Azərbaycanda musiqi alətləri üzrə ilk beynəlxalq simpozium



Yüklə 42,33 Kb.
tarix05.02.2018
ölçüsü42,33 Kb.

Alla Bayramova

Azərbaycanda musiqi alətləri üzrə ilk beynəlxalq simpozium

Son 20 ildə türk xalqlarının mədəniyyətinə maraq artmışdır. Bunu 1994-cü ildə Qazaxıstanda keçirilmiş “Türk xalqlarının musiqisi” simpoziumu, türk xalqlarının ənənəvi musiqisinin çoxsaylı festivalları, keçən il orada keçirilmiş “Türk xalqlarının musiqisi: özünəməxsusluq və yayılması məsələləri” seminar-praktikum, Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun qarşılıqlı əlaqələr şöbəsində musiqi türkologiyasının metodoloji əsasları istiqamətində elmi işlərin aparılması (1997) və s. faktlar sübut edir.

“Türk xalqlarının musiqi alətləri” beynəlxalq simpoziumu Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin təşəbbüsü Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Türk Mədəniyyəti Beynəlxalq Təşkilatının (TÜRKSOY) təşkilatçılığı ilə keçirilmişdir. Muzeyi beynəlxalq simpoziumun keçirilməsinə ilhamlandıran nümunə Heydər Əliyev fondu tərəfindən 2009-cu ildə keçirilən “Muğam dünyası” adlı geniş miqyaslı I beynəlxalq simpozium olmuşdur. Türkdilli xalqların musiqi alətləri mövzusu Azərbaycanda və həm də türkdilli xalqlar olmayan xarici ölkələrdə böyük maraq doğurmuşdur.

“Türkdilli xalqların musiqi alətləri” beynəlxalq simpoziumuna müxtəlif ölkələrdən hörmətli alimlər, məşhur mütəxəssislər, o cümlədən Azərbaycanın görkəmli musiqişünasları, musiqiçiləri dəvət olunmuşdur. Simpozium beynəlxalq aləmdə çox böyük marağa səbəb olmuşdur. Bunu iştirakçıların siyahısı da təsdiq etmişdir. Simpoziumda Azərbaycanın alim və mütəxəssisləri ilə yanaşı 13 ölkədən nümayəndələr iştirak etmişlər. Bunlar: Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, ABŞ, Kanada, Yaponiya, İngiltərə, İtaliya, Rusiya Federasiyasıdır. Rusiya Federasiyasından təkcə Moskva və Sankt-Peterburqdan deyil, həmçinin Tatarıstan və Başqırdırstan kimi türkdilli respublikaların nümayəndələri iştirak etmişlər.

Simpoziuma dünyanın ən qabaqçıl və tanınmış universitetlərindən – Kembric, Tokio, İstambul Texniki Universitetlərinin və digər universitetilərinin nümayəndələri, dünyanın qocaman musiqi muzeylərindən Qlinka adına Musiqi Mədəniyyəti Muzeyi (Moskva), Teatr və musiqi incəsənəti Muzeyi (Peterburq), eləcə də 2010-cu ildə Feniks şəhərində (Arizona, ABŞ) yeni açılmış çox böyük və müasir Musiqi Alətləri Muzeyindən həmkarlar gəlmişdirlər.

Bizim təklifimizlə Simpoziumun işi 10 bölmə üzrə müəyyən edilmiş və hər 10 bölməyə uyğun iştirakçılardan ərizələr və tezislər qəbul olunmuşdur. Simpozium öz işini 10 bölmə üzrə aparmışdır. Bölmələr bunlardır :

1. Musiqi alətlərinin tarixi və təkamülü

2. Türk xalqlarının musiqi alətlərində ümumilik və özünəməxsusluq

3. Musiqi alətlərinin texnologiyası və akustikası

4. Bəstəkarlıq yaradıcılığında ənənəvi musiqi alətləri

5. Musiqi alətləri ədəbiyyatda və təsviri incəsənətdə

6. Türk xalqlarının musiqi alətləri kolleksiyaları

7. Musiqi alətləri və ifaçılıq sənəti

8. Yox olmuş musiqi alətlərinin bərpası və yox olmaqda olanların

qorunub saxlanması

9. Etnoorqanologiya problemləri və pedaqogika

10. Yeni yanaşma və qiymətləndirmə

Simpoziumun proqramını əlavə edirik:


16 dekabr 2010-cu il

Açılış mərasimi.

Çıxışlar:


1. Əbülfəs Qarayev – Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Naziri
2. Düsen Kaseinov – Türksoy Baş Katibi
3. Alla Bayramova – Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, simpoziumun katibi

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim musiqi alətləri ansamblının çıxışı. Bədii rəhbər - Məcnun Kərim



Bölmə 1. Musiqi alətlərinin tarixi və təkamülü

Zemfira Səfərova, Azərbaycan. Səfiəddin Urməvi risalələrində (XIII əsr) musiqi alətlərinin şərhi, bərpası və inkişafı haqqında


Suraya Ağayeva, Azərbaycan. Əbu Nəsr Fərabinin (IX-X əsrlər) və Əbdülqadir Marağainin (XIV-XV əsrlər) risalələrindəki türk musiqi alətləri və onların araşdırma metodları haqqında


Genichi Tsuge, Yaponiya. “Kənz əl-tuhaf” risaləsində (XIV əsr) mizmar və qanun musiqi alətlərinin təsviri və müasir uyğur alətləri baliman və qalun ilə müqayisəsi


Gülnaz Abdullazadə, Azərbaycan. əl- Fərabinin əsərlərində şahrud aləti


Lalə Kazımova, Azərbaycan. Dərviş Əlinin (XVII əsr) risaləsində musiqi alətləri

Şehvar Beşiroğlu, Türkiyə. Anadolu çənginin ənənəvilikdən müasirliyə qədər strukturu, forması və ifa texnikasının inkişafı


Gökcen İlhami, Kanada. Evliya Çələbinin (1611-1682) “Səyahətnamə” risaləsində XVII əsr musiqi alətlərinin təsviri və H.C.Farmerin (1882-1965) kitabı

Covvani de Zorzi, İtaliya. Osman neyi: musiqi və metafizika arasında

Qennadi Makarov, Tatarıstan, RF. Volqaboyu tatarlarının orta əsr musiqi ansamblları


Oğuz Elbaş, Türkiyə. Anadolunun qədim dövr musiqi alətləri


Abbasqulu Nəcəfzadə, Azərbaycan. Ə.Marağainin icad etdiyi əlvah aləti ksilofon tipli alətlərin sələfidir


Ali Dağıstan, Türkiyə. Anadolu bağlamasının inkişafında tarixi və siyasi amillərin rolu


Bölmə 2. Musiqi alətləri və ifaçılıq sənəti


Roza Amanova, Qırğızıstan. Qırğızların ənənəvi mahnı sənətində musiqi alətinin rolu


Sənubər Bağırova, Azərbaycan. Azərbaycan muğamı: instrumental ansamblının prinsipləri


Kubaquşev Ayrat, Rusiya. Kuray alətində regional ifaçılıq ənənələri


İlham Nəcəfov, Azərbaycan. Azərbaycan musiqi ifaçılığında ney


İradə Köçərli, Azərbaycan. Aşıq sinkretizmində sazın rolu və yeri
17 dekabr 2010-cu il


Bölmə 3. Türk xalqlarının musiqi alətlərində ümumilik və özünəməxsusluq

Rəna Məmmədova, Azərbaycan. Musiqi türkşünaslığı və müasir alətşünaslıq


Songül Karahasanoğlu, Türkiyə. Müxtəlif musiqi sistemlərində ney, balaban və tütək alətlərinə müqayisəli orqanoloji baxış


Tamila Cənizadə, Rusiya. Türk udları və dartımlı qopuz aləti (tar musiqi alətinin tarixi sələflərinin axtarışında)


Məcnun Kərim, Azərbaycan. Orta əsrlərdə türk xalqlarının dartımlı musiqi alətləri: qopuz, tənbur, rübab, çoğur


Raziyə Sultanova, İngiltərə. Ozbək Dutarı və onun milli eyniyyəti Mərkəzi Asiyanın ənənəvi mədəniyyətində


Səltənət Tağıyeva, Azərbaycan. Türkdilli xalqların simli alətlərinin müqayisəli təhlil aspektləri

Orzu Azimova, Özbəkistan. Qaraqalpakların musiqi alətləri Mərkəzi Asiyanın tarixi-mədəni hadisələri kontekstində


Saule Uteqaliyeva, Qazaxıstan. Qazax domrası və türkdilli xalqların tipoloji qohum alətləri


Seyran Qafarov, Azərbaycan. Nay/ney : türklərin peşəkar musiqi ənənəvi nəfəsli aləti


Ayxan Sarı, Türkiyə. Asiyadan Anadoluya qədər ümumi mədəni coğrafiyada orkestr tembri haqqında


Savaş Ekici, Türkiyə. Orta Asiyadan Anadoluya qədər telli çalğıların tarixi inkişafı


Gözde Colakoğlu, Türkiyə. Kamança və kemençenin tarixi inkişafı və onların müxtəlif mədəniyyətlərdə olan fərqliliyi


Aleksandr Cumayev, Özbəkistan. Mərkəzi Asiyada etnik “ikidilli”və ya “coxdilli” ənənəvi musiqi alətləri (keçmişdə və hazırda)


Lalə Fətullayeva, Azərbaycan. Azərbaycan musiqi alətlərinin tarixi inkişafında türk etnogenetik əsasları haqqında


Ali Tufekçi, Türkiyə. Ney alətinin müxtəlif növləri və onun inkişaf tarixi

Bölmə 4. Musiqi alətləri ədəbiyyatda və təsviri incəsənətdə

Fəttah Xalıqzadə, Azərbaycan. “Kitabi Dədə Qorqud” dastanında musiqi alətləri


Hakan Tatyüz, Türkiyə. Karacaoğlan və sazı


Yeganə Bayramlı, Azərbaycan. Miniatür sənətinin musiqi mahiyyəti


Şaxım Quliyev, Türkmənistan. Qorqudun qopuzu məsələsinə dair


Recep Uslu, Türkiyə. Topkarı Sarayı Muzeyinin kitabxanasında saxlanılan musiqi alətləri təsvir edilən miniatürlərin (№1793) yaranma tarixi haqqında


Firudin Qurbansoy, Azərbaycan. Məhəmməd Füzulinin “Həfti-cam” əsərində musiqi məsələləri


Bölmə 5. Türk xalqlarının musiqi alətləri kolleksiyaları

Alla Bayramova, Azərbaycan. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin musiqi alətləri kolleksiyasının xüsusiyyətləri


Azatgül Taşmatova, Özbəkistan. Özbəkistan konservatoriyasının musiqi alətləri muzeyinin kataloqu


Mivegozel Saparmuratova, Türkmənistan. Türkmənistan ərazisində nəfəsli musiqi alətlərinin yayılması (son onilliklərdə arxeoloji qazıntılar materialları əsasında)


Nina Mileşina, Rusiya. Qlinka adına muzeyin (Moskva) türk musiqi alətləri kolleksiyası

Bölmə 6. Bəstəkarlıq yaradıcılığında ənənəvi musiqi alətləri

Ramiz Quliyev, Azərbaycan. Müasir tar ifaçılığının dünya musiqi alətləri ailəsinə inteqrasiyası


Cəmilə Həsənova, Azərbaycan. Üzeyir Hacıbəylinin elmi yaradıcılığında tar alətinin səs düzümü və muğam yaranışı proseslərinin tədqiqi


Təranə Əliyeva, Azərbaycan. Qanun tədrisinin metodikası


Aida Hüseynova, Azərbaycan. “İpək Yolu” layihəsində Azərbaycan xalq calğı alətlərinin təfsiri (ÜzeyirHacibəylinin “Leyli və Məcnun” operasının yeni versiyası timsalında)


Zümrüd Dadaşzadə, Azərbaycan. Xalq çalğı alətləri bəstəkar yaradıcılığında (çağdaş Azərbaycan musiqisi timsalında)

Bölmə 7. Musiqi alətlərinin texnologiyası və akustikası

Məmmədəli Məmmədov, Azərbaycan. Azərbaycan tarının təkmilləşdirilməsi


Cennifer Post, ABŞ. Ekologiya və Mərkəzi Asiyada musiqi alətlərinin hazırlanması


Raqde Xalitov, Tatarıstan, RF. Skripka tatarların ənənəvi musiqi aləti

Bölmə 8. Etnoorqanologiya problemləri və pedaqogika

Səadət Abdullayeva, Azərbaycan. Azərbaycan alətşünaslığı: nailiyyətlər və perspektivlər


Ahmet Turunc, Türkiyə. Türkiyədə tar tədrisində görülən problemlər


Vladimir Koşelev, Rusiya. Zurna – surna: şərq musiqi alətinin rus xüsusiyyətləri haqqında mənbəşunaslıq qeydləri

Bölmə 9. Yox olmuş musiqi alətlərinin bərpası və yox olmaqda olanların qorunub saxlanması

Kadır Verim, Türkiyə. Iklik ve Eqit: Anadolu'nun yox olma riski altındakı simli musiqi alətləri


Fikret Karakaya, Türkiyə. Osmanlı dövrünün unudulmuş musiqi alətləri, onların bərpası və təkmilləşməsi

Bölmə 10. Yeni yanaşma və qiymətləndirmə

Kamilə Dadaşzadə, Azərbaycan. Saz pərdələrinin adlarının semantik yozumuna dair


İmina Əliyeva, Azərbaycan. Ənənəvi Azərbaycan musiqisinin not redaktorları və autentik not yazıları

Cayır Kadır, Türkiyə. Çankiri yaran meclisinde bağlamanin rolü

Gültekin Şener, Türkiyə. Türk rəqs təranələri və musiqi alətləri


Şamil Hacıyev, Azərbaycan. Tar, ud və çoğur musiqi alətlərinin səsdüzümlərinin araşdırılması

Statistika göstərir ki,

- ən çox simpoziumun 1-ci şöbəsində musiqi alətlərinin tarixi və təkamülü üzrə çıxışlar olmuşdur.

- simpoziumda çıxış edənlər məruzələrində ən çox tar və ney musiqi alətlərinə toxunublar.

Simpoziumda müxtəlif profilli musiqiçilərdən (musiqi tarixçiləri, musiqişünas-muzey işçiləri, etnoorqanoloqlar, ifaçılar) başqa texniki savadı olan ziyalılar da (Məmmədəli Məmmədov, Şamil Hacıyev) iştirak etmişlər. Diqqəti cəlb edən odur ki, tarix boyu musiqi alətləri hazırlayan ustaların savadları olmamışdır. Son 20 ildə musiqi alətlərinin öyrənilməsi və hazırlanması üzrə texniki savadı olan mütəxəssislər (fiziklər, texnoloqlar, mühəndislər) alətin texniki parametrlərini təkmilləşdirmişlər.

Yekunda simpoziumun nəticələrinə dair qətnamə qəbul edilmişdir.

1. Simpozium iştirakçılarının məruzələrində müasir orqanologiyanın aktual problemlərinin əks olunması ilə əlaqədar simpozium materiallarının məqalələr məcmuəsi (ingilis dilində qısa xülasələrlə) şəklində nəşr olunması.

2. Simpozium türk dilli xalqların musiqi alətlərinin öyrənilməsi mövzusunun aşkarlığın ciddi potensiala malik olmasını göstərdi. Ona görə də “Türkdilli xalqların musiqi alətləri” simpoziumunun ənənəvi və iki ildə azı bir dəfə təşkil olunması zəruridir. Eyni zamanda il ərzində bir dəfə olaraq hər hansı bir mürəkkəb alətin (məs. tənbur, ney və s.) tədqiqinə həsr olunmuş mini-simpozium keçirmək faydalı olardı.

3. “Türkdilli xalqların musiqi alətləri” simpoziumu gələcəkdə simpoziumun işin də bəstəkarların ən müxtəlif sahələrdə iştirak etmələri üçün dəvət etməlidir. Beləki bu və ya digər alətin tam mövcudluğu onun müasir musiqi sənətində praktiki istifadə olunmasında çox asılıdır. Bəstəkarlar isə alətlərin öyrənilməsinə cəlb olunmaqla orijinal və həyati musiqi əsərləri yazmağa ruhlanarlar.

4. Gələcək simpoziumlar gənc tədqiqatçılar və ifaçılar nəslinin daha geniş kütləsini cəlb etməlidir. Bu iş məsələən, həm tədqiqatçılıq, həm də ifaçılıq istiqamətində ustad siniflərin təşkili və keçirilməsi yolu ilə həyata keçirilə bilər. Əslində elə simpoziumun praktiki faydası bundadır.

5. Türk xalqlarının ənənəvi musiqi alətlərinin çox zəngin olmasını nəzərə alaraq, simpozium iştirakçıları bu alətlərin bir yerdə nümayişi üçün Türkiyədə “Türkdilli xalqların Musiqi Mədəniyyəti Muzeyinin” təşkil olunmasını aktual və real hesab edirlər. Bu cür Muzeyin yaradılması türkdilli xalqların musiqi alətləri (həm də Türkdilli xalqların musiqi mədəniyyəti haqqında ümumilikdə) haqqında elmin ciddi inkişafı üçün bazanın, yəni profil Muzeyinin olmasının zəruriliyini əvvəlcədən müəyyən edir.

6. Türk dünyasında istifadə olunan musiqi alətlərinin müxtəlifliyi və genişliyini və dünya mədəniyyəti kontekstində türk mədəniyyətinin əhəmiyyətini nəzərə alaraq Türkdilli xalqların musiqi alətlərinin kataloqunun nəşri məqsədəuyğundur. Bu nəşrin hazırlanmasında keçən simpoziumun təşkilatı, elmi və praktiki işlərindən istifadə etmək faydalı olacaqdır.



Simpozium iştirakçıları simpoziumun yüksək səviyyədə təşkil olunmasını və beynəlxalq musiqi ictimaiyyətinin böyük marağına səbəb olduğunu qeyd etmişlər.



: articles
articles -> Alkohol psixozlar Alkoholizmin ikinci və üçüncü mərhələlərində baş verir
articles -> Çili şairinin bu odası bizim gündəlik həyatımizda qara ciyərin nə qədər önəmli olması gözəl nümayiş olunmuşdur
articles -> Baş beyinin şişlərin nəticəsində əmələ gələn psixiki pozuntular
articles -> Döş qəfəsində ağrı, əsas şikayət kimi ambulator müraciətlərin demək olar ki, 1-2%-də təsadüf olunur
articles -> Baş beyinin atrofiyası nəticəsində əmələ gələn psixiki pozuntular baş beyinin hüceyrə elementlərin proqresivləşən disfunksiya və deqenerasiyası nəticəsində inkişaf edən (edə bilən)
articles -> Baş beyinin damar xəstəlikləri nəticəsində əmələ gələn psixiki pozuntular
articles -> Yazı xəttinin pozulması Əllərin "Əlçalma" şəkilli tremoru Barmaq-burun sınağı zamanı yayınma
articles -> Affektiv pozuntular ilk növbədə əhval ruhiyənin pozulması ilə özlərini biruzə verir
articles -> Affektiv psixozlar


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə