Azərbaycanda ipoteka sistemi : real vəZİYYƏTİn təHLİLİ VƏ TƏKMİLLƏŞDİRİLMƏSİ İSTİqaməTLƏRİ



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə5/26
tarix05.04.2018
ölçüsü0,65 Mb.
#35966
növüXülasə
1   2   3   4   5   6   7   8   9   ...   26

AZƏRBAYCANDA İPOTEKA SİSTEMİ 

REAL VƏZİYYƏTİN TƏHLİLİ VƏ TƏKMİLLƏŞDİRİLMƏSİ 

İSTİQAMƏTLƏRİ

 

  Rəşad Həsənov, MA, 



Gülnar İsmayılova, MSc, 

Fərhad Bayramov

 

Səhifə 15 / 91 



 

 

İSİM

 

İqtisadi və Sosial İnkişaf Mərkəzi

 

Yaxşı Tədqiqat, Yaxşı İslahat, Yaxşı Siyasət

 

 

 



İpotekanın yaranma tarixi və mahiyyəti

 

İlk ipoteka aktı 

İpoteka”  sözünün  kökü  təxminən  27  əsr  bundan  əvvələ 

qədim  Yunanıstana  gedib  çıxır.  Yunanca  ipoteka  “  dayaq”, 

dirək”  deməkdir.  İlk  dəfə  Yunan  hökmdarı  Solon  öz  borc 

öhdəliyini 

yerinə 


yetirə 

bilməyən 

vətəndaşların 

köləyə 


çevrilməməsi  üçün  bir  qayda  tətbiq  edilməsinə  qərar  verir.  Bu 

qaydaya əsasən borclu olanın torpaq sahəsinə üzərində “Bu torpaq 



borc  verilən  məbləğ  qarşılığında  borc  verənə  məxsusdur” ifadəsi 

yazılan  dirək  basdırılarmış.  Məhz  bu  səbəbdən  sonrakı  dövrlərdə 

mülkiyyətin girov qoyulması qarşılığında əldə edilən borca ipoteka 

borcu və ya ipoteka krediti adı verilir. 



Göründüyü  kimi,  ipoteka  müəyyən  faizlərlə  daşınmaz  əmlaka 

yönləndirilməsi nəzərdə tutulan vəsaitdir 

 

İpoteka kreditlərin daha geniş təşəkkül tapması isə XX əsrin 



əvvəllərinə  təsadüf  edir.  Bir  az  da  dəqiqləşdirmə  aparsaq  qeyd 

etməliyik  ki,  ötən  əsrin  30-cu  illərində  ABŞ-da  yaşanan  dərin 

iqtisadi böhran bu ölkədə dövlətin iqtisadi aktivliyi artırmaq, tikinti 

sektorunu    və  digər  sub  sektorları  canlandırmaq,  maliyyə  bazarına 

bir  başa  dəstək  vermək  və  ən  əsası  isə  vətəndaşların  dərinləşən 

sosial  problemlərinə  yardımçı  olmaq  məqsədi  ilə  ciddi  ipoteka 




AZƏRBAYCANDA İPOTEKA SİSTEMİ 

REAL VƏZİYYƏTİN TƏHLİLİ VƏ TƏKMİLLƏŞDİRİLMƏSİ 

İSTİQAMƏTLƏRİ

 

  Rəşad Həsənov, MA, 



Gülnar İsmayılova, MSc, 

Fərhad Bayramov

 

Səhifə 16 / 91 



 

 

İSİM

 

İqtisadi və Sosial İnkişaf Mərkəzi

 

Yaxşı Tədqiqat, Yaxşı İslahat, Yaxşı Siyasət

 

 

 



siyasəti  həyata  keçirməyə  başlayır.  Təsadüfi  deyil  ki,  hazırda 

dünyada daha çox yayılmış iki ipoteka modeli varsa bunlardan biri 

Anqlo-ABŞ  ipoteka  modeli  hesab  edilir.  İlk  olaraq  dövlət 

vəsaitlərinin bu sahəyə cəlb edilməsi və dövlət ipoteka banklarının 

yaradılmasına  baxmayaraq  daha  sonrakı  dövrlərdə  bu  sahənin 

özəlləşdirilməsi prosesi həyata keçirilib ki, bu da sektorda rəqabətin 

güclənməsinə,  maliyyə  mənbələrinin  artırılmasına  və  qiymətli 

kağızlar  bazarında  canlanmaya  səbəb  olub.  Hazırda  ABŞ  ipoteka 

modeli  daha  çox  bazar  qanunlarına  uyğun  tənzimlənir  və  kredit 

faizləri 3%-5% arasında dəyişir. 2013-cü ilin iyun ayı üçün faizlər 

üzrə  orta  göstərici  4.4%  təşkil  edib.  Lakin,  məlum  2008-ci  il 

böhranı  ərəfəsində  yaşanan  maliyyə  qıtlığı,  alıcılığın  kəskin  aşağı 

düşməsi ipoteka kreditlərinin faiz dərəcələrinin 3%-dək azalmasına 

səbəb  oldu.  Həmçinin  ödəmə  qabiliyyətinin  azalması  nəticəsində 

təkrar  ipoteka  kreditləşməsi  zəiflədi,  daşınmaz  əmlak  bazarı  və 

domino effekti olaraq digər iqtisadi sektorlar çökdü. Lakin, sonrakı 

dövrlərdə  həm  federal  hökumətin  ciddi  dəstəyi  və  həm  də 

depressiyadan  sonrakı  tələbat  artımı  bu  sahənin  yenidən  təşəkkül 

tapmasına  təkan  verdi.  Bütün  sıxıntılara  baxmayaraq  ölkə  ipoteka 

kreditləşməsindən imtina etmədi və şərtlərin kəskin ağırlaşdırılması 

halı  qeydə  alınmadı.  Ümumilikdə  isə  ABŞ-da  daşınmaz  əmlakın  

təxminən  90%-i  ipoteka  yolu  ilə  alınır.  Həmçinin,  bu  bazarın 




AZƏRBAYCANDA İPOTEKA SİSTEMİ 

REAL VƏZİYYƏTİN TƏHLİLİ VƏ TƏKMİLLƏŞDİRİLMƏSİ 

İSTİQAMƏTLƏRİ

 

  Rəşad Həsənov, MA, 



Gülnar İsmayılova, MSc, 

Fərhad Bayramov

 

Səhifə 17 / 91 



 

 

İSİM

 

İqtisadi və Sosial İnkişaf Mərkəzi

 

Yaxşı Tədqiqat, Yaxşı İslahat, Yaxşı Siyasət

 

 

 



tənzimlənməsi  və  inkişafı  da  ipoteka  siyasəti  ilə  həyata  keçirilir. 

Qeyd  edək  ki,  Azərbaycanda  da  hazırda  tətbiq  edilən  model  daha 

çox ABŞ ipoteka modelinə bənzəyir. Lakin, fərqli iqtisadi şərtlərin 

olması  ilə  əlaqədar  olaraq  Azərbaycan  hökuməti  bu  sahədə  daha 

çox mühafizəkar mövqe nümayiş etdirir. 

 

Avropada  isə  ipoteka  kreditləşməsinə  böyük  maraq  ikinci 



dünya  müharibəsindən  sonra  yaranmış  ağır  həyat  şərtləri  fonunda 

baş  verdi.  Avropa  ölkələri  daha  çox  sosial  ipoteka  modelindən 

istifadə  edirlər.  İpoteka  kreditləşməsinin  ikinci  modeli  Avropa 

sosial  ipoteka  modeli  hesab  edilir.  Burada  maliyyələşmə  mənbəyi 

baxımından iki pilləli sistem tətbiq edilir. Əsas mahiyyəti əhalinin 

yığım  məqsədi  ilə  dövriyyədən  kənarlaşdırdığı  vəsaitləri  ümumi 

məqsədlər üçün cəlb etmək və vəsaitlərin aktivliyini təmin etməklə 

bir növ zamanı qabaqlamaqdır. Bu təcrübədən ən uğurlu variantda 

Almaniya  II  dünya  müharibəsinin  ağır  nəticələrini  aradan 

qaldırarkən  istifadə  edib.  Sonrakı  dövrlərdə  bu  model  daha  da 

təkmilləşdirildi  və  bu  sahə  üzrə  fəaliyyət  göstərən  ipoteka  əmanət 

yığım  banklarının  formalaşmasına  təkan  verdi.  Hazırda  bir  çox 

dövlətlərdə ipotekanın bu modeli tətbiq edilir ki, bu da həm ipoteka 

kredit təşkilatlarının  maliyyə  mənbələrinin  çox şaxəliyi  və həm  də 

daha sosial xarakterli olmasından qaynaqlanır. 




Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə