Azərbaycanda qadın sahibkarlığın inkişafı: nümunə keys



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
tarix12.10.2018
ölçüsü1,13 Mb.
#73781


NÜMUNƏ KEYS

2016 

Bakı, Azərbaycan



Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycan regionlarında

 qadın mütəxəssislərin hazırlanması və qadın sahibkarların inkişafı” layihəsi

AZƏRBAYCANDA QADIN SAHİBKARLIĞIN İNKİŞAFI

AVROPA İTTİFAQI




 

2016 


 

 

Az



ərbaycanda qadın sahibkarlığın inkişafı: nümunə keys

 

 



 “Azərbaycan  regionlarında  qadın  peşəkarların  yetişdirilməsi  və  qadın 

sahibkarlığın  inkişafı”  layihəsi  Azərbaycan  Mikro-maliyyə  Assosiasiyası 

(AMFA)  ilə  Mikromaliyyə  Mərkəzi  (Polşa)  arasında  unikal  əməkdaşlığı 

təqdim  edir.  Layihə  Avropa  İttifaqı,  Dəmirbank  və  Viator  Mikrokredit 

tərəfindən  maliyyələşdirilmişdir.  Bu  nümunə  keys  AMFA  tərəfindən  MFC 

dəstəyi ilə hazırlanmışdır.  



XÜLASƏ 

 

Bu keys Azərbaycanda qadınlar üçün bacarıqların artırılması və 



imkanların təqdim edilməsi üçün işlənmiş innovativ sahibkarlıq 

layihəsini təsvir edir. Üç il boyunca biz 8 region ərazisində 105 

təlim  vasitəsilə  2,000  qadını  təlimləndirmişik.  Keysdə  bu 

nailiyyətlərə  yetişmək  üçün  keçdiyimiz  yol,  proses,  bu  yolda 

çətinliklərimizi,  konservativ  regionlarda  qadınlara  necə 

yetişdiyimizi, 

bizneslərində 

olan 


çətinliklərin 

aradan 


qaldırılmasında  onlara  verdiyimiz  töhfədən  danışılır.  Ən  vacibi 

isə, keysdə  həmin qadınların  öz  dilindən  olan  uğur  hekayələri 

verilmişdir.  Biz  bu  hekayələri  təkcə  layihə  monitorinqi 

məqsədilə  deyil,  həm  də  onları  dəstəkləyən  daha  geniş 

qadınlar  auditoriyası  və  təşkilatlar  ilə  bu  uğurları  bölüşmək 

məqsədilə  yazmışıq.  Və  nəhayət,  keysdə  gələcəkdə 

regionlarda qadınların maarifləndirilməsi üzrə aparılacaq oxşar 

tədbirlərdə  nəzərə  alınmalı  olan  tövsiyələr  və  mühüm  fikirlər 

verilmişdir.  

LAYİHƏ HAQQINDA 

 

Bu  3  illik  layihə  2014-cü  ildə  başlamış  və  Azərbaycanın  region  ərazilərində  qadınların 

səlahiyyətləndirilməsi vasitəsilə regional inkişafı  dəstəkləməyə yönəlmişdir. Layihənin əsas 

məqsədləri aşağıdakılar olmuşdur:   

 

1. Ailə büdcəsinin idarə edilməsi bacarıqlarının artırılması və pul idarəetmə davranışlarının 



dəyişdirilməsi  vasitəsilə  region  qadınlarının  maliyyə  təhlükəsizliyi  və  davamlılığını  təmin 

etmək. 


2. Aşağıdakılar vasitəsilə onların gəlir artırma imkanlarını genişləndirmək:  

 



  Maliyyə  təşkilatlarında  kredit  işçisi  kimi  işləmək  üçün  onlara  peşə  üzrə  hazırlığın 

keçirilməsi    

 

Bizneslərinə başlamaq və təkmilləşdirmək üçün bacarıqlarının artırılması. 



 

 

 

 



Layihə haqqında qısa 

haşiyə:  

36 aylıq müddət 



1,808 qadın əhatə 

olunmuşdur 

8 region: Gəncə, 



Göyçay, Biləsuvar, 

Zaqatala, Şəmkir, 

Ağdaş, Quba, 

Mingəçevir  

Kredit işçisi üzrə 4  



təlim  

86 maliyyə savadlığı 



təlimi  

15 Öz biznesinə başla 



təlimi 

22 sertifikatlaşdırılmış 



təlimçi 


 

2016 


 

 

Az



ərbaycanda qadın sahibkarlığın inkişafı: nümunə keys

 

 



LAYİHƏ İŞTİRAKÇILARI 

 

Layihə  region  qadınları  arasında  üç  fərqli  qrupu  müəyyənləşdirmişdir.  Maliyyə  savadlılığı 



təlimləri üçün əsas hədəf qrup  istənilən yaş və peşə ilə məşğul olan qadınlar olmuşdur. Öz 

biznesinə başla və onu təkmilləşdir  təliminin hədəfini yeni biznesə başlayan, o cümlədən 

potensial  olaraq  sahibkarlıqla  məşğul  olacaq  qadınlar,  Kredit  işçisi  təlimi  üçün  isə  əsas 

hədəf qrupu 32 yaşından aşağı, karyerasını bank sektorunda qurmaq istəyən qadınlar təşkil 

etmişdir. Bütün layihə ərzində, benefisiar qadınlar 21 -50 yaş arasında olmuşlar.  

 

LAYİHƏ FƏALİYYƏTLƏRİ 

 

Layihədə 3 əsas fəaliyyət təqdim edilmişdir:  



 

1) 


Maliyyə savadlılığı təlimi uzun müddətli maliyyə planlaşması və yığım 

təcrübələrində neqativ davranış vərdişlərini dəyişməyə yönəlmişdir.  

2) 

Öz biznesinə başla və təkmilləşdir təlimində qadınlara biznesə necə başlamalı və 

onu necə idarə etmək öyrədilmişdir.   

3) 

Kredit işçisi təlimi vasitəsilə mikromaliyyənin prinsipləri və əsas məzmunu üzrə 

potensial qadın kredit işçiləri hazırlanmışdır.   

 

Bu üç təlim fəaliyyətləri aşağıdakı beş əsas fəaliyyət istiqamətləri ilə dəstəklənmişdir:  



 

1) 


Əməkdaşlıqların yaradılması və gücləndirilməsi. Yerli imkanlardan yararlanmaq 

və layihə əhatəsinə yetişmək məqsədilə Anlaşma Memorandumları vasitəsilə 2 

regional assosiasiya ilə, 7 mikromaliyyə təşkilatı ilə və nəhayət qadınların təlimlərdə 

iştirakı üçün iş yerlərindən icazələrin alınması və tədbirin təhlükəsizliyinin təminatı 

məqsədilə yerli icra orqanları ilə əməkdaşlıqlar qurulmuşdur.   

2) 


Təlimçi bacarıqlarının artırılması.  Gəncə və Quba şəhərlərində xüsusi proqram 

əsasında təlimçilər üçün təlim keçirilmiş, təlim materialları tərcümə edilərək yerli 

kontektsə uyğunlaşdırılmışdır.  

3) 


Təlim tədbirlərinin təşviqi.  Təlimlər, görüşlər, tərəfdaş müzakirələri, Avropa 

Şəhərciyi tədbirlərində (Avropa İttifaqı tərəfindən Bakıda keçirilən) posterlər, lifletlər 

vasitəsilə layihə təbliğ edilmişdir. Bütün layihə tədbirləri mütəmadi olaraq AMFA-nın 

feysbuk səhifəsində və AMFA internet səhifəsində yaradılmış ayrıca bölmədə 

yerləşdirilmişdir.  

4) 


Layihənin nailiyyətləri AMFA tərəfdaşlarına xüsusi aylıq informasiya bülletenləri, 

uğur hekayələri və digər xəbərlər vasitəsilə çatdırılmışdır.  

5) 

Layihə təsirinin öyrənilməsi (qiymətləndirmə) və monitorinq.  Təlimlərin qısa 

müddətli təsirləri, o  cümlədən uzun müddətli faydalarının öyrənilməsi üçün 

qiymətləndirmə və monitorinqlər aparılmışdır. Bu məqsədlə, xüsusi alətlər, o 

cümlədən təlim öncəsi və sonrası sorğular, kəmiyyət sorğuları, təlim qiymətləndirmə 

formaları hazırlanmış, mühüm nailiyyətlər haqqında uğur hekayələri yazılmışdır.  

 

 

 




 

2016 


 

 

Az



ərbaycanda qadın sahibkarlığın inkişafı: nümunə keys

 

 



TƏLİMLƏR HAQQINDA 

 

 



“Gələcəyini planlaşdır” maliyyə savadlılığı təlimi  

 

 “Gələcəyini  planlaşdır”  maliyyə  savadlılığı  təlimi  insanların  uzun  müddətli  maliyyə  planlaşması  və 

yığımlarına  olan  neqativ  davranışlarını  dəyişmək,  onların  yığım  imkanları  haqqında  biliklərinin 

artırılması  üçün  tərtib  edilmiş  təlim  proqramıdır.  Bu  təlim  həm  şəxsi,  həm  də  biznes  maliyyəsinin 

idarəedilməsi üçün effektiv vasitədir.  

Regionlar: Gəncə, Quba, Mingəçevir, Biləsuvar, Ağdaş, Göyçay, Şəmkir, Zaqatala  

Nəticələr: 1,496 qadın 86 təlim vasitəsilə təlimləndirilmişdir.  

 

 



Öz biznesə başla və onu təkmilləşdir  

 

Öz  Biznesinə  Başla  təlimi  inkişaf  etməkdə  olan  iqtisadiyyatlarda  fərdi  sahibkarların  biznes 

bacarıqlarının gücləndirilməsi  yolu ilə  onların  özünü  iş ilə  təminatına töhfə verən menecment -təlim 

proqramıdır. Təlim potensial və cari kiçik sahibkarlara yönəlir və onlara biznesə başlamaq, mövcud 

bizneslərinin  etibarlılığını  artırmaq,  digərləri  üçün  də  iş  yerləri  yaratmaq  məqsədi  daşıyır.  Təlim 

zamanı  iştirakçılar  biznes  ideya  formalaşdırır,  biznes  plan  hazırlayır  və  bizneslərdə  əsas  uğur 

amillərini müzakirə edirlər.  

Regionlar: Biləsuvar, Göyçay, Şəmkir, Zaqatala  

Nəticələr: 233 qadın 15 təlim vasitəsilə təlimləndirilmişdir.   

 

Kredit işçiləri üçün təlim 

 

Yerli  mikromaliyyə  təşkilatları  region  ərazilərində  yaşayan  qadınlar  üçün  ideal  potensial  işəgötürən 

ola  bilər  –  buna  görə  də  biz  bu  təlimi  tərtib  etmişdik  ki,  qadınlar  bu  sektorda  çalışmaq  üçün 

mikromaliyyə, kredit işinin  aparılması və kredit işçisinin gündəlik məsuliyyətləri  üzrə təlimləndirilsin.  

Bu  proqram  hər  kreditləşmə  prosesini,  o  cümlədən  müştərilərin  təhlili  və  sahə  səfərlərinin  təşkili 

mərhələlərini əhatə edir.   



Regionlar: Biləsuvar, Göyçay, Şəmkir, Zaqatala  

Nəticələr: 73 qadın 4 təlim vasitəsilə təlimləndirilmişdir.   

 

NƏTİCƏLƏRİN ÖYRƏNİLMƏSİ 

 

 

 



Qiymətləndirmə metodologiyası  

 

Layihə müddətində, iki qiymətləndirmə\rəy toplama metodundan istifadə edilmişdir:   



 

1)  Təlim  öncəsi  və  sonrası  biliklərin  qiymətləndirilməsi  forması:  Təlim  öncəsi 

sorğuda 35 sual verilir və bu suallar vasitəsilə onların büdcə idarəetməsi üzrə hazırki 

bilik  və  davranışları  öyrənilir.  Təlimdən  sonra  iştirakçılar  buna  oxşar,  lakin  fərqli 

sualları olan sorğu formasını doldurur və onun təlim öncəsi sorğu ilə müqayisəli təhlili 

vasitəsilə təlim nəticəsində  iştirakçıların bilik və davranışlarında hansı dəyişikliklərin 

olması  öyrənilir.  Yekunda,  layihə  komandası  bu  ümumi  məlumatlar  əsasında 

təlimlərin effektivliyini öyrənmək üçün təhlillər aparmışdır.   

2)  İştirakçı  rəyi:  Hər  bir  təlimdən  sonra,  biz  təlim  qiymətləndirməsi  vasitəsilə 

iştirakçıların  ümumi  təşkilatçılıq,  logistika  ilə  əlaqədar  məsələlər,  mövzuların 

əhatəliliyi, onların çatdırılma keyfiyyəti, təlim materiallarının qənaətbəxş olması və s. 

üzrə  bir  sıra  bal  qiymətləndirməsi  və  açıq  tipli  suallar  soruşuruq.    Bu  məlumat  da 

təhlil  edilərək,  iştirakçıların  ümumi  məmnuniyyəti  və  təkmilləşdirilməli  olan  sahələr 

müəyyənləşdirilir.   


 

2016 


 

 

Az



ərbaycanda qadın sahibkarlığın inkişafı: nümunə keys

 

 



 

 

TƏLİM SONRASI QİYMƏTLƏNDİRMƏLƏR 

 

Bizim qiymətləndirmə nəticələrimiz göstərmişdir ki, qadınlar təlimləri bir sıra səbəblərə görə 



yüksək  qiymətləndirirlər  və  bu  səbəblərin  qadınların  yaş  dövrünə  əsasən  fərqli  olması 

müşahidə  edilmişdir.  Bəziləri  qeyd  etmişdilər  ki,  müstəqil  həyata  hazırlıq  üçün  bu  bilik  və 

bacarıqların  öyrənilməsi  onlar  üçün  çox  faydalı  olmuşdur  (xüsusilə  25  yaşdan  aşağı  olan 

iştirakçılar).  Digərləri  isə  bildirmişlər  ki,  təlimin  əsas  faydası  onlar  üçün  ailə  büdcələrini 

idarəetmə biliklərini öyrənmələri olmuşdur (əsasən 30-35 yaş arası iştirakçılar). 40 yaşından 

yuxarı qadınlar ilkin təəssüratda artıq öz həyat davranışlarının təsbit olunduğunu və özlərini 

bu  vaxtdan  sonra  dəyişməyin  çətin  olduğunu  bildirmiş,  habelə  təlimləri  yeni  biliklərin 

öyrənilməsi,  yeni  tanışlıq  və  əlaqələrin  qurulması,  gənc  xanımlar  ilə  həyat  təcrübələrinin 

bölüşdürülməsi baxımından faydalı hesab etmişdilər.   

 

MONİTORİNQ NƏTİCƏLƏRİ: GƏLƏCƏYİNİ PLANLAŞDIR 



 

Ümumilikdə,  2014-cü  ildə  maliyyə 

savadlılığı  təlimində  iştirak  edən  221 

qadın  ilə  təlimdən  bir  müddət  sonra 

monitorinq 

aparılmışdır 

(təxminən 

iştirakçıların 15 %-ni təşkil edir).  

 

Qadınların  əksəriyyəti  (95%-i)  hətta 



təlimdən  bir  neçə  ay  sonra  ümumi  təlim 

mesajlarını 

(o 

cümlədən 



büdcə 

planlaşmasının 

faydası, 

yığımlar, 

gözlənilməz  hallara  hazırlıq  və  s.)  çox 

yaxşı  xatırlayırdılar.  Digər  bir  uğur 

məqamı isə o olmuşdur ki, demək olar ki, 

Monitorinq metodologiyası 

 

Gördüyümüz işlərin orta müddətli təsirini öyrənmək üçün biz iki monitorinq alətindən istifadə 



etmişik:   

1)  Öz  biznesinə  başla  iştirakçılarına  telefon  zəngləri.    Təlimdən  3-6  ay  sonra  biz 

təlim  iştirakçılarına  zəng  vuraraq  onların  bizneslərində  nail  olduqları  dəyişiklikləri 

müzakirə  etmişik.  Bütün  zənglər  üzrə  xüsusi  monitorinq  formasında  qeydlər 

aparılmışdır.  Həmçinin  biz  iştirakçıların  mühüm  uğuru  və  bizneslərində  olan 

dəyişiklikləri fərdi uğur hekayətləri vasitəsilə işıqlandırmışıq.  

2)   Maliyyə  savadlılığı  təlimi  üzrə  monitorinq  -  iştirakçıların  təlimdən  müəyyən 

müddət  sonra  nəyi  xatırlamaları,  hansı  bilikləri  həyatlarına  tətbiq  etmələri,  yığım 

vərdişlərində olan təkmilləşmələri öyrənməyə imkan verirdi. 

 

 



 

 

95% 



5% 

Bəli 


Xeyr

Əsas mesajların xatırlanması 

47% 


26% 

27% 


Daha uzun 

müddət üçün 

plan 

Daha qısa 



müddət üçün 

plan 


Heç bir dəyişiklik 

olmamışdır 



Planlaşmada dəyişiklik  

99% 


1% 

Bəli 


Xeyr

Təlmdən sonra gəlir və xərclərin 

planlaşdırılmasının davam 

etdirilməsi  


 

2016 


 

 

Az



ərbaycanda qadın sahibkarlığın inkişafı: nümunə keys

 

 



bütün  qadınlar  (99%)  təlimdən  sonra  gəlirlər  və  xərclər  planının  aparılmasını  davam 

etdirirdilər. Planlaşma müddətinə gəldikdə, qadınların 47 %-I daha uzun müddətə planlaşma 

aparır, 27% -ində isə bu sahədə heç bir dəyişiklik olmamışdır.  

 

 



 

Ümumilikdə  belə  nəticəyə  gəlinir  ki,  qadınlar  gözlənilməz  hadisələr  üçün  daha  çox  yığım 

edirlər  –  bu  təlim  tapşırıqları  və  həyat  planlaşması  çalışmaları  zamanı  da  qadınlarda 

müşahidə etdiyimiz davranışı olmuşdur. Habelə, eyni fikri 25 yaşından aşağı qadınlar üçün 

söyləmək olmaz, onlar əldə etdikləri bütün pulları dərhal xərcləməyə daha meyllidirlər – bu 

da onunla izah edilə bilər ki, onların əksəriyyəti hələ də maliyyə baxımından valideynləri və 

ya  həyat  yoldaşının  ailəsindən  asılıdırlar,  özləri  qazanmadıqları  üçün  və  gözlənilməz 

hadisələr  zamanı valideynlərin əsas məsul olmasını düşündükləri üçün yığım etməyə meylli 

deyillər. Bunun əksinə olaraq isə, daha yaşlı qadınlar öz məqsədləri üçün yığımlardan əlavə, 

həm də gözlənilməz hadisələr üçün yığımlar etməyə daha meyllidir. Təlimlərdən sonra 72 % 

qadın  yığımlar  etməyə  başlamış,  88  %  -i  isə  gözlənilməz  hallar  üçün  olan  yığımlarını 

artırmışlar  (hətta  gənc  xanımlar).  Yalnız  11  %  qadın  yığım  vərdişlərində  heç  bir  dəyişiklik 

etməmişdir  –  bu  da  yığım  etmək  vacibliyini  önəmsəmədikləri  üçün  deyil,  yığımlar  üçün 

yetərincə  maliyyəsi  olmadığı,  maliyyə  çətinliklərinin  (daha  yüksək  xərclər,  daha  aşağı 

gəlirlər) olması ilə əlaqədardır. 

 

Müsbət bir haldır ki, bütün qadınlar təlim zamanı çalışmalar vasitəsilə qısa və uzun müddətli 



maliyyə  məqsədləri  qururdular.  Monitorinq  zəngləri  zamanı  da  əksəriyyəti  bildirmişdir  ki, 

təlimdən sonra yaratdıqları maliyyə məqsədləri üçün yığımlar etməyə başlamışlar, lakin bir 

çox hallarda bir neçə aydan sonra, yığımlar etməyi dayandırmışlar. Yenə də bu amil aşağı 

və  qeyri-sabit  gəlirlər  səbəbindən  (təlimdən  sonra  ölkə  də  iqtisadi  inkişafın  dayanması  da 

buna təkan vermişdir) ola bilər.   

 

 



 

 

 



 

 

 

 

 

 

 

 

 

 

72% 


28% 

Yes


No

Fövqəladə fond üçün yığıma 

başlamışdır 

88% 


2% 

11% 


Məbləği artırmış Məbləği azaltmış Heç bir dəyişiklik 

olmamışdır 



Fövqəladə fondda dəyişiklik 

98% 


2% 

Bəli 


Xeyr

Xüsusi məqsədlər üçün yığımları 

davam etdirmiş 

64% 


36% 

Bəli 


Xeyr

Təlimdən sonra xüsusi məqsədlər 

üçün yığımlara başlamış 


 

2016 


 

 

Az



ərbaycanda qadın sahibkarlığın inkişafı: nümunə keys

 

 



QADINLARIN BİZNESƏ BAŞLAMASINA HƏVƏSLƏNDİRİLMƏSİ  

 

Qadınlar bir neçə səbəbdən biznesə başlamaq qərarına 



gəlirlər:  öz  gəlirlərinə  malik  olmaq,  özləri  özlərinin 

rəhbəri  olmaq,  işsizlik  problemlərini  həll  etmək  və  ya 

şəxsi  məmnunluq  və  peşəkar  inkişafını  yüksəltmək. 

Habelə,  qadınların  bizesə  başlamasında  üç  əsas 

maneə vardır:  

a)  Ailə  dəstəyinin  olmaması  (xüsusilə  kişi 

dominantlığı yüksək olduğu ailələrdə)  

b)  Kapital çatışmazlığı  

c)  Özünə  güvənin  olmaması  (maneələrə  görə 

həvəsdən  düşməsi,  motivasiya  çatışmazlığı, 

uğura inanmamaq)  

 

Əksər  qadınların  başlamaq  istədikləri  biznes  sahəsi 



üzrə  müəyyən  ideyaları  vardı,  yalnız  bəziləri  dayanıqlı 

bir  sahibkarlıq  fəaliyyətinə  necə  başlamaq  barədə 

təəssürata  malik  idi.  Bizim  fərdi  dəstəyimiz  və  qrup 

çalışmaları vasitəsilə iştirakçı qadınlar qrup şəklində bu 

ideyaları  sınaqdan  keçirmiş,  həmin  ideya  üzrə  biznes 

plan  hazırlamışdılar.  İdeyanın  formalaşdırılması 

mərhələsində qadınların  bir  neçə  mümkün  ideyaları,  o 

cümlədən bu ideyalar ilə əlaqədar məhsul və prosesləri  

nəzərdən  keçirmələri  vacibdir  ki,  ilkin  ideyalarına 

mühüm dəyər verə biləcək amilləri qaçırmasınlar.  Belə 

ki,  ilkin  ideyanın  təhlili  özünü  doğrultmazsa,  digər 

alternativ ideyaları olsun.   

 

Həmçinin  təlim  iştirakçılarının  yalnız  qadın  qruplardan 



ibarət  olması  da  faydalı  oldu  (həm  bizim,  həm  də 

qadınlar üçün) - əksərən qadınlar təlimə gələrkən otağa 

nəzər  yetirib  kişilərin  olub-olmamasını  soruşurdular. 

Hətta bəzi hallarda (xüsusilə Biləsuvar kimi konservativ 

ərazilərdə)  qadınların  həyat  yoldaşı  və  ya  oğulları  da 

təlimə  gələrək  təlimçilərdən  otaqda  oturub  “onların 

qadınlarına”  orada  nə  söyləndiyini,  onları  başqa 

məqsədlərə  təşviq  edilməməsini  və  ya  onları  həyat 

yoldaşlarından  hüquqlarını  tələb  etməyə  hazırlayıb  -

hazırlamadığımızı  dinləmək  üçün  icazə  alanlar  da 

olmuşdur.  

 

 



 

 

 

 

 

Uğur hekayəsi 

 

Rəna: 53 yaş

Öz biznesinə başla 

təlimdən sonra, Rəna öz kiçik 

yığımını bir biznesə yatırmaq 

qərarına gəldi. Təlim zamanı o 

çörək istehsalı üçün biznes plan 

hazırladı, lakin təlimdən sonrakı 

monitorinqimiz zamanı bildirdi ki, o 

fikrini dəyişərək yaşadığı ərazidə 

daha çox tələb olunan toy 

mərasimləri üçün dekorasiyalar ilə 

məşğul olmağa qərar verib. Əlində 

olan cəmi 500 manat ilə o, yüksək 

keyfiyyətli dekor materialları 

almaqla və əl qabiliyyəti yaxşı olan 

öz qohumunu da cəlb etməklə bu 

işə başladı. Hazırda o,  hazırlanmış 

toy mərasimi xonçalarının effektiv 

satışı, təbliği, sosial şəbəkələrdə 

paylaşılması ilə, küçədə 

yerləşdirilən reklam şiti vasitəsilə 

reklamını və satışını, material 

tədarükünü təşkil edir.   

 

Onun biznesi 

“Sweet flower Xonca”, 

adlanır və onun məqsədi bu adı 

tanınmış və etibarlı bir dekorasiya 

brendinə çevirməkdir. 

 



 

2016 


 

 

Az



ərbaycanda qadın sahibkarlığın inkişafı: nümunə keys

 

 



HƏDƏF QADINLARA YETİŞMƏK ÜÇÜN VASİTƏLƏR VƏ METODLAR   

 

Hədəf  qrup  qadınlara  effektiv  yetişmək  üçün  AMFA  bir 



sıra  tərəfdaşlar  -  biznes  qrupları,  assosiasiyalar,  qadın 

şəbəkələri, yerli hökumətlər, mikromaliyyə təşkilatları və 

banklar  ilə  əməkdaşlıqlar  qurdu.  Regional  təbliğat  və 

gördüyümüz  fəaliyyətlərin  əhəmiyyətini  çatdırmaq 

məqsədilə  AMFA  həm  də  yerli  icra  hakimiyyətləri  ilə 

müvafiq  əməkdaşlıq  qurmuşdur.  Bu  əlaqənin  təşkili 

xüsusilə konservativ ərazilərdə mühüm bir yanaşma idi – 

belə ki, bəzi ərazilərdə qadınlar yerli icra hakimiyyəti ilə 

razılaşdırılmış  tədbirlərdə  daha  rahat  iştirak  edirdilər, 

həm də onların işəgötürənləri qadın işçilərə belə icazəli 

tədbirlərdə  iştirak  etmək  üçün  daha  asanlıqla  icazə 

verirdilər. İki partnyor assosiasiyamızın (Gəncə və Quba 

yerləşən) bu layihədə rolu mühüm olmuşdur, onlar geniş 

qadın  sahibkarlar  şəbəkəsinə  malik  olduqları  üçün 

təlimlərimizə  düzgün  hədəf  qrupundan  olan  qadınların 

dəvət olunmasına töhfə vermişdilər.  

 

Həmçinin  müşahidəmizə  əsasən  maliyyə  savadlılığı 



təlimini bitirən qadınlar öz kiçik bizneslərinə başlamağa 

marağı  olduqlarını  və  ya  kiçik  biznes  fəaliyyətlərinin 

olduğunu göstərmişlər. Bu halda biz onları Öz Biznesinə 

Başla təliminə dəvət edirdik və nəticədə təxminən 60 % 

qadın hər iki təlimdə iştirak etmiş oldu.   

 

Təlimlərin  keçirilməsi  ilə  bağlı,  biz  təcrübəli  və  yeni 



hazırlanmış  təlimçiləri  cəlb  edir  və  onların  təlimçilik 

bacarıqlarının təkmilləşdirilməsinə imkan yaradırdıq. 

 

 

 



Uğur hekayəsi 

 

Səidə. 32 yaş



Səidə müəllimədir və 

Ağdaş  rayon  mərkəzində  kiçik  bir 

təlim  mərkəzi  vardır.  Həyatını 

planlaşdır təlimində iştirak etməzdən 

əvvəl,  Səidə  inanmazdı  ki,  kiçik 

məbləğdə pulları yığmaqla böyük bir 

məbləğ  əldə  etmək  olar.  Təlimdən 

sonra  isə  o  hər  qəpiyini  və  xırda 

pullarını  yığmağa  başladı  və  yığılan 

vəsaitlə  kursun  marketinq  işini 

(pəncərə  posterləri  sifariş  etdi) 

təkmilləşdirdi.   

Həmçinin  o  mərkəz  üçün  maliyyə 

məqsədləri  və  6-aylıq  plan  hazırladı 

və sonran nəticəni bizimlə bölüşdü: o 

daha  çox  tələbə  cəlb  etməyə  nail 

olmuş 

və 

hazırda 

kursun 

müəllimələri  daha  yüksək  keyfiyyətli 

təhsil  xidmətləri  çatdırmağa  daha 

motivasiyalıdırlar. Hazırda onun kurs 

mərkəzi  yerli  səviyyədə  ən  yaxşı 

kurslardan  biridir  və  o  artıq  regional 

təhsil 

sərgilərində 

və 

sosial 

fəaliyyətlər  vasitəsilə  mərkəzlərini 

təbliğ edir.   

 

 

 




 

2016 


 

 

Az



ərbaycanda qadın sahibkarlığın inkişafı: nümunə keys

 

 



ÇƏTİNLİKLƏR 

 

Biznesə  başlamaq  üçün  ailə  dəstəyi:  Qadınların 

biznesə  başlamaqda  əsas  çətinliklərindən  biri  onlara 

ailə dəstəyinin göstərilməməsidir. Faktiki olaraq, bizim 

təlimlərdən sonra bəzi qadınlar qeyd etmişdilər ki təlim 

çox maraqlı olsa da, onlara biznes bacarıqları öyrətsə 

də,  bu  işdə  əsas  çətinlik  ailənin  dəstəyinə  nail 

olmaqdır.  



 

Konservativ  regionlar:  Bəzi  regionlarda  (məsələn 

Biləsuvarda),  olduqca  konservativ  mental  yanaşma 

səbəbindən, qadınları təlimlərə cəlb etmək çətin idi. Bu 

işdə  yerli  icra  orqanları  ilə  əməkdaşlıq  çox  faydalı 

olmuşdu (təlimə “icra tərəfindən icazə verilib” təsdiqinin 

iştirakçılara bildirilməsi bu işdə mühüm bir amil idi).   



 

Təlimdə  iştirak  etməyə  məcburiyyət  hissi:  əksər 

iştirakçılar  adətən  xarici  kanallar  vasitəsilə  -  icra 

hakimiyyətləri, biznes assosiasiyaları, təlim mərkəzləri 

və  s.  tərəfindən  dəvət  olunurdular.  Bu  da  bəzi 

qadınlarda  mütləq  iştirak  etmək  məcburiyyəti  hissi 

formalaşdırmışdı  və  belə  icbarilik  hiss  edən  qadınlar 

təlimin  ilk  günü  bunu  bildirirdilər.  Təlimçilərimiz  bu 

vəziyyəti  peşəkarcasına  və  müsbət  yolla  izah  edərək 

qadınlara  bir  qədər  təlim  ilə  tanış  olduqdan  sonra, 

onlar  üçün  maraqlı  olmazsa  təlimi  tərk  etmək  imkanı 

vermiş  və  nəticədə  təlimi  bir  qədər  dinlədikdən  sonra 

çox  az  sayda  qadın  təlimi  tərk  etmişdir  (hər  tədbirdə 

maksimum 2 belə iştirakçı olardı), digərləri isə təlimin 

maraqlı  olmasını  əsaslandıraraq  onu  tərk  etmək 

fikrindən daşınmışdılar.  

 

Nəzəriyyə  və  təcrübə:  Kredit  işçilərinin  hazırlanması 

təlimləri  gənc    xanımlara  mikromaliyyə  sektorunda 

işləmək  üçün  lazımı  bilik  və  bacarıqları  versə  də, 

onların əksəriyyəti ofisdən kənar sahə işlərində işləyə 

bilməyəcəklərini  bildirmişlər  (kredit  işçilərinin  isə  əsas 

işi  adətən  sahələrdə  olur).  Bununla  yanaşı  maliyyə 

qurumları  da  elə  bu  səbəbdən  qadınları  işə  qəbul 

etməyə  maraq  göstərmədilər.  Layihənin  bu  məqamı  ortaya  çıxdığı  andan  etibarən  kredit 

işçiləri  üçün  təlimlərin  keçirilməsi  donor  ilə  razılaşdırılaraq  dayandırılmışdır.  Çətinliklər  və 

problemlərin  vaxtında  müəyyən  edilməsi  (hətta  layihənin  ortasında  belə)  effektiv  layihə 

idarəetməsinin  və  liderliyin  əsasını  təşkil  edir.  Bu  baxımdan  da  layihə  komandası  olaraq, 

layihəmizdə bu məqamın olmasını qazanılmış təcrübə uğuru hesab edirik.   



 

 

Uğur hekayəsi 

 

Nəhayət,  29  yaş

Öz  biznesinə 

başla  təlimindən  sonra,  o  yeni  bir 

müəssisə 

yaratmaq 

üçün 

bacarıqlarının 

artdığını 

və 

motivasiyasının 

yüksəldiyini 

bildirmişdir.  Bununla  yanaşı  aylıq 

gəlirlərini  necə  effektiv  idarə 

etməyi,  biznes  plan  yaratmağı 

öyrənmişdir. 

Hazırda 

o, 

ailə 

biznesini  –  gözəllik  və  sağlamlıq 

(SPA)  mərkəzi  yaratmağı  düşünür.  

Nəhayət  artıq  bir  ideyası  üçün 

ailənin razılığını da almışdır və ailəsi 

ona  maddi  baxımından  da  kömək 

edəcəyini bildirmişdir.  

Onun  icma  işlərinə  də  aktiv  cəlb 

edilməsi 

sayəsində 



yerli 

bələdiyyəyə  seçilmişdir  və  hazırda 

bələdiyyənin 

gəlir 

yaradan 

təsərrüfatlar  və  yerli  bizneslərin 

yaradılmasına 

biznes 

planların 

hazırlanması,  bazar  araşdırmasının 

aparılması, 

marketinq 

planının 

işlənməsi  vasitəsilə  töhfə  verir.  O, 

bələdiyyənin  quşçuluq  fəaliyyətinin 

biznes planını işləmişdir.  

 

 

 




 

2016 


 

 

Az



ərbaycanda qadın sahibkarlığın inkişafı: nümunə keys

 

 



 

 ÖYRƏNİLMİŞ DƏRSLƏR / TÖVSİYƏLƏR 

 



 

Ailə üzvlərinin dəstəyini əldə etmək üçün qadınlar ilə yanaşı onların ailələrindən olan kişi 

üzvlərinə  də  ayrı-ayrı  qruplarda  təlim  keçirilməsi  vacibdir.  Bu  onlara  imkan  verəcək ki, 

təlimdən  sonra  ümumi  mövzuları  birlikdə  müzakirə  etsinlər  və  deyilənlərin  vacibliyini 

bərabər səviyyədə anlasınlar. 

 



 

Ölkədə bu regionlarda arzu olunan hədəf qrupa yetişmək üçün ilkin prioritet olaraq yerli 

icra  hakimiyyətlərinin  məlumatlandırılması  əsas  faktordur.  İcra  hakimiyyəti  tərəfindən 

müvafiq hədəf qruplara dəvətlər edilərkən, onların təlimin vacibliyinə etimadı tam olur – 

xüsusilə də mühafizəkar regionlarda. 

 



 

Kredit  işçisi  üzrə  təlim  komponentini  icra  etməzdən  öncə  layihə  partnyoru  olan 

təşkilatların qadın kredit işçilərin olan tələbatı və marağı öyrənilməli və vardırsa, onların 

işə götürülməsi üzrə təşkilatlarda öhdəlik alınması faydalı olar.  

 



  Monitorinqlərin edilməsi üçün ən uyğun vaxt aralığı təlimdən 3 ay sonradır. Bu qadınlara 



təlimi daha yaxşı xatırlamağa və əldə etdikləri bilik və bacarıqları hələ yadda qalmış ikən 

həyatlarına tətbiq etməyə məsuliyyətini gücləndirir.  



GƏLƏCƏK PLANLAR 

 

Layihə bitdikdən sonra, AMFA layihə fəaliyyətlərini yaratmış olduğu əməkdaşlıqlar vasitəsilə 



həm  yaranmış  müvafiq  məqamlarda,  həm  də  müntəzəm  şəkildə  müxtəlif  layihələr 

çərçivəsində  davam  etdirməyi  planlaşdırır.  AMFA  üzvləri  tərəfindən  qeyri-maliyyə 

xidmətlərinə (məsələn, maliyyə savadlılığı  və biznes dəstəyi xidməti) artan tələbatı nəzərə 

alaraq AMFA üzvləri müştərilərini (cari və potensial) bu təlimlərdən keçirməkdə maraqlıdırlar.  

 

AMFA bu keys nümunəni digər həmkar təşkilatlar, üzvləri, tənzimləyici qurum – Maliyyə 



Bazarlarına Nəzarət Palatası və daha geniş maliyyə icması (donorlar, investorlar, digər 

sektor aktorları və .s) ilə paylaşacaq.   



 

 

 


 

2016 


 

 

Az



ərbaycanda qadın sahibkarlığın inkişafı: nümunə keys

 

 



LAYİHƏ PARTNYORLARI VƏ ONLARIN ROLU HAQQINDA  

 

Mikromaliyyə  Mərkəzi  regional  mikromaliyyə  resurs  mərkəzi  və  şəbəkəsidir.  Üzvlüyündə 

Avropa və Mərkəzi Asiyanın 31 ölkəsindən olan 101 təşkilat (o cümlədən 77 mikromaliyyə 

təşkilatı)  vardır  və  birlikdə  1,  000,  000  az  təminatlı  müştəriyə  məsuliyyətli  mikromaliyyə 

xidmətləri  göstərirlər.    Missiyamız  geniş  sayda  az  təminatlı  ailələrə  və  kiçik  sahibkarlara 

müvafiq  maliyyə  və  qeyri-maliyyə  xidmətləri  təqdim  edən  sosial  yönümlü  və  davamlı 

mikromaliyyə  sektorunu  təşviq  etməklə  yoxsulluğun  azaldılmasına  və  insanların  inkişafına 

töhfə verməkdir.  

Buna  nail  olmaq  məqsədilə  mərkəz  mikromaliyyə  dəyər  zəncirinin  aktorları  ilə  -  siyasət 

yaradıcıları,  assosiasiyalar,  maliyyə  xidmətləri  təminatçıları  və  investorlar  ilə  işləyir.  Ümid 

edir ki, çox tərəfli strategiyasına riayət edərək sektorda müsbət və uzun müddətli dəyişikliyə, 

həm təşkilati səviyyədə nəticələrin yüksəlməsinə, həm də müştərilər üçün müsbət töhfələrin 

verilməsinə nail ola biləcək.  

AMFA  demək  olar  ki  Azərbaycanda  fəaliyyət  göstərən  bütün  BOKT-lar  və  11  orta  həcmli 

bankın, ümumilikdə 40 mikro maliyyə təminatçısının birlik qurumudur. Assosiasiyanın əsas 

uğur  faktoru  geniş  sayda  maraqlı  tərəfdaşlarının  olması,  sektor  təşəbbüslərində  birgə 

öyrənmə  və  hər  yenilikdə  pionerliyidir

AMFA    ilk  milli  assosiasiyadır  ki,  SMART  Müştəri 



Mühafizəsi  Prinsipləri  üzrə  təlimləndirilmiş,  sertifikatlaşdırılmış,  Sosial  Fəaliyyətin  İdarə 

olunmasını,  maliyyə  savadlılığı  və  uzun  müddətli  yığımlar  və  investisiyalar,  daha  yaxşı 

maliyyə inklüzivliyini bütün sektorda təşviq etmişdir. 

 

AMFA  layihənin  ümumi  idarəedilməsi,  kredit  işçiləri  üçün  təlim  proqramının  hazırlanması 



Mikromaliyyə  Mərkəzinə  Maliyyə  savadlılığı  təliminin  yerli  kontekstə  uyğunlaşdırılmasına 

dəstək verilməsi  region qadınlarına maliyyə savadlılığı və Öz Biznesinə Başla təlimlərinin 

keçirilməsi ilə məşğul olmuşdur.  

Mikromaliyyə  Mərkəzi  maliyyə  savadlılığı  təlim  proqramının  hazırlanmasına,  yerli 

partnyorlara  təlimçilər  üçün  təlim  keçirilməsinə,  layihə  tərəfdaşları  ilə  birlikdə  qadın  kredit 

işçiləri namizədləri üçün meyarların işlənməsinə məsul olmuşdur. Mikromaliyyə Mərkəzi və 

AMFA bu keysdə verilmiş öyrənilmiş dərsləri birlikdə qeydə almışdır.  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


 

 

Azerbaijan Micro-finance Association (AMFA)

44 J. Jabbarlı str., Caspian Plaza I, 5th floor,

AZ 1065 Baku, Azerbaijan

Tel/Fax: (+994 12) 437 16 45; 437 23 39

E-mail: amfa@amfa.az

web: www.amfa.az

Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA)

Cəfər Cabbarlı küç 44, Kaspian Plaza I, 5-ci mərtəbə,

AZ 1065 Bakı, Azərbaycan

Tel/Faks: (+994 12) 437 16 45; 437 23 39

E-mail: amfa@amfa.az

web: www.amfa.az

Bu keys Avropa İttifaqının maliyyə dəstəyi ilə hazırlanmışdır. Bu keysin 

məzmunu tamamilə AMFA-nın məsuliyyətindədir və heç bir halda 

Avropa İttifaqının mövqeyini əks etdirmir.

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə