Azərbaycanda ipoteka sistemi : real vəZİYYƏTİn təHLİLİ VƏ TƏKMİLLƏŞDİRİLMƏSİ İSTİqaməTLƏRİ



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə8/26
tarix05.04.2018
ölçüsü0,65 Mb.
#35966
növüXülasə
1   ...   4   5   6   7   8   9   10   11   ...   26

AZƏRBAYCANDA İPOTEKA SİSTEMİ 

REAL VƏZİYYƏTİN TƏHLİLİ VƏ TƏKMİLLƏŞDİRİLMƏSİ 

İSTİQAMƏTLƏRİ

 

  Rəşad Həsənov, MA, 



Gülnar İsmayılova, MSc, 

Fərhad Bayramov

 

Səhifə 25 / 91 



 

 

İSİM

 

İqtisadi və Sosial İnkişaf Mərkəzi

 

Yaxşı Tədqiqat, Yaxşı İslahat, Yaxşı Siyasət

 

 

 



ipoteka  predmetinin  və  xüsusiyyətlərinin  müəyyən  edilməsi, 

tərəflərin  hüquq  və  vəzifələrinin  müəyyənləşdirilməsi,  ipotekanın 

növləri,  istifadə  hüquqları,  dövlət  qeydiyyatına  alınması  və 

qeydiyyata  xitam  verilməsi  qaydaları  kimi  əsas  prinsipləri  əksini 

tapıb. Qanun 7 fəsil və 59 maddədən ibarətdir. 

Bu  qanunun  6-cı  maddəsi  ipoteka  predmeti  olaraq  dövlət  reyestr 

xidmətində  aktiv  mülkiyyət  hüququ  təsdiqlənmiş  daşınmaz  əmlakdan 

istifadə  edilməsini  şərtləndirir.  Qanun  həmçinin,  bölünməsi  mümkün 

olmayan əşyaların hissə-hissə ipotekasını qadağan edir. Lakin, bir neçə 

əşya borcalanın razılığı ilə eyni zamanda ipoteka predmeti hesab edilə 

bilər.  Yəni,  qanunla  ümumi  ipotekaya  icazə  verilir.  Bununla  yanaşı  bu 

qanun,  müqavilədə  xüsusi  qeyd  olmadığı  halda  tərəflərin  razılığı 

əsasında  ipoteka  predmetinin  dəyişdirilə  bilməsinə  imkan  yaradır. 

(Maddə: 6.5. İpoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, 



ipoteka  predmeti  ipoteka  saxlayanın  razılığı  ilə  dəyişdirilə  bilər.  Bu 

halda  ipoteka  müqaviləsində  dəyişikliklər  edilir.)  Qanunda  ümumi 

mülkiyyət  hüququ  olan  əmlakın  ipotekaya  qoyulması,  yalnız  digər 

mülkiyyətçilərin  notarial  qaydada  razılığı  olduqda  mümkün  hesab 

edilir.  (  Maddə  8.1:  Ümumi  birgə  mülkiyyətdə  olan  əşya  bütün 



mülkiyyətçilərin  notariat  qaydasında  təsdiq  olunmuş  razılığı  ilə 


AZƏRBAYCANDA İPOTEKA SİSTEMİ 

REAL VƏZİYYƏTİN TƏHLİLİ VƏ TƏKMİLLƏŞDİRİLMƏSİ 

İSTİQAMƏTLƏRİ

 

  Rəşad Həsənov, MA, 



Gülnar İsmayılova, MSc, 

Fərhad Bayramov

 

Səhifə 26 / 91 



 

 

İSİM

 

İqtisadi və Sosial İnkişaf Mərkəzi

 

Yaxşı Tədqiqat, Yaxşı İslahat, Yaxşı Siyasət

 

 

 



ipotekaya  qoyula  bilər.)  Bununla  belə,  ümumi  paylı  mülkiyyətin 

iştirakçısı öz payını digərlərinin razılığı olmadan ipoteka etdirə bilər. 

Qanunun  7-ci  maddəsində  ipotekanın  xüsusiyyətləri  müəyyənləşdirilir. 

İpotekanın  xüsusiyyətləri  dedikdə  ipotek  etdirilən  əmlakın  üzərində 

olduğu  torpaq  sahəsinin  də  ipoteka  predmeti  olması,  gələcəkdə 

yaranmış  problemlərdən  doğan  ipoteka  predmetinə  tutmanın  əmlakın 

yerləşdiyi  torpaq  sahəsinə  də  aid  olması  kimi  hüquqi  tələblər  nəzərdə 

tutulur.  Bundan  başqa  ipoteka  haqqında  qanun  borcalana  3-cü  tərəfin 

irəli  sürdüyü  hər  hansı  iddianın  qarşılığı  vətəndaşa  məxsus  digər 

mülklərlə  ödənilə  bilmədikdə  ipoteka  predmetinə  tələb  yalnız  kreditin 

digər hissəsi borcverən tərəfə ödənildikdən sonra müzakirə mövzusu ola 

biləcəyinə  imkan  verir.  Başqa  sözlə  ipoteka  predmeti  ipoteka  krediti 

üzrə  öhdəliklər  tamamilə  yerinə  yetirildikdə  yenidən  aktiv  əmlaka 

çevrilir. 

 

Sadaladığımız  şərtlərin  ipoteka  müqaviləsində  əks  olunması 



məcburidir.  Çünki,  borcalan  və  borcverən  arasındakı  gələcək 

münasibətlərin  əsas  istinad  yeri  və  ya  hüquqi  tərəfləri  yalnız  ipoteka 

müqaviləsində  razılaşdırıldığı  kimi  olur.  İpoteka  müqaviləsi  isə 

aidiyyatı  dövlət  qurumu  tərəfindən  qeydiyyata  alındığı  andan  qüvvəyə 

minir.  Daşınmaz  əmlakın  ipotekası  zamanı  tərəflər  arasında  bağlanan 

müqavilə  daşınmaz  əmlakın  dövlət  reyestrində  qeydə  alınmalıdır.  




AZƏRBAYCANDA İPOTEKA SİSTEMİ 

REAL VƏZİYYƏTİN TƏHLİLİ VƏ TƏKMİLLƏŞDİRİLMƏSİ 

İSTİQAMƏTLƏRİ

 

  Rəşad Həsənov, MA, 



Gülnar İsmayılova, MSc, 

Fərhad Bayramov

 

Səhifə 27 / 91 



 

 

İSİM

 

İqtisadi və Sosial İnkişaf Mərkəzi

 

Yaxşı Tədqiqat, Yaxşı İslahat, Yaxşı Siyasət

 

 

 



Müqavilə dövlət qeydiyyatına alındığı zaman ipotekanın predmeti, əsas 

öhdəliyin mahiyyəti, icra müddəti və ipoteka saxlayan barədə məlumat 

ətraflı şəkildə qeyd edilir. Əgər müqavilədə ipoteka kağızının verilməsi 

nəzərdə tutulubsa, dövlət qeydiyyatına alınan zaman bu informasiyanın 

da  qeyd  edilməsi  məcburi  tələblər  sırasındadır.  Qanunvericilikdə 

ipoteka  müqaviləsinin  qeydiyyata  alınmasından  imtina  halları  ilə  bağlı 

sənədlərdə  çatışmamazlığın  olması,  ipoteka  etdirənin  həmin  mülkiyyət 

üzərində  sərəncam  vermə  səlahiyyətinin  olmaması  və  yaxud  qanunla 

məhdudlaşdırılması, 

bəhs  olunan  əmlakla  əlaqədar  məhkəmə 

mübahisəsinin  olması  kimi  hüquqi  əngəllər  hesab  edilir.  Lakin, 

qeydiyyatdan  imtina  son  deyil.  Belə  ki,  imtina  qərarını  aldıqdan  sonra 

imtina səbəbini aradan qaldıraraq əmlakı  yenidən ipotek etdirmək olar. 

Bundan  başqa  vətəndaş  ipotekanın  dövlət  qeydiyyatından  imtinanı 

əsassız  hesab  edirsə  inzibati  qaydada  məhkəməyə  müraciət  edə  bilər. 

Yeri  gəlmişkən  onu  da  qeyd  edək  ki,  ipotekanın  dövlət  qeydiyyatının 

ləğvi qanunvericiliyə uyğun olaraq ipoteka saxlayanın ərizəsi və yaxud 

da  məhkəmənin  qərarı  əsasında  baş  verə  bilər.  İpoteka  müqaviləsi 

dövlət qeydiyyatına alınan zaman dövlət rüsumunu ipoteka qoyan tərəf 

ödəyir. 


İpoteka qoyan və ipoteka saxlayanın hüquq və vəzifələri də bəhs 

etdiyimiz  qanunla  tənzimlənir.  İpoteka  qoyanın  ipoteka  predmetinə 




Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə