Azərbaycanda tətbiq edilə bilən İnteqrə Edilmiş Su Ehtiyatları İdarəçiliyi (İSEİ) üzrə qanunvericilik və siyasət sahəsində beynəlxalq qabaqcıl təcrübəyə dair hesabat



Yüklə 0,75 Mb.
səhifə2/8
tarix20.10.2017
ölçüsü0,75 Mb.
#5978
1   2   3   4   5   6   7   8

Azərbaycan üçün tövsiyələr

Əvvəlki bölümdə beynəlxalq səviyyədə ən yaxşı təcrübə statusunu qazanmış İSEİ konsepsiyaları və prosedurları təqdim olunur. Onlardan bəzilərinə, fərqli ölçülərdə, Azərbaycanın su ehtiyatlarının idarəçiliyi ilə bağlı hüquq sistemində rast gəlinsə də, bəziləri yoxdur. Müvafiq olaraq, Azərbaycanın İnteqrə Edilmiş Su İdarəçiliyi yanaşmasını həyata keçirməyə başlaması üçün, bütün bu konsepsiyalar və prosedurlar tam şəkildə onun hüquq çərçivəsinə daxil edilməli və öz mandatlarını yerinə yetirmək üçün müvafiq təşkilatların potensialı inkişaf etdirilməlidir.

Ən öndə duran məsələ kimi, qeyd olunmalıdır ki, Azərbaycan hərtərəfli milli su strategiyasına və siyasətinə malik deyildir. Onun su ilə bağlı müxtəlif məcəllələri, qanunları, qaydaları, normativ aktları, direktivləri və fərmanları, habelə institutsional mexanizmi ayrı-ayrı ehtiyacları və problemləri həll etmək üçün hissəvi şəkildə işlənib hazırlanmışdır. Geniş milli su strategiyasının və ya siyasətinin işlənib hazırlanma prosesinin həyata keçirilməsi (habelə onun mütəmadi olaraq yenilənməsi) Azərbaycana dəyişən şəraitə və ehtiyaclara uyğunlaşa bilən daha çox uzlaşdırılmış, əlaqələndirilmiş və təsirli su idarəçilik rejimi yaratmaq imkanı verəcəkdir. Buna görə də, uzun-müddətli məqsəd kimi, Azərbaycan hərtərəfli milli su strategiyasını və ya siyasətini işləyib hazırlama prosesinə başlamalıdır. Bundan əlavə, o, mütəmadi olaraq, dəyişən su idarəçiliyi şəraitini və prioritetlərini nəzərə alaraq, öz strategiyasını nəzərdən keçirməli və ona düzəlişlər etməlidir.

Əlavə olaraq, hərtərəfli şəkildə nəzərdən keçirmə prosesinin bir hissəsi kimi, Azərbaycan su ehtiyatlarının idarəçiliyi ilə bağlı özünün bütün məcəllələrini, qanunlarını, normativ aktlarını, direktivlərini və fərmanlarını diqqətlə qiymətləndirməlidir. İllər ərzində bəzi düzəlişlər və dəyişikliklər edilsə də, rejim hələ də müəyyən qədər parçalanmış vəziyyətdədir və bəzən qeyri-aydındır və su ehtiyatlarının idarəçiliyi ilə bağlı bir çox müasir anlayışlardan və təcrübələrdən kənarda qalır. Buna görə də, Azərbaycan geniş milli su strategiyasını və ya siyasətini həyata keçirməyə başladığı təqdirdə, o, həmin rejimi milli strategiyaya birbaşa cavab verən və daha yaxşı təşkil olunmuş, inteqrə edilmiş və əlaqəli bir rejimə çevirmək işini araşdırmaq məqsədilə, ölkənin su idarəçiliyi üzrə hüquqi rejimini hərtərəfli şəkildə qiymətləndirmə prosesinə hazırlaşmaq məqsədəuyğun ola bilər.

Eyni zamanda, növbəti bölümdə Azərbaycanın mövcud hüquqi rejimində İSEİ konsepsiyalarının və mexanizmlərinin tətbiqi üçün xüsusi tövsiyələr verilir. Tövsiyələr, mümkün qədər, hesabata əlavələrdə verilən milli qanunvericilik nümunələri əsasında hazırlansa da, onlar Azərbaycanda mövcud olan cari hüquqi və təşkilati sistemə uyğunlaşdırılmışdır.



    1. İSEİ-nin qəbul edilməsi

Azərbaycan ölkədə su ehtiyatlarının idarə olunması üçün özünün fəaliyyət çərçivəsi kimi İSEİ-ni qəbul etməlidir. Bu məqsədə üç-pilləli proses vasitəsilə nail olmaq olar: 1) Su Məcəlləsində su ehtiyatlarının idarə olunması üçün fəaliyyət çərçivəsi kimi İSEİ-ni tanıyan və buna səlahiyyət verən dili qəbul etmə; 2) İSEİ-nin Azərbaycanın su idarəçilik rejimində tətbiqinə imkan yaradan və zəruri prosedurları və meyarları müəyyənləşdirən normativ hüquqi aktın qəbul edilməsi; və 3) hesabatda müəyyən edilmiş İSEİ-nin tətbiqinə dəstək göstərən mexanizmlərin və prosedurların qəbul edilməsi.

Birinci addımı etmək üçün, Su Məcəlləsinə aşağıdakı şəkildə düzəliş edilməlidir:



(Maddə XXX. İnteqrə Edilmiş Su Ehtiyatları İdarəçiliyi)

İnteqrə Edilmiş Su Ehtiyatları İdarəçiliyinin prinsipləri Azərbaycanda su ehtiyatlarının idarə olunması üçün fəaliyyət çərçivəsi qismində qəbul olunur. Digərləri ilə yanaşı bu prinsiplərə aşağıdakılar aiddir: su idarəçiliyinə hövzə yanaşması; səth və yeraltı su ehtiyatlarının əlaqələndirilmiş şəkildə idarə olunması; bütün tərəflərin iştirakı; ətraf mühitə təsirin qiymətləndirilməsi; minimum ekoloji axınlar və torpaqdan istifadə və təhlükələri yüngüllşdirmək üçün digər məhdudiyyətlər; suyun iqtisadi və sosial dəyərləri; və ekoloji dayanıqlığı təmin etmək tələbi)

16-cı maddə. Su tutarlardan istifadə və onların mühafizəsi üzrə idarəçiliyin əsas prinsipləri. Aşağıdakılar su tutarlardan istifadə və onların mühafizəsi üzrə idarəçiliyin əsas prinsipləri olmalıdır:

( - İnteqrə Edilmiş Su Ehtiyatları İdarəçiliyinin prinsipləri)

Su Məcəlləsinə düzəliş etmək mümkün olduğu təqdirdə, Azərbaycanın su idarəçilik rejimində İSEİ-ni tətbiq edən normativ hüquqi aktın mətn və prosedur məzmununu işləyib hazırlamaq üçün ayrıca bir prosesə başlamaq lazım gələcəkdir.

Əlavə olaraq, Meliorasiya və suvarma haqqında Qanuna da İSEİ ilə bağlı istinadları daxil etmək məqsədəuyğun ola bilər:



1-ci maddə. Əsas müddəalar

(İnteqrə Edilmiş Su Ehtiyatları İdarəçiliyi (İSEİ) – su ehtiyatlarının idarə olunması üzrə İSEİ prinsiplərini, o, cümlədən aşağıdakıları tətbiq edən fəaliyyət çərçivəsidir: su idarəçiliyinə hövzə yanaşması; səth və yeraltı suların əlaqələndirilmiş şəkildə idarə olunması; bütün tərəflərin iştirakı; ətraf mühitə təsirin qiymətləndirilməsi; minimum ekoloji axınlar; torpaqdan istifadə və təhlükələri yüngülləşdirmək üçün digər məhdudiyyətlər; suyun iqtisadi və sosial dəyəri; və ekoloji dayanıqlığı təmin etmək tələbi.

19-cu maddə. Meliorasiya və suvarma tədbirlərinin planlaşdırılması

Meliorasiya forması (qərar qəbul etmə üçün İSEİ çərçivəsindən istifadə edərək və) müvafiq ərazinin təbii-iqlim xüsusiyyətlərinə və kənd təsərrüfatındakı tələblərə uyğun seçilməlidir.

    1. Su ehtiyatları idarəçiliyində hövzə yanaşmasının tətbiq edilməsi

Azərbaycan özünün su ehtiyatları idarəçiliyində hövzə yanaşmasını qəbul etməlidir. Bu, su idarəçiliyi təşkilatlarına, hər bir ayrıca hövzə üçün belə yanaşmanın elmi və inzibati əsaslara söykəndiyi, su ehtiyatları idarəçiliyi üçün üstünlük verilən variantlar kimi, çay hövzələrindən istifadə etmək səlahiyyətinin verilməsinə və bunun tələb olunmasına gətirib çıxaracaq. Belə bir yanaşmanı həyata keçirmək üçün Azərbaycan Su Məcəlləsinə aşağıdakı düzəlişləri etməlidir:

1-ci maddə. Əsas anlayışlar:

Bu məcəllədə istifadə olunan anlayışlar aşağıdakı mənaları daşıyır:

(Hövzə - çayla və onun qolları ilə bölünən və adətən təbii suayrıcı sərhədi və ya drenaj bölgüsü ilə səthdə hüdudları müəyyənləşdiriən təbii torpaq ərazisidir).

16-cı maddə. Su tutarlardan istifadə və onların mühafizəsi üzrə idarəçiliyin əsas prinsipləri

Aşağıdakılar su tutarlardan istifadə və onların mühafizəsi üzrə idarəçiliyin əsas prinsipləri olmalıdır:

(-İdarəçilik üçün alternativ variant elmi və inzibati əsaslara söykənmədiyi halda su ehtiyatları idarəçiliyinə hövzə yanaşması).

18-ci maddə. Su tutarlardan istifadə və onların mühafizəsi ilə bağlı dövlətin vəzifələri

(-İdarəçilik üçün alternativ variant elmi və inzibati əsaslara söykənmədiyi təqdirdə, su ehtiyatları idarəçiliyinə hövzə yanaşmasının tətbiq olunmasını təmin etmək;)

19-cu maddə. Su tutarlardan istifadə və onların mühafizəsi ilə bağlı Naxçıvan Muxtar Respublikasının öhdəlikləri

Aşağıdakılar su tutarlardan istifadə və onların mühafizəsi ilə bağlı Naxçıvan Muxtar Respublikasının vəzifələri olmalıdır:

(-İdarəçilik üçün alternativ variant elmi və inzibati əsaslara söykənmədiyi təqdirdə, su ehtiyatları idarəçiliyinə hövzə yanaşmasının tətbiq olunmasını təmin etmək;)

21-ci maddə. Su təsərrüfatında balanslar (nisbətlər)

Su təsərrüfatında balanslar (nisbətlər), müvafiq ərazidə su ehtiyatlarını və suya tələbatı (elmi və inzibati əsaslara söykəndiyi təqdirdə hövzə daxilində) müqayisəvi hesablama materiallarından ibarət olmalıdır.

Su təsərrüfatında balanslar (nisbətlər) müvafiq ərazilərdə (hövzələrdəki və) su tutarlardakı su ehtiyatatlarını və belə ehtiyatlardan nə dərəcədə istifadə olunduğunu dəyərləndirmək üçün təmin edilməli və (hövzələrdən və) su tutarlardan istifadə və onların qorunması sahəsində planlaşdırma və qərarların qəbul edilməsi üçün həyata keçirilməlidir.

Su təsərrüfatında balanslar (nisbətlər) ayrı-ayrı si hövzələri və inzibati ərazi vahidləri üçün müvafiq icra hakimiyyətləri tərəfindən tərtib olunmalıdır.

22-ci maddə. (Hövzələrin və) su ehtiyatlarının hərtərəfli istifadə və mühafizə planları

(Dövlətin) su ehtiyatlarının hərtərəfli istifadə və mühafizə planları (hövzə-boyu) su ehtiyatlarının vəziyyətinə və onlardan istifadə və onların mühafizə perspektivlərinə dair sistematik araşdırma və layihə materiallardan ibarət olur.

Su təsərrüfatında tədbirləri və Azərbaycan Respublikasının (hövzələrə və) su ehtiyatlarına gələcək tələbatlarını müəyyənləşdirmək, (hövzələrdən və) su tutarlardan səmərəli istifadə və onların mühafizəsini təmin etmək və suların zərərli təsirinin nəticələrinin qarşısını almaq və onları aradan qaldırmaq üçün, (hövzələrin və ayrı-ayrı) su ehtiyatlarının hərtərəfli istifadə və mühafizə planları tərtib olunmalıdır.

23-cü maddə. (Hövzələrdən və) Su Tutarlardan İstifadə və Mühafizə və Suyun Zərərli Təsirinin Qarşısının Alınması üzrə Dövlət Proqramları

(Hövzələrin və) su tutarlardan istifadə və onların mühafizəsi və suların zərərli təsirinin qarşısının alınması üzrə tədbirləri hazırlamaq və həyata keçirmək məqsədilə, su təsərrüfatında balanslar (nisbətlər), (hövzələrin və) su tutarların hərtərəfli istifadə və mühafizə planları və Dövlət su kadastr məlumatları əsasında Dövlət proqramları işlənib hazırlanmalıdır.

(Hövzələrdən və) su tutarlardan istifadə və mühafizə üzrə Dövlət proqramları, dövlət təşkilatlarının, bələdiyyələrin və (hövzələrin və) su tutarların istifadəçilərinin təklifləri nəzərə alınmaqla, qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğun olaraq, müvafiq icra hakimiyyətləri tərəfindən hazırlanmalı və həyata keçirilməlidirlər.

24-cü maddə. Hövzələr (Su Tutarlar) üzərində Dövlət Monitorinqi

(Hövzələr və) su tutarlar üzərində dövlət monitorinqi, (hövzələrdə və) su tutarlarda baş verən prosesləri vaxtında aşkar etmək və qiymətləndirmək məqsədilə onların hidroloji və hidrogeoloji göstəricilərinin müşahidə olunduğu, belə proseslərin gedişatının proqnozlaşdırıldığı, suların zərərli təsirinin qarşısının alındığı və suyun mühafizəsi tədbirlərinin səmərəliliyinin təmin olunduğu bir sistemdən ibarətdir.

(Hövzələr və) su tutarlar üzərində dövlət monitorinqi ətraf mühit üzrə dövlət monitorinq sisteminin bir hissəsidir.

(Hövzələr və) su tutarlar üzərində dövlət monitorinqi Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş şəkildə müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.

26-cı maddə. Dövlət Su Kadastrı

Dövlət su kadastrı (hövzələrə,) su tutarlara, su ehtiyatlarına, (hövzələrdən və) su tutarlardan istifadəyə və (hövzələrin və) su tutarların istifadəçilərinə dair məlumatlar toplusundan ibarətdir. Dövlət su kadastrı Azərbaycan Respublikasında vahid sistem üzrə aparılmalı və dövlət su qeydiyyat məlumatlarına əsaslanmalıdır.

Dövlət su kadastrına daxil edilməli məlumatların (hövzələrin və) su tutarların istifadəçiləri tərəfindən müvafiq icra hakimiyyəti orqanlarına təqdim olunması məcburidir.

28-ci maddə. Su tutarlardan istifadə və onların mühafizəsi üzərində Dövlət Nəzarəti

Su tutarlardan istifadə və onların mühafizəsi üzərində dövlət nəzarəti aşağıdakılara uyğun şəkildə təmin edilməlidir:

(-İdarəçilik üçün alternativ variant elmi və inzibati əsaslara söykənmədiyi təqdirdə su ehtiyatları idarəçiliyinə hövzə yanaşması)

53-cü maddə. Sudan İstifadə üzrə Ümumi Sistem Planları

Sudan istifadə üzrə ümumi sistem planları, (hövzə yanaşmasından istifadə olunaraq və) regional və milli əhəmiyyət kəsb edən suvarma sistemləri əsasında işlənib hazırlanmalıdır.

    1. Səth və yeraltı su ehtiyatlarının əlaqələndirilmiş şəkildə idarə olunmasının həyata keçirilməsi

Azərbaycan, belə yanaşma elmi və inzibati əsaslara söykəndiyi təqdirdə, səth və yeraltı su ehtiyatlarının əlaqələndirilmiş şəkildə idarəçiliyi üçün mexanizmlər və proqramlar həyata keçirməlidir. Bunu etmək, ölkəyə, xüsusən də iqlim dəyişkənliyi suyun mövcudluğuna dair əvvəlcədən fikir deməyi çətinləşdirdiyi halda və su çatışmazlığı olan rayonlarda sudan istifadədə və idarəçilikdə səmərəliliyi artırmaq imkanını verəcəkdir. Su idarəçiliyində əlaqələndirilmiş idarəçilik yanamasını tətbiq etmək üçün, Azərbaycan, müvafiq qurumlara, hidravlik baxımdan əlaqəli səth və yeraltı su ehtiyatlarını müəyyənləşdirmək və effektiv əlaqələndirilmiş idarəçilik üçün tələb olunan zəruri məlumatları əldə etmək səlahiyyətini verməlidir. Azərbaycan, həmçinin, müvafiq yerli və ya regional inzibati qurumlara, müəyyənləşdirilmiş səth və hidravlik baxımdan əlaqəli olan yeraltı su ehtiyatlarının hər birini əlaqələndirilmiş şəkildə idarə etmək səlahiyyətini verməlidir. Belə yanaşmanı həyata keçirmək üçün Azərbaycan Su Məcəlləsinə aşağıdakı şəkildə düzəlişlər etməlidir:

1-ci maddə. Əsas anlayışlar

Bu məcəllədə istifadə olunan anlayışlar aşağıdakı mənanı verir:

(Əlaqələndirilmiş idarəçilik – sudan istifadədə, onun idarə olunmasında və mühafizəsində səmərəliliyi artırmaq məqsədilə, hidravlik baxımdan əlaqəli olan səth və yeraltı su ehtiyatlarının əlaqələndirilən və vahid şəkildə idarə olunması və istifadəsi).

16-cı maddə. Su tutarlardan istifadə və onların mühafizəsi üzrə idarəçiliyin əsas prinsipləri. Aşağıdakılar su tutarlardan istifadə və onların mühafizəsi üzrə idarəçiliyin əsas prinsipləri olmalıdır:

(-Əlaqələndirilmiş idarəçilik)

18-ci maddə. Su tutarlardan istifadə və onların mühafizəsi ilə bağlı Dövlətin öhdəlikləri

(-Elmi və inzibati əsaslara söykəndiyi təqdirdə su ehtiyatları idarəçiliyində əlaqələndirilmiş idarəçiliyin tətbiqini təmin etmək)

19-cu maddə. Su tutarlardan istifadə və onların mühafizəsi ilə bağlı Naxçıvan Muxtar Respublikasının öhdəlikləri

Aşağıdakılar su tutarlardan istifadə və onların mühafizəsi ilə bağlı Naxçıvan Muxtar Respublikasının öhdəlikləri olmalıdır:

(-Elmi və inzibati əsaslara söykəndiyi təqdirdə su ehtiyatları idarəçiliyində əlaqələndirilmiş idarəçiliyin tətbiqini təmin etmək)

22-ci maddə. Su Ehtiyatlarının Hərtərəfli İstifadə və Mühafizə Planları:

(-Elmi və inzibati əsaslara söykəndiyi təqdirdə, su ehtiyatlarının hərtərəfli istifadə və mühafizə planlarında əlaqələndirilmiş idarəçilik tətbiq olunmalıdır)

23-cü maddə. Su tutarlardan İstifadə və Onların Mühafizəsi və Suların Zərərli Təsirlərinin Qarşısının Alınması üzrə Dövlət Proqramları

Su tutarlardan istifadə və onların mühafizəsi və suların zərərli təsirinin qarşısının alınması üzrə tədbirləri hazırlamaq və həyata keçirmək məqsədilə, (əlaqələndirilmiş idarəçilik), su təsərrüfatında balanslar (nisbətlər), su tutarların hərtərəfli istifadə və mühafizə planları və Dövlət su kadastr məlumatları əsasında Dövlət proqramları işlənib hazırlanmalıdır.

6.4. Əhalinin iştirakının genişləndirilməsi və gender təmsilçiliyi



Bu yaxınlarda, Azərbaycan, 1 iyun 2014-cü il tarixdən qüvvəyə minmiş yeni Əhalinin İştirakı haqqında Qanunun tətbiqinə başlamışdır. Azərbaycan işini bu səylər üzərində qurmalı və su ehtiyatlarının idarəçiliyi və tənzimlənməsi ilə bağlı qərarların qəbul edilməsi prosesində əhalinin iştirakını daha çox birbaşa təmin edən və genişləndirən mexanizmləri həyata keçirməlidir. Xüsusilə, belə bir prosesdə qadınların iştirakına ayrıca diqqət yetirilməlidir. Bu vəzifələr, müvafiq müddəaları Su Məcəlləsinə daxil etməklə həyata keçirilə bilər.

11-ci maddə. Su münasibətlərinin subyektləri.

Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, bələdiyyələr, su tutarların istifadəçiləri (, su istehlakçılarının şuraları və birlikləri, ictimai şuralar, qeyri-hökumət təşkilatları, ümumi əhali,) və su istehlakçıları su münasibətlərinin subyektləridir.

(-Su istehlakçılarının şuraları və birlikləri, ictimai şuralar, qeyri-hökumət təşkilatları və ümumi əhali Əhalinin İştirakı haqqında Qanunla icazə verildiyi şəkildə su münasibətlərində iştirak etməlidirlər).

16-cı maddə. Su tutarlardan istifadə və onların mühafizəsi üzrə idarəçiliyin əsas prinsipləri.

Aşağıdakılar su tutarlardan istifadə və onların mühafizəsi üzrə idarəçiliyin əsas prinsipləri olmalıdır:

(- Qadınların iştirakının təmin olunmasına və genişləndirilməsinə xüsusi diqqət yetirilməklə, Əhalinin İştirakı haqqında Qanunla icazə verildiyi şəkildə əhalinin iştirakı;)

17-ci maddə. Su tutarların mühafizəsi və istifadəsi üzrə İdarəçilik Sistemi

Su tutarların mühafizəsi və istifadəsi üzrə idarəçilik sistemi (əhalinin iştirakı prosesi tətbiq olunmaqla həyata keçirilməli və) Azərbaycan Respublikasının, Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyətlərini və qanunvericilikdə nəzərdə tutulan şəkildə belə orqanlar tərəfindən icazə verilən su tutarların istifadəçilərini və bələdiyyələri (, habelə su istehlakçılarının şuralarını, ictimai şuraları, qeyri-hökumət təşkilatlarını və ümumi əhalini) əhatə etməlidir.

18-ci maddə. Su tutarlardan istifadə və onların mühafizəsi ilə bağlı Dövlətin öhdəlikləri

Aşağıdakılar su tutarlardan istifadə və onların mühafizəsi ilə bağlı Dövlətin öhdəlikləri olmalıdır:

(- Su ehtiyatları idarəçiliyinin, qadınların iştirakının təmin olunmasına və genişləndirilməsinə xüsusi diqqət yetirilməklə, əhalinin iştirakı prosesini tətbiq edərək həyata keçirilməsini təmin etmək;)

19-cu maddə. Su tutarlardan istifadə və onların mühafizəsi ilə bağlı Naxçıvan Muxtar Respublikasının öhdəlikləri

Aşağıdakılar su tutarlardan istifadə və onların mühafizəsi ilə bağlı Naxçıvan Muxtar Respublikasının öhdəlikləri olmalıdır:

(- Su ehtiyatları idarəçiliyinin, qadınların iştirakının təmin olunmasına və genişləndirilməsinə xüsusi diqqət yetirilməklə, əhalinin iştirakı prosesini tətbiq edərək həyata keçirilməsini təmin etmək;)

20-ci maddə. Su tutarlardan istifadə və onların mühafizəsi ilə bağlı bələdiyyələrin səlahiyyətləri

Aşağıdakılar su tutarlardan istifadə və onların mühafizəsi ilə bağlı bələdiyyələrin səlahiyyətləri olmalıdır:

(- Su ehtiyatları idarəçiliyinin, qadınların iştirakının təmin olunmasına və genişləndirilməsinə xüsusi diqqət yetirilməklə, əhalinin iştirakı prosesini tətbiq edərək həyata keçirilməsini təmin etmək;)

23-cü maddə. Su tutarlardan İstifadə və Onların Mühafizəsi və Suların Zərərli Təsirlərinin Qarşısının Alınması üzrə Dövlət Proqramları

Su tutarlardan istifadə və onların mühafizəsi üzrə Dövlət proqramları, (əhalinin iştirakı prosesi vasitəsilə əldə olunan və) dövlət təşkilatları, su tutarların istifadəçiləri, (su istehlakçılarının şuraları və birlikləri, ictimai şuralar, qeyri-hökumət təşkilatları və ümumi əhali) tərəfindən hazırlanan təkliflər (və qeydlər) nəzərə alınmaqla, qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğun olaraq, müvafiq icra hakimiyyətləri tərəfindən hazırlanmalı və həyata keçirilməlidir.

94-cü maddə. Suların Vəziyyətinə Təsir Göstərən Müəssisələrin, Qurğuların və Digər Xidmətlərin Müəyyənləşdirilmə, Layihələşdirmə, Qurulma, Bərpa Olunma və İstifadə Şərtləri.

İçməli sudan səmərəli istifadə, suların vəziyyətinə təsir göstərən yeni və ya yenilənmiş müəssisələr, qurğular və digər xidmətlər müəyyənləşdirilərkən, layihələşdirilərkən, qurularkən, bərpa olunarkən və onlardan istifadə olunarkən və yeni texnologiyalar tətbiq edilərkən (əhalinin iştirakı prosesi vasitəsilə əldə olunan) ictimai fikir nəzərə alınmaqla təmin edilməlidir.

Bu, həmçinin, ... təmin edilməlidir...

Bundan əlavə, Hidro-texniki qurğuların təhlükəsizliyi haqqında Qanuna da əhalinin iştirakına dair müddəaların daxil edilməsi məqsədəuyğundur:



(XXX maddə. Əhalinin iştirakı

Hər hansı hidro-texniki qurğunun layihələşdirilməsi, inşası və fəaliyyəti ilə bağlı bütün təkliflər, planlar və qərarlar, habelə əsaslı təmir, bərpa və mühafizə, su istehlakçılarının şuralarına və birliklərinə, ictimai şuralara, qeyri-hökumət təşkilatlarına və ümumi əhaliyə Əhalinin İştirakı haqqında Qanuna uyğun olaraq iştirak etmək icazəsini verən əhalinin iştirakı prosesindən keçməlidir.

6.5. İqlim dəyişikliyi risklərinin və məsələlərinin su idarəçiliyi prosesinə daxil edilməsi

Azərbaycan özünün su idarəçiliyi rejimində iqlim dəyişikliyi məsələlərini nəzərə almalı və idarəçiliyin bütün səviyyələrində müvafiq təşkilatlara su ehtiyatları idarəçiliyi ilə bağlı fəaliyyətlərində iqlim dəyişikliyi problemlərini həll etməyə imkan yaratmalıdır. Bura, belə təşkilatlardan iqlim dəyişikliyi risklərinin su idarəçiliyi ilə bağl qanunlarda, qaydalarda, layihələrdə, tədbirlərdə və qərarların qəbul edilməsində nəzərə alınmasını və bu risklərin həmin proseslərə inteqrə edilməsini tələb etmək də aiddir. Bura, həmçinin, belə təşkilatlara, iqlim dəyişikliyinə və onun nəticələrinə uyğunlaşmaq üçün nəzərdə tutulan mexanizmləri həyata keçirmək, habelə iqlim dəyişikliyinin nəticələrini yüngülləşdirmək imkanlarının verilməsi də aiddir. Bu vəzifə iki-pilləli proses vasitəsilə həyata keçirilə bilər:1) Su Məcəlləsinə iqlim dəyişikliyi problemlərini nəzərə alan və müvafiq təşkilatlardan öz fəaliyyətlərinə iqlim dəyişikliyi risklərinin daxil edilməsini tələb edən müddəaların daxil edilməsi; və 2) müvafiq təşkilatlara öz fəaliyyətlərinə iqlim dəyişikliyi risklərini daxil etməyə imkan yaradan, habelə iqlim dəyişikliyinin fəsadlarına uyğunlaşmaq və iqlim dəyişikliyinin nəticələrini yüngülləşdirmək üçün nəzərdə tutulan mexanizmləri həyata keçirməyə icazə verən və ya onlardan bunu tələb edən normativ hüquqi aktın qəbul edilməsi.

Belə bir yanaşmanı həyata keçirmək üçün Azərbaycan Su Məcəlləsinə aşağıdakı şəkildə düzəlişlər etməlidir:



16-cı maddə. Su tutarlardan istifadə və onların mühafizəsi üzrə idarəçiliyin əsas prinsipləri.

Aşağıdakılar su tutarlardan istifadə və onların mühafizəsi üzrə idarəçiliyin əsas prinsipləri olmalıdır:

(- İqlim dəyişikliyi risklərinin su ehtiyatları idarəçiliyi ilə bağlı bütün tədbirlərə və qərarlara daxil edilməsi)

18-ci maddə. Su tutarlardan istifadə və onların mühafizəsi ilə bağlı Dövlətin öhdəlikləri

( - Su ehtiyatları idarəçiliyinə dair qərarlarda və tədbirlərdə iqlim dəyişikliyi ilə bağlı risklərin və fəsadların nəzərə alınmasını təmin etmək;)

19-cu maddə. Su tutarlardan istifadə və onların mühafizəsi ilə bağlı Naxçıvan Muxtar Respublikasının öhdəlikləri

Aşağıdakılar su tutarlardan istifadə və onların mühafizəsi ilə bağlı Naxçıvan Muxtar Respublikasının öhdəlikləri olmalıdır:

( - Su ehtiyatları idarəçiliyinə dair qərarlarda və tədbirlərdə iqlim dəyişikliyi ilə bağlı risklərin və fəsadların nəzərə alınmasını təmin etmək;)

23-cü maddə. Su tutarlardan İstifadə və Onların Mühafizəsi və Suların Zərərli Təsirlərinin Qarşısının Alınması üzrə Dövlət Proqramları.

Su tutarlardan istifadə və onların mühafizəsi və suların zərərli təsirinin qarşısının alınması üzrə tədbirləri hazırlamaq və həyata keçirmək məqsədilə, su təsərrüfatında balanslar (nisbətlər), su tutarların hərtərəfli istifadə və mühafizə planları (, iqlim dəyişikliyi ilə bağlı risklər) və Dövlət su kadastr məlumatları əsasında Dövlət proqramları işlənib hazırlanmalıdır.

Əlavə olaraq, aşağıdakı milli qanunlara da iqlim dəyişikliyi ilə bağlı müddəaların daxil edilməsi məqsədəuyğundur:



Meliorasiya və Suvarma haqqında Qanun

19-cu maddə. Meliorasiya və Suvarma Tədbirlərinin Planlaşdırılması

Meliorasiyanın forması müvafiq ərazinin təbii (və dəyişkən) iqlimlə bağlı xüsusiyyətlərinə və kənd təsərrüfatındakı tələblərə uyğun olaraq seçilməlidir.

22-ci maddə. Meliorasiya və Suvarma Tədbirləri üçün Ekoloji Tələblər

Meliorasiya və suvarma tədbirləri (iqlim dəyişikliyi ilə bağlı risklər nəzərə alınmaqla və) Azərbaycan Respublikasının torpaq, su, meşə qanunvericiliyinin və Azərbaycan Respublikasının ətraf mühitin mühafizəsi, torpaq sahələri, flora və faunaya dair qanunvericiliyinin tələblərinə uyğun şəkildə həyata keçirilməlidir.

Hidro-Meteorologiya haqqında Qanun

1-ci maddə. Əsas ifadələr

Aşağıdakı ifadələr bu Qanunda aşağıdakı mənalarda işlənir:

Hidro-meteoroloji tədbirlər dedikdə, maddi atmosfer təsiri ilə müşahidələrin, araşdırmaların və əməliyyatların aparılması, informasiyanın toplanması, təhlili, hazırlanması, saxlanması, ötürülməsi və meteorologiya, hava-meteorologiyası, aqrar-meteorologiya, hidrologiya, okeanologiya, klimatologiya (, iqlim dəyişikliyi) və ətraf mühit monitorinqinə dair elmi-texniki təchizatla bağlı işlər və xidmətlər anlaşılır;

10-cu maddə. Hidro-meteoroloji tədbirlərin növləri və kateqoriyaları

Aşağıdakılar hidro-meteoroloji tədbirlərin kateqoriyalarını təşkil edir:

( - iqlim dəyişikliklərinin və onun fəsadlarının müşahidələri və araşdırılması)

Ekoloji Təhlükəsizlik haqqında Qanun

5-ci maddə. Ekoloji təhlükəsizlik sahəsində dövlətin hüquqları və vəzifələri

2. Ekoloji təhlükəsizlik sahəsində dövlətin vəzifələri:

(ekoloji təhlükəsizliyə təsir göstərə bilən iqlim dəyişikliyi risklərini və məsələlərini nəzərə almaq)

9-cu maddə. Ekoloji təhlükəsizliyi qorumaq məqsədilə iqtisadi fəaliyyət və digər tədbirlər üzərində məhdudiyyətlər

  1. Aşağıdakı kateqoriya tədbirlərin həyata keçirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanları və yerli özünü-idarəetmə qurumları, onların vəzifəli şəxsləri tərəfindən qərarların qəbul edilməsi və həyata keçirilməsi qadağan olunmalıdır:

(1.6 iqlim dəyişikliyini və onun fəsadlarını gücləndirən iqtisadi və digər tədbirlər.)

2. Aşağıdakı kateqoriyalarda ekoloji baxımdan təhlükəli tədbirlərin həyata keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanları və yerli özünü-idarəetmə qurumları, onların vəzifəli şəxsləri tərəfindən qərarların qəbul edilməsi qadağan olunmalıdır:

(2.9 iqlim dəyişikliyini və onun fəsadlarını gücləndirən tədbirlər;)

Meşə Məcəlləsi

3-cü maddə. Azərbaycan Respublikasının Meşə Məcəlləsinin məqsədləri və vəzifələri.

Meşələrin əhəmiyyətli rolunu nəzərə alaraq, Azərbaycan Respublikasının Meşə Məcəlləsinin məqsədləri və vəzifələri, meşələrin resurs potensialının artırılmasına dair prinsiplər əsasında (və iqlim dəyişikliyi risklərini və məsələlərini nəzərə alaraq) meşələrin elmi mühafizəsi, habelə meşə ekosistemində bioloji müxtəlifliyi qorumaqla, meşələrdən səmərəli istifadəyə və onların qorunmasına, mühafizə olunmasına və bərpasına yönəlməlidir.

30-cu maddə. Meşə təsərrüfatının təşkili üçün qarşıya qoyulan əsas tələblər

Meşə təsərrüfatının təşkili və meşə fondundan istifadə, ətraf mühitə, təbii ehtiyatlara və insan sağlamlığına təhlükə yaratmayan prinsiplər əsasında (və iqlim dəyişikliyi ilə bağlı risklər və məsələlər nəzərə alınaraq) həyata keçirilməlidir.

6.6. Ətraf mühitə təsirin qiymətləndirməsi prosesinin tətbiq edilməsi

Azərbaycanın Ətraf mühitin mühafizəsi haqqında Qanununda ətraf mühitə təsirin qiymətləndirilməsi proseslərinə oxşar icra prosedurları ilə bağlı müddəalar vardır. Lakin, bu müddəalar müəyyən qədər məhduddur və meyarlar aydın deyildir. Məsələn, Ətraf Mühit Yoxlamasına dair 50-ci maddədə belə araşdırmalar yalnız iqtisadi tədbirlərə aid edir. Bundan əlavə, 51-ci maddədə qeyd olunur ki, Ətraf Mühit Yoxlamasından keçməli olan tədbirlərə yalnız “malların və ərzaq məhsullarının istehsalı və paylanması, xidmətlərin və işlərin görülməsi və qeyd olunan malların, işlərin və xidmətlərin Azərbaycan Respublikasına idxalı ... (habelə mineral ehtiyatlardan istifadə ilə bağlı hər hansı bir layihə) aiddir”. Nəticədə, aşağıdakı kimi su ilə bağlı fəaliyyətlərin Ətraf Mühit Yoxlamasından keçməli olub-olmaması aydın deyildir:


  • daşqınlara nəzarət məqsədləri üçün bəndlərin çəkilməsi və qolların ayrılması;

  • məişətdə istifadə üçün nəzərdə tutulmaqla yeraltı suları hasiletmə layihələri;

  • yeraltı daimi saxlanc üçün çirklənmiş suların yeridilməsi (məsələn, sənaye tullantı suları);

  • yeraltı su ehtiyatlarının süni şəkildə artırılması;

  • rütubətli torpaqları bərpa proqramları;

  • daşqın risklərini artıra bilən torpaqdan istifadəyə dair qərarlar (məsələn, yuxarı su tutar sahələrdə meşələrin kəsilməsi və ya dağ yamacında kənd təsərrüfatı tədbirlərinin genişləndirilməsi) ; və

  • Su ehtiyatlarına təsir göstərən və ya göstərə bilən qanunvericiliyin işlənib hazırlanması və tətbiqi.

Azərbaycan Ətraf mühitin mühafizə haqqında Qanunda öz əksini tapmış Ətraf Mühit Yoxlamasına dair müddəaları, bütün tədbirlərə tətbiq edilən və ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə müasir mexanizmlərə daha yaxın olan ətraf mühitə təsirin daha hərtərəfli qiymətləndirilməsi prosesini təmin etmək üçün düzəlişlər etmək məqsədilə nəzərdən keçirməlidir. Bu, Ətraf Mühitə Təsirin Qiymətləndirilməsinə dair Azərbaycan Respublikası Qanununun3 layihəsi işlənib hazırlanarkən bir vəzifə kimi qoyulmuşdur. Lakin, bu alətin statusu aydın deyildir.

Əgər belə geniş yanaşmada irəliləyiş olmasa, su ehtiyatlarına təsir göstərmək ehtimalı olan fəaliyyətləri ayrıca hədəf kimi qarşıya qoyan ətraf mühitə təsirin qiymətləndirilmə prosesini işləyib hazırlamaq mümkün ola bilər. Bu məqsədə iki-pilləli proses vasitəsilə nail olmaq olar: 1) Su Məcəlləsində, su ehtiyatlarına təsir göstərmək ehtimalı olan bütün tədbirlərin ətraf mühitə təsirin qiymətləndirilməsi prosesindən keçirilməsini tələb edən müddəaların qəbul edilməsi; və 2) bu mandatın həyata keçirilməsinə imkan yaradan və tələb olunan prosedurları və meyarları təfsilatlı şəkildə müəyyənləşdirən normativ hüquqi aktın qəbul edilməsi.



16-cı maddə. Su tutarlardan istifadə və onların mühafizəsi üzrə idarəçiliyin əsas prinsipləri.

Aşağıdakılar su tutarlardan istifadə və onların mühafizəsi üzrə idarəçiliyin əsas prinsipləri olmalıdır:

(- su ehtiyatlarına təsir göstərmək ehtimalı olan bütün təklif olunan tədbirlər üçün ətraf mühitə təsirin qiymətləndirməsini tətbiq etmək)

18-ci maddə. Su tutarlardan istifadə və onların mühafizəsi ilə bağlı Dövlətin öhdəlikləri

(- su ehtiyatlarına təsir göstərmək ehtimalı olan bütün təklif olunan tədbirlərin ətraf mühitə təsirin qiymətləndirilməsindən keçirilməsini təmin etmək;)

19-cu maddə. Su tutarlardan istifadə və onların mühafizəsi ilə bağlı Naxçıvan Muxtar Respublikasının öhdəlikləri

Aşağıdakılar su tutarlardan istifadə və onların mühafizəsi ilə bağlı Naxçıvan Muxtar Respublikasının öhdəlikləri olmalıdır:

(- su ehtiyatlarına təsir göstərmək ehtimalı olan bütün təklif olunan tədbirlərin ətraf mühitə təsirin qiymətləndirilməsindən keçirilməsini təmin etmək;)

22-ci maddə. Su Ehtiyatlarının Hərtərəfli İstifadə və Mühafizə Planları:

Su ehtiyatlarının hərtərəfli istifadə və mühafizə planları (ətraf mühitə təsirin qiymətləndirilməsindən keçməli və) sistematik araşdırmadan və su ehtiyatlarınn vəziyyətinə və onlardan istifadə və onların mühafizəsi perspektivlərinə dair materialların layihələrinin hazırlanmasından ibarət olmalıdır.

23-cü maddə. Su tutarlardan İstifadə və Onların Mühafizəsi və Suların Zərərli Təsirlərinin Qarşısının Alınması üzrə Dövlət Proqramları

Su tutarlardan istifadə və onların mühafizəsi və suların zərərli təsirinin qarşısının alınması üzrə tədbirləri hazırlamaq və həyata keçirmək məqsədilə, Dövlət proqramları (ətraf mühitə təsirin qiymətləndirilməsindən keçməli və) və su təsərrüfatında balanslar (nisbətlər), su tutarların hərtərəfli istifadə və mühafizə planları və Dövlət su kadastr məlumatları əsasında işlənib hazırlanmalıdır.

27-ci maddə. Su tutarların Vəziyyətinə Təsir Edən Qurğuların Qurulmasına və Yenidən Qurulmasına dair Layihələrin Dövlət Ekoloji Ekspertizası

Dövlət ekoloji eskpertizası, belə layihələrin müvafiq standartlara və texniki şərtlərə və tələblərə uyğun olub-olmamasını müəyyənləşdirmək məqsədilə, (ətraf mühitə təsirin qiymətləndirilməsi vasitəsilə aparılmalı və) Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydalara uyğun olaraq müvafiq icra hakimiyyətləri tərəfindən keçirilməlidir.

Su Məcəlləsinə düzəlişlərin edilməsi mümkün olduğu təqdirdə, bu mandarın həyata keçirilməsinə imkan yaradan və tələb olunan prosedurları və meyarları təfsilatlı şəkildə müəyyənləşdirən normativ hüquqi akt vasitəsilə, ətraf mühitə təsirin qiymətləndirilməsinin maddi-hüquqi və prosedur məzmununu işləyib hazırlamaq üçün ayrıca bir proses həyata keçirilməli olacaqdır.

Əlavə olaraq, aşağıdakı milli qanunlara ətraf mühitə təsirin qiymətləndirilməsinə dair müddəaların daxil edilməsi də məqsədəuyğun ola bilər:



Su Təchizatı və Sanitariya haqqında Qanun

7-ci maddə. Su təchizatı və çirkab suların axıdılma sistemlərinin yeri və inkişaf etdirilmə cədvəlləri.

1.Su təchizatı və çirkab suların axıdılma planlarının tərtib olunması və qurulması, əhalinin, müəssisələrin, idarələrin və təşkilatların içməli (xidmətdə istifadə edilən) su ilə, habelə sənaye, texnoloji və digər məqsədlər üçün su ilə təchizatı, habelə çirkab suların yerləşdirilməsi, nəqli, təmizlənməsi ilə bağlı proseslər, tullantıların zərərsizləşdirilməsi və yerləşdirilməsi, su təchizatı və çirkab su sənayesinin yerləşməsi və inkişaf etdirilməsi (ətraf mühitə təsirin qiymətləndirilməsindən keçməli və) milli və regional planlara uyğun şəkildə həyata keçirilməlidir.

Hidro-texniki Qurğuların Təhlükəsizliyi haqqında Qanun

6-cı maddə. Hidro-texniki qurğuların təhlükəsizliyini təmin etmək tələbləri

6.1.Hidro-texniki qurğuların təhlükəsizliyi aşağıdakı tələblər əsasında təmin olunur:

(6.1.8. Bütün təklif olunan hidro-texniki qurğular üzrə ətraf mühitə təsirin qiymətləndirilməsinə hazırlıq)

7-ci maddə. Hidro-texniki qurğuların təhlükəsizliyini təmin etmək üçün dövlətin vəzifələri

7.0. Hidro-texniki qurğuların təhlükəsizliyini təmin etmək üçün dövlətin vəzifələri aşağıdakılardan ibarətdir:

(7.0.11. Bütün təklif olunan hidro-texniki qurğuların ətraf mühitə təsirinin lazımi şəkildə qiymətləndirilməsinin aparılmasını təmin etmək)

Meliorasiya və Suvarma haqqında Qanun

Meliorasiyanın forması (ətraf mühitə təsirin qiymətləndirilməsi aparıldıqdan sonra və) müvafiq ərazinin təbii-iqlimlə bağlı xüsusiyyətlərinə və kənd təsərrüfatındakı tələblərə uyğun olaraq seçilməlidir.

22-ci maddə. Meliorasiya və Suvarma Tədbirləri üçün Ekoloji Tələblər

Meliorasiya və suvarma tədbirləri (ətraf mühitə təsirin qiymətləndirilməsi aparıldıqdan sonra və) Azərbaycan Respublikasının torpaq, su, meşə qanunvericiliyinin və Azərbaycan Respublikasının ətraf mühitin mühafizəsi, torpaq sahələri, flora və faunaya dair qanunvericiliyinin tələblərinə uyğun şəkildə həyata keçirilməlidir.

Əlavə olaraq, qeyd edilməlidir ki, Azərbaycan 25 mart 1999-cu il tarixdə Transsərhəd kontekstdə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi haqqında Konvensiyaya qoşulmuşdur. Müvafiq olaraq, beynəlxalq sərhədləri kəsən su tutarlarla bağlı tədbirlər üçün, Azərbaycan, müqaviləyə uyğun olaraq, ətraf mühitə təsirin lazımi şəkildə qiymətləndirilməsini aparmalıdır.

6.7. Minimum ekoloji axın tələblərinin tətbiq edilməsi

Azərbaycan öz çayları, gölləri və susaxlayan təbəqələri üçün minimum ekoloji axınları (həmçinin minimum ekoloji təhlükəsiz axınlar kimi də təsvir olunur) təmin edən mexanizmlər tətbiq etməlidir. Bu minimum axınların məqsədləri belə su tutarların və əlaqəli və ondan asılı olan ekosistemlərin ekoloji, kimyəvi və fiziki bütövlüyünü təmin etməkdən, habelə bu su tutarların ekoloji xidmətlərinə dəstək göstərməkdən ibarətdir. Bu vəzifə iki-pilləli proses vasitəsilə həyata keçirilə bilər:1) Ətraf Mühitin Mühafizəsi haqqında Qanuna müvafiq müddəaların daxil edilməsi; və 2) minimum ekoloji axınların müəyyənləşdirildiyi və təmin edildiyi prosesi və meyarları nəzərdə tutan normativ hüquqi aktın qəbul edilməsi.



(1-ci maddə. Əsas ifadələr və anlayışlar

Minimum ekoloji axın – su tutarın və onun əlaqəli və ondan asılı olan ekosistemlərin ekoloji, kimyəvi və fiziki bütövlüyünü pozmayan suyun miqdarı və axınıdır).

(XXX maddə. Minimum Ekoloji Axınlar)

Minimum ekoloji axınlar hər bir su tutar, o cümlədən çaylar, göllər və susaxlayan təbəqələr üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müəyyənləşdirilməli və müvafiq Dövlət orqan tərəfindən təmin edilməlidir).

Bu öhdəliyi tətbiq edən normativ hüquqi akt minimum ekoloji axınların müəyyənləşdirildiyi və təmin edildiyi prosesi və meyarları da təmin etməlidir. Bura elmi araşdırmaların tələb olunması və hər bir çay və ya çay seqmentində minimum axın tələblərinin müəyyənləşdirilməsi üçün standartların, minimum axınların monitorinqi və tətbiqi üçün mexanizmlərin və şərait minimum axınların saxlanmasında istisnalara zəmanət verdiyi halları müəyyənləşdirmək üçün meyarların və prosedurların təyin edilməsi aid edilə bilər.

6.8. Təhlükələri yüngülləşdirmə üçün bəzi torpaqdan istifadə təcrübələrinin və tədbirlərinin məhdudlaşdırılması

Azərbaycan, daşqınlar, sellər, yanğınlar, şoranlaşma və çirklənmə hadisələri kimi təhlükələri minimuma endirmə və onların qarşısını alma məqsədləri üçün, torpaqdan istifadə və bəzi fəaliyyətlər üzrə struktur və qeyri-struktur şərtlərin müvafiq orqanlar tərəfindən müəyyənləşdiriləcəyi mexanizmləri tətbiq etməlidir. Belə tədbirləri həyata keçirmək istiqamətində, Azərbaycan, Dövlətə, aydın şəkildə təhlükələri minimuma endirmək və onların qarşısını almaq məqsədilə torpaqları idarə etmək və tənzimləmək səlahiyyətinin verilməsi üçün Torpaq Məcəlləsinə düzəlişlər etməlidir.



6-cı maddə. Torpaqla bağlı münasibətləri tənzimləmə sahəsində dövlətin səlahiyyəti

Torpaqla bağlı münasibətləri tənzimləmə sahəsində dövlətin səlahiyyətinə aşağıdakılar aiddir:

(Daşqınlar, sellər, yanğınlar və çirklənmə hadisələri kimi təhlükələri minimuma endirmək və onların qarşısını almaq məqsədi üçün torpaqdan istifadə fəaliyyətini və təcrübələrini idarə etmə və tənzimləmə;)

(QEYD: 7-ci maddə 6-cı maddədə də müvafiq dəyişikliyin aparılmasını tələb edəcəkdir)

8-ci maddə. Torpaqla bağlı münasibətlərin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyəti

Öz inzibati əraziləri hüdudlarında torpaqla bağlı münasibətlərin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətinə aşağıdakılar aiddir:

(daşqınlar, sellər, yanğınlar və çirklənmə hadisələri kimi təhlükələri minimuma endirmək və onların qarşısını almaq məqsədləri üçün, qanunvericiliklə müəyyən edilmiş qaydada, torpaqdan istifadə fəaliyyətinə və təcrübələrinə dair təlimatlar vermək;)

34-cü maddə. Torpaqların mühafizəsinin məqsədləri və vəzifələri

(Torpaqların mühafizəsi, daşqınlar, sellər, yanğınlar və çirklənmə hadisələri kimi təhlükələri minimuma endirmək və onların qarşısını almaq məqsədləri üçün torpaqdan istifadə fəaliyyəti və tədbirləri üzərində struktur və qeyri-struktur məhdudiyyətlərin və tələblərin qoyulmasını əhatə edir).

6.9. Beynəlxalq transsərhəd sularla bağlı öhdəliklərin götürülməsi

Azərbayca su ehtiyatlarını özünün bütün qonşuları ilə paylaşır: Rusiya Federasiyası, Gürcüstan, Ermənistan, Türkiyə və İran İslam Respublikası. Onun əsas transsərhəd sularına aşağıdakılar aiddir:


  • Araz çayı (Türkiyə, Ermənistan, İran İslam Respublikası və Azərbaycan ərazisindən axır);

  • Kür çayı (Türkiyə, Gürcüstan və Azərbaycan ərazisindən axır, baxmayaraq ki, Ermənistan da Kür çayı hövzəsindədir);

  • Qabirri çayı (Gürcüstan və Azərbaycan ərazisindən axır);

  • Samur çayı (Rusiya Federasiyası və Azərbaycan ərazisindən axır).

Azərbaycanın transsərhəd yeraltı su ehtiyatları dəqiq məlum deyildir, baxmayaraq ki, son araşdırmalara görə Azərbaycan ən azı Rusiya Federasiyası ilə iki, Gürcüstanla beş, Ermənistanla üç və İran İslam Respublikası ilə isə üç transsərhəd susaxlayan təbəqəni bölüşür.4

İSEİ təcrübələrini tətbiq etmək üçün səylərin bir hissəsi kimi, Azərbaycan, özünün transsərhəd sularının idarə olunmasında sahilyanı qonşu ölkələrlə əlaqələr yaratmalıdır. O, bunu, eyni zamanda, yaxşı əlaqələrin saxlanması, məlumat və informasiya mübadiləsi, planlaşdırılan tədbirlər barədə əvvəlcədən məlumat vermə və transsərhəd su ehtiyatlarının idarəçiliyini genişləndirmək üçün nəzərdə tutulan birgə mexanizmlər və institutlar vasitəsilə edə bilər. Belə olan halda, Azərbaycan, daşqınlar, su çatışmazlığı və iqlim dəyişikliyi ilə bağlı öz problemlərini daha yaxşı həll etmək iqtidarında olacaqdır.

Azərbaycan artıq aşağıdakı beynəlxalq sənədlərə qoşulmuşdur:


  • 1992-ci il Transsərhəd Çayların və Beynəlxalq Göllərin Qorunması və Onlardan İstifadə haqqında Konvensiya;

  • 1992-ci il Transsərhəd Çayların və Beynəlxalq Göllərin Qorunması və Onlardan İstifadə haqqında Konvensiyaya 1999-cu il Protokolu;

  • 1991-ci il Transsərhəd Kontekstdə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi haqqnda BMT / ECE Konvensiyası;

  • 1998-ci il Ətraf Mühitlə bağlı Məsələlərdə İnformasiyaya Çıxış, Qərar Qəbul Etmədə Əhalinin İştirakı və Məhkəmələrə Çıxış haqqında BMT Konvensiyası;

  • 1992-ci il Sənaye Qəzalarının Transsərhəd Təsirləri haqqında BMT / ECE Konvensiyası.

Azərbaycan, həmçinin, digər konvensiyalar və İSEİ-yə əlavə olaraq Beynəlxalq Çaylardan Qeyri-Naviqasiya (Qeyri-Gəmiçilik) Məqsədləri üçün İstifadəyə dair BMT Konvensiyasına da qoşulmaq məsələsini nəzərdən keçirməlidir.

Azərbaycan öz qonşuları ilə su ilə bağlı bir sıra sazişlər bağlamışdır:



  • Gürcüstanla:

-1993-cü ildə Azərbaycan Respublikasının Suvarma və Su Təsərrüfatı üzrə Dövlət Komitəsi və Gürcüstanın Meliorasiya Sistemlərini İdarəetmə Departamenti arasında bağlanmış, bilavasitə suyun Gürcüstandan transsərhəd Jandari Hövzəsinə çatdırılması ilə bağlı olan saziş;

-1997-ci ildə Gürcüstan və Azərbaycan Hökumətləri arasında bağlanmış, Kür çayının və Jandari gölünün sularından ekoloji baxımdan sağlam və səmərəli su idarəçiliyi, su ehtiyatlarının qorunması və ətraf mühitin mühafizəsi məqsədilə istifadə olunmasını təmin etmək üçün iki ölkədən öz səylərini birləşdirməyi və zəruri müvafiq tədbirlər görməyi tələb edən Ətraf Mühitin Mühafizəsində Əməkdaşlıq haqqında Saziş;

- 1997-ci il Gürcüstanın Ətraf Mühit Nazirliyi və Azərbaycan Respublikasının Ekologiya və Təbiətə Nəzarət üzrə Dövlət Komitəsi (indiki Ekologiya Nazirliyi) arasında Kür Çayı Hövzəsinin Statusunun Monitorinqi və Qiymətləndirilməsi üzrə Sınaq Layihələrin Hazırlanmasında və Həyata Keçirilməsində Əməkdaşlığa dair Anlaşma Memorandumu;

- 2007-ci il Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Təbii Sərvətlər Nazirliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu.

- İran İslam Respublikası ilə:

- 1957-ci il İran və Sovet İttifaqı arasında suvarma və enerji hasilatı üçün Araz və Atrak çaylarının sərhəd hissələrindən birgə istifadə üzrə Saziş;

- 2004-cü il Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və İran İslam Respublikasının Ətraf Mühit İdarəsi arasında əməkdaşlığa dair saziş;

- 2014-cü il Araz çayında su-elektrik stansiyalarının tikilməsinə dair saziş.

- Samur çayı ilə bağlı Rusiya Federasiyası ilə: 2010-cu il Samur çayında sərhədi də ayıran Azərbaycan və Rusiya arasında sərhədə dair saziş.

Azərbaycan və Ermənistan arasında onların transsərhəd su ehtiyatlarına dair heç bir saziş yoxdur. Bu, Azərbaycanın gələcəkdə nəzərdən keçirməli olduğu bir çatışmazlıqdır.

Əlavə olaraq, Azərbaycan, ölkənin transsərhəd sularını və beynəlxalq öhdəliklərini daha rəsmi şəkildə tanımaq və öz sahilyanı qonşuları ilə əlaqələndirmə və əməkdaşlıq etmə tələbini vurğulamaq üçün öz hazırki Su Məcəlləsinə düzəlişlər etməlidir.

8-ci maddə. Sərhəddə yerləşən su tutarlar

Sərhəddə yerləşən su tutarların qorunmasına və istifadəsinə dair qaydalar bu Məcəllə, dövlət sərhədlərinə dair Azərbaycan Respublikasının qanunvericiliyi, Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq sazişlər və müqavilələr (, müvafiq beynəlxalq hüquqla) müəyyən edilməlidir.

(Dövlət və müvafiq Dövlət təşkilatları, Azərbaycan Respublikasının qanunları ilə icazə verilən hüdudlarda və Dövlətin beynəlxalq öhdəlikləri əsasında tələb olunduğu kimi, su tutar boyu bu qanunun məqsədlərinə nail olmaq məqsədilə sərhəd sularından istifadə, onların idarə olunması və qorunması üzrə qonşu dövlətlərlə əməkdaşlıq etmək üçün səylər göstərməlidirlər.)


    1. Hərtərəfli daşqın idarəçilik strategiyasının işlənib hazırlanması

Azərbaycan İnteqrə Edilmiş Daşqın İdarəçilik (İDİ) yanaşması əsasında hərtərəfli daşqın idarəçilik strategiyasını işləyib hazırlamalıdır. İDİ, subasar ərazilərdən səmərəli istifadəni maksimuma çatdırma və insan və əmlak itkisini minimuma endirmə vasitəsi kimi, İSEİ çərçivəsində, çay hövzəsində bütün torpaq və su ehtiyatları idarəçiliyini birləşdirən İSEİ-nin bir hissəsidir. İSEİ kimi, İDİ də öz məqsədlərinə nail olmaq üçün vahid yanaşmanı rəhbər tutur və planlaşdırmada, qərarların qəbul olunmasında və həyata keçirmədə bütün maraqlı tərəflərin iştirak etdiyi açıq, şəffaf, əhatəli və kommunikativ idarəçilik strategiyasını tətbiq edir. Bundan əlavə, o, inteqrə edilmiş təhlükələrə nəzarət strategiyasını qəbul edir, hansı ki, burada bütün sektorlardan – balıqçılıq, meşəçilik, sənaye, hidroenerji və s. sahələrdən maraqlı tərəflər qərar qəbul etmə və həyata keçirmə prosesinə cəlb olunurlar. Müvafiq olaraq, İDİ, İSEİ strategiyasının qəbul edilməsi, su ehtiyatları idarəçiliyində hövzə yanaşmasının tətbiqi, əhalinin iştirakının genişləndirilməsi və gender təmsilçiliyi, ətraf mühitə təsirin qiymətləndirilmə prosesinin tətbiq olunması, təhlükələri yüngülləşdirmək üçün torpaqdan istifadə fəaliyyəti və tədbirləri üzərində məhdudiyyətlər və beynəlxalq transsərhəd sularla bağlı öhdəliklərin qəbul olunması və yerinə yetirilməsi də daxil olmaqla bu hesabatda təklif olunan tövsiyələrin məntiqli şəkildə genişləndirilməsi və əhatə olunmasıdır.

Azərbaycan, hərtərəfli daşqın idarəçilik strategiyasının bir hissəsi kimi aşağıdakıları həyata keçirməlidir:



  • Daşqınların proqnozlaşdırılması, o cümlədən daşqınlarla bağlı məlumatların və informasiyanın toplanması, təhlili və yayımlanması üçün potensialı inkişaf etdirmək;

  • Daşqın riski olan əraziləri müəyyənləşdirmək üçün ölkədə və onun sahilyanı ərazilərində hər bir çay hövzəsi üçün ilkin daşqın risklərini qiymətləndirmə işini hazırlamaq;

  • Daşqın ehtimalına görə çay hövzələrini kateqoriyalara bölmək (yüksək, orta və aşağı, burada orta risk dedikdə 100 il ərzində ən azı 1 dəfə daşqının baş vermə ehtimalı anlaşılır) və daşqın risk xəritələrini və təhlükələrə dair xəritələri işləyib hazırlamaq;

  • Ümumi bir prosesdə hər bir çay hövzəsi rayonu üçün daşqın risk idarəçilik planlarını hazırlamaq və həyata keçirmək;

  • Daşqın risk qiymətləndirmələrini və daşqın risk idarəçilik planlarını nəzərdən keçirmək üçün mütəmadi (hər 3 – 6 aydan bir) xarakter alan prosesi hazırlamaq;

  • Hər bir çay hövzəsi üçün daşqınların proqnozlaşdırılması və xəbərdarlıq sistemini təsis etmək.

Azərbaycanın Su Məcəlləsində artıq suyun zərərli təsirlərinin qarşısını almaq üçün Dövlətə müvafiq tədbir görmək səlahiyyətini verən bir sıra müddəalar vardır (məsələn, 18, 19, 22, 23, 24, 89, 92 və 103-cü maddələr). Nəticədə, İDİ-ni həyata keçirmək məqsədilə, Azərbaycan yuxarıda göstərilən tövsiyələrin hamısını qəbul etməlidir və sonra hərtərəfli daşqın idarəçilik strategiyası kontekstində onları ayrıca tətbiq edən normativ hüquqi aktı işləyib hazırlamalıdır.

Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə