Azərbaycanda ipoteka sistemi : real vəZİYYƏTİn təHLİLİ VƏ TƏKMİLLƏŞDİRİLMƏSİ İSTİqaməTLƏRİ



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə10/26
tarix05.04.2018
ölçüsü0,65 Mb.
#35966
növüXülasə
1   ...   6   7   8   9   10   11   12   13   ...   26

AZƏRBAYCANDA İPOTEKA SİSTEMİ 

REAL VƏZİYYƏTİN TƏHLİLİ VƏ TƏKMİLLƏŞDİRİLMƏSİ 

İSTİQAMƏTLƏRİ

 

  Rəşad Həsənov, MA, 



Gülnar İsmayılova, MSc, 

Fərhad Bayramov

 

Səhifə 32 / 91 



 

 

İSİM

 

İqtisadi və Sosial İnkişaf Mərkəzi

 

Yaxşı Tədqiqat, Yaxşı İslahat, Yaxşı Siyasət

 

 

 



 

İpoteka ilə yüklü edilmiş daşınmaz əmlakın bazar qiyməti əsas 



götürülərək  ipoteka  ilə  təmin  edilən  kreditin  həcmindən  az 

olmamaq şərtilə sığortalanmalıdır;  

 

Həyat  sığorta  müqaviləsi.  Birgə  borcalanların  həyat  sığortası 



onların  ipoteka  kreditinin  məbləği  hesablanarkən  gəlirlərinin 

xüsusi  çəkisinə  proporsional  qaydada  aparılmalı  və  birgə 

borcalanların  həyat  sığortasının  ümumi  məbləği  ipoteka 

krediti məbləğindən az olmamalıdır;  

 

AİF tərəfindən müəyyən olunan digər tələblər.  



Bu  zaman  yaranan  hallardan  biri  –kimlər  güzəştli  ipoteka 

kreditindən  istifadə  edə  bilər?  olur.  Yeri  gəlmişkən  qeyd  edək  ki, 

güzəştli  ipoteka  krediti  dövlətin  sosial  siyasətinin  bir  istiqaməti  olub, 

əhalinin daha az gəlirli hissəsinə dəstək məqsədi daşımaqla yanaşı, ölkə 

qarşısında  dəyərli  xidmətləri  olan  insanlara  və  ya  onların  ailələrinə 

dövlət qayğısını əks etdirən bir üstünlüyüdə özündə ehtiva edir. Bu isə 

özlüyündə təqdirə layiq  hal hesab edilir. “Azərbaycan Respublikasında 

güzəştli  ipoteka  kreditlərinin  verilməsi”  qaydalarının  2-ci  müddəası 

güzəştli  ipoteka  kreditindən  istifadə  etmə  hüququ  olan  vətəndaşların 

siyahısını aşağıdakı kimi müəyyən edir. 

1.  Gənc ailənin üzvü olan aşağıdakı şəxslər; 



AZƏRBAYCANDA İPOTEKA SİSTEMİ 

REAL VƏZİYYƏTİN TƏHLİLİ VƏ TƏKMİLLƏŞDİRİLMƏSİ 

İSTİQAMƏTLƏRİ

 

  Rəşad Həsənov, MA, 



Gülnar İsmayılova, MSc, 

Fərhad Bayramov

 

Səhifə 33 / 91 



 

 

İSİM

 

İqtisadi və Sosial İnkişaf Mərkəzi

 

Yaxşı Tədqiqat, Yaxşı İslahat, Yaxşı Siyasət

 

 

 



-    şəhid ailəsinin üzvü (əri/arvadı, övladları);  

-    Milli Qəhrəman (özü, əri/arvadı, övladları);  

-    məcburi köçkün və ya ona bərabər tutulan şəxslər;  

-    üç ildən az olmayan müddətdə dövlət qulluqçusu işləyən şəxslər;  

-    elmlər namizədi və ya doktorluq elmi dərəcəsi olan şəxslər;  

-  idman sahəsində xüsusi xidmətləri olan şəxslər ( fəxri bədən tərbiyəsi 

və  idman  xadimi,  ölkə  miqyaslı  yarışların  qalibi  (  I  yer  ),  beynəlxalq 

miqyaslı yarışların mükafatçıları ( I, II və III yerlər ). 

2.    Üç  ildən  az  olmayan  müddətdə  hərbi  xidmətdə  olan  (  müddətli 

həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular daxil deyil ), həmçinin də 

ehtiyata  və  istefaya  buraxılmış  Azərbaycan  Respublikasının  hərbi 

qulluqçuları. 

Onu  da  qeyd  etmək  lazımdır  ki,  bəhs  etdiyimiz  qaydalara  əsasən, 

ipoteka kreditləri üzrə  güzəştlərdən istifadə  etmək hüququ olan hər bir 

ailə  (şəxs)  bu  güzəştlərdən  yalnız  bir  dəfə  istifadə  edə  bilər.  Bu 

məhdudiyyətdə  əsas  məqsəd  məhdud  imkanlardan  istifadə  zamanı 

ədalətin təmin edilməsinə xidmət etməkdir. 



 

 


AZƏRBAYCANDA İPOTEKA SİSTEMİ 

REAL VƏZİYYƏTİN TƏHLİLİ VƏ TƏKMİLLƏŞDİRİLMƏSİ 

İSTİQAMƏTLƏRİ

 

  Rəşad Həsənov, MA, 



Gülnar İsmayılova, MSc, 

Fərhad Bayramov

 

Səhifə 34 / 91 



 

 

İSİM

 

İqtisadi və Sosial İnkişaf Mərkəzi

 

Yaxşı Tədqiqat, Yaxşı İslahat, Yaxşı Siyasət

 

 

 



Cədvəl 1 : İpoteka kreditlərinin verilməsi şərtləri 

Şərtlər 

      Adi ipoteka kreditləri 

    Güzəştli ipoteka kreditləri 

Maksimal məbləğ 

50000 AZN 

50000 AZN 

Maksimal illik faiz dərəcəsi 

8% 


4% 

Maksimal müddət 

25 il 


30 il 

Minimum ilkin ödəniş 

20% 


15% 

Aylıq 

annuitet 

ödəniş 

məbləği  (50  min  manat 

kredit alındığı halda) 

386 AZN 


239 AZN 

 

Mənbə 



Azərbaycan 

Respublikası 

Dövlət 

İpoteka 

Fondu 

:

http://www.amf.cbar.az/?/az/content/157/



 

Cədvəldən  də  göründüyü  kimi,  adi  və  güzəştli  ipoteka  kreditlərinin 

maksimal məbləği bərabərdir (50 min manat). Lakin, digər üç şərt illik 

faiz, müddət və ilkin ödəniş şərtlərində fərq var. Nəticədə aylıq annuitet 

ödənişlər  arasında  ciddi  fərq  yaranır.  Belə  ki,  25  il  müddətinə  50  min 

manat  adi  ipoteka  götürən  şəxs  aylıq  386  manat  olmaqla  müddətin 

sonuna qədər cəmi 116 min manat ödəniş etdiyi halda, güzəştli ipoteka 

götürən  şəxs  müvafiq  olaraq  aylıq  264  manat,  cəmi  isə  79200  manat 

məbləğində ödəniş edir. Digər tərəfdən nəzərə alsaq ki, güzəştli ipoteka 

krediti üçün ödəmənin maksimal müddəti 30 il müəyyən edilib bu zaman 

aylıq ödəniş 239 manata bərabər olur ki, bu da az gəlirli ailələr üçün 

əlavə 

üstünlük 

yaradır.



Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə