Azərbaycanda siyasi MƏhbuslar


AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə41/56
tarix21.04.2018
ölçüsü5,09 Kb.
#39767
1   ...   37   38   39   40   41   42   43   44   ...   56

AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT 
 
Sənəd 28 avqust 2017-ci ilə qədər olan dövrü əhatə edir 
 
86 
 
ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi 
informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) maddələri 
 
Saxlandığı yer: 11 saylı Cəzaçəkmə Müəssisəsi 
 
İş üzrə qısa arayış: Abgül Süleymanov Azərbaycanda inanclı fəal və nüfuzlu ruhani 
kimi tanınır. 2001-ci ildən səyyar şəkildə “Qurani-kərim” və İslam dini üzrə dərslər 
deyən  ruhani  2005-ci  ildə  “Milli-mənəvi  dəyərlər”  İctimai  Birliyinin  yaranmasında 
yaxından  iştirak  edib.  Elə  həmin  il  Danimarkada  Məhəmməd  Peyğəmbərin 
karikaturasının  çəkilməsinə  etiraz  olaraq  Azərbaycan  Xarici  İşlər  Nazirliyinin 
qarşısında  keçirilən  aksiyanın  fəallarından  olub.  2006-2010-cu  illər  ərzində 
Beynəlxalq Qüds günü ilə bağlı İsrail Səfirliyi qarşısında keçirilmiş dinc aksiyalarda 
iştirak  edib,  2009-cu  ildə  Fatimeyi  Zəhra  məscidinin  sökülməsi  ilə  bağlı  İqtisad 
Məhkəməsinin çıxardığı qərardan sonra Bakı Şəhər İcra Hakimiyyətinin qarşısındakı 
dinc  aksiya  A.Süleymanovun  təşəbbüsü  ilə  keçirilib.  2009-2010-cu  illərdə  başqa 
məscidlərin  də  sökülməsi  ilə  bağlı  sərt  tənqidi  çıxışlar  edib.  2010-cu  ilin  sonlarında 
Təhsil  Nazirliyinin  qərarı  ilə  orta  məktəblərdə  hicaba  qoyulmuş  qadağaya  etiraz 
olaraq  keçirilmiş  hər  iki  aksiyada  iştirak  edib,  bu  qərarın  qanunsuz  olması  ilə  bağlı 
mətbuata  açıqlamalar  verib.  2011-ci  ilin  mayında  keçirilmiş  “Hicaba  azadlıq” 
aksiyasından  sonra  təqiblərlə  üzləşən  A.Süleymanov  həmin  ilin  avqustunda  həbs 
olunub. 
 
Avqustun  12Sdə  Milli  Təhlükəsizlik  Nazirliyi  və  Baş  Prokurorluq  birgə  məlumat 
yayaraq  A.Süleymanovun  onunla  birgə  həbs  edilən  jurnalist  Ramin  Cahangir  oğlu 
Bayramov  və  Azərbaycan  İslam  Partiyasının  üzvü  Arif  Gülsuvar  oğlu  Qəniyevlə 
birlikdə  Azərbaycan  Respublikasına  qarşı  düşmənçilik  fəaliyyəti  aparmaqda,  xarici 
dövlətə  və  onun  nümayəndələrinə  kömək  etməkdə,  eləcə  də,  ölkədə  iğtişaşların 
törədilməsində,  ictimai  təhlükəsizliyin  pozulmasında,  insanların  itaətsizliyə  təhrik 
edilməsində  şübhəli  bilindiklərini  bildiriblər.  Bu  məlumatda  eyni  zamanda  bildirilib 
ki,  A.Süleymanov  İran  İslam  Respublikasının  Bakıda  fəaliyyət  göstərən  Mədəniyyət 
Mərkəzinin  maliyyə  dəstəyi  əsasında  rəsmi  dövlət  qeydiyyatı  olmayan  “Cəfəri”  adlı 
radikal dini qrup yaradaraq ona rəhbərlik edib. Qrupun üzvləri dini radikallığı təşviq 
edən təbliğatlar aparıb, həmçinin belə ifrat çağırışları, eləcə də dini təfriqəni, məzhəb 
ayrı-seçkiliyini  aşılayan  vərəqələrin  hazırlanmasını  və  dindarlar  arasında 
paylanmasını təşkil ediblər. “Cəfəri” adlı radikal dini qrupun apardığı təbliğat işinin 
genişləndirilməsi  məqsədilə  www.İslam-Azeri.az  internet  saytı  yaradılıb  və  ona 
rəhbərlik Ramin Bayramova tapşırılıb.  
 
Hər  üç  şəxs  barəsində  həbs  qətimkan  tədbiri  seçilib  və  hər  üç  şəxslə  bağlı  birgə 
istintaq  aparılsa  da,  onların  məhkəmələri  avqustun  12-də  yayılmış  məlumata  əksi 
olaraq  ayrı-ayrılıqda  keçirilib,  rayon  məhkəmələrinin  qərarları  ilə  Ramin  Bayramov 
və  Arif  Qəniyev  1  il  6  ay  müddətinə  azadlıqdan  məhrum  edilib  (Amnesty 
İnternational  Təşkilatı  Ramin  Bayramovu  vicdan  məhbusu  kimi  tanıyıb;  o  və  Arif 
Qəniyev  indi  azadlıqdadırlar),  A.Süleymanovun  işinə  isə  Ağır  Cinayətlər  üzrə 
Məhkəmədə  baxılıb.  Məhkəmə  prosesi  2012-ci  ilin  avqustunda  başlayıb, 
A.Süleymanovun  barəsində  həbs  qətimkan  tədbiri  ilə  bağlı  sonuncu  qərarı  Səbayel 
Rayon Məhkəməsi  06 aprel  2012-ci  ildə  çıxarılıb  və bu qərarda qeyd edilib  ki,  həbs 
müddəti  11  may  2012-ci  ilə  qədər  artırılıb.  Bu  faktdan  aşkar  şəkildə  görünür  ki, 
A.Süleymanov 3 ay müddətində (2012-ci ilin mayından məhkəmənin başladığı 2012-
ci  ilin  avqust  ayına  qədər)  qanunsuz  şəkildə,  yəni  məhkəmə  qərarı  olmadan  həbsdə 
saxlanılıb.     


AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT 
 
Sənəd 28 avqust 2017-ci ilə qədər olan dövrü əhatə edir 
 
87 
 
 
A.Süleymanov  Bakı  Ağır  Cinayətlər  Məhkəməsinin  10  avqust  2012-ci  il  tarixli 
hökmü ilə 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Bakı 
Apellyasiya Məhkəməsi (sədrlik edən hakim Mirpaşa Hüseynov) 23 yanvar 2013-cü 
il  qərarı  ilə,  Ali  Məhkəmə  isə  20  noyabr  2014-cü  il  tarixli  qərarı  ilə  bu  hökmü 
qüvvədə saxlayıb.  
 
Məhkəmə  istintaqı  zamanı  A.Süleymanovun  üzərindən  və  evindən  tapıldığı  iddia 
edilən narkotik maddənin ona məxsusluğu, üzərindən tapılan narkotik maddənin satış 
məqsədi  olmadan,  lakin  evindən  tapılan  narkotik  maddənin  satış  məqsədilə 
saxlanması  ilə  bağlı  gəlinən  nəticənin  səbəbləri  aşkar  olunmayıb.  Bundan  əlavə, 
ekspert  rəsmi  şəkildə  A.Süleymanovun  narkotik  maddə  istifadəçisi  olmadığı  və 
bundan  əziyyət  çəkmədiyi  ilə  bağlı  rəy  verib.  Məhkəmə  yalnız  Milli  Təhlükəsizlik 
Nazirliyinin  əməkdaşlarına,  həmçinin  ziddiyyətli  ifadələr  verən  və  məsələnin 
mahiyyətindən  xəbərsiz  olan  hal  şahidlərinə  inanıb,  əlavə  araşdırmalarda  maraqlı 
olmayıb. A.Süleymanova qarşı irəli sürülmüş ittihamlardan biri həbsindən 8 ay əvvəl, 
yəni 10 dekabr 2010-cu ildə Təhsil Nazirliyinin qarşısında dinc şəkildə keçirilmiş orta 
məktəblərdə  hicab  qadağasına  qarşı  aksiya  ilə  bağlıdır.  Həmin  aksiya  nəticəsində 
polis  onlarla  inanclı  şəxsi  həbs  etsə  də,  onların  çoxu  sonradan  sərbəst  buraxılıb,  bir 
neçə  nəfər  isə  inzibati  qaydada  həbs  edilib,  heç  kim  cinayət  məsuliyyətinə  cəlb 
edilməyib.  Bu  aksiyaya  görə  A.Süleymanovun  ittiham  edilməsi  onun  həm  məhz 
fəallığına  görə  təqib  olunduğunu,  həm  də  ona  qarşı  ittihamın  saxtalığını  sübut  edir. 
A.Süleymanova qarşı irəli sürülmüş zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi 
ilə milli, sosial, dini nifrət və düşmənçilik salma ittihamı onun həbsindən 9 ay qabaq, 
yəni  2010-cu  ilin  noyabrında  keçirilmiş  dini  məclisdəki  çıxışı  ilə  bağlıdır. 
A.Süleymanov  həmin  çıxışında  məscidlərin  sökülməsini  və  orta  məktəblərdə  hicab 
qadağasını sərt tənqid edib, buna qarşı etiraz aksiyalarının keçirilməsinin zəruriliyini 
vurğulayıb. Bu çıxışı məclisdə iştirak edən şəxslər videoya çəkib və sonradan sosial 
şəbəkələrdə  yayılıb.  İstintaq  aksiya  etməyə  çağırışı  zor  tətbiqinə  çağırış  kimi 
qiymətləndirib,  dövlət  qurumundan  verilən  ekspert  rəyini  mötəbər  sübut  kimi  qəbul 
edib.  
 
MTN  və  Baş  Prokurorluğun  12  avqust  2011-ci  il  tarixli  birgə  məlumatında  qeyd 
edilən  məsələlər,  xüsusən  cinayətkar  qrupun  yaradılması,  bu  qrupun  İrandan 
təlimatlar  alması,  Ramin  Bayramovun  baş  redaktoru  olduğu  saytın  fəaliyyəti  və  s. 
kimi  məsələlərə  nə  istintaq  zamanı,  nə  də  məhkəmədə  toxunulub.  Bu  fakt  da 
A.Süleymanovun  siyasi  sifarişlə  həbs  edildiyini  göstərir  (bu  məlumat  hazırda  da 
MTN-nin rəsmi veb-səhifəsində qalıb
61
). 
 
A.Süleymanov ilkin olaraq 13 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülsə də, o, dərhal 
“karser”ə  salınıb  və  Cəzaçəkmə  Müəssisəsinin  rəhbərliyi  A.Süleymanovun  burada 
daxili  nizam-intizam  qaydalarını  pozması  ilə  bağlı  təqdimatlar  hazırlayıb.  Məhz  bu 
təqdimatlar  əsasında  Qaradağ  Rayon  Məhkəməsinin  hakimi  Fuad  Həsənov  24  aprel 
2013-cü  ildə  (A.Süleymanov  cəzaçəkmə  müəssisəsinə  köçürüləndən  1  ay  sonra) 
ruhaninin  6  ay  müddətinə  ağır  saxlanma  şəraiti  olan  Qobustan  Qapalı  Həbsxanasına 
köçürülməsi  barədə  qərar  qəbul  edib.  Qərardan  verilən  apellyasiya  və  kassasiya 
şikayətləri  nəticəsində  A.Süleymanov  Qobustana  göndərilməsə  də,  o,  2014-cü  ilin 
                                                        
61
 http://bit.ly/1hiq3vA  
 


Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə