Azərbaycanda kənd təSƏRRÜfati kooperasiyasi: Problemlər və Perspektivlər



Yüklə 220,81 Kb.
Pdf görüntüsü
səhifə1/7
tarix27.10.2017
ölçüsü220,81 Kb.
#6954
  1   2   3   4   5   6   7


 



 



 

 

 

AZƏRBAYCANDA 

KƏND TƏSƏRRÜFATI 

KOOPERASİYASI: 

Problemlər və Perspektivlər

 

 


 



Mündəricat 

GİRİŞ ..................................................................................................................................................... 3 

XÜLASƏ................................................................................................................................................ 4 

PROBLEMİN ANALİZİ: ...................................................................................................................... 5 

KƏND  TƏSƏRRÜFATI  KOOPERASİYASI  NƏDİR? ..................................................................... 8 

ARAŞDIRMANIN  NƏTİCƏLƏRİ ................................................................................................... 10 

KƏND TƏSƏRRÜFATI KOOPERASİYALARININ AZƏRBAYCANDA İNKİŞAF 

ETDİRİLMƏSİNİN VACİBLİYİ. ....................................................................................................... 14 

STATİSTİK RƏQƏMLƏR .................................................................................................................. 18 

TÖVSİYYƏLƏR .................................................................................................................................. 19 

BIBLIOQRAFIYA ............................................................................................................................... 21 



Müəlliflər: 

Sadiq Lətifov 

Mayis Səfərov 

Şəki, Azərbaycan 

Dekabr, 2013 



 



GİRİŞ 

 

“Uluçay”  Sosial-İqtisadi  İnnovasiya  Mərkəzi  tərəfindən  aparılan  tədqiqatların 



əsas  məqsədi  ölkənin  kənd  təsərrüfatındakı  real  vəziyyəti  araşdırmaqla, 

perspektivlərin  öyrənilməsi  və  inkişaf  etmiş  dövlətlərdə  fəaliyyət  göstərən  Kənd 

Təsərrüfatı  Kooperasiyası  modellərinin  Azərbaycanın  aqrar  sahəsində  işləmə 

mexanizminin  tətbiq  etdirilməsi  üçün  müvafiq  dövlət  qurumlarına  tövsiyələr 

hazırlamaqdır.  

Bölgələrdə, kənd təsərrüfatı sahəsində çalışan xırda və orta sahibkarlar arasında 

aparılmış  rəy  sorğuları  nəticəsində  məlum  olmuşdur  ki,  insanlar  "Kooperasiya" 

anlayışına müxtəlif prizmalardan yanaşırlar. Belə ki, bir qrup insanlar keçmiş kollektiv 

və sovet təsərrüfatları (kolxoz-sovxoz) sisteminin bərpa olunmasını arzuladıqları halda, 

digər  qrup  tam  əksinə,  yəni  yeni  modellərin  tətbiq  olunmasını  və  müasir  üslubla 

çalışmağa  üstünlük  verənlərdir.  Bundan  əlavə,  “məmurlar”  qrupuna  aid  edilə 

bilənlərdir ki, onlar da mövcud real biznes mühitlə tam şəkildə razılaşanlardır. Bir qrup 

insanlar isə, ümumiyyətlə "Kooperasiya" haqqında məlumatları olmayanlardır ki, onlar 

da öz torpaqlarından bildikləri və bacardıqları kimi istifadə edirlər.  

Aparılan  tədqiqatlar  və  təhlillər  onu  deməyə  əsas  verir  ki,  yerlərdə  çalışan 

insanların "Kooperasiya"-ya münasibətləri müxtəlifdir. Bu sahə üzrə maarifləndirmə və 

məlumatlandırma düzgün və ya heç aparılmadığından, onlar "Kooperasiya" anlayışını 

nəzəri cəhətdən düzgün təhlil edə bilmirlər və səriştəsiz şəkildə aqrar sahədən istifadə 

etməkdə  davam  edirlər.    Mövcud  durumda,  xüsusilə  dünyada  ərzaq  təhlükəsizliyi 

probleminin qlobal məsələyə çevrildiyi bir vaxtda ölkənin aqrar sektorunun inkişafı ilə 

bağlı problemlərin əksəriyyəti hələ də öz həllini tapmadığı üçün artıq təcili islahatların 

aparılması çox vacibdir.   

Bu  baxımdan  da,    "Uluçay"  Sosial-İqtisadi  İnnovasiya  Mərkəzinin  qarşısında 

duran  əsas vəzifələrindən  biri də  odur ki,  yerlərdə vəziyyəti araşdırıb,  "Kooperasiya"-

ların yaradılmasının önəmliliyini vurğulamaqla yanaşı, bu sektorla bağlı bir sıra vacib 

tövsiyyələr  hazırlayaq  Milli  Məclisinin  Aqraq  Siyasət  Komissiyasına  və  Azərbaycan 

Respublikası Kənd Təsərrüfatı Nazirliyinə təqdim etsin 

Araşdırma Açıq Cəmiyyət Fondlarının Beyin Mərkəzi Fondu (Think-Tank Fund) 

tərəfindən  “Uluçay”  Sosial-İqtisadi  İnnovasiya  Mərkəzinə  ayrılmış  Ümumi  və 

İnstitusional Yardım çərçivəsində həyata keçirilmişdir. 



 

Açıq  Cəmiyyət  Fondları  və  Beyin  Mərkəzi  Fondu  sənəddə  qeyd  olunan  fikir  və 

mövqeləri dəstəkləməyə bilər. 


 



XÜLASƏ 

 

 

Azərbaycan  Respublikasının  iqtisadi  rayonlarının  demoqrafiq  göstəricilərinə 



əsasən,  bölgələrdə  yaşayan  insanların 53,1%-i  (cədvəl  4)  kənd  əhalisinin  payına  düşür 

və  onların  illik  ailə  büdcəsinin  73,1%-i  də  məhz  aqrar  sahədən  əldə  edilən  gəlirlər 

hesabına    formalaşır.  Ölkə  əhalisinin  yarıdan  çoxunun  kənd  yerlərində  yaşaması,  bu 

sahənin daima diqqət mərkəzində saxlanmasının, eləcə də, problem və perspektivlərin 

araşdırılmasının vacibliyini zəruri edir. 

 

Bu  zərurəti  nəzərə  alaraq,  "Uluçay"  Sosial-İqtisadi  İnnovasiya  Mərkəzi  aqrar 



sektorda  mütəmadi  olaraq  araşdırmalar  aparmaqda  davam  edir.  Bu  il  də,  təşkilatın 

mütəxəssisləri  tərəfindən  aparılan  tədqiqatlar  nəticəsində  məlum  olmuşdur  ki, 

bölgələrdə kənd təsərrüfatı sektoru üzləşdiyi çətinliklərdən hələ də qurtara bilmir.  

Keçmiş  sovet  sisteminin  süqutundan  sonra  yerlərdə  kollektiv  və  sovet 

təsərrüfatları (kolxoz və sovxozlar)  kortəbii və səriştəsiz aparılan islahatlar nəticəsində 

dağıdılmış,  nəticədə  bölgələrə  xas  olan  məhsul  və  bitkilərin  məhsuldarlığı, 

heyvandarlığın  inkişafı  sürətlə  aşağı  düşmüş,  yeni  bazar  prinsiplərinə  keçid 

mərhələsində  rəqabətə davamlılıq  qabiliyyəti  itirilmişdir.  Kənd  təsərrüfatı  sektorunun 

tənəzzülə  uğraması  ölkədə  bir  çox  ciddi  problemlərin  meydana  çıxmasına  gətirib 

çıxarmışdır. Xüsusi ilə də, əhalinin yerli ərzaqla təminatı ilə bağlı təhlükənin yaranması, 

aqrar  sektorda işsizliyin artması,  yerli  məhsulların  keyfiyyət  və  kəmiyyət  baxımından 

Avropa  bazarlarına  çıxışlarının  məhdudlaşması  və  digər  səbəblər  daha  aktual  şəkildə 

özünü  büruzə  verməkdədir.  Bütün  bunları  əsas  götürərək  dövlət  və  qeyri-dövlət 

qurumları kənd təsərrüfatının yenidən inkişafı mexanizmi yollarının çözülməsini məhz 

aqrar sahədə normal inkişaf etmiş ölkələrin təcrübələrinin öyrənilməsində və yerlərdə 

tətbiqində  görürlər.  Bu  səbəbdən  də,  yeni  Qanunların  işlənib  hazırlaması  üzərində 

müzakirələr  aparılır,  qərarlar  qəbul  olunur.  Belə  Qanunlardan  biri  və  bəlkə  də,  ən 

önəmlisi fermerlərin fərdi əmək və resurslarını könüllü birləşdirməklə vahid mövqedən 

çıxış  etməyi  təmin  edən  "Kənd  Təsərrüfatı  Kooperasiyaları  Haqqında"  Qanun 

layihəsidir.  Artıq  Azərbaycan  Respublikasının  Milli  Məclisində  "Kənd  Təsərrüfatı 

Kooperasiyaları Haqqında" Qanun layihəsi 1-ci oxunuşdan keçməklə, 2-ci oxunuş üçün 

hazırlanmışdır. Parlamentin müvafiq komissiya üzvlərinin hazırladıqları sənəd barədə 

söylədikləri  müsbət  fikirlər,  qeyd  edilən  Qanunun  qəbul  ediləcəyini  söyləməyə  əsas 

verir.  


 

"Uluçay"  Sosial-İqtisadi  İnnovasiya  Mərkəzi  qeyri-hökümət  təşkilatı  olaraq 

Qanun  layihəsinin  müzakirə  prosesinin  gedişatını  yaxından  izləyir.  Qanunvericilikdə 

nəzərdə  tutulmuş  maddələrin  ekspertlərlə  birgə  təhlilini  aparır,  əhali  arasında  həmin 

Qanunla  bağlı  sorğular  keçirir  və  öz  tövsiyələrini  müvafiq  dövlət  qurumlarına  və 

Parlament  Komissiyalarına  çatdırır.  "Uluçay"  SİİM  öz  növbəsində  hesab  edir  ki,  sözü 

gedən  Qanun  layihəsinin  qəbulu  və  yerlərdə  dəqiq  icrası  kənd  təsərrüfatının  güclü 

inkişafında stimullaşdırıcı rol oynayacaqdır.  

 

Kooperasiyaların yaradılması ilə bağlı Mərkəz tərəfindən aparılmış araşdırmalar, 



sorğular  və  təhlillərin  nəticələri  deməyə  əsas  verir  ki,  fermerlərin  qruplar  şəklində 

formalaşaraq  fəaliyyət  göstərməsi,  mövcud  resurs  və  potensiallardan    birgə  istifadə 

səmərəliliyi artıracaq, bazar rəqabətinə davamlılığı möhkəmləndirəcəkdir. 



Yüklə 220,81 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə