Azərbaycanda ipoteka sistemi : real vəZİYYƏTİn təHLİLİ VƏ TƏKMİLLƏŞDİRİLMƏSİ İSTİqaməTLƏRİ



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə9/26
tarix05.04.2018
ölçüsü0,65 Mb.
#35966
növüXülasə
1   ...   5   6   7   8   9   10   11   12   ...   26

AZƏRBAYCANDA İPOTEKA SİSTEMİ 

REAL VƏZİYYƏTİN TƏHLİLİ VƏ TƏKMİLLƏŞDİRİLMƏSİ 

İSTİQAMƏTLƏRİ

 

  Rəşad Həsənov, MA, 



Gülnar İsmayılova, MSc, 

Fərhad Bayramov

 

Səhifə 28 / 91 



 

 

İSİM

 

İqtisadi və Sosial İnkişaf Mərkəzi

 

Yaxşı Tədqiqat, Yaxşı İslahat, Yaxşı Siyasət

 

 

 



sahiblik,  onun  təyinatı  üzrə  istifadəsi,  vəsiyyət  edilməsi,  qanunun 

tələblərinə  uyğun  sərəncam  vermək  kimi  hüquqları  və  ipoteka 

predmetinin  saxlanılması,  salamatlığı,  üçüncü  şəxslərin  qəsdlərindən, 

tələblərindən  qorunması,  vergilərin,  kommunal  xərclərin  ödənilməsi 

kimi  vəzifələri  var.  İpoteka  saxlayanın  isə  ipoteka  predmetinin 

saxlanılmasına  nəzarət  etmək,  nöqsanların  aradan  qaldırılmasını  tələb 

etmək,  ipoteka  qoyan  tərəfindən  xəbərdarlıqlara  əməl  edilmədikdə 

ipoteka  predmetinin  sahibliyinin  onun  xeyrinə  dəyişməsi  iddiası  ilə 

məhkəməyə  müraciət  etmək  kimi  hüquqları  var.  Sonuncu  halda 

məhkəmə ipoteka saxlayanın xeyrinə qərar çıxararsa o zaman, sahiblik 

hüququ tam şəkildə ona keçir. 

 

İpoteka  predmetinin  sığorta  etdirilməsi  də  qanunun  vacib 



tələblərindən biridir. Sığorta zamanı ipoteka predmetinin bazar qiyməti 

əsas  götürülür.  Əgər  ipoteka  qoyan  fiziki  şəxsdirsə,  o  zaman  onun 

həyatı və əmək qabiliyyətinin itirilməsi riski mütləq sığorta edilməlidir. 

Ümumiyyətlə isə ipoteka haqqında qanunun qəbul edilməsi ölkə 

tarixində  ilk dəfə ipoteka kreditləşməsinə  start  verilməsinə  səbəb oldu. 

İpoteka  prosesinin  tənzimlənməsi,  maliyyə  mənbələrinin  vahid 

qaynaqda  birləşdirilməsi,  bu  sahədə  dövlət  siyasətinin  həyata 

keçirilməsi məqsədi ilə  “Azərbaycan Respublikasında ipoteka kreditləri 

sisteminin  yaradılması  haqqında”  Azərbaycan  Respublikası  Prezidenti 



AZƏRBAYCANDA İPOTEKA SİSTEMİ 

REAL VƏZİYYƏTİN TƏHLİLİ VƏ TƏKMİLLƏŞDİRİLMƏSİ 

İSTİQAMƏTLƏRİ

 

  Rəşad Həsənov, MA, 



Gülnar İsmayılova, MSc, 

Fərhad Bayramov

 

Səhifə 29 / 91 



 

 

İSİM

 

İqtisadi və Sosial İnkişaf Mərkəzi

 

Yaxşı Tədqiqat, Yaxşı İslahat, Yaxşı Siyasət

 

 

 



tərəfindən  16  sentyabr  2005-ci  ildə  fərman  imzalanıb.  Fərmanda  

Azərbaycan  Respublikasının  Mərkəzi)  Bankı  nəzdində  Azərbaycan 

İpoteka  Fondu  yaradılması  və  bununla  əlaqədar  görülməli  olan  işlərin 

siyahısı, o cümlədən, AİF haqqında əsasnamənin hazırlanması tələbləri 

öz əksini tapıb. Ölkə prezidentinin 22 dekabr 2005-ci il fərmanı ilə isə 

“Azərbaycan  Respublikasının  Mərkəzi  Bankı  nəzdində  Azərbaycan 

İpoteka  Fondu  haqqında  Əsasnamə”  və  “Azərbaycan  Respublikasının 

Mərkəzi  Bankı  nəzdində  Azərbaycan  İpoteka  Fondunun  vəsaiti 

hesabına  ipoteka  kreditlərinin  verilməsi  Qaydaları”  təsdiq  etdi. 

Beləliklə,  ölkədə  ipoteka  kreditlərinin  verilməsi  mexanizminin 

formalaşdırılması istiqamətində ciddi addımlar atıldı. 

 

 




AZƏRBAYCANDA İPOTEKA SİSTEMİ 

REAL VƏZİYYƏTİN TƏHLİLİ VƏ TƏKMİLLƏŞDİRİLMƏSİ 

İSTİQAMƏTLƏRİ

 

  Rəşad Həsənov, MA, 



Gülnar İsmayılova, MSc, 

Fərhad Bayramov

 

Səhifə 30 / 91 



 

 

İSİM

 

İqtisadi və Sosial İnkişaf Mərkəzi

 

Yaxşı Tədqiqat, Yaxşı İslahat, Yaxşı Siyasət

 

 

 



Azərbaycanda 

İpoteka 

kreditlərinin 

verilməsi 

prosedurası 

İlk  öncə  qeyd  etməliyik  ki,  ipoteka  krediti  almaq  istəyən 

vətəndaş  kreditin  hansı  mənbələrdən  alınacağını  müəyyən  etməlidir. 

Belə ki, ipoteka kreditləri verilmə şərtləri və maliyyənin təmin edilməsi 

mənbəyi baxımından üç əsas hissəyə ayrılır.  

1. Güzəştli ipoteka. 2. Adi ipoteka. 3. Kommersiya ipotekası.  

Bu  ipoteka  kreditlərinin  hər  biri  ayrı-ayrı  qaydalar  və  şərtlər 

daxilində  müştərilərə təqdim olunur. Həmçinin,  adi  və güzəştli ipoteka 

kreditləri  dövlət  büdcəsi,  AİF-in  aktivlərinin  idarə  edilməsi  və  sair 

rəsmi  mənbələrdən  formalaşdığı  halda  kommersiya  ipotekası  istənilən 

bank və ya kredit təşkilatının öz vəsaiti hesabına formalaşır. 

Kreditlərin verilməsi şərtləri 

AİF-in  vəsaitləri  hesabına  verilən  adi  və  güzəştli  ipoteka  kreditləri 

aşağıdakı tələblərə uyğun olmalıdır: 

 



Kredit 

Azərbaycan 

manatı 

ilə 


ancaq 

Azərbaycan 

Respublikasının vətəndaşına verilməlidir;  

 



İpoteka  predmeti  yalnız  mənzil  və  ya  fərdi  yaşayış  evi  ola 

bilər;  



AZƏRBAYCANDA İPOTEKA SİSTEMİ 

REAL VƏZİYYƏTİN TƏHLİLİ VƏ TƏKMİLLƏŞDİRİLMƏSİ 

İSTİQAMƏTLƏRİ

 

  Rəşad Həsənov, MA, 



Gülnar İsmayılova, MSc, 

Fərhad Bayramov

 

Səhifə 31 / 91 



 

 

İSİM

 

İqtisadi və Sosial İnkişaf Mərkəzi

 

Yaxşı Tədqiqat, Yaxşı İslahat, Yaxşı Siyasət

 

 

 



 

Kreditin  məbləği  kreditin  verildiyi  tarixə  ipoteka  ilə  yüklü 



edilən  daşınmaz  əmlakın  bazar  qiymətinin  85%-dən  çox 

olmamalıdır; 

 

İpoteka  kreditləri  üzrə  ödəniləcək  aylıq  məbləğ  borcalanın 



(borcalanların)  aylıq  məcmu  gəlirinin  70%-dən  çox 

olmamalıdır;  

 

Borcalanın  (birgə  borcalanın)  və  onun  ailəsinin  həyatı  və 



fəaliyyəti  ilə  əlaqədar  müntəzəm  ödənişlər  hər  bir  ailə 

üzvünün saxlanılması  üçün xərc ölkə üzrə müəyyən olunmuş 

yaşayış minimumundan az götürülə bilməz

 



Kreditin  son  ödəniş  tarixinə  borcalanın  yaşı  qanunvericiliklə 

müəyyən olunmuş pensiya yaş həddindən çox olmamalıdır;  

 

Kredit daşınmaz əmlakın ipotekası ilə təmin olunmalıdır;  



 

İpoteka ilə yüklü edilən daşınmaz əmlak AİF tərəfindən təsdiq 



olunmuş  siyahıya  daxil  olan  və  onunla  əməkdaşlığa  dair 

müqavilə  bağlamış  müstəqil  qiymətləndirici  tərəfindən 

qiymətləndirilməlidir;  

 



İpoteka  saxlayanın  hüquqları  qanunvericiliklə  müəyyən 

edilmiş qaydada dövlət qeydiyyatına alınmalıdır;  

 

Kredit  üzrə  əsas  borc  və  hesablanmış  faizlər  hər  ay  bərabər 



hissələrlə (annuitet ödənişlər) ödənilməlidir;  


Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə