Azərbaycanda ipoteka sistemi : real vəZİYYƏTİn təHLİLİ VƏ TƏKMİLLƏŞDİRİLMƏSİ İSTİqaməTLƏRİ



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə3/26
tarix05.04.2018
ölçüsü0,65 Mb.
#35966
növüXülasə
1   2   3   4   5   6   7   8   9   ...   26

AZƏRBAYCANDA İPOTEKA SİSTEMİ 

REAL VƏZİYYƏTİN TƏHLİLİ VƏ TƏKMİLLƏŞDİRİLMƏSİ 

İSTİQAMƏTLƏRİ

 

  Rəşad Həsənov, MA, 



Gülnar İsmayılova, MSc, 

Fərhad Bayramov

 

Səhifə 9 / 91 



 

 

İSİM

 

İqtisadi və Sosial İnkişaf Mərkəzi

 

Yaxşı Tədqiqat, Yaxşı İslahat, Yaxşı Siyasət

 

 

 



Giriş 

Dəyişən  dünyada  sosial  dövlət  modeli  XXI  əsrdə  bəşəriyyətin 

əsas  inkişaf  istiqamətlərindən  biridir.  Bu  əsrdə  dövlətlərin  həyata 

keçirdiyi  sosial-iqtisadi  siyasətdə  prioritet,  vətəndaşlara  yüksək  həyat 

standartlarına  uyğun  yaşamaq  şəraitini  təmin  edilməsidir.  Xüsusi  qeyd 

etmək lazımdır ki, insanların  yaşayış sahəsinə olan ehtiyacı kimi təməl 

haqlarının  müdafiəsi  hökumət  qarşısında  dayanan  əsas  vəzifədir. 

Beynəlxalq  təcrübə  onu  göstərir  ki,  insanların  mənzil  şəraitinin 

yaxşılaşdırılması  siyasətinin  əsas  iqtisadi  aləti  ipoteka  kreditləri  hesab 

edilir.  Təsadüfi  deyil  ki,  bəzi  hallarda  həyata  keçirilən  ipoteka  siyasəti 

dövlətlərin  sosiallıq  səviyyəsinin  qiymətləndirilməsində  mühüm  meyar 

hesab 


edilir. 

İpoteka 


kreditləşməsinin 

səviyyəsinin 

müəyyənləşdirilməsində istifadə edilən metodlardan biri olaraq kreditin 

bu  növünün  ümumi  daxili  məhsulda  xüsusi  çəkisinin  ayrı-ayrı  ölkələr 

üzrə  göstəricilərinə  diqqət  etməklə  Azərbaycanda  olan  real  vəziyyəti 

qavramaq  mümkündür.  İpoteka  kreditlərinin  ÜDM-də  xüsusi  çəkisi 

Danimarkada  87.9%,  Yeni  Zelandiyada  78.2%,  Avstraliyada  71%, 

keçmiş  müttəfiqlərdən  Litvada  14%  olduğu  halda  Azərbaycanda  bu 

göstərici  0.45%-dir.  Təkcə  bu  fakt  kifayət  edir  ki,  hökumət  ipoteka 

istiqamətində həyata keçirdiyi strategiyaya yenidən baxsın. 




AZƏRBAYCANDA İPOTEKA SİSTEMİ 

REAL VƏZİYYƏTİN TƏHLİLİ VƏ TƏKMİLLƏŞDİRİLMƏSİ 

İSTİQAMƏTLƏRİ

 

  Rəşad Həsənov, MA, 



Gülnar İsmayılova, MSc, 

Fərhad Bayramov

 

Səhifə 10 / 91 



 

 

İSİM

 

İqtisadi və Sosial İnkişaf Mərkəzi

 

Yaxşı Tədqiqat, Yaxşı İslahat, Yaxşı Siyasət

 

 

 



Nəzərə  alsaq  ki,  Azərbaycanda  maliyyə-bank  bazarı  o  cümlədən, 

ipoteka  sistemi  yenicə  təşəkkül  tapıb  və  bu  sahədə  kifayət  qədər 

problemlər  və  nöqsanlar  var,  hökumətin  ipoteka  siyasətində  ciddi 

dəyişiklər etməsi qaçılmazdır. Məhz bu səbəbdən Azərbaycanda ipoteka 

kreditləri,  mahiyyəti  və  məqsədəuyğunluğu  mövzusunda  tədqiqatın 

aparılmasını  əhəmiyyətli  hesab  etdik.  Tədqiqatın  məqsədi  ipoteka 

kreditləşməsindəki  nöqsanları  və  yaxud  da  ölkənin  sosial-iqtisadi 

göstəricilərinə  zidd  məqamları  ortaya  çıxarmaq,  beynəlxalq  təcrübəyə 

əsaslanaraq  daha  münasib  və  ölkə  reallığına  uyğun  sistem 

formalaşdırılması üçün təkliflər irəli sürməkdir.  

Mövzunu  aktuallığını  artıran  digər  səbəb  əhalinin  ipoteka  kreditlərinə 

tələbatının  yüksək  səviyyədə  olmasıdır.  Çünki,  ölkədə  son  10  ildə 

daşınmaz əmlak bazarında qiymətlərin bir neçə dəfə artması və hazırkı 

mənzil  qiymətlərinin  real  kommersiya  maraqlarını  əks  etdirməməsi 

əhalinin mənzil probleminin daha da qabarmasına səbəb olub. Beləliklə, 

ölkədə  ipoteka  kreditləşməsində  yeni  və  əhalinin  sosial  vəziyyətini 

ehtiva  edən  şərtlərin  tətbiqi  ictimai  tələbə  çevrilib.  Tədqiqat  zamanı 

oxucuları  maraqlandıran  ipoteka  şərtləri,  onu  əldə  etməyin  yolları, 

hüquqi  prosedura  qaydaları  kimi  informasiya  xarakterli  materiallar 

təqdim  edilir.  Bu  vasitə  ilə  vətəndaşların  daha  geniş  və  səlis  bilgilərlə 

maarifləndirilməsinə çalışılıb. 

 

 




AZƏRBAYCANDA İPOTEKA SİSTEMİ 

REAL VƏZİYYƏTİN TƏHLİLİ VƏ TƏKMİLLƏŞDİRİLMƏSİ 

İSTİQAMƏTLƏRİ

 

  Rəşad Həsənov, MA, 



Gülnar İsmayılova, MSc, 

Fərhad Bayramov

 

Səhifə 11 / 91 



 

 

İSİM

 

İqtisadi və Sosial İnkişaf Mərkəzi

 

Yaxşı Tədqiqat, Yaxşı İslahat, Yaxşı Siyasət

 

 

 



Azərbaycan  Respublikası  bank  sektorunun  mövcud 

vəziyyəti 

Azərbaycanda  maliyyə-bank  sektorunun  inkişafı    iqtisadiyyatın 

digər sektorları kimi  SSRI  -nin  süqutu və bazar  iqtisadiyyatı sisteminə 

keçidin  elan  edilməsindən  sonrakı  dövrə  təsadüf  edir.  Müstəqillik  əldə 

etdikdən  sonra  dağılmış  iqtisadiyyatın  bərpa  edilməsi  və  yeni  iqtisadi 

sistemin formalaşdırılması prosesi bu gün də davam etməkdədir.  

Ümumiyyətlə, 

bank  sektorunun  hüquqi  bazasnıı  Azərbaycan 

Respublikasının  Konstitusiyanın  19-cu  maddəsi  ,  “Banklar  Haqqında 

Azərbaycan  Respublikasının  Qanunu”,  bu  sahəyə  aid  digər  normativ 

hüquqi aktlar və ölkənin tərəfdar çıxdığı beynəlxalq sazişlər təşkil edir 

Bu  qanunlara  əsasən  ölkədə  müstəqil  bank  sistemi,  Azərbaycan 

Respublikasının 

Mərkəzi 


Bankın 

statusu 


və 

vəzifələri 

müəyyənləşdirilir.  Daha  sonra  isə  bank  sektorunun  fəaliyyətinin 

tənzimlənməsi “Mərkəzi Bank Haqqında Qanun” və “Banklar və Bank 

Fəaliyyəti  Haqqında  Qanun”-ların  qəbul  olunmasıyla  davam  etdirilib. 

Sektorun  inkişafı  və  operativliyin  təmin  edilməsi  məqsədi  ilə  növbəti 

illərdə qanunlara müəyyən dəyişiklər edilərək beynəlxalq standartlara, o 

cümlədən Bazel prinsiplərinə uyğunlaşdırılıb. 2005-ci ildən etibarən isə 

ipoteka  kreditləşməsi  sektoru  üzrə  ilkin  addımlar  atıldı  və  bunun 

nəticəsi olaraq “İpoteka haqqında” Azərbaycan Respublikasının qanunu 

qəbul  edildi  və  Azərbaycan  Respublikası  Prezidentinin  16  sentyabr 



Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə