyasi 

hadisələrinə səs verir, onları inqi-

labi-demokratik  baxımdan  şərh 

edirdi.  «Molla  Nəsrəddin»  İran, 

Türkiyə  və  Şərq  ölkələrində  ge-

nişlənən  milli  azadlıq  hərəkatını 

diqqətlə  izləyir,  beynəlxalq  irtica 

qüvvələrini,  yerli  istibdadı  ifşa 

edirdi.  Sərtarxan,  Bağırxan,  Xiya-

bani kimi azadlıq mücahidlərinin 

başçılığı ilə Cənubi Azərbaycanda 

və  bütün  İranda  gedən  milli-de-

mokratik mübarizə haqqında jur-

nalın  yazıları  və  rəsmləri  yüksək 

vətənpərvərlik  nümunələri  idi. 

«Molla  Nəsrəddin»  Azərbaycan 

xalqının  mütərəqqi  qüvvələrini, 

demokratik ziyalıları öz ətrafında 

toplamış, Azərbaycan  Xalq  Cüm-

huriyyətinin  meydana  gəlməsilə 

nəticələnən  milli  azadlıq  ideya-

larının  təbliğində  mühüm  rol 

oynamışdır.  Jurnalda  Ömər  Faiq 

Nemanzadə, Mirzə Ələkbər Sabir, 

Əbdürrəhim  bəy  Haqverdiyev, 

Əli  Nəzmi,  Əliqulu  Qəmküsar, 

Məmməd  Səid  Ordubadi,  Mirzəli 

Möcüz  və  b.  şair,  yazıçı  və  juma-

listlər,  O.Şmerlinq,  İ.Rotter.  Əzim 

Əzimzadə kimi rəssamlar fəaliyyət 

göstərirdilər.  Jurnal  1926-cı  ildən 

«Heyəti-təhririyyə»  imzası  ilə  bu-

raxılmışdır. 

«Molla Nəsrəddin»in yalnız Azər-

baycanın deyil, eləcə də Yaxın Şərq 

ölkələrinin  ictimai  və  ədəbi-bədii 

fikir  tarixində  müstəsna  rolu  ol-

muşdur. 

 * * * *



«NEFTYANOYE  DELO»  -  Bakı-

da  ayda  iki  dəfə  rus  dilində  nəş

olunan jurnal, Bakı Neft Sənayeçilə-

ri  Qurultayı  Şurasının  orqanı.  İlk 

nömrəsi  1899-cu  ilin  yanvarında, 

sonuncusu  1920-ci  ilin  aprelində 

çıxmışdır.  Neft  sənayeçilərinin 

mənafeyini  müdafiə  etmişdir. 

«Neftyanoye  delo»  Azərbaycan 

Xalq  Cümhuriyyətinin  siyasi  ta-

rixini öyrənmək üçün də qiymət-

li  mənbədir.  Jurnalın  1918-20-ci 

illərdə  buraxılmış  saylarında  neft 

sənayeçiləri  qurultayı  şurasının 

dövlət  hakimiyyətinin  həyata  ke-

çirdiyi tədbirlərə münasibəti ifadə 

edilmişdir. Rusiyada bolşeviklərin 

mərkəzi hakimiyyəti ələ keçirməsi 

jurnalda kəskin pislənirdi. Rusiya 

burjuaziyası kimi, Bakı burjuaziya-

sı da Sovet hakimiyyətinin yeritdi-

yi siyasətdən narazı idi. Bakı Xalq 

Komissarları Sovetinin neft müəs-

sisələrini  və  Xəzər  ticarət  donan-

masını  milliləşdirmək  haqqında 

dekretlərindon sonra jurnal sovet 

hakimiyyətinə  qarşı  açıq  çıxış  et-

məyə başladı. «Sentrokaspi diktatu-

rası» dövründə çıxan nömrəsində 

isə (9 sentyabr) bolşeviklər 1918-ci 

ilin martında hakimiyyəti qəsb et-

məkdə  günahlandırılırdılar.  Bakı 

nefti uğrunda mübarizə dövründə 

ingilislərin  neft  sənayesini  böh-

randan  çıxaracağına  inanan  neft 

sənayeçilərinin milli və dövlətçilik 

ideallarına biganə mövqeyi jurnal-

da dərc olunan məqalələrdə əksini 

tapmışdır. Azərbaycan Xalq Cüm-

huriyyətinə  düşmənçilik  mövqe-

yindən  yanaşan  jurnal  Bakının 

azad  olunması  ərəfəsində  ingi-

lislərə  üstünlük  versə  də,  alman-

ların  müdaxiləsinin  də  əleyhinə 

olmamışdır.  Bununla  belə,  jurnal 

Bakıda Azərbaycan Xalq Cümhu-

riyyəti  hakimiyyətinin  bərqərar 

olmasını  neft  sənayeçiləri  üçün 

yeni  mərhələnin  başlanğıcı  kimi 

səciyyələndirmişdi. Neft sənayesi-

nin milliləşdirilməsinin Fətəli xan 

Xoyski hökuməti tərəfındən ləğvi 

təqdir olunsa da, bu sahənin işinə 

sərt nəzarət qərarı razılıqla qarşı-

lanmamışdı.  Neft  məhsullarının 

ixracı  probleminin  yalnız  Rusiya 

ilə sərbəst mal mübadiləsinin bər-

pası  sayəsində  həll  edilməsinin 

mümkünlüyü  qeyd  olunurdu. 

Yeni  dövlət  qurumlarının  yaran-

masının  iqtisadi  maraqlara  zidd 

olduğunu göstərən jurnal ümum-

rusiya  bazarında  sərbəst  əmtəə 

mübadiləsini  müdafiə  edir,  hö-

kumətin neft məhsullarının ixracı-

na aksiz tətbiqi qanunundan kəs-

kin narazılığını bildirirdi. Jurnalın 

1920-ci il aprelin 30-da çıxmış so-

nuncu  nömrəsindəki  məqalələrin 

başlıqları  –  «Бакинская  нефть 

для советской России (“Bakı nef-

ti Sovet Rusiyası üçün”), «Победу 

советской  России  и  Бакинский 

нефтяной  экспорт»  («Sovet  Ru-

siyasının qələbəsi və Bakı neftinin 

ixracı») Aprel işğalının (1920) ma-

hiyyətini  açmaq  baxımından  sə-

ciyyəvidir.



* * * *

«FÜYUZAT» - həftəlik elmi, ədə-

bi,  ictimai-siyasi,  şəkilli  jurnal. 

1906-cı  il  noyabrın  1-dən,  1907-ci 

il  noyabrın  1-dək  Bakıda  Azər-

baycan  dilində  nəşr  edilmişdir. 

Cəmi  32  nömrəsi  çıxmışdır.  «Fü-

yuzat»  Hacı  Zeynalabdin  Tağı-

yevin  vəsaiti  ilə  nəşr  olunurdu. 

Jurnalın  müdiri  və  baş  mühərriri 

Əli bəy Hüseynzadə idi. Redaksiya-

sı  H.Z.Tağıyevin  Nikolay  (indiki 

İstiqlaliyyət)  küçəsindəki  evində 

yerləşir, «Kaspi» mətbəəsində çap 

olunurdu.  Müsəlman-türk  vətən-

daşlarını  maarifləndirib,  mədəni 

səviyyələrini  yüksəltmək,  ictimai 

və  milli  şüurunu  oyadıb,  dövlət-

çilik  hisslərini  qüvvətləndirmək, 

bu  yolla  siyasi  birliyini  yaradıb, 

xoşbəxt həyata qovuşdurmaq «Fü-

yuzat”ın  əsas  amalını  təşkil  edir-

di.  «Füyuzat»da  bədii  ədəbiyyat 

mərkəzi yer tuturdu. Bir il ərzində 

jurnal 102 şeir, 3 pyes dərc etmiş, 

romantik  ədəbiyyatın  yaranması-

na qüvvətli təsir göstərmişdir. 

Azərbaycan xalqının mədəni üfüq-

lərini genişləndirmək, dünya ədə-

biyyatını təbliğ etməklə mil li ədə-

biyyatın  inkişafına  yeni  isti qamət 

vermək “Füyuzat”ın fəaliyyətində 

önəmli  yer  tuturdu.  «Füyuzat» 

Azərbaycanda milli istiqlal ideya-

larının  formalaşmasında  mühüm 

rol oynamışdır. 

* * * *

«YENİ FÜYUZAT» - Bakıda Azər-

baycan dilində nəşr edilən həftəlik 

illüstrasiyalı jurnal (1910-11). «Fü-

yuzat»  (1906-07)  ənənələrinin  da-

vamçısı olan jurnalın naşiri və mə-

sul  müdiri  Əlipaşa  Hüseynzadə 

(Səbur), baş mühərriri Əhməd Ka-

mal  Rasim oğlu  idi.  İslam  birliyi, 

milli  istiqlaliyyət,  siyasi  dirçəliş, 

vətənpərvərlik  ideyalarının  təbli-

ği, şah, sultan istibdadının, Rusiya 

və İngiltərə dövlətlərinin Yaxm və 

Orta  Şərq  ölkələrində  -  Misirdə, 

Ərəbistanda,  İranda,  Türkiyədə, 

Əfqanıstanda qanlı müstəmləkəçi-

lik siyasətinin tənqidi jurnalın əsas 

ideya istiqamətini təşkil edirdi. 

«Yeni  füyuzat”da  islam  birliyinin 

təbliği xüsusilə güclü idi. İmperi-

alist  dövlətlərin  Şərqdə  müstəm-

ləkəçilik  siyasətinin  tənqidi  jan-

darm  idarəsinin  diqqətini  cəlb 

etmiş, 1911-ci il martın 19-da naşi-

rin və baş redaktorun evində axta-

rış aparılmış, naşir və məsul mü-

dir  Əlipaşa  Hüseynzadə  (Səbur) 

Həştərxana  sürgün  olunmuş,  baş 

redaktor  Əhməd  Kamal  isə  Rusi-

ya hüdudlarından çıxarılıb, vətəni 

Türkiyəyə  göndərilmiş,  bununla 

da «Yeni füyuzat»ın fəaliyyəti da-

yandırılmışdır. 

* * * *

«MƏKTƏB»  -  demokratik  isti-

qa mətli,  elmi-ədəbi-bədii  jurnal. 

Bakıda  (rəsmən  2  həftədə  1  dəfə) 

Azərbaycan dilində nəşr olunmuş-

dur.  İlk  nömrəsi  1911-ci  il  29-da, 

sonuncusu  1920-ci  il  martın  21-də 

(cəmi 95 nömrə) çıxmışdır. Redak-

torları Qafur Rəşad (həm də naşiri) 

və  Ə.Əfəndizadə  olmuşlar.  1-ci 

nömrəsindən  Nəriman  Nərima-

novun  «Əziz  balalar!»  başlığı  ilə 

uşaqlara müraciəti verilmişdir. 

 «Məktəb» jurnalının səhifələrində 

milli  dirçəliş,  istiqlal  ideyası,  ana 

dilinə  bağlılıq,  vətənə  məhəbbət, 

övladlıq borcu, ədəb-ərkan, yoldaş-

lıq, qayğıkeşlik, səmimi münasibət 

mövzularında yazılar və kiçik uşaq 

hekayələri,  eyni  zamanda,  xalqın 

müdrikliyindən,  mübariz  ruhun-

dan bəhs edən folklor nümunələri, 

xüsusilə nağıllar, lətifələr, oyun və 

əyləncələr çap olunurdu. Jurnalda 

Həsən  bəy  Zərdabi,  Mirzə  Ələk-

bər Sabir, Süleyman Sani Axundov, 

Üzeyir  bəy  Hacıbəyli,  Abdulla  Şaiq, 

Abbas  Səhhət,  Cəfər  Cabbarlı  və  b.-

nın yazıları ilə yanaşı, xarici dillər-

dən tərcümələr də dərc edilmişdir. 

«Məktəb» pedaqoji biliyin və dün-

yagörüşünün 

genişlənməsində, 

maarifə, elmə həvəsin artmasında, 

uşaqlara  yüksək  mənəvi-əxlaqi 

keyfiyyətlərin aşılanmasında əhə-

miyyətli rol oynamışdır.



* * * *

«ŞEYPUR»  -  Bakıda  Azərbaycan 

dilində nəşr olunan həftəlik satirik 

jurnal. İlk sayı 1918-ci il oktyabrın 

5-də,  sonuncu  sayı  isə  1919-cu  il 

yanvarın  18-də  (cəmi  14  nömrə) 

çıxmışdır.  Redaktoru  Məmmədə-

li Sidqi, naşiri Səməd Mənsur idi. 

Satirik jurnalistikanın qaydalarına 

uyğun  olaraq,  “Şeypur”da  publi-

sistik və bədii materiallar üstüör-

tülü  imzalarla  dərc  edilmişdir. 

Jurnalda Səməd Mənsurun satirik 

şeirləri, əsasən, “Pampuşəli” imza-

sı ilə dərc olunmuşdur. Baş mühər-

rir Məmmədəli Sidqi isə daha çox 

«Şeypur» imzası ilə çıxış etmişdir. 

Jurnalda  «Dağlı»,  «Dağlızadə»(C.

Cabbarlı), «Qozqurab bəy» (Əmin 

Abid),  habelə  «Yaf-tuməli»,  «Çal-

ma»,  «Qoçu  Mauzerzadə».  «Mö-

min çinovnik», «Lağlağı», «Müsa-

hib»,  «Hamınalsuvar»  və  s.  gizli 

imzalar da işlənmişdir. 

Jurnal  Azərbaycanın  Xalq  Cüm-

huriyyətinin müstəqillik idealları-

nı təbliğ edir, bu yoldakı əngəlləri, 

bolşevik-daşnak  fitnəkarlıqlarını, 

Bakı neftini ələ keçirməyə can atan 

əcnəbi dövlətlər arasındakı çəkiş-

mələri ifşa edirdi. 

«Molla Nəsrəddin» jurnalının ənə-

nələrini davam etdirən «Şeypur»-

da  müxtəlif  satirik-yumoristik 

üsullardan istifadə olunurdu. 



* * * *

«ZƏNBUR» - Azərbaycan dilində 

həftəlik illüstrasiyalı satirik jurnal. 

1918-ci ilin aprel-noyabr aylarında 

«Türk nəşriyyat cəmiyyəti» tərəfin-

dən Bakıda nəşr edilmişdir (cəmi 24 

nömrə). 


«Zənbur»  Azərbaycan  Xalq  Cüm-

huriyyəti hökumətinin orqanı olub, 

redaksiya heyəti tərəfindən buraxı-

lırdı.  Naşiri  1909-19-cu  illərdə  çıx-

mış eyni adlı satira jurnalının sahibi, 

tibb elmləri doktoru, yazıçı, ictimai 

xadim Mirzə Əbdülxalıq Axundov

əsas  rəssamı  Əzim  Əzimza də,  be-

şinci  nömrədən  «NN»  imzalı  rəs-

sam,  sonralar  isə  Səfizadəidi.  Jur-

nalda Əlabbas Müznib, Əli Nəzmi, 

Səməd  Mənsur,  Hacı  Qasım  Səy-

yah,  B.Səttar  oğluvə  b.  müəlliflər 

fəal iştirak edirdilər. 

“Zənbur”un  əsas  mövzusu  və 

tənqid  hədəfi  dövrün  aktual  mə-

sələləri,  kəskin  ictimai-siyasi  ha-

disələri  idi.  Jurnalda  Rusiyanın 

(Lenin və Kerenskinin timsalında) 

Azərbaycanı işğal etmək niyyətlə-

ri, erməni-daşnak silahlı dəstələri-

nin  Zəngəzurda  və  Bakıda  törət-

dikləri  soyqırımları,  beynəlxalq 

imperializm qüvvələrinin neft Ba-

kısını işğal etmək üçün Azərbayca-

na müdaxiləsi, dövlət idarələrində 

köks  alıb  qalan  və  milli  dövlətçi-

liyə əngəl olan «nikolay pərəst» və 

s. mürtəce qüvvələr, habelə dövlət 

qurumlarındakı özbaşınalıqlar, lo-

vğa nitqlərlə xalqı aldadan nazir-

lər,  «padşah  yerişli    naçalniklər”, 

“müstəbid  çinovniklər”,  kənd-

lilərin  “qabıqlarını  soğan  qabığı 

kimi  soyan”  pristavlar,  şəxsi  mə-

nafelərini  xalqa  xidmətdən  üstün 

tutan  parlament  üzvləri,  külək 

əsən tərəfə əyilən partiya liderləri, 

sosialistlər yığcam formalı şeir və 

publisist yazılarda tənqid edilirdi. 

“Zənbur” “Molla Nəsrəddin” jur-

nalının satira ənənələrindən geniş 

bəhrələnirdi.

JURNALİSTLƏR  VƏ  ƏDİB-

LƏR  İTTİFAQI  -  Azərbaycan 

Xalq  Cüm huriyyəti  dövründə 

qey ri-hö kumət  yaradıcılıq  birli-

yi.  1919-cu  ilin  oktyabrında  ya-

radılmışdı.  Həmkarlar  İttifaqı 

səciyyəsi  daşıyan  qurum  milli 

mənsubiyyətin dən asılı olmaya-

raq, jurnalist və yazıçıları birləş-

dirirdi. Sədri L.P.Umanski, sədr 

müavini  Xəlil  İbra himov  (Xəlil 

İbrahim),  xəzi nə  darı  Xudadat 

bəy Əzizov idi. Üzeyir Hacıbəyli 

ittifaqın  idarə  heyətinin  üzvü  ol-

muşdur. Nizamnaməsinə əsasən, 

bütün mü ba hisəli məsələlərə təş-

kilatın nəz dində yaradılmış arbit-

raj komissiyasında baxılırdı. İttifaq 

fəal mədəni-maarif və xeyriyyəçi-

lik  fəaliyyəti  göstərirdi.  Belə  ki, 

1919-cu  ilin  noyabrında  ittifaqın 

yoxsul üzvləri üçün pul fondu ya-

radılmış,  noyabrın  23-də  fondun 

nəfınə  tamaşa  göstərilmişdi.  Elə 

həmin  vaxt  «jurnalist  günü»nün 

keçirilməsi  qərara  alınmış,  Döv-

lət  Teatrında  (indiki  Azərbaycan 

Dövlət Opera və Balet Teatırı) ta-

maşa-bal  təşkil  edilmiş,  jurnalist 

günü ilə əlaqədar bir günlük qəzet 

buraxılmışdı. Jurnalistlər və ədib-

lər ittifaqı Azərbaycanda demok-

ratik mətbuatın inkişafında, Cüm-

huriyyət ideyalarının, hökumətin 

həyata keçirdiyi ictimai-siyasi, iq-

tisadi və sosial-mədəni tədbirlərin 

işıqlandırılmasında  mühüm  rol 

oynamışdır.  İttifaq  Aprel  işğalı 

(1920)  nəticəsində  fəaliyyətini 



dayandırmışdır.

Document Outline

  • 1
  • 2

Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə