Azərbaycanda ipoteka sistemi : real vəZİYYƏTİn təHLİLİ VƏ TƏKMİLLƏŞDİRİLMƏSİ İSTİqaməTLƏRİ



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə14/26
tarix05.04.2018
ölçüsü0,65 Mb.
#35966
növüXülasə
1   ...   10   11   12   13   14   15   16   17   ...   26

AZƏRBAYCANDA İPOTEKA SİSTEMİ 

REAL VƏZİYYƏTİN TƏHLİLİ VƏ TƏKMİLLƏŞDİRİLMƏSİ 

İSTİQAMƏTLƏRİ

 

  Rəşad Həsənov, MA, 



Gülnar İsmayılova, MSc, 

Fərhad Bayramov

 

Səhifə 45 / 91 



 

 

İSİM

 

İqtisadi və Sosial İnkişaf Mərkəzi

 

Yaxşı Tədqiqat, Yaxşı İslahat, Yaxşı Siyasət

 

 

 



predmetinin sığorta haqqı ödənilməlidir. 

Yuxarıda  qeyd  etdiklərimizdən  göründüyü  kimi,  ipoteka  prosesi 

zamanı yaranan xərclər təxminən 580-830 AZN arasında dəyişə bilər. 

Xərclərin  dəyişməsinə  səbəb  ipoteka  krediti  müraciət  və 

sənədləşmənin  Bakı  şəhəri  və  regionlarda  olması,  həmçinin  kreditin 

məbləğindən asılı olaraq dəyişir.  

Sadaladığımız prosedur qaydalarını yerinə yetirdikdən sonra kredit sizin 

adınıza ayrılır.  

Bundan  sonrakı  mərhələ  ipotek  etdirilən  mənzil  dəyərinin  kredit 

təşkilatının  ödəmədiyi  məbləği  mənzil  sahibinin  adına  köçürmək  olur. 

Yəni, ilkin ödənişi bank yolu ilə ödəmiş olursan və digər hissə isə əldə 

olunan  kredit  hesabına  ödənilir.  Beləliklə  mənzil  sənin  adına 

sənədləşdirilmiş  olur.  Baxmayaraq  ki,  əmlak  bankda  kreditin  girovu 

olaraq qeydə alınıb, sən mənzilin mülkiyyətçisi olursan. Bəzən insanlar 

düşünür  ki,  sadəcə  ödəniş  bitdikdən  sonra  mülkiyyətçi  hüququ  əldə 

edir.  

 

 




AZƏRBAYCANDA İPOTEKA SİSTEMİ 

REAL VƏZİYYƏTİN TƏHLİLİ VƏ TƏKMİLLƏŞDİRİLMƏSİ 

İSTİQAMƏTLƏRİ

 

  Rəşad Həsənov, MA, 



Gülnar İsmayılova, MSc, 

Fərhad Bayramov

 

Səhifə 46 / 91 



 

 

İSİM

 

İqtisadi və Sosial İnkişaf Mərkəzi

 

Yaxşı Tədqiqat, Yaxşı İslahat, Yaxşı Siyasət

 

 

 



Azərbaycanda İpoteka kreditləşməsi rəqəmlərdə 

Qeyd etdiyimiz kimi ölkəmizdə ipoteka kreditlərinin verilməsinə 2006-

cı ildən başlanılıb. Ötən 6 il ərzində əhaliyə verilən ipoteka kreditlərinin 

həcmi 420.19 milyon manat olub. 2013-cü ilin yanvar-avqust aylarında  

isə  78.16  milyon  manat  məbləğində  ipoteka  krediti  verilib.  Beləliklə, 

AİF  xətti  ilə  verilən  kreditlərin  ümumi  həcmi  498.35  milyon  manat 

olub. Təbii ki, AİF yarandığı ilk günlərdə maliyyə imkanları çox az idi. 

Belə ki, 2006-cı ildə fond əhaliyə yalnız dövlət büdcəsindən ayrılan 5.6 

milyon  manat  vəsaiti  təqdim  edirdisə,  hazırda  AİF-in  maliyyələşmə 

mənbələri daha çoxdur və bunlara dövlət büdcəsindən ayrılan vəsaitlər, 

AİF  tərəfindən  yenidən  maliyyələşdirmə  nəticəsində  yaranan  vəsaitlər  

və AİF-in yerləşdirdiyi istiqrazlardan əldə edilən vəsaitlər aiddir. Fond 

vasitəsi  ilə  ipoteka  kreditləşməsinin  illər  üzrə  dinamikası  aşağıdakı 

qrafikdə göstərilmişdir.  



Qrafik  1  :  AİF  tərəfindən  verilən  ipoteka  kreditlərinin  illər  üzrə 

dinamikası 

 

Mənbə: AİF-hesabatları əsasında hazırlanıb 

0

100


5.6

70.2


0

76.9


97.08 95.64

74.77 74.16



milyon manatla


AZƏRBAYCANDA İPOTEKA SİSTEMİ 

REAL VƏZİYYƏTİN TƏHLİLİ VƏ TƏKMİLLƏŞDİRİLMƏSİ 

İSTİQAMƏTLƏRİ

 

  Rəşad Həsənov, MA, 



Gülnar İsmayılova, MSc, 

Fərhad Bayramov

 

Səhifə 47 / 91 



 

 

İSİM

 

İqtisadi və Sosial İnkişaf Mərkəzi

 

Yaxşı Tədqiqat, Yaxşı İslahat, Yaxşı Siyasət

 

 

 



Qrafikdən  də  göründüyü  kimi  qısa  müddət  ərzində  ölkədə  ipoteka 

kreditləşməsinin  həcmi  təxminən  15  dəfədən  çox  artıb.  Yalnız  məlum 

qlobal  maliyyə  böhranı  ilə  əlaqədar  2008-ci  ildə  kreditləşmə  rəsmi 

olaraq  dayandırılmışdı.  Buna  səbəb  faktiki  maliyyə  qıtlığı  yox,  qlobal 

maliyyə  böhranına  səbəb  olan  əsas  amil  kimi  ABŞ  və  bir  sıra  Avropa 

ölkələrində  ipoteka  kreditlərinin  geri  qaytarılmasında  yaranan 

problemin  hesab  edilməsi  idi.  Başqa  sözlə  desək,  baş  verrmiş  böhran 

Azərbaycan hökumətini daha ehtiyatlı davranmağa vadar edirdi. Lakin, 

qısa müddət sonra 2009-cu ildə ipoteka kreditləşməsi bərpa edildi və elə 

həmin  il  əhaliyə  77  milyon  manat  məbləğində  kredit  verildi.  Hazırda 

Azərbaycanda  ipoteka  kreditləşməsinin  ÜDM-də  xüsusi  çəkisi  0.8%-

dir. İpoteka kreditlərinin ÜDM-dəki həcminə görə ölkəmiz dünyada ən 

son  yerlərdən  birini  tutur.  Məsələn,  ABŞ  da  müvafiq  göstərici  69%-ə, 

İsveçrədə  isə  130%-ə  çatır.  İpoteka  kreditlərinin  ÜDM-dəki  xüsusi 

çəkisinin çoxluğu ölkənin sosial siyasətinin səviyyəsini və vətəndaşların 

kreditlərdən istifadə imkanlarının genişliyinə dəlalət edir. Azərbaycanda 

isə  il  ərzində  ipoteka  kreditindən  orta  hesabla  3  min  vətəndaş  istifadə 

edir.  Nəzərə  alsaq  ki,  ölkəmizdə  hər  il  təxminən  45-50  min  yeni  ailə 

qurulur və onların 85%-ni gənclər təşkil edir ipoteka kreditinin 2-3 min 

nəfərə şamil  edilməsi doğru deyil. Vəziyyətin əhəmiyyətliliyini nəzərə 

alaraq  ipoteka  məqsədi  ilə  dövlət  büdcəsinə  ayrılan  vəsaitlərin  həcmi 

minimum  5  dəfə  artırılmalıdır.  Xatırlatmaq  yerinə  düşər  ki,  2013-cü 




Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə