Azərbaycanda tətbiq edilə bilən İnteqrə Edilmiş Su Ehtiyatları İdarəçiliyi (İSEİ) üzrə qanunvericilik və siyasət sahəsində beynəlxalq qabaqcıl təcrübəyə dair hesabat


Əlavə C. Bütün tərəflərin (əhalinin) iştirakı



Yüklə 0,75 Mb.
səhifə4/8
tarix20.10.2017
ölçüsü0,75 Mb.
#5978
1   2   3   4   5   6   7   8

Əlavə C. Bütün tərəflərin (əhalinin) iştirakı

A.Qırğızıstanın Su Məcəlləsi (2005-ci il)



6-cı maddə. Su ehtiyatları idarəçiliyi üçün prinsiplər

Su ehtiyatları idarəçiliyi aşağıdakı prinsiplərə əsaslanmalıdır:

Birgə iştirakçılıq prinsipi – bütün maraqlı tərəflər planlaşdırmada və qərarların qəbul edilməsi proseslərində iştirak etməlidirlər;

...

Aşkarlıq prinsipi – su tutarların və su ehtiyatlarının vəziyyətinə və istifadəsinə dair informasiya əhali üçün əlçatan olmalıdır.

20-ci maddə. Su Ehtiyatlarının İnkişaf Etdirilməsi, İstifadəsi və Mühafizəsi üzrə Hövzə Planları

...

  1. Dövlət Su Administrasiyası, su istifadəçilərinə prosesdə iştirak etmək və planların layihələrinə dair rəy bildirmək imkanının verildiyi Hövzə Planlarının layihələrinin hazırlanması üçün prosedurları müəyyən edir.

21-ci maddə. Su istifadəçilərinin hüquqları və vəzifələri

...

  1. Su istifadəçisi aşağıdakı hüquqa malikdir:

...

Su ehtiyatları idarəçiliyi ilə bağlı qərar qəbul etmədə iştirak etmək.

  1. Sloveniya Su Qanunu (2002-ci il)

58-ci maddə. Bütün tərəflərin (əhalinin) iştirakı

  1. Bu Qanunun 55-ci maddəsində qeyd olunan (su idarəçiliyi üzrə) planı tərtib edən tərəf bu Qanunun 164-cü maddəsində qeyd olunan Su Şurasına və su ərazisinin yerləşdiyi yerli icmalarına yazılı bildiriş göndərməli və ayrıca su ərazisində daimi yaşayan və ya baş ofisi olan şəxsləri planda qeyd olunan müddətin başlanmasına ən azı üç il qalmış fərdi planların tərtib olunmasına başlanıldığı barədə məlumatlandırmaq üçün ictimai mediadan istifadə etməlidir.

  2. Əvvəlki bənddə qeyd olunan bildirişlər çərçivəsində, planın tərtibatçısı, əvvəlki bənddə qeyd olunan şəxsləri prosedurda iştirak etməyə dəvət etməli və ilkin məzmunu və fərdi planın tərtib olunması və qəbul edilməsi üçün vaxt cədvəlini təqdim etməlidir.

  3. Bu maddənin birinci bəndində qeyd olunan şəxslər, əvvəlki bənddə qeyd olunan bildirişi aldıqdan sonra bir il müddətində ayrıca su sahəsində su idarəçiliyi məsələlərinə dair yazılı təkliflərini, rəylərini və təşəbbüslərini planın tərtibatçısına təqdim etməlidir.

  4. Bu maddənin ikinci bəndində qeyd olunan vaxt cədvəlinə uyğun olaraq, planın tərtibatçısı, planda qeyd olunan müddətin başlanılmasına ən azı iki il qalmış planın tərtib olunma işinin gedişatına dair aralıq hesabatı bu maddənin birinci bəndində qeyd olunan şəxslərə və əhaliyə təqdim etməlidir. Bu hesabatda, ayrıca olaraq, mühüm su idarəçiliyi məsələlərinə dair məlumat öz əksini tapmalıdır.

  5. Planın tərtibatçısı planda qeyd olunan müddətin başlanılmasına ən azı bir qalmış planın layihəsini dərc etdirməlidir.

  6. Bu maddənin birinci bəndində qeyd olunan şəxslər, plan layihəsinin dərc olunmasından sonra altı ay müddətində öz yazılı qeydlərini planın tərtibatçısına təqdim edə bilər.

  7. Planın tərtibatçısı, əvvəlki bənddə qeyd olunan qeydləri aldığı andan üç ay müddətində bu qeydlərə dair hesabat hazırlayaraq qeydlərin nəzərdən keçirilməsi hüdudlarını və metodunu açıqlamalıdır. Bu hesabat planın tərkib hissəsidir.

  8. Planın tərtibatçısı, bu maddənin birinci bəndində qeyd olunan şəxslər tərəfindən sorğu edildiyu təqdirdə, onları planın əsaslandığı sənədlərə çıxış imkanı ilə təmin etməlidir.

  9. Əvvəlki bənddə qeyd olunan prosedurlar tamamlandıqdan sonra, planın tərtibatçısı öz təklifini hazırlamalıdır.



  1. Kosovonun Su Qanunu (2004-cü il)

5-ci maddə. Dayanıqlı Su İdarəçiliyinin Prinsipləri

Su ehtiyatlarının uzun-müddətli mühafizəsini və dayanıqlı istifadəsini təmin etmək tələbi ilə əlaqədar, su idarəçiliyin aşağıdakı prinsiplərə əsaslanmalıdır:

...

h.Əhalinin iştirakı və informasiyaya çıxış imkanı: o deməkdir ki, əhali su ehtiyatları və su idarəçiliyi qərarlarına dair bütün informasiyaya çıxış və belə qərarlarda iştirak etmək imkanına malik olmalıdır.

i.Maraqlı tərəflərin iştirakı: o deməkdir ki, səlahiyyətli orqanlar qərar qəbul etmədə bütün maraqlı tərəflərin maraqlarını nəzərə almalı və qorumalıdırlar.

64-cu maddə. Əhalinin iştirakı

64.1. Bu Qanunun IV Fəslinə uyğun olaraq Planın layihəsini hazırlayan tərəf, Daşqınlar üzrə İdarəçilik Planı istisna olmaqla, yekunlaşdırmadan əvvəl Planın layihəsini əhalinin müzakirəsinə çıxarmalıdır.

64.2. Planın hazırlanmasını təklif edən tərəf layihənin hazırlanma prosesinə başlamazdan üç il əvvəl əhaliyə bu barədə məlumat verməli və layihənin hazırlanmasında və qəbul edilməsində əhalinin iştirakını təmin etməlidir.

64.3. Layihənin hazırlanması prosesinə başlamazdan əvvəl, planı təklif edən tərəf, mərkəzi və yerli səviyyədə hakimiyyət orqanlarını, qeyri-hökumət təşkilatlarını, su ilə bağlı hüquqlara malik olan tərəfləri və digər maraqlı tərəfləri təklif olunan planın məzmunu ilə tanış olmağa dəvət etməlidir.

64.4. Bu maddənin 3-cü maddəsinə əsasən, planı təklif edən tərəf planın layihəsinin hazırlanmasında əhali ilə əməkdaşlığı təmin etməli və planın qəbul ediləcəyi vaxtdan iki (2) il əvvəl layihənin hazırlanması işinin gedişatı barədə əhaliyə məlumat verməlidir.

64.5. Planı təklif edən tərəf planın qəbul ediləcəyi vaxtdan ən azı bir il əvvəl planı elan etməlidir.

64.6. Bu maddənin 3-cü bəndində qeyd olunan tərəf, elan verildiyi tarixdən altı (6) ay müddətində plan layihəsinə dair öz qeydlərini təqdim edə bilər.

64.7. Bu maddənin 3-cü bəndində qeyd olunan tərəfin sorğusu əsasında, plan hər altı (6) ildən bir nəzərdən keçirilir.

64.8. Dəyişikliklər və yeniləmələr təsdiqetmə kimi eyni prosedurlar vasitəsilə edilir.

  1. Çex Respublikasının Su Qanunu (2001-ci il)

24-cü maddə.

Çex Respublikasının Əsas Çay Hövzələrinin Planı

...

2)...Çex Respublikasının Əsas Çay Hövzələrinin Planı, xüsusi hüquqi qaydalara 16) uyğun olaraq, ətraf mühitə təsirlərinin araşdırılması prosesindən keçməlidir və layihə şəklində dərc edilməli və əhalinin, o cümlədən su istifadəçilərinin qeydləri üçün əlçatan olmalıdır.

25-ci maddə.

Çay Hövzə Rayonu Planları

...

Çay hövzə rayonu planları üç mərhələdə tərtib olunur:

  1. Aşağıdakıları əhatə etməli olan hazırlıq işi –

1.planın qüvvədə olacağı müddətin başlanmasından ən azı 3 il əvvəl dərc edilməli və su istifadəçiləri və əhalinin öz qeydlərini bildirmələri üçün əlçatan olmalı çay hövzə rayonu planın layihəsinin hazırlanması üzrə vaxt cədvəli və iş proqramı,

...

  1. planın qüvvədə olacağı müddətin başlanmasından ən azı 1 il əvvəl dərc edilməli və su istifadəçiləri və əhalinin öz qeydlərini bildirmələri üçün əlçatan olmalı çay hövzə rayonu planın layihəsinin hazırlanması,



  1. Finlandiyanın Su Ehtiyatları İdarəçiliyi haqqında Qanunu (2004-cü il)

15-ci maddə - İştirak və informasiya ilə təmin etmə

  1. Regional ətraf mühit mərkəzləri hər bir kəsə 13-cü maddədə qeyd olunan plan sənədlərini və onların əsaslandığı sənədləri araşdırmaq və plan sənədlərinə dair yazılı və ya elektron şəkildə təqdim edilməli olan rəy bildirmək imkanı verməlidir. Əhalinin plan sənədlərinə və onların əsaslandığı sənədlərə çıxış imkanına dair müddəalar Hökumətin Fəaliyyətinin Aşkarlığına dair Qanunda təsbit edilir.

  2. Ətraf mühit üzrə mərkəz ərazinin şəhər (bələdiyyə) bildiriş lövhələrində bildiriş dərc edərək plan sənədlərinin ictimai lövhələrdə olduğunu bildirməlidir. Sənədlər ərazinin bələdiyyələrində bütün zəruri vasitələrlə nümayiş etdirilməlidir. Ətraf mühit üzrə mərkəz, həmçinin, zəruri rəyləri də sorğu etməlidir.

  3. Idarəçilik planının layihəsinə və əlaqələndirilmiş şəkildə su ehtiyatlarını idarəetmə planına dair bildiriş də, zəruri olduqda, müvafiq ərazidə qəzetlərdə geniş şəkildə yayımlanmalı, fikirlərin bildirilməsi üçün imkan yaradılan brifinqlər təşkil olunmalıdır.



  1. Latviyanın Su İdarəçiliyi haqqında Qanunu (2002-ci il)

33-cü maddə. Ümumi əhali üçün informasiya

  1. Dövlət Geologiya Xidməti ümumi əhalini bu Qanunun tətbiqində, o cümlədən çay hövzə idarəçiliyi planlarının işlənib hazırlanmasında, nəzərdən keçirilməsində və yenilənməsində aktiv iştirak etməyə həvəcləndirərək, hər bir çay hövzəsi rayonu üçün aşağıdakı informasiyanın dərc edilməsini və su istifadəçiləri də daxil olmaqla əhalinin öz qeydlərini bildirmələri üçün əlçatan olmasını təmin etməlidir:

  1. Planın hazırlanması üçün vaxt cədvəli və iş proqramı, o cümlədən əhalinin cəlb olunması üçün görülməli tədbirlər göstərilməklə - planda qeyd olunan müddətin başlanılmasından ən azı üç il əvvəl;

  2. Hər hansı bir çay hövzəsi rayonunda su idarəçiliyi ilə bağlı müəyyənləşdirilmiş mühüm məsələlərin icmalı - planda qeyd olunan müddətin başlanılmasından ən azı iki il əvvəl;

  3. Idarərçilik planın layihəsinin surətləri - planda qeyd olunan müddətin başlanılmasından ən azı bir il əvvəl.

(2)İstənilən fiziki və ya hüquqi şəxsin sorğusu əsasında, Dövlət Geologiya Xidməti və digər aidiyyəti təşkilatlar idarəçilik planının layihəsinin hazırlanması üçün istifadə olunan ilkin sənədlərə və informasiyaya çıxış imkanı yaratmalıdır.

(3) Əhalinin aktiv iştirakına və məsləhətləşmələrə imkan yaratmaq məqsədilə, birinci bənddə qeyd olunan sənədlərə dair qeydlərin bildirilməsi üçün vaxt ən azı altı ay olmalıdır.

G. Kenyanın Su Qanunu (2002-ci il)



15. Su qovşağını idarəetmə strategiyası

(1) Əhali ilə məsləhətləşmə apardıqdan sonra, müvafiq orqan, hər bir qovşaq ərazisində su ehtiyatlarının idarə olunması, istifadəsi, inkişaf etdirilməsi, saxlanması, qorunması və onlara nəzarət üzrə su qovşağını idarəetmə strategiyası işləyib hazırlamalıdır.

...

(3)Su qovşağını idarəetmə strategiyası –

(e) əhaliyə və icmalara hər bir su qovşağı ərazisində su ehtiyatlarının idarə olunmasında iştirak etmək imkanının yaradılması üçün mexanizmləri və xidmətləri təmin edir.

29.İcazə alma proseduru

...

  1. 33-cü maddədə nəzərdə tutulan hallar istisna olmaqla, icazə üçün müraciətlər ictimai məsləhətləşmə və müvafiq hallarda, Ətraf Mühit İdarəçiliyi və Əlaqələndirmə Qanununun (nr. 8, 1999-cu il) tələblərinə uyğun olaraq, ətraf mühitə təsirin qiymətləndirilməsi prosesindən keçməlidir.

57. Lisenziya alma proseduru

...

(6)Lisenziya almaq üçün müraciətlər ictimai məsləhətləşmə və müvafiq hallarda, Ətraf Mühit İdarəçiliyi və Əlaqələndirmə Qanununun (387) tələblərinə uyğun olaraq, ətraf mühitə təsirin qiymətləndirilməsi prosesindən keçməlidir.

107. İctimai məsləhətləşmə

(1) Bu Qanunla və ya onun əsasında müvafiq şəxsin (bu maddədə “təyin olunmuş şəxs” adlanır) üzərinə qoyulan, hər hansı bir müraciət və ya görülməsi təklif olunan tədbirlə bağlı ictimai məsləhətləşmə aparmaq tələbi, bu Qanuna əsasən, həmin müraciət və ya tədbirlə bağlı bu maddənin yerinə yetirilməsini təmin etmək üçün qoyulan bir tələb kimi izah edilməlidir.

(2) Təyin olunan şəxs müraciət və ya təklif olunan tədbirlə bağlı bildiriş dərc etdirməlidir –

(a) rəsmi qəzetdə;

(b) müraciətin və ya təklif olunan tədbirin aid olduğu yerdə yayımlanan ən azı bir milli qəzetdə;

(c) həmin yerdə yayımlanan Kenyanın ən azı bir radio stansiyasında.

(3) Bildirişdə hər bir halda –

(a) müraciətin və ya təklif olunan tədbirin icmalı verilir;

(b) müraciətin və ya təklif olunan tədbirin təfsilatlarının təftiş edilə biləcəyi məkanlar göstərilməlidir;

(c) müraciətə və ya təklif olunan tədbirə dair yazılı qeydlərin və ya iradların bildirilməsinə çağırış olmalıdır;

(d) belə qeydlərin təqdim edilməli olduğu şəxs və ya qurum göstərilməlidir; və

(e) bildirişin dərc olunmasından sonra 30 gündən tez olmayaraq, belə qeydlərin təqdim olunması tələb edilən son tarix göstərilməlidir.

(4) Təyin olunan şəxs, müraciət və ya təklif olunan tədbirlə bağlı onda olan sənədlərin surətlərinin, əlçatan məbləğdə haqq ödəməklə, əhali tərəfindən əldə edilə bilinməsi üçün tədbirlər görməlidir.

(5) Təyin olunan şəxs aşağıdakıları nəzərdən keçirməlidir –

(a) 3e yarımbəndinə əsasən göstərilən tarixdə və ya həmin tarixədək alınan hər hansı yazılı qeydləri; və

(b) Müraciət və ya təklif olunan tədbirlə bağlı, təyin olunmuş şəxsin də təmsil olunduğu hər hansı bir ictimai toplantıda yaxud qeydlərin bildirilməsi üçün digər hər hansı bir dəvətə əsasən yazılı və ya digər formada alınmış hər hansı qeydlər.

(6) Təyin olunmuş şəxs, 2-ci yarımbəndə əsasən istifadə edilən eyni kütləvi informasiya vasitələri ilə, müraciət və ya təklif olunan tədbirlə bağlı təyin edilən şəxsin yazılı şəkildə qərarının surətinin və bunun üçün əsasların 3b yarımbəndində bildirilən eyni məkanlarda əhalinin təftişi üçün mövcud olması faktına dair bildirişi dərc etdirməlidir.

(7) Bu Qanuna əsasən müəyyən edilən qaydalar belə tələb etdikdə, təyin olunan şəxs müraciət və ya təklif olunan tədbirlə bağlı ictimai toplantı keçirməlidir.

H. Cənubi Afrika Respublikasının Milli Su Qanunu (1998-ci il)



Fəsil 2, bölüm 2

  1. Su qovşaqlarını idarəetmə strategiyalarının təsis olunması

  1. 1-ci yarımbəndə əsasən su qovşaqlarını idarəetmə strategiyasını və ya həmin strategiyanın hər hansı bir komponentini müəyyənləşdirməzdən əvvəl, su qovşağını idarəetmə qurumu –

  1. aşağıdakılara yer verməklə rəsmi qəzetdə bildiriş nəşr etdirməlidir –

  1. su qovşağını idarəetmə üzrə təklif olunan strategiyanın və ya onun hər hansı bir komponentinin icmalını verərək;

  2. təklif olunan strategiyanın və ya onun komponentinin təftiş oluna biləcəyi ünvanı göstərərək; və

  3. qeydlərin təqdim olunması üçün ünvan və bildirişin nəşr olunmasından sonra 90 gündən tez olmayan son tarix göstərilməklə, strategiyaya və ya onun hər hansı bir komponentinə dair yazılı qeydlərin təqdim olunmasına dəvət edərək;

  1. maraqlı tərəflərin diqqətini bildirişdəkilərə cəlb etmək üçün hansı sonrakı addımların uyğun olduğunu nəzərdən keçirməli və su qovşağını idarəetmə orqanı tərəfindən məqbul hesab edilən addımları atmalıdır; və

  2. a(iii) bənddə qeyd olunan tarixdə və ya bu tarixədək alınan bütün qeydləri nəzərdən keçirməlidir.

10.Su qovşağını idarəetmə strategiyaları üzrə rəhbər müddəalar və məsləhətləşmə

(2) Su qovşağını idarəetmə strategiyasını işləyib hazırlayarkən, su qovşağını idarəetmə qurumu aşağıdakılarla məsləhətləşmə aparmalıdır –

(a) Nazir;

(b) su qovşağını idarəetmə strategiyasının məzmununda, təsirində və həyata keçirilməsində marağı olan hər hansı bir dövlət orqanı; və

(c) aşağıdakı şəxslər və onların təmsil olunduğu təşkilatlar –

(i) su idarəçiliyi sahəsində su ehtiyatlarına təsir göstərən və ya göstərə bilən fəaliyyətlə məşğul olan; və

(ii) qovşağı idarəetmə strategiyasının məzmununda, təsirində və həyata keçirilməsində marağı olan.

Fəsil 3, bölüm 2

13. Su ehtiyatlarının növünün müəyyənləşdirilməsi və ehtiyatların keyfiyyəti ilə bağlı məqsədlər

(4) 1-ci yarımbəndə əsasən növ və ehtiyatın keyfiyyəti ilə bağlı məqsədlər müəyyənləşdirilməzdən əvvəl, hər bir su ehtiyatı ilə bağlı Nazir –

(a) aşağıdakılara yer verməklə rəzmi qəzetdə bildiriş dərc etdirməlidir –

(i) aşağıdakıları müəyyənləşdirərək –

(aa) təklif olunan növ;

(bb) ehtiyatların keyfiyyəti ilə bağlı təklif olunan məqsədlər;

(cc) məqsədlərin tətbiq ediləcəyi coğrafi ərazi

(dd) xüsusi məqsədlərin tətbiq ediləcəyi tarixlər; və

(ee) məqsədlərə riayət olunması üçün tələblər; və

(ii) qeydlərin təqdim olunması üçün ünvan və bildirişin nəşr olunmasından sonra 60 gündən tez olmayan son tarix göstərilməklə, təklif olunan növ və ya ehtiyatın keyfiyyəti ilə bağlı təklif olunan məqsədlərə dair yazılı qeydlərin təqdim olunmasına dəvət edərək;

(b) maraqlı tərəflərin diqqətini bildirişdəkilərə cəlb etmək üçün hansı sonrakı addımların uyğun olduğunu nəzərdən keçirməli və Nazir tərəfindən məqbul hesab edilən addımları atmalıdır; və

(c) a(ii) bənddə qeyd olunan tarixdə və ya bu tarixədək alınan bütün qeydləri nəzərdən keçirməlidir.

Fəsil 6 bölüm 2

69. Qaydaların müəyyənləşdirilməsi

(1) Nazir, bu Qanuna əsasən hər hansı qaydalar müəyyənləşdirilməzdən əvvəl -

(a) aşağıdakılara yer verməklə rəzmi qəzetdə bildiriş dərc etdirməlidir –

(i) qaydaların layihəsini təqdim edərək; və

(ii) qeydlərin təqdim olunması üçün ünvan və bildirişin nəşr olunmasından sonra 60 gündən tez olmayan son tarix göstərilməklə, təklif olunan qaydalara dair yazılı qeydlərin təqdim olunmasına dəvət edərək;

(b) maraqlı tərəflərin diqqətini bildirişdəkilərə cəlb etmək üçün hansı sonrakı addımların uyğun olduğunu nəzərdən keçirməli və Nazir tərəfindən məqbul hesab edilən addımları atmalıdır; və

(c) a(ii) bənddə qeyd olunan tarixdə və ya bu tarixədək alınan bütün qeydləri nəzərdən keçirməlidir; və

(d) Milli Məclisin və ya Əyalətlərin Milli Şurasının yaxud da Milli Məclisin və ya Əyalətlərin Milli Şurasının komitəsinin sorğusu əsasında, ayrıca bir qeydən nə dərəcədə nəzərə alındığını yaxud qeyd nəzərə alınmadığı təqdirdə, onun nəzərə alınmamasının səbəbini bildirməlidir.

Fəsil 11

110. Məsləhətləşmələr və ətraf mühitə təsirin qiymətləndirilməsi

(1) Suötürücü qurğu quraşdırılmazdan əvvəl Nazir –

...

(b) aşağıdakılara yer verməklə rəzmi qəzetdə bildiriş dərc etdirməlidir –

(i)suötürücü qurğunu inşa etmək təklifini təqdim edərək;

(ii) ətraf mühitə təsirin qiymətləndirilməsinin icmalını verərək;

(iii) qeydlərin təqdim olunması üçün ünvan və bildirişin nəşr olunmasından sonra 60 gündən tez olmayan son tarix göstərilməklə, yazılı qeydlərin təqdim olunmasına dəvət edərək;

(c) maraqlı tərəflərin diqqətini bildirişdəkilərə cəlb etmək üçün hansı sonrakı addımların uyğun olduğunu nəzərdən keçirməli və Nazir tərəfindən məqbul hesab edilən addımları atmalıdır; və

(d) aşağıdakıları nəzərdən keçirməlidir -

(i) b(iii) bənddə qeyd olunan tarixdə və ya bu tarixədək alınan bütün qeydlər.

Fəsil 14, bölüm 1

138. Su ehtiyatlarının monitorinqini əlaqələndirmək üçün mexanizmlərin təsis edilməsi

Nazir –

  1. dövlət orqanları; və

  2. su idarəçilik institutları; və

  3. mövcud və potensial su istifadəçiləri

ilə məsləhətləşmə apardıqdan sonra su ehtiyatlarının monitorinqini əlaqələndirmək üçün mexanizmlər təsis etməlidir.

  1. Ermənistanın Su Məcəlləsi (2002-ci il)

5-ci maddə.Su Ehtiyatlarının və Su Sistemlərinin İdarəçiliyinin, İstifadəsinin və Mühafizəsinin əsas prinsipləri

Ermənistan Respublikasında su ehtiyatlarının və su sistemlərinin idarəçiliyinin, istifadəsinin və mühafizəsinin əsas prinsipləri aşağıdakılardır:

16)su ehtiyatlarının idarə olunması və mühafizəsi proseslərində əhalinin iştirakının və maarifləndirilməsinin vacibliyinin qəbul edilməsi;

11-ci maddə. Su Hövzəsini İdarəetmə Orqanları

Su Hövzəsini İdarəetmə Orqanları:

  1. Milli Su Proqramı əsasında və su idarəçilik planlarının inkişaf etdirilməsi üzrə sektorun və əhalinin maraqlarını əlaqələndirməklə bu planları işləyib hazırlayır,

  2. Su Ehtiyatlarını İdarəetmə və Qoruma Orqanı və hövzənin xidmət etdiyi icma arasında əlaqə rolunu oynayır,

20-ci maddə. Əhalinin iştirakı.

Aşağıdakı bəndlər üzrə dövlətin səlahiyyətli orqanları tərəfindən əhaliyə bildiriş verilməlidir:

  1. Milli Su Siyasətinin Ümumi Konsepsiyalarının layihəsi

  2. Milli Su Proqramının layihəsi

  3. Su Hövzəsini İdarəetmə Planlarının layihəsi

  4. Sudan istifadəyə dair gözlənilən icazələr

  5. Su sistemindən istifadəyə dair gözlənilən icazələr

  6. Su standartlarının layihəsi

  7. Su Tarif Strategiyasının layihəsi

Hər hansı bir şəxs, su ehtiyatının keyfiyyətinin və ya sudan istifadənin insan sağlamlığı və ya təhlükəsizliyi üçün potensial təhlükə yaratdığı vəziyyət barədə məlumatlı olduqda və ya bunu öyrəndikdə; yaxud su ehtiyatlarının çirklənməsinə səbəb olduqda, həmin şəxs bu hadisə və onun yeri barədə Su Ehtiyatlarını İdarəetmə və Qoruma Orqanına bu barədə bildirməlidir. Su ehtiyatlarını çirkləndirən tərəf çikləndirmə hadisəsi barədə Su Ehtiyatlarını İdarəetmə və Qoruma Orqanına məlumat vermək vəzifəsini daşıyır. Su Ehtiyatlarını İdarəetmə və Qoruma Orqanı, risk altında olan bütün insanların riskin dərəcəsi və potensial fəsadlar barədə məlumat almaq üçün lazımi imkana malik olmalarını təmin edən şəkildə bu informasiyanı dərhal əhaliyə açıqlamalıdır.

Su sektorunda məlumat almaq məqsədilə istənilən şəxs müvafiq orqana müraciət etmək və qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla, həmin məlumatı 30 gün müddətində almaq hüququna malikdir. İnformasiyanın verilməsi proseduru Hökumət tərəfindən müəyyənləşdirilir.

Əlavə D: Su idarəçiliyinə hövzə yanaşması

  1. Qırğızıstanın Su Məcəlləsi (2005-ci il)

5-ci maddə. Su ehtiyatlarının idarə olunması və hövzə yanaşması

  1. Su ehtiyatlarının idarəçiliyi dedikdə, bu Məcəlləyə və digər normativ və hüquqi aktlara uyğun olaraq, su ehtiyatlarından və ətraf mühitdən səmərəli istifadəni, onların inkişaf etdirilməsini və mühafizəsini, habelə əhalinin məskunlaşdığı və sənaye ərazilərinin, insan həyatlarının və əmlakın suyun zərərli təsirlərindən qorunmasını nəzərdə tutan tədbirlər, normalar və qaydalar sistemi anlaşılır.

  2. Hövzə yanaşması dedikdə, su ehtiyatları idarəçiliyinin, İssık-Kul gölü və Qırğızıstan Respublikasının əsas çayları ilə bağlı olan, hidrocoğrafi prinsiplərə uyğun olaraq, Əsas Hövzənin hüdudları daxilində həyata keçirilməsi anlaşılır. Qırğızıstan Respublikasının Hökuməti Milli Su Şurasının təklifi əsasında, hər bir hövzə su idarəsinin və hövzə şurasının fəaliyyət zonasını müəyyənləşdirir. Qəbul edilmiş qərar açıq mətbuatda dərc edilməlidir.

  3. Hər bir Əsas Hövzə daxilində müvafiq Hövzə Su İdarəsi və Hövzə Su Şurası, bu Məcəllənin müddəalarına uyğun olaraq, su ehtiyatları idarəçiliyinin müəyyənləşdirilmiş aspektlərinə görə cavabdehlik daşıyır.

  4. Yerli dövlət idarəsinin qurumlarının və nazirliklərin ərazi idarələrinin qərarları bu maddəyə və su ehtiyatları idarəçiliyinə hövzə yanaşmasına uyğun olaraq qəbul edilir.

10-ci maddə. Hövzə Şuraları və onların səlahiyyətləri

  1. Dövlət Su Administrasiyasının təklifi əsasında, Milli Su Şurası, əlaqələndirməni və su ehtiyatlarının idarəçiliyini təkmilləşdirmək üçün bunu uyğun hesab etdiyi halda, hər bir Əsas Hövzə üçün Hövzə Şurasını təsis edir.

  2. Hər bir Hövzə Şurasına Hövzə Su İdarəsinin, Dövlət Ətraf Mühitin Mühafizəsi Orqanının, Dövlət Fövqəladə Hallar Orqanının, Dövlət Hidro-Meteorologiya Orqanının və Dövlət Sanitariya və Epidemiologiya Orqanının həmin Əsas Hövzə daxilində fəaliyyət göstərən ərazi qurumlarının, habelə Yerli Dövlət İdarəetmə orqanlarının, qeyri-hökumət təşkilatlarının və su istifadəçilərinin, o cümlədən Su İstehlakçıları Birliklərinin nümayəndələri daxil edilir. Hövzə Şurasına həmin Əsas Çay Hövzəsi üzrə Hövzə Su İdarəsinin Rəisi sədrlik etdiyi halda, Hövzə Şurasının üzvləri öz aralarından sədr müavinini seçirlər.

  3. Hövzə Şuralarının vəzifələrinə aşağıdakılar aiddir:

-Milli Su Şurasına təqdim edilmək üçün Hövzə Planlarının layihələrini işləyib hazırlamaq;

- Qırğızıstan Respublikasının Hökuməti tərəfindən təsdiq olunması üçün Hövzə Şurasının prosedur qaydalarının layihəsini hazırlamaq;

- Əsas Hövzə daxilində su sektorunda fəaliyyəti əlaqələndirmək;

- Hövzə və Yerli Suvarma və Drenaj Komitələrinin tərkibini təsdiq etmək;

- Bu Məcəllədə nəzərdə tutulan digər vəzifələri yerinə yetirmək.

4. Hər bir Hövzə Şurası ən azı ildə bir dəfə toplaşır. Hövzə Şurasının üzvləri məvacib almırlar.

5. Müvafiq Hövzə Su İdarəsi Hövzə Şurasının katibliyi funksiyasını yerinə yetirir.

6. Hövzə Şuralarının fəaliyyəti Qırğızıstan Hökuməti tərəfindən təsdiq olunan Əsasnamə ilə tənzimlənir.

20-ci maddə. Su Ehtiyatlarının İnkişaf Etdirilməsi, İstifadəsi və Mühafizəsi üzrə Hövzə Planları

  1. Dövlət Su Administrasiyası, hər bir Əsas Hövzə daxilində Su Ehtiyatlarının İnkişaf Etdirilməsi, İstifadəsi və Mühafizəsi üzrə Hövzə Planlarının işlənib hazırlanması üçün proqramları və vaxt cədvəlləri müəyyənləşdirir və onların icrasını təşkil edir.

  2. Hövzə Planlarının layihələri Hövzə Şuraları tərəfindən hazırlanır və təsdiq olunmaq üçün Milli Su Şurasına təqdim olunur.

  3. Hər bir Hövzə Planına:

  • Hövzə daxilində su çatışmazlıqları, quraqlıqlar, daşqın, çirklənmə və dambaların yararsızlığı risklərinin qiymətləndirilməsi və belə risklərin qarşısının alınması, azaldılması və ya yüngülləşdirilməsi ilə bağlı xərclər daxil edilir;

  • ayrıca yayılan mənbədən çirklənmə rikslərinin olduğu sahələr müəyyənləşdirir;

  • mövcud olan qoruma zonalarının icmalını özündə əks etdirir;

  • daşqınlardan və sellərdən risk altında olan ərazilər və belə ərazilərdə qadağan edilməli və ya məhdudlaşdırılmalı fəaliyyət növləri müəyyənləşdirilir.

  1. Əlavə olaraq, Hövzə Planına:

  • Hövzə daxilində su ehtiyatlarının keyfiyyətinin və kəmiyyətinin qiymətləndirilməsi də daxil edilə bilər;

  • Sudan istifadənin hazırki və əvvəlcədən söylənilən gələcək növlərinin və kəmiyyətlərinin müəyyənləşdirilməsini özündə əks etdirə bilər;

  • Müvafiq hallarda, ətraf mühitlə bağlı tələbləri və beynəlxalq hüquqa əsasən yaranan hər hansı öhdəlikləri nəzərə alaraq, əlavə istifadə üçün mövcud olan suyun kəmiyyətinin qiymətləndirilməsini özündə əks etdirə bilər;

  • Ekoloji və insan tələbatı üçün suya ehtiyacı müəyyənləşdirə bilər;

  • Mümkün maliyyələşdirilmə mənbələrinin müəyyənləşdirilməsi ilə birgə yatırım və maliyyələşdirmə tələblərini qiymətləndirə bilər;

  • Iqtisadiyyatın müxtəlif sektorları arasında sudan istifadə prioritetlərini və sudan istifadə üzərində mümkün məhdudiyyətləri müəyyən edə bilər;

  • Kənd təsərrüfatı torpaqlarının qorunması üçün sahil mühafizə dambalarının inşa edilməsinin və meşə mühafizə ağaclarının əkilməsinin zəruri olduğu yerləri müəyyənləşdirə bilər.

  • Çaydan çınqıl və digər materialların çıxarıla bilinəcəyi əraziləri müəyyən edə bilər.

  1. Dövlət Su Administrasiyası, su istifadəçilərinə prosesdə iştirak etmək və planların layihələrinə dair qeydlərini bildirmək imkanının verilməli olduğu Hövzə Planlarının hazırlanması üçün prosedurları müəyyənləşdirir.

  2. Dövlət Su Administrasiyası və müvafiq Hövzə Su İdarəsi bu Məcəlləyə uyğun olaraq öz vəzifələrini yerinə yetirərkən tətbiq oluna bilən Hövzə Planını icra edirlər.

  3. Hər bir Hövzə planı hər beş ildən bir müvafiq Hövzə Şurası tərəfindən nəzərdən keçirili və təsdiq olunmaq üçün Milli Su Şurasına təqdim edilir.

  1. Sloveniyanın Su Qanunu (2002-ci il)

52-ci maddə.Su idarəçiliyi üçün ərazi bazası

  1. Su rejiminin hidroqrafik əlamətlərini və su rejiminin eyniliyini və ardıcıllığını nəzərə alaraq hərtərəfli su idarəçiliyini təmin etmək məqsədilə, Dunay su sistemi və Adriatik dənizi su sustemi Sloveniya Respublikasında əsas su sistemləri hesab edilməlidir.

  2. Dunay su sistemi Sava, Drava və Mura çay şəbəkələrindən ibarətdir. Adriatik su sistemi Soğa su sistemindən və Adriatik çayların su sistemindən ibarətdir.

  3. Əvvəlki bəndlərdə qeyd olunan su və çay sistemləri su idarəçiliyi üçün ərazi bazasını təşkil edir.

  4. Bu maddənin ikinci bənddə qeyd olunan su və çay şəbəkələrinin hüdudları nazirtərəfindən müəyyən edilir.

C.Kosovanın Su Qanunu (2004-cü il)

6-cı maddə. Çay Hövzələrində Su İdarəçiliyi

    1. Su idarəçiliyi, səth və yeraltı sular arasında əlaqələr nəzərə alınaraq, suayrıcıları ilə çay hövzələrinə ayrılan hidroqrafik qurumlar səviyyəsində aparılmalıdır, bu halda yerli idarəetmə vahidlərinin inzibati hüdudları çay hövzəsinin inteqrə edilmiş şəkildə idarə olunmasına əngəl ola bilməz.

D.Çex Respublikasının Su Qanunu

21-ci maddə

  1. Səth sularının və yeraltı suların vəziyyətinin monitorinqi və qiymətləndirilməsi bu Qanun əsasında dövlət idarəçiliyinin həyata keçirilməsinə, su planlaşdırmasına və əhalinin informasiya ilə təmin olunmasına dəstək göstərir. O, çay hövzələri və hidrogeoloji zonalar əsasında aparılır.

E.Finlandiyanın Su Ehtiyatları İdarəçiliyi haqqında Qanunu (2004-cü il)

3-cü maddə - Su ehtiyatlarını idarəetmə rayonları

Su ehtiyatlarını idarəetmə rayonu bir və ya daha çox çay hövzəsindən ibarət olur. Sahil su tutarlar və yeraltı su tutarlar onları əlaqələndirən ən uyğun su ehtiyatlarını idarəetmə rayonuna aid edilməlidir. Ayrıca olaraq, çay hövzələri digər ölkənin ərazisinə keçdiyi halda beynəlxalq su ehtiyatlarını idarəetmə rayonu formalaşdırılır.

11-ci maddə. Su ehtiyatlarını idarəetmə planı

  1. Hər bir su ehtiyatlarını idarəetmə rayonu üçün su ehtiyatlarını idarəetmə planı tərtib olunmalıdır.

F.Latviyanın Su İdarəçiliyi haqqında Qanunu (2002-ci il)

8-ci maddə. Çay hövzəsi rayonunun müəyyənləşdirilməsi

  1. Aşağıdakı şərtlər nəzərə alınaraq, çay hövzəsi rayonu təsis edilməlidir:

1)çay hövzəsi rayonunun optimal idarəçiliyini təmin etmək məqsədilə, ayrı-ayrı çay hövzələri müəyyənləşdirilməli və çay hövzəsi rayonlarını formalaşdırmaq üçün birləşdirilməlidir.

2) kiçik çay hövzələri daha iri çay hövzələrinə daxil edilə və ya qonşu ərazilərdəki kiçik hövzələrlə birləşdirilə bilər;

3) yeraltı su tutar tam şəkildə ayrıca bir çay hövzəsinə daxil olmadığı halda, o, ən yaxınlıqdakı və ya ən uyğun çay hövzəsi rayonuna aid edilməlidir.

4)sahil suları müəyyən edilməli və ən yaxın və ya ən uyğun çay hövzəsi rayonuna aid edilməlidir.

(2) Bu qanun aşağıdakı çay hövzəsi rayonlarını müəyyənləşdirir – Dauqava, Lielupe, Qauca və Venta çay hövzəsi rayonları. Latviya çay hövzəsi rayonlarının planı Əlavə qismində bu qanuna daxil edilir.

(3) Nazirlər Kabineti çay hövzəsi rayonlarının sərhədlərinin təsvirini təsdiq edir.

  1. Rusiya Federasiyasının Su Məcəlləsi (2006-cı il)

28-ci maddə. Hövzə rayonları

  1. Hövzə rayonları su tutarların istifadəsi və mühafizəsi sahəsində əsas idarəçilik vahididir. Onlar çay hövzələrindən və əlaqəli yeraltı su mənbələrindən və dənizlərdən ibarətdir.

...

3.Hövzə rayonlarının hüdudları Rusiya Federasiyasının Hökuməti tərəfindən müəyyənləşdirilən prosedura uyğun olaraq təsdiq edilir.

H.Cənubi Afrika Respublikasının Milli Su Qanunu (1998-ci il)



Fəsil 2, bölüm1, 6(1)(l)

Milli su ehtiyatları strategiyası ... su qovşaqlarının vahid və inteqrə edilmiş şəkildə su idarəçilik ərazisi hüdudlarında idarə olunmasını təşviq etməlidir.

Fəsil 2, bölüm 2

8.Su qovşağını idarəetmə strategiyalarının təsis edilməsi

(1) 7-ci Fəsildə nəzərdə tutulan su qovşağını idarəetmə qurumu, rəsmi qəzetdə bildiriş verməklə, öz su idarəçilik ərazisində su ehtiyatlarının mühafizəsi, istifadəsi, inkişaf etdirilməsi, saxlanması, idarə olunması və onlara nəzarət edilməsi üçün su qovşağını idarəetmə strategiyasını müəyyənləşdirir.

...

(3)Su qovşağını idarəetmə strategiyası –

(a) mərhələli şəkildə və tədricən və müəyyən vaxt ərzində ayrı-ayrı komponentlər şəklində müəyyənləşdirilə bilər; və

(b) beş ildən çox olmayan fasilələrlə nəzərdən keçirilməlidir.

(4) Su qovşağını idarəetmə strategiyası və ya həmin strategiyasının hər hansı bir komponenti yalnız Nazirin yazılı razılığı ilə müəyyənləşdirilə bilər.

9. Su qovşağını idarəetmə strategiyasının məzmunu

Su qovşağını idarəetmə strategiyasında –

  1. Su ehtiyatlarının növü və 3-cü Fəsildə təsbit edilmiş su ehtiyatının keyfiyyəti ilə bağlı məqsədlər, Fondun tələbləri və müvafiq hallarda, beynəlxalq öhdəliklər nəzərə alınmalıdır.

  2. Milli su ehtiyatları strategiyasına zidd olmamalıdır;

  3. Su qovşağını idarəetmə qurumunun öz su idarəçilik ərazisində su ehtiyatlarının mühafizəsi, istifadəsi, inkişaf etdirilməsi, saxlanması, idarə olunması və onlara nəzarət üçün həmin qurumun strategiyaları, vəzifələri, planları, fəaliyyətini tənzimləyən rəhbər müddəalar və prosedurlar müəyyən edilməlidir;

  4. Öz su idarəçilik ərazisində olan geoloji, demoqrafik, torpaqdan istifadə, iqlim, bitki örtüyü ilə bağlı vəziyyət və suötürücü qurğular nəzərə alınmalıdır.

  5. 27(1)-ci maddədə qeyd olunan amilləri nəzərə alaraq, 23-cü maddəyə uyğun və suyun paylanması prinsiplərini müəyyənləşdirməli olan su paylama planlarını özündə əks etdirməlidir;

  6. Hər hansı digər qanuna əsasən hazırlanmış hər hansı müvafiq milli və regional planlar, o cümlədən 1997-ci il Su Xidmətləri Qanununa (Qanun nr.108, 1997-ci il) əsasən qəbul edilmiş hər hansı inkişaf planı nəzərə alınmalıdır;

  7. Öz su idarəçilik ərazisində su ehtiyatlarının idarə olunmasında əhalinin iştirak etməsinə imkan yaradılmalıdır;

  8. Mövcud və potensial su istifadəçilərinin ehtiyatları və gözləntiləri nəzərə alınmalıdır.

  9. Təsis edilməli institutlar təqdim olunmalıdır.

10.Su qovşağını idarəetmə strategiyaları üzrə rəhbər müddəalar və məsləhətləşmələr

(1) Nazir su qovşağını idarəetmə strategiyalarının hazırlanması üçün rəhbər müddəaları müəyyən edə bilər.

11. Su qovşağını idarəetmə strategiyalarının yerinə yetirilməsinə səy göstərmə

Nazir və müvafiq su qovşağını idarəetmə qurumu, bu Qanun əsasında hər hansı səlahiyyətləri həyata keçirərkən və ya hər hansı bir vəzifəni yerinə yetirərkən, bu Hissəyə əsasən müəyyənləşdirilən hər hansı su qovşağını idarəetmə strategiyasının yerinə yetirilməsi istiqamətində səy göstərməlidirlər.

I.Ermənistanın Su Məcəlləsi (2002-ci il)



1-ci maddə. Məcəllədə istifadə edilən əsas konsepsiyalar:

Su Hövzəsini İdarəetmə Planı:

Bu Məcəllənin məqsədlərinə nail olmaq üçün su hövzəsi hüdudlarında həyata keçirilməli olan idarəçilik və mühafizə tədbirlərinin izah edildiyi su idarəçiliyi üzrə hərtərəfli sənəd.

11-ci maddə. Su Hövzəsini İdarəetmə Orqanları

Su hövzəsini idarəetmə orqanları su hövzəsini idarəetmə planlarını yerinə yetirməlidirlər.

17-ci maddə. Su Hövzəsini İdarəetmə Planları

Milli Su Proqramı əsasında, Su Ehtiyatlarını İdarəetmə və Qoruma Orqanı Hökumət tərəfindən təsdiq edilməli olan Su Hövzəsini İdarəetmə Planlarını işləyib hazırlayır.

Su Hövzəsi İdarəçiliyinin Planlaşdırılması bütün su istifadəçiləri, o cümlədən icmalar, eherji hasilatı, sənaye, kənd təsərrüfatı və ətraf mühit arasında qarşılıqlı şəkildə əlaqəli olan münasibətlərdə tarazlıq yaradır.

Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə