Azərbaycanda miqrasiyanin səBƏb və İSTİqaməTLƏRİ



Yüklə 70,25 Kb.
Pdf görüntüsü
tarix29.10.2017
ölçüsü70,25 Kb.
#7520


 

 181


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№2                           Humanitar elmlər seriyası                        2010 

 

 

 

 

AZƏRBAYCANDA MİQRASİYANIN SƏBƏB VƏ İSTİQAMƏTLƏRİ  

(XIX-XX əsrlər) 

 

S.Z.QULİYEVA 



Bakı Dövlət Universiteti 

seidequliyeva@gmail.com 

 

Məqalədə XIX-XX əsrlərdə Azərbaycanda miqrasiyaya səbəb olmuş siyasi, iqtisadi və 

sosial amillər tədqiqata cəlb olunmuş, tarixi faktlar və tarixi-demoqrafik tədqiqatlar əsasında 

miqrasiya prosesləri nəzəri araşdırılmışdır. XIX-XX əsrlərdə Azərbaycan  ərazisində baş 

vermiş miqrasiya proseslərinin  əsas səbəbləri olan siyasi hadisələr nəticəsində  əhalinin 

məcburi miqrasiyasının, iqtisadi-sosial hadisələr nəticəsində isə  əmək, təhsil, nikah miqra-

siyasının baş verdiyi göstərilir. Miqrasiyaların istiqamətləri ilə yanaşı daxili və xarici, məc-

buri və digər formaları da araşdırılır. XX əsrin sonundan başlayaraq beynəlxalq miqrasiyanın 

xüsusi tədqiqat obyektinə çevrilməsi beynəlxalq təşkilatların və dövlətlərin miqrasiyanın tən-

zimlənməsi və idarəolunması istiqamətində, həmçinin tədqiqatların aparılmasında  əmək-

daşlığa üstünlük verməsinə səbəb olmuşdur. Beynəlxalq təcrübənin öyrənilməsi və miqrasiya 

proseslərinin tənzim edilməsi məqsədilə bu mövzuda tədqiqatların aparılması zəruridir. 

 

Azərbaycan Respublikasının Demoqrafik İnkişaf Konsepsiyasında demoqrafiya 

sahəsində dövlət siyasətinin əsas prioritetləri sırasında əhalinin demoqrafiya sahəsin-

də biliklərinin yüksəldilməsi, demoqrafiyanın tədrisi və elmi tədqiqat işlərinin güclən-

dirilməsi və miqrasiya proseslərinin tənzimlənməsi nəzərdə tutulur. Bu konsepsiya Azər-

baycan ərazisində mövcud olmuş miqrasiya proseslərinin tədqiqini aktual edir [5]. 

Miqrasiya  əhalinin demoqrafik vəziyyətinə  təsir edən mühüm amillərdən biri-

dir. Latın dilindən tərcümədə “köçürəm, keçirəm” mənasını verən miqrasiya anlayışı 

əhalinin yaşayış yerini daimi və ya müvəqqəti dəyişməsini bildirir. Miqrasiyanın 

daxili (kənddən  şəhərə, rayonlar arası  və s.) və xarici (emiqrasiya və immiqrasiya), 

məcburi və digər formaları vardır [12, 215; 21, 645]. Tədqiqatçılar ümumi olaraq si-

yasi, iqtisadi və sosial amilləri miqrasiyanın səbəbi olaraq göstərirlər [10; 11; 12; 21]. 

Bu tədqiqatımızda XIX-XX əsrlərdə Azərbaycanda miqrasiya ilə  nəticələnən ha-

disələri araşdırmağı  nəzərdə tuturuq. Tarixi faktlar və Azərbaycan  əhalisinə dair 

tarixi-demoqrafik tədqiqatlar XIX-XX əsrlərdə Azərbaycan  ərazisində baş vermiş 

miqrasiya proseslərinin səbəblərini və istiqamətlərini araşdırmağa imkan verir. 



Miqrasiyaların səbəbləri:  XIX  əsrdə Rusiya–İran müharibələri, həmçinin 

xanlıqların öz aralarında və Rusiya ilə müharibələri əhalinin yerdəyişməsi üçün əsas 

səbəb olaraq göstərilə bilər. Belə ki, hərbi  əməliyyatlar nəticəsində  əhali yaşayış 

yerlərini dəyişməyə  məcbur olurdu. Xanlar isə köçürmə siyasəti və  hərbi  əsirlər 

vasitəsilə öz əhalisinin sayını artırmağa çalışırdılar. Sosial-iqtisadi şərait, vergilər, 

təbii fəlakətlər (məsələn, Şamaxı zəlzələsi) də əhalinin miqrasiyasına səbəb olurdu.  

Məsələn, Quba xanlığının  əhalisinin təsvirinə dair 1820-ci ilə aid sənədlər təsdiq 



 

 182


edir ki, qonşu ərazilərdən köçürülmüş əhaliyə müəyyən güzəştlər edilirdi. Bu isə xanlığın 

əhalisini artırmaq məqsədilə məcburi köçürülmə ilə yanaşı, həm də firavan həyat axtarışı 

ilə könüllü olaraq xanlığın ərazisinə köçməyə imkan yaratmışdı [13; 16, 31]. Rusiya-

İran müharibələri nəticəsində Qarabağ xanlığından  Şəkiyə köçmüş  əhali mühari-

bələrdən sonra geri qayıtmışdır [9; 20, 138-139]. Naxçıvan xanlığında isə hakimiyyət 

uğrunda mübarizə, sosial şəraitdən narazılıq, vergilərin ağırlığı  əhalinin qonşu xan-

lıqlara (xüsusilə Qarabağa) miqrasiyasına səbəb olmuşdur [17].  

Rusiya-İran müharibələri nəticəsində və Şimali Azərbaycan ərazilərinin Rusiya 

tərəfindən işğalını  rəsmiləşdirən Türkmənçay müqaviləsinə (1828) əsasən, bölgəyə 

xristian  əhalinin köçürülməsinə başlanılmış  və onlar daimi məskunlaşdırılmışlar. 

Dövrlər və regionlar üzrə  tədqiqatlar çarizmin köçürmə siyasətinin məhz işğalçılıq 

siyasəti ilə əlaqəli həyata keçirildiyini təsdiq edir. Qafqazı xristianlaşdırma məqsədilə 

bura  əvvəlcə ermənilər (xüsusilə  İrəvan və Qarabağ xanlıqlarına),  əsrin ikinci 

yarısında isə ruslar, kazaklar, malakanlar (xüsusilə Muğana, Qazaxa, Gədəbəyə, 

Şirvana və Abşerona) köçürülmüşlər [14, 97; 15, 146-151].  

XIX əsrin ortaları və XX əsrin əvvəllərində iqtisadiyyatın inkişafı ilə əlaqədar 

Azərbaycana Rusiya, İran, və Avropa dövlətlərindən işləməyə  gələn xaricilərin sayı 

artmışdır. Bu əsasən, XIX əsrin ortalarından başlayaraq neft sənayesinin inkişafı ilə 

bağlı olmuşdur. Sahibkarlıq fəaliyyəti (məsələn, Nobel və Rotşild kimi şirkətlər və 

onların mühəndisləri və s.) ilə yanaşı, adi fəhlə qismində işləmək üçün gələnlər (mə-

sələn, iranlılar) də vardır. Neft sənayesinin inkişafı ilə əlaqədar Bakıya həm xaricdən, 

həm də daxildən  əhali axını olmuşdur. XIX əsrin 50-60-cı illəri ilə  əsrin sonunu 

müqayisə etdikdə,  şəhər  əhalisinin immiqrantların hesabına artaraq bütün əhalinin 

12,4%-dən 16%-ə çatdığı məlum olur. Tədqiqatlar göstərir ki, Bakı  və Yelizavetpol 

quberniyalarında iqtisadi və mədəni mərkəzlərin inkişafı ilə əlaqədar əhalinin əsasən 

bu şəhərlərə axını baş vermişdir [19, 210-215]. 

Azərbaycanda XX əsrdə, xüsusilə Sovet hakimiyyətinin qurulmasından sonra 

əhalinin miqrasiyasında bir neçə cəhət xüsusi qeyd edilməlidir.  

Əsrin  əvvəllərindən başlayaraq siyasi və sosial-iqtisadi vəziyyətlə  əlaqədar 

əhalinin hərəkəti artmışdır. Birinci dünya müharibəsi (1914-1918), ermənilərin azər-

baycanlılara qarşı soyqırım siyasəti, erməni-bolşevik hücumları ilə əlaqədar daxili və 

xarici, həmçinin məcburi miqrasiyalar güclənmişdir. Bir sıra tədqiqatçılar 20-ci illəri 

Azərbaycan əhalisinin xaricə miqrasiyasının ən geniş dövrü hesab edir [1, 10-12] .  

Bu dövrdən başlayaraq regiona rus millətindən olan əhalinin miqrasiyası  əhə-

miyyətli dərəcədə artmışdı. Xüsusilə, sənayeləşmə ilə əlaqədar Azərbaycana ixtisaslı 

mütəxəssislər göndərilirdi. XX əsrin 20-ci illərində sovet rejiminə etiraz əlaməti ola-

raq mühacirətin artması ilə yanaşı, 30-50-ci illərdə  əhali Sibir və Orta Asiyaya de-

portasiya olunmuşdur. II Dünya müharibəsi illərində (1939-1945. SSRİ xalqları üçün 

Böyük Vətən müharibəsi, 1941-1945) cəbhə xəttinə yaxın ərazilərin əhalisi, həmçinin 

sənaye strukturları və onların mütəxəssisləri (Belorus, Ukrayna və s.) SSRİ-nin digər 

respublikaları ilə yanaşı Azərbaycana da köçürülmüşdür. 

XX  əsrin 50-ci illərindən başlayaraq, bütün dünyada olduğu kimi, Azərbay-

canda da şəhərlər sürətlə inkişaf etmiş və böyümüşlər. Əhali siyahıyaalma material-

larına və cari statistik materiallara əsasən bu prosesin əhalinin yerləşməsi vəziyyətinə 

də  təsir etdiyini görürük [2, 19-20; 7]. Mingəçevir və Sumqayıt  şəhərlərinin salın-

ması, Gəncə,  Şuşa, Naxçıvan, Lənkəran və digər  şəhərlərdə  sənaye obyektlərinin 




 

 183


tikilməsi, ali və orta ixtisas təhsili müəssisələrinin açılması, nəqliyyat sisteminin 

yaradılması  əhalinin hərəkətinin canlanmasına səbəb olmuş, sənayeləşmə  əhalinin 

şəhərlərə miqrasiyası ilə nəticələnmişdir. Bu isə miqrasiyanın xarakterinin dəyişdiyini 

göstərir. 

Həm Azərbaycan daxilində, həm də Azərbaycandan kənara (bu dövrdə SSRİ-

nin müttəfiq respublikalarına) təhsil və əmək fəaliyyəti ilə əlaqədar başlayan müvəq-

qəti miqrasiya (o cümlədən, təyinatla) sonradan əhalinin daimi məskunlaşması ilə 

nəticələnirdi. 

1979 və 1989-cu illərin Ümumittifaq əhali siyahıyaalma materialları, 1999-cu il 

müstəqil Azərbaycanın ilk əhali siyahıyaalma materiallarının müqayisəsi miqrasiya 

proseslərinin  əhalinin demoqrafik strukturuna, milli tərkibinə  təsirini də aydınlaş-

dırmağa kömək edir (3, 8-9). Belə ki, bu materiallarında respublikada yaşayan yəhudi, 

erməni və rus millətindən olan əhalinin sayında azalma qeydə alınmışdır.  

SSRİ-nin dağılması ilə  sərhədlərin açılması, Ermənistan SSR ərazisində 

yaşayan azərbaycanlıların qovulması – məcburi miqrasiyası, siyasi və sosial-iqtisadi 

vəziyyət XX əsrin sonunda Azərbaycanda miqrasiyanın, xüsusilə xarici miqrasiyanın 

canlanmasına səbəb olmuşdur. Qeyd edək ki, 1988-ci ildən başlayaraq Ermənistanda 

azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti və Ermənistanın Azərbaycan  ərazi-

lərini işğal etməsi əhalinin məcburi miqrasiyasına səbəb olmuşdur.  

XX  əsrin sonunda Azərbaycan ilə dünyanın aparıcı  şirkətləri arasında imza-

lanmış müqavilələr, neft və qaz kəmərinin işə düşməsi, «Böyük İpək Yolu»nun bər-

pası və digər beynəlxalq layihələrin həyata keçirilməsi xaricdən bura əmək miqrant-

larının axınına səbəb olmuşdur.  

Beləliklə, XIX-XX əsrlərdə Azərbaycan  ərazisində baş vermiş miqrasiya 

proseslərinin əsas səbəbi kimi siyasi və iqtisadi-sosial səbəbləri göstərə bilərik. Siyasi 

hadisələr  əhalinin məcburi miqrasiyasını (mühacirət, deportasiya, qaçqın, məcburi 

köçkün), iqtisadi-sosial səbəblər isə əmək, təhsil, nikah və sair miqrasiyasını şərtlən-

dirmişdir. Miqrasiya prosesləri nəticəsində əhalinin demoqrafik strukturunda bir sıra 

dəyişikliklər baş vermişdir. Əmək miqrasiyası və «beyin axını» ölkənin iqtisadi-sosial 

həyatına mənfi təsir etmişdir.  



Miqrasiyaların istiqamətləri: XIX əsrin əvvəllərində Şimali Azərbaycan əra-

zisində əhalinin həm daxili, həm də xarici miqrasiyası (xanlıqlararası, qonşu region-

lara) qeydə alınmışdır.  

XIX əsrdə Rusiya imperiyası Qafqazda işğalçılıq siyasətinin tərkibi kimi İran, 

Türkiyə və Rusiya ərazilərindən (həmçinin, Krımdan) xristian əhalini (əsasən, erməni, 

rus və malakanları) bura köçürməyə başlayır. Bu dövrdə, Rusiya imperiyası əsirlikdə 

olan almanları  və polyakların bir hissəsini də Azərbaycan  ərazisində yerləşdirir. Bu 

miqrantlar Azərbaycanın bütün bölgələrində və daimi məskunlaşdırılırdı.  

Tədqiqatlar XIX əsrin ortalarından başlayaraq kapitalist münasibətlərinin inki-

şafı  nəticəsində Bakı, Gəncə, Quba, Şamaxı,  Şuşa, Nuxa, Lənkəran kimi şəhərlərdə 

əhalinin gəlmələrin (immiqrantların) hesabına artdığını göstərir. Gələnlərin  əsas 

hissəsini Cənubi Qafqaz, Dağıstan və Rusiyanın bir sıra quberniyalarından, həmçinin 

Cənubi Azərbaycandan olan əhali (xüsusilə müflisləşmiş  kəndlilər) təşkil edirdi. Bu 

miqrantlar sonralar Şimalı Azərbaycanın şəhərlərində daimi məskunlaşmışdılar. 

XX  əsrin  əvvəllərindən başlayaraq azərbaycanlıların XX əsrdə 4 dəfə  mər-

hələlərlə soyqırım və deportasiyaya məruz qalması onların  əsasən qərbdən  şərqə 




 

 184


miqrasiyası ilə  nəticələnmişdir. Soyqırımlar nəticəsində  əhalinin qonşu regionlara – 

əsasən Türkiyə və İran istiqamətində də hərəkəti qeydə alınmışdır. 1920-ci ildə Azər-

baycan və Ermənistan Sovet Sosialist Respublikaları qurulduqdan sonra Azərbaycana, 

İrana və Türkiyəyə məcburi miqrasiya etmiş əhalinin bir hissəsi öz tarixi torpaqlarına 

qayıtmışdır [15, 160-162]. Əsrin sonunda Ermənistandan qaçqın düşmüş vətəndaşlar, 

həmçinin müxtəlif xarici dövlətlərdən, xüsusilə  də  Əfqanıstan,  İran, Rusiya (əsasən 

Çeçenistandan) qaçqın statusu almaq niyyətində olan və sığınacaq axtaran şəxslər də 

Azərbaycana immiqrasiya etmişdir [8].  

Bundan əlavə, xarici miqrasiyanın əsas istiqamətlərini, həmçinin Azərbaycana 

olan axının istiqamətini də müəyyən etmək mümkündür. Həm emiqrantlar, həm də 

immiqrantlar üçün miqrasiyanın istiqaməti dəyişməmişdir: XX əsrin  əvvəllərində 

Rusiya, Türkiyə,  İran, Avropa ölkələri, sonlarında isə Rusiya, Türkiyə, Hollandiya, 

Almaniya,  İsveç və  ərəb dövlətləri olmuşdur.  Əmək və  Əhalinin Sosial Müdafiəsi 

Nazirliyinin məlumatına görə, 1991-1997-ci illər ərzində 272 min şəxs leqal şəkildə 

Azərbaycandan Rusiya, Ukrayna, Türkiyə, Almaniya, İsrail və Hollandiyaya miqra-

siya etmiş və orada məskunlaşmışlar. Ümumiyyətlə, Avropa ölkələrindən Hollandiya 

və Belçika Azərbaycandan ən çox emmiqrand qəbul edən ölkələrdir [8]. 

XX  əsrin ortaları, xüsusilə II Dünya müharibəsi dövründə azərbaycanlıların 

daha çox məskunlaşdıqları ölkələrdə  təşkilatlanmaq üçün ilk cəhdlər edilmişdir. 

Amerika və Avropa qitəsində məskunlaşmış azərbaycanlıların əksəriyyəti bir müddət 

Türkiyə və Rusiyada yaşamış əhalidir. Hazırda Amerika və Avropa qitəsi ilə yanaşı, 

Orta Asiya, Hindistan, Banqladeş, Əfqanıstan, Pakistan, Çin, İndoneziya,  İordaniya, 

Yəmən, Oman, Birləşmiş Ərəb Əmirliyi və digər Asiya və Afrika dövlətlərində yüz 

minlərlə azərbaycanlı yaşayır [1, 12-18]. 

Tədqiqatlar azərbaycanlıların, ümumiyyətlə, az hərəkətli olduqlarını göstərir 

[12, 211, 219, 258]. Bununla belə, Azərbaycan daxilində kənd və şəhər arasında, bir 

regiondan digərinə istiqamətlənən miqrasiyanın məcburi, mövsümü, əmək, təhsil, 

rəqqas kimi formaları mövcud olmuşdur.  

XX əsrin 90-cı illərindən başlayaraq miqrasiya axınlarının beynəlxalq münasi-

bətlərə  təsiri gücləndiyindən, beynəlxalq miqrasiya müstəqil sahə kimi öyrənilməyə 

başlandı. Konkret məqsədi və eyni hərəkət istiqaməti olmadığı üçün miqrasiya pro-

seslərini vahid nəzəriyyə tətbiq etməklə izləmək, öyrənmək və idarə etmək mümkün 

deyildi. Hazırda, miqrasiyanın hərəkətinə imkan yaradan aşağıdakı amillər müəyyən 

olunmuşdur: 

1)

 

Struktur  şərtləri: regionlar və ölkələrarası iqtisadi inkişaf fərqləri  əhalinin 



cəlbedici görünən dövlətə miqrasiyasına şərait yaradır. Dövlətlərarası münaqişələr və 

digər bu kimi hadisələr isə əhalinin daha təhlükəsiz əraziyə köçürülməsinə səbəb olur. 

2)

 

Təsisat kanalları: dövlətlərin miqrasiya və inteqrasiya rejimi, hüquqi və 



tənzimləmə bazası. Bir sıra dövlətlər özləri miqrasiya üçün şərait yaradırlar. 

3)

 



Bir-biri ilə əlaqədə olan sosial şəbəkələr (məsələn, diaspora). Belə şəbəkə-

lər miqrantların öz adət-ənənələrini, dillərini və  mədəniyyətlərini qorumağa imkan 

verir, hətta növbəti miqrasiyalar üçün zəncir yaradır [22]. 

Qloballaşma prosesi bu amillərin miqrasiyanın strukturunun formalaşmasındakı 

roluna, həmçinin onun səbəb və istiqamətlərinə  təsirini gücləndirir. Dövlətlər bu 

prosesə uyğunlaşmaq üçün əhalinin idarə edilməsində  və miqrasiya proseslərinin 

tənzimlənməsində yeni mexanizmlər işləyib hazırlayırlar. Çünki miqrasiya proses-



 

 185


lərinin tənzimlənməməsi demoqrafik vəziyyətin kəskinləşməsinə  təsir edən amil-

lərdən birinə çevrilmişdir (xüsusilə əmək yaşda olan əhalinin emiqrasiyası). 

Dünyada miqrasiya axınlarının əsasən Avropa və Amerikaya istiqamətləndiril-

diyi nəzərə alınaraq, həmin ölkələrin miqrasiya siyasətinin öyrənilməsi, bu sahədə 

təcrübə mübadiləsi əhəmiyyətli və vacib vəzifəyə çevrilmişdir. Avropa İttifaqı (Aİ), 

Müstəqil Dövlətlər Birliyi (MDB) kimi beynəlxalq təşkilatlar, həmçinin ABŞ, 

Yaponiya, Türkiyə, Rusiya kimi dövlətlər miqrasiya proseslərinin dövlətlər tərəfindən 

idarə olunması  və  tənzimlənməsi sahəsində  əməkdaşlığa, həmçinin elmi-nəzəri təd-

qiqatlara xüsusi əhəmiyyət verirlər. Miqrasiya proseslərinin tənzimlənməsində bey-

nəlxalq təcrübənin öyrənilməsi və ondan istifadə olunması ölkə daxilində miqrasiya 

qaydalarının beynəlxalq standartlara uyğun təkmilləşdirilməsini, iki və çoxtərəfli 

əsaslarda beynəlxalq müqavilələrin bağlanmasını, digər ölkələrlə qarşılıqlı  şəkildə 

miqrasiya siyasətinin uzlaşdırılmasını  şərtləndirir. Buna uyğun olaraq, hazırda 

Azərbaycan Respublikası Beynəlxalq Miqrasiya Təşkilatı, Birləşmiş Millətlər Təş-

kilatının Qaçqınlar üzrə Ali Komissarlığı, Aİ, MDB, Avropa Şurası kimi beynəlxalq 

təşkilatlar, Almaniya, Avstriya, İsveçrə, Rusiya və başqa dünya dövlətləri ilə  sıx 

əməkdaşlıq edir, ikitərəfli və çoxtərəfli sazişlərə, həmçinin Avropa Şurasının kon-

vensiya və hüquqi aktlarına qoşulmuşdur. 

Azərbaycanın miqrasiya siyasətinin  əsas məqsədi milli təhlükəsizliyi və milli 

maraqları qorumaqla miqrasiya axınlarının tənzimlənməsi, nəzarətsiz miqrasiya pro-

seslərinin neqativ nəticələrinin qarşısının alınması, miqrantlara öz hüquqlarını həyata 

keçirmək üçün şəraitin yaradılması,  əsas vəzifələri isə miqrasiya proseslərindən 

ölkənin inkişafı üçün səmərəli istifadə olunması; miqrasiya proqramlarının və 

tədbirlərinin həyata keçirilməsində dövlətin, cəmiyyətin və insanların mənafelərinə 

riayət edilməsi; qeyri-qanuni miqrasiyanın qarşısının alınması; miqrantların mövcud 

sosial-iqtisadi vəziyyətə adaptasiyasını sürətləndirən şəraitin yaradılması və miqrant-

ların hüquqlarının müdafiəsidir. 

Bu məqsədlə bir sıra qanunvericilik sənədləri (“Azərbaycan Respublikasında 

demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı”; “Azərbaycan 

Respublikasının Dövlət Miqrasiya Proqramı (2006-2008-ci illər)”; “İmmiqrasiya haq-

qında”; “Əmək Miqrasiyası haqqında” və s. Qanunlar) qəbul edilmiş [4; 6], respub-

lika qanunvericiliyi Konstitusiyaya və insan hüquqları sahəsində  tərəfdar çıxdığı 

beynəlxalq müqavilələrə uyğunlaşdırılmışdır. 

“Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahə-

sində Dövlət Proqramı”nda miqrasiya proseslərinin tənzimlənməsinə dair 10 tədbir 

nəzərdə tutulmuşdur. Buna uyğun olaraq, miqrasiya sahəsində dövlət siyasətinin hə-

yata keçirilməsi, idarəetmə sisteminin inkişaf etdirilməsi, miqrasiya proseslərinin 

tənzimlənməsi və proqnozlaşdırılması, bu sahədə müvafiq dövlət orqanlarının fəaliy-

yətinin  əlaqələndirilməsi məqsədilə 2007-ci ildə Azərbaycan Respublikası Dövlət 

Miqrasiya Xidməti yaradılmışdır. 

2004-2008-ci illəri  əhatə edən  Regionların  İqtisadi  İnkişaf Proqramı” da ra-

yonlarda miqrasiya prosesinin tənzimlənməsi üçün bir sıra imkanlar yaradır.

Yuxarıda göstərilənlər – beynəlxalq və milli qanunvericilik (o cümlədən, xa-

ricdə yaşayan azərbaycanlıların vəziyyəti ilə  əlaqədar qəbul edilən qanunvericilik 

sənədləri), həmçinin digər dövlətlərin təcrübəsi miqrasiya prosesinin tənzimlənməsi 

barədə tədqiqatlar aparılması üçün bazanın mövcud olduğunu göstərir. Bundan əlavə, 




 

 186


miqrasiyanın  əsas istiqamətləri, səbəbləri, tənzimlənməsi, miqrasiya proseslərinin, 

diasporanın demoqrafik göstəricilərinin öyrənilməsi və bu sahədə siyasətin təkmil-

ləşdirilməsinə dair təkliflərin hazırlanması üçün tarixi, xüsusilə tarixi-demoqrafik və 

miqrasiya problemlərinə dair tədqiqatların aparılması zəruridir.  

 

ƏDƏBİYYAT 

1.

 



Azərbaycan diasporu: böyük yolun başlanğıcı. Bakı: Çaşıoğlu, 2006, 208 s. 

2.

 



Azərbaycan Respublikası  əhalisinin siyahıya alınması. 1999-cu il. 10 hissədə. I hissə. 

Bakı: Səda, 2000, 565 s.  

3.

 

Azərbaycan Respublikası  əhalisinin siyahıya alınması. 1999-cu il. 10 hissədə. IV hissə. 



Bakı: Səda, 2000, 585 s.  

4.

 



Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət 

Proqramı. // Azərbaycan Respublikasının Qanunvericilik toplusu. 2004, № 11 (89), 

s.3198-3224. 

5.

 



Azərbaycan Respublikasının Demoqrafik İnkişaf Konsepsiyası. 9 dekabr 1999-cu il. // 

Azərbaycan Respublikasının Qanunvericilik toplusu. 1999, № 12, s.2921-2927. 

6.

 

Azərbaycan Respublikasının Dövlət Miqrasiya Proqramı (2006-2008-ci illər). // 



Azərbaycan Respublikasının Qanunvericilik toplusu. 2006, № 7 (109), s.1617-1627. 

7.

 



Azərbaycan Respublikasının Statistika Komitəsi. // http://www.azstat.org/ 

8.

 



Azərbaycandakı miqrantların mövcud durumu və problemləri mövzusunda dəyirmi masa. 

18 fevral 2009 // http://deyerler.avantajprim.com 

9.

 

Cavadova Z.Ə.  Şimal-Qərbi Azərbaycanın  əhalisi və tarixi-demoqrafiyası (XIX əsrin 



əvvəlləri - 70-ci illəri). Bakı: Altay, 2002, 191 s. 

10.


 

Fətullayeva M. Miqrasiyanın mahiyyəti, strukturu və xüsusiyyətləri. // Dirçəliş – XXI əsr 

jurnalı. № 133-134/2009, s. 285-290. 

11.


 

Həsənova L.L. XX yüzilin ikinci yarısında Azərbaycanda  əhalinin miqrasiyası (Sovet 

əhali siyahıyaalmaları üzrə). // Dünya azərbaycanlıları: tarix və müasirlik. Elmi-nəzəri 

toplu. I buraxılış. Bakı: Bakı universiteti nəşriyyatı, 2003, s. 96-104.  

12.

 

Həsənova L.L. Azərbaycan əhalisi XX yüzilliyin ikinci yarısında (sovet siyahıya almaları 



əsasında). Bakı: BDU, 2003, 302 s. 

13.


 

İbişov S. Quba xanlığının əhalisi. Bakı: Bakı universiteti nəşriyyatı, 2004 – 208 s. 

14.

 

Qazax sultanlığı. // Dünya azərbaycanlıları: tarix və müasirlik. Elmi-nəzəri toplu. III 



buraxılış. Bakı: “MBM”, 2009, s. 88-102. 

15.


 

Qərbi Azərbaycanın  əhalisi XIX-XX əsrlərdə. // Dünya azərbaycanlıları: tarix və 

müasirlik. Elmi-nəzəri toplu. III buraxılış. Bakı: “MBM”, 2009, s. 142-177. 

16.


 

Quba xanlığının əhalisi. // Dünya azərbaycanlıları: tarix və müasirlik. Elmi-nəzəri toplu. 

III buraxılış. Bakı: “MBM”, 2009, s. 16-33. 

17.


 

Quliyev N.Ə. Naxçıvan xanlığının əhalisi (tarixi-demoqrafik tədqiqat). Bakı: Elm, 2006, 

162 s. 

18.


 

Məmmədova A. Ə. Car-Balakən camaatlığı. Bakı: UniPrint, 2009, 256 s. 

19.

 

Rzayeva-Əliyeva Y.Ə.  XIX  əsrin II yarısında Bakı  əhalisinin tərkibində sosial dəyişik-



liklər barədə. // Dünya azərbaycanlıları: tarix və müasirlik. Elmi-nəzəri toplu. III bura-

xılış. Bakı: “MBM”, 2009, s. 210-215.  

20.

 

Şəki xanlığının əhalisi. // Dünya azərbaycanlıları: tarix və müasirlik. Elmi-nəzəri toplu. III 



buraxılış. Bakı: “MBM”, 2009, s. 132-141.  

21.


 

Şükürov K.K. Azərbaycan əhalisi: öyrənilməsi tarixi və qaynaqları. Bakı: Elm, 2004, 978 s. 

22.

 

Фомичёва  О.В.  Структурирование  миграционного  пространства  в  эпоху  глобали-



зации: роль развитых государств. // Международные отношения. Политология. Ре-

гионоведение. Вестник Нижегородского университета им. Н.И. Лобачевского, 2007, 

№ 5, с. 167–174.  



 

 187


ПРИЧИНЫ И НАПРАВЛЕНИЯ МИГРАЦИЙ В АЗЕРБАЙДЖАНЕ  

(XIX-XX вв.) 

 

С.З.ГУЛИЕВА 

 

РЕЗЮМЕ 

 

В статье привлечены к исследованию политические, экономические и социальные 

факторы, обусловившие миграции в Азербайджане в XIX-XX веках. Эти миграционные 

процессы изучены на основе исторических фактов и историко-демографических иссле-

дований. Указывается, что в результате политических событий, являвшихся основными 

причинами  миграционных  процессов,  происходивших  на  территории  Азербайджана  в 

XIX-XX  веках,  происходили  вынужденные  миграции,  а  трудовая,  учебная  и  брачная 

миграции  происходили  в  результате  социально-экономических  событий.  Превращение 

международной  миграции  в  объект  специальных  исследований,  начиная  с  конца XX 

века, привело к тому, что международные организации и государства отдают предпоч-

тение  сотрудничеству  в  направлении  урегулирования  и  управления  миграционных 

процессов,  в  том  числе  в  проведении  исследований.  Проведение  исследований  в  этой 

области  необходимо  в  целях  изучения  международной  практики  и  урегулирования 

миграционных процессов. 

 

 

THE REASON AND DIRECTIONS OF MIGRATION IN AZERBAIJAN  

(XIX-XX centuries) 

 

S.Z.GULIYEVA 

 

SUMMARY 

 

The article, theoretically researching the process of migration on the basis of historical 



facts and historical-demographic researches involves the investigation of political, economic 

and social factors that caused the migration in Azerbaijan in XIX-XX centuries. The author 

states that, the obligatory migration of people occurred as a result of political events which 

conditioned the migration process in the territory of Azerbaijan during XIX-XX centuries and 

labor, education and marriage migrations happened as a result of socio-economic events. The 

article investigates the directions of migration along with its internal, external, obligatory and 

other forms. Overturning of international migration into the main object of research from the 

beginning of the XX century led to the cooperation in the direction of regulation and control 



of the migration processes and in the implementation of investigations. 

 

Yüklə 70,25 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə