Azərbaycanda tətbiq edilə bilən İnteqrə Edilmiş Su Ehtiyatları İdarəçiliyi (İSEİ) üzrə qanunvericilik və siyasət sahəsində beynəlxalq qabaqcıl təcrübəyə dair hesabat


Əlavə I: Daşqınların proqnozlaşdırılması və xəbərdarlıq mexanizmləri



Yüklə 0,75 Mb.
səhifə6/8
tarix20.10.2017
ölçüsü0,75 Mb.
#5978
1   2   3   4   5   6   7   8

Əlavə I: Daşqınların proqnozlaşdırılması və xəbərdarlıq mexanizmləri

  1. Qırğızıstanın Su Məcəlləsi (2005-ci il)

15-ci maddə. Səlahiyyətli Dövlət Fövqəladə Hallar Orqanı və Səlahiyyətli Dövlət Hidrometeorologiya Orqanı

  1. Bu Məcəllənin yerinə yetirilməsi ilə bağlı Səlahiyyətli Dövlət Fövqəladə Hallar Orqanının səlahiyyətləri aşağıdakılardan ibarətdir:

...

  • Daşqınlar, Sellər və Quraqlıqlar üzrə Milli İnformasiya və Xəbərdarlıq Sisteminin təsis olunmasına dair təklifləri razılaşdırmaq;

71-ci maddə.Daşqınlar, Sellər və Quraqlıqlar üzrə Milli İnformasiya və Xəbərdarlıq Sistemi

  1. Dövlət orqanlarını və əhalini yaxın və orta müddətdə yerli, hövzə və milli əhəmiyyət kəsb edən daşqın, sel və quraqlıqla bağlı təhlükələr barədə xəbərdar etmək məqsədilə, Qırğızıstan Respublikasının Hökuməti, Dövlət Su Administrasiyasının, səlahiyyətli Dövlət Fövqəladə Hallar Orqanının və səlahiyyətli Dövlət Hidrometeorologiya Orqanının təklifi ilə Daşqınlar, Sellər və Quraqlıqlar üzrə Milli İnformasiya və Xəbərdarlıq Sistemini təsis edir.

  2. Daşqınlar, Sellər və Quraqlıqlar üzrə Milli İnformasiya və Xəbərdarlıq Sistemində aşağıdakılara dair xronoloji qaydada informasiya və cari proqnozlar toplanır:

  • daşqınlar, sellər və torpaq sürüşmələri;

  • quraqlıqlar;

  • yüksək dağ gölləri daxil olmaqla təbii su tutarların vəziyyəti və dayanıqlığı;

  • çaylarda su anbarlarının və mühafizəedici dambaların hüdudlarında dambalar daxil olmaqla əsas su təsərrüfatı tikililərinin vəziyyəti və dayanıqlığı;

  • daşqınların, quraqlıqların, sellərin və torpaq sürüşmələrinin çirkləndirmə təhlükələri.

  1. Qırğızıstan Respublikasının Hökuməti, Dövlət Su Administrasiyasının təklifi ilə, Daşqınlar, Sellər və Quraqlıqlar üzrə Milli İnformasiya və Xəbərdarlıq Sistemində toplanan informasiyanın yayımlanmasına dair qaydaları müəyyənləşdirir.

B.Kosovanın Su Qanunu (2004-cü il)

36-cı maddə. Fövqəladə hal barədə xəbərdarlıq

36.1. Dambaya nəzarət edən hüquqi şəxs aşağıdakıları etməlidir:

a. gözlənilməz dağıntılar və ya suyun dambaları aşması hallarında fəsadlar üçün layihəni saxlamaq;

b. xəbərdarlıq və məlumat vermə avadanlığını quraşdırmaq və saxlamaq;

c. fövqəladə hallarda xəbərdalığın və məlumatın verilməsini təmin və təşkil etmək; və

d. dambalara dair xəbərdarlıq və məlumat vermə sistemlərini gözlənilməz dağıntılar və ya suyun dambaları aşması hallarında təhlükə altında ola bilən bələdiyyənin, ərazilərin müvafiq sistemləri ilə əlaqələndirmək.

37-ci maddə. Zərərli təsirlərdən qoruma və suların tənzimlənməsi

37.1. Su həcmlərinin qorunması, tənzimlənməsi və onlara nəzarət suyun zərərli təsirlərinin doğurduğu risklərin azaldılması və ya qarşısının alınması tədbirlərini özündə birləşdirir.

37.2. Suların zərərli təsirlərindən qoruma aşağıdakıları əhatə edir:

a. daşqınlardan qoruma; və

b. səthin eroziyadan qorunması.

38-ci maddə. Daşqınlardan qoruma

38.1. Səlahiyyətli orqanlar, digər hüquqi şəxslər, vətəndaşlar və daşqınlardan qoruma üzrə peşəkar rəhbərlər, Qanuna və Daşqın İdarəçilik Planına uyğun olaraq, daşqınlara qarşı qoruma üçün tədbirlər görmək vəzifəsini daşıyırlar.

38.2. Hökumət, Nazirliyin təklifi ilə, əlavə normativ aktda daşqınlardan qoruma üçün tədbirləri təfsilatlı şəkidə müəyyən etməlidir.

40-cı maddə. Su Səviyyəsinin (maksimuk axının) Monitorinqi

Kosovanın Ətraf Mühitin Mühafizəsi Agentliyi, daşqınlardan qoruma üzrə mütəmadi və ya fövqəladə elan verildikdən əvvəl, daşqınlardan qoruma üzrə normal tədbirlərin gedişatında və onlardan sonra, suyun səviyyəsinin monitorinqini aparmalı, daşqın dalğalarına dair proqnozlar verməli, habelə yağıntılar barədə qısa-müddətli və uzun-müddətli proqnozlar verməlidir.

C.Cənubi Afrika Respublikasının Su Qanunu (1998-ci il)



Fəsil 14, Bölüm 2

145. İnformasiyanı əhali üçün əlçatan etmək vəzifəsi

(1) Su idarəçilik təşkilatı, öz xərcləri hesabına, aşağıdakılarla bağlı onda olan informasiyanı müvafiq şəkildə əhali üçün əlçatan etməlidir –

(a) baş vermiş və ya baş vermə ehtimalı olan daşqın;

(b) baş vermiş və ya baş vermə ehtimalı olan quraqlıq;

(c) dağılması insan həyatını və ya əmlakını təhlükə altına ala biləcəyi təqdirdə, dağıla bilən və ya dağılmış suötürücü qurğu;

(d) hər hansı bir dambanın doğurduğu hər hansı risk;

(e) vaxtaşırı daşqın sularının çata biləcəyi səviyyə;

(f) hər hansı suyun insan həyatına, sağlamlığına və ya əmlakına qarşı doğurduğu hər hansı risk; və

(g) əhalinin bilməsinə ehtiyac duyulan su və ya su ehtiyatları ilə bağlı hər hansı bir məsələ.

(2) Nazir, praktik baxımdan əlverişli olduğu halda, 1-ci yarımbənddə nəzərdə tutulan hadisələrlə bağlı erkən xəbərdarlıq sistemini təsis edə bilər.

D.Ermənistanın Su Məcəlləsi (2002-ci il)



96-cı maddə. Ekoloji Fövqəladə Hallarda Su Sistemlərindən İstifadə və Onların Mühafizəsi

Su sistemlərində və ya onun hər hansı bir hissəsində ekoloji fövqəladə hallarda əhalinin sağlamlığına və (və ya) ekoloji dayanıqlığa zərər vura bilən dəyişikliklər baş verdiyi təqdirdə, bu barədə elan verilməlidir.

Su sistemini idarə edən şəxs, Hökumətin müəyyənləşdirdiyi təlimatlara uyğun olaraq, tədbirlər görməlidir:

  1. Fövqəladə halın baş verdiyi ərazini müəyyənləşdirmək və məhdudlaşdırmaq,

  2. Suları təmizləmək;

  3. Fövqəladə halın fəsadlarını minimuma endirmək və aradan qaldırmaq.

Suyun zərərli təsiri ilə baş verən fəlakətlərin fəsadlarını aradan qaldırma qaydası qanunvericiliklə müəyyən edilməlidir.

Əlavə J: Hərtərəfli daşqın risk qiymətləndirmələri və idarəçilik planları

  1. Birləşmiş Krallığın Daşqın və Su İdarəçiliyi Qanunu (2010-cu il)

http://www.legislation.gov.uk/ukpga/2010/29/pdfs/ukpga_20100029_en.pdf

  1. Şotlandiyanın Daşqın Risk İdarəçilik Qanunu (2009-cu il)=

http://www.legislation.gov.uk/asp/2009/6/pdfs/asp_20090006_en.pdf

  1. Çex Respublikasının Su Qanunu (2001-ci il)=

http://eagri.cz/public/web/file/10629/The_Water_Act.pdf (63 -87-ci maddələr)

  1. Tayvanın Daşqın İdarəçiliyi üzrə Xüsusi Qanunu (2006-cı il)=

http://eng.wra.gov.tw/ct.asp?xItem=31980&CtNode=6198

  1. Qırğızıstanın Su Məcəlləsi (2005-ci il)

15-ci maddə. Səlahiyyətli Dövlət Fövqəladə Hallar Orqanı və Səlahiyyətli Dövlət Hidrometeorologiya Orqanı

  1. Bu Məcəllənin yerinə yetirilməsi ilə bağlı Səlahiyyətli Dövlət Fövqəladə Hallar Orqanının səlahiyyətləri aşağıdakılardan ibarətdir:

...

  • Daşqınlar, Sellər və Quraqlıqlar üzrə Milli İnformasiya və Xəbərdarlıq Sisteminin təsis olunmasına dair təklifləri razılaşdırmaq;

16-cı maddə. Yerli dövlət inzibati orqanlarının səlahiyyətləri:

  1. Bu Məcəllənin yerinə yetirilməsi ilə bağlı yerli dövlət inzibati orqanlarının səlahiyyətləri aşağıdakılardan ibarətdir:

  • daşqın və sel riskləri olan ərazilərdə fəaliyyətləri tənzimləmək və mühafizə işlərini görmək üçün əlavə aktlar qəbul etmək.

20-ci maddə. Su Ehtiyatlarının İnkişaf Etdirilməsi, İstifadəsi və Mühafizəsi üzrə Hövzə Planları

...

3.Hər bir Hövzə Planında:

-Hövzə daxilində su çatışmazlıqları, quraqlıq, daşqın, çirklənmə və dambaların dağılması risklərinin və belə risklərin qarşısının alınması, azaldılması və ya yüngülləşdirilməsi xərclərinin qiymətləndirilməsi aparılır;

- xüsusən çirklənmə mənbəyinin yayılması risklərinin olduğu ərazilər müəyyənləşdirilir;

- mövcud mühafizə zonalarının icmalı aparılır;

- daşqınlardan və sellərdən risk altında olan ərazilər və belə ərazilərdə qadağan edilməli və ya məhdudlaşdırılmalı fəaliyyət növləri.

71-ci maddə. Daşqınlar, Sellər və Quraqlıqlar üzrə Milli İnformasiya və Xəbərdarlıq Sistemi

  1. Dövlət orqanlarını və əhalini yaxın və orta müddətdə yerli, hövzə və milli əhəmiyyət kəsb edən daşqın, sel və quraqlıqla bağlı təhlükələr barədə xəbərdar etmək məqsədilə, Qırğızıstan Respublikasının Hökuməti, Dövlət Su Administrasiyasının, səlahiyyətli Dövlət Fövqəladə Hallar Orqanının və səlahiyyətli Dövlət Hidrometeorologiya Orqanının təklifi ilə Daşqınlar, Sellər və Quraqlıqlar üzrə Milli İnformasiya və Xəbərdarlıq Sistemini təsis edir.

  2. Daşqınlar, Sellər və Quraqlıqlar üzrə Milli İnformasiya və Xəbərdarlıq Sistemində aşağıdakılara dair xronoloji qaydada informasiya və cari proqnozlar toplanır:

  • daşqınlar, sellər və torpaq sürüşmələri;

  • quraqlıqlar;

  • yüksək dağ gölləri daxil olmaqla təbii su tutarların vəziyyəti və dayanıqlığı;

  • çaylarda su anbarlarının və mühafizəedici dambaların hüdudlarında dambalar daxil olmaqla əsas su təsərrüfatı tikililərinin vəziyyəti və dayanıqlığı;

  • daşqınların, quraqlıqların, sellərin və torpaq sürüşmələrinin çirkləndirmə təhlükələri.

  1. Qırğızıstan Respublikasının Hökuməti, Dövlət Su Administrasiyasının təklifi ilə, Daşqınlar, Sellər və Quraqlıqlar üzrə Milli İnformasiya və Xəbərdarlıq Sistemində toplanan informasiyanın yayımlanmasına dair qaydaları müəyyənləşdirir.

72-ci maddə. Daşqın və sellərdən qoruma.

  1. Hər bir Hövzə Planında daşqın, sel və torpaq sürüşməsi riski altında olan ərazilər və daşqınlardan və sellərdən insanların həyatına və əmlakına yaranan risklərin qarşısını almaq və ya minimuma endirmək üçün tədbirlərin növləri müəyyənləşdirilir.

  2. Hövzə Planına uyğun olaraq, 1-ci yarımbənddə göstərilən ərazilərdə aşağıdakılar qadağandır:

  • Dövlət Su Administrasiyasının yazılı razılığı olmadan, daşqın, sel və torpaq sürüşməsi riski altında olan ərazidə hər hansı bir binanın və ya konstruksiyanın inşa edilməsi;

  • Dövlət Su Administrasiyasının yazılı razılığı olmadan, daşqın, sel və torpaq sürüşməsinə səbəb ola bilən müəyyənləşdirilmiş fəaliyyətləri həyata keçirmək.



  1. Dövlət Su Administrasiyası, Dövlət Fövqəladə Hallar Orqanı ilə birgə, yaşayış və sənaye ərazilərini, insanların həyatlarını və əmlaklarını daşqın və sel risklərindən qorumaq üçün tikinti, əməliyyat və mühafizə işlərini aparma üzrə illik proqramları hazırlayır. Belə proqramlar nəzərdən keçirilməsi və maliyyələşmə mənbələrinə dair qərarların qəbul edilməsi üçün Milli Su Şurasına təqdim olunur.

73-cü maddə. Fövqəladə hallar üçün tədbirlərin planlaşdırılması

Dövlət Fövqəladə Hallar Orqanı ilə birgə, Dövlət Su Administrasiyası, müvafiq Hövzə Planlarında və qeydlərdə müəyyən edilən ərazilərlə bağlı Daşqın, Sel və Torpaq Sürüşmələri üzrə Fövqəladə Hallar Planlarını hazırlayır və mütəmadi olaraq onları nəzərdən keçirir.

  1. Daşqın, Sel və Torpaq Sürüşmələri üzrə Fövqəladə Hallar Planlarında aşağıdakılar müəyyənləşdirilir:

  • əhalini daşqın, sel və torpaq sürüşmələri riskləri barədə sürətli şəkildə xəbərdar etmək üçün fövqəladə xəbərdarlıq və informasiya sistemləri;

  • palçıq axını, sel və torpaq sürüşmələri hallarında dövlət orqanlarının öhdəlikləri;

  • mülki əhalinin köçürülmə sistemləri; və

  • köçürülənlərin ərzaq və sığınacaqla təmin olunması ilə bağlı seçimlər və buna nail olmaq üçün mexanizmlər.

  1. Fövqəladə halların aradan qaldırılması prosedurları və qaydası Qırğızıstan Respublikasının “Əhalinin və Ərazilərin Təbii və Texnogen Xarakterli Fövqəladə Hallardan Mühafizəsi haqqında” Qanunu və Qırğızıstan Respublikasının digər normativ və hüquqi aktları ilə müəyyən edilir.

74-cü maddə. Quraqlıqlar və su çatışmazlıqları

Qırğızıstan Respublikası, quraqlıq və ya su çatışmazlığı vaxtlarında, aşağıdakı hüquqlara malik olur:

  • Su ehtiyatlarından istifadə ilə müşayiət olunan bəzi və ya bütün fəaliyyətlər üzərinə məhdudiyyətlər qoymaq;

  • Sudan İstifadəyə dair İcazələr və / və ya Suyun Axıdılmasına dair İcazələrə uyğun olaraq sudan istifadəni məhdudlaşdırmaq;

  • Quraqlıq və su çatışmazlığına məruz qalan ərazidə sudan istifadə üçün yeni prioritetləri mütəmadi olaraq müəyyənləşdirir;



  1. Sloveniyanın Su Qanunu (2002-ci il)

82-ci maddə. Suyun mənfi təsirlərinə qarşı qoruma (anlayış)

  1. Suyun mənfi təsirlərinə qarşı qoruma, suyun mənfi təsirlərinin doğurduğu riski azaltmaq və ya bu riskin qarşısını almaq və bu mənfi təsirlərin fəsadlarını aradan qaldırmaq üçün tədbirlərin həyata keçirilməsindən ibarətdir.

  2. Suyun mənfi təsirlərinə qarşı qoruma aşağıdakılara qarşı qorumadan ibarətdir:

  1. daşqınlar;

  2. daxili suların səbəb olduğu səth, dərin və yan eroziya;

  3. dənizin eroziyası;

  4. torpaq sürüşmələri və təpələrdə sürüşmələr;

  5. uçqunlar

  6. daxili sularda buz.

  1. Əvvəlki bənddə qeyd olunan qorumaya əlavə olaraq, suyun mənfi təsirlərinə qarşı qoruma suyun fövqəladə çirklənməsi hallarında həyata keçirilən tədbirlərdən və belə çirklənmənin fəsadlarını aradan qaldırmaq üçün tədbirlərdən ibarətdir.

83-cü maddə. Risk altında olan ərazilər

  1. Suyun mənfi təsirlərinə qarşı qorumanı təmin etmək məqsədilə, aşağıdakıların riski altında olan ərazilər müəyyənləşdirilməlidir:

  1. daşqınlar (bundan sonra: daşqın ərazilər);

  2. daxili və dəniz sularının eroziyası (bundan sonra: eroziya ərazisi);

  3. torpaq sürüşmələri və ya təpələrdə sürüşmələr (bundan sonra: torpaq sürüşməsi ərazisi);

  4. uçqunlar (bundan sonra: uçqun ərazisi).

  1. Əvvəlki bənddə qeyd olunan ərazilər (bundan sonra: risk altında olan ərazilər), suyun mənfi təsirlərinə səbəb ola bilən təbii şəraiti, risk altında ola biləcək insanların sayını və qurğulara, torpağa və əmlaka dəyə biləcək zərərin həcmini nəzərə alaraq, hökumət tərəfindən müəyyən edilir.

  2. Suyun mənfi təsirlərinə qarşı qoruma məqsədilə, risk altında olan ərazilər risk dərəcəsinə görə kateqoriyalara bölünə bilər.

  3. Təbii və digər fəlakətlərə qarşı qoruma işinə görə cavabdeh olan nazirlə razılaşdırmaqla, nazir risk altında olan ərazilərin müəyyənləşdirilməsi üçün metodologiyanı və risk altında olan ərazilərin risk kateqoriyalarına bölünmə metodunu daha təfsilatlı şəkildə müəyyən edir.

84-cü maddə. Qadağalar, məhdudiyyətlər və qaydalar (ümumi qaydalar)

Su və sahilyanı ərazidə aşağıdakılara səbəb ola biləcək fəaliyyət və fiziki məkana müdaxilələr qadağan edilir:

  1. Suyu və ya sahilyani ərazinin stabilliyini risk altına qoyma;

  2. Suyun mənfi təsirlərinə qarşı qorumanı azaltma;

  3. Normal su axının, yuma və üzmə imkanlarının qarşısını alma;

  4. Sudakı və ya sahilyanı canlıların yaşamasını və artımını qeyri-mümkün etmə.

85-ci maddə. Risk altında olan ərazilərə müdaxilə etmə şərtləri.

  1. Risk altında olan ərazilərdə fəaliyyətlərin həyata keçirilərkən və ya fiziki məkana müdaxilələr edilərkən bu Qanunun müddəaları nəzərə alınmalıdır.

  2. Risk altında olan ərazilərdə fəaliyyətlərin həyata keçirilməsinə və fiziki məkana müdaxilələrə tətbiq edilən şərtlər və məhdudiyyətlər hökumət tərəfindən bu Qanunun 86-cı maddəsinin ikinci bəndinin, 87-ci maddəsinin ikinci bəndinin və 89-cu maddəsinin ikinci bəndinin müddəaları nəzərə alınaraq müəyyən edilir və su ilə bağlı sənəddə təfsilatlı şəkildə verilir.

90-cı maddə. Suyun mənfi təsirlərinə qarşı qoruma tədbirləri

  1. Suyun mənfi təsirlərinə qarşı qoruma məqsədilə, dövlət və yerli icmalar, risk altında olan ərazilərdə su infrastrukturunun, ayrıca olaraq daşqınla bağlı sədlərin, saxlama hövzələrinin, çınqıl maneələrin, yatağın dibində və sahillərdə stabillik üçün qurğuların, nasos stansiyalarının, sahilyanı su drenaj qurğusunun planlaşdırılmasını, inşa edilməsini və idarə olunmasını təmin etməlidirlər.

  2. Əvvəlki bənddə qeyd olunan tədbirlər, suyun mənfi təsirlərinə qarşı qoruma səviyyəsini artırdığı təqdirdə, risk altında olan ərazidən kənarda da həyata keçirilə bilər.

  3. Əvvəlki bənddə qeyd olunan tədbirlər su idarəçilik planlarında daha təfsilatlı şəkildə verilir.

  4. Əvvəlki bənddə qeyd olunan tədbirlər aşağı axın boyu suyun mənfi təsirlərinə qarşı qorumanı təhlükə altına almayan tərzdə planlaşdırılmalı və həyata keçirilməlidir.

91-ci maddə. Suyun mənfi təsirlərinə qarşı qorumanın əhatə dairəsi

  1. Dövlət, suyun mənfi təsirlərinə qarşı qəsəbələrin, ictimai infrastrukturun və ərazilərin qorunmasına görə cavabdehlik daşıyır.

  2. Suyun mənfi təsirlərinə qarşı qorumanın əhatə dairəsi və zəruri tədbirlər su idarəçilik planlarında göstərilməlidir.

  3. Əvvəlki bənddə qeyd olunan qorumanın əhatə dairəsini müəyyənləşdirərkən, xüsusən, aşağıdakılar nəzərə alınır:

  1. qəsəbələrin ölçüsü və infrastrukturun və ərazinin vacibliyi;

  2. qoruma tələb olunan ərazidə təbii və sosial şərait;

  3. suyun mənfi təsirlərinə qarşı qoruma üçün zəruri tədbirlər, o cümlədən onların mümkünlüyünün, məsrəflərinin və təbii tarazlığa təsirlərinin qiymətləndirilməsi;

  4. su tutarın qəfil çirklənmənin mümkünlüyünə qarşı zəifliyi.

  1. Əvvəlki maddənin birinci bəndində qeyd olunan qorumanın əhatə dairəsini keçərək suyun mənfi təsirlərinə qarşı qoruma, Nazirlik tərəfindən təsdiq olunmaqla, yerli icmanın özü və ya digər hüquqi və ya fiziki şəxslərlə birgə təmin oluna bilər.

  2. Qorumanı artırmaq üçün tələb olunan müdaxilə su rejimini və ya su və yarı-su ekosistemlərinin təbii tarazlığını təhlükə altına alacağı yaxud aşağı axın boyu suyun mənfi təsirlərinə qarşı qorumanı təhlükə altına alacağı təqdirdə, nazirlik, əvvəlki bənddə qeyd olunan qorumanı təsdiq etməkdən imtina edə bilər.

  3. Bu maddənin üçüncü bəndində qeyd olunan qoruma, bu maddənin birinci bəndində qeyd olunan su infrastrukturu qurğularını artırmaq üçün təmin olunduğu halda, su infrastukturunun sahibi yalnız dövlət ola bilər, su infrastrukturunun idarə olunması, fəaliyyəti və saxlanması ilə bağlı dövlət və digər şəxslər arasında münasibətlər isə yatırılan vəsaitlərdəki hissə nəzərə alınaraq müqavilə ilə tənzimlənir.

92-ci maddə. Axınla gələn çöküntü əleyhinə qoruma

  1. Qəsəbə ərazilərində axınla gələn çöküntü əleyhinə qoruma işinə görə cavabdehliyi yerli icma daşıyır.

  2. Axınla gələn çöküntünün mənfi təsirlərinə qarşı qoruma, xüsusən, şəhər ərazilərindən çöküntünün kənara axınını azaltmaq üçün tədbirlərdən və şəhərlərdə su və çöküntünün buraxılmasını məhdudlaşdırmaq üçün tədbirlərdən ibarətdir.

  3. Daha təfsilatlı tədbirlər və əvvəlki bənddə qeyd olunan qorumanı təmin etmə metodu nazir tərəfindən müəyyənləşdirilir.

93-cü maddə. Su infrastrukturunun işi və saxlanması.

  1. Suyun mənfi təsirlərinə qarşı qoruma üçün nəzərdə tutulan su infrastrukturunun işlədilməsi, saxlanması və monitorinqi dövlət və ya yerli icma üçün məcburi kommersiya xarakterli ictimai (kommunal) xidmət olmalıdır.

  2. Nazir, əvvəlki bənddə qeyd olunan ictimai (kommunal) xidmət çərçivəsində yerinə yetirilən vəzifələrin növlərini və əhatə dairəsini müəyyənləşdirir.

94-cü maddə. Şəraitin monitorinqi

  1. Ətraf mühitin mühafizəsi qaydalarına uyğun olaraq, dövlət, xüsusən aşağıdakılardan ibarət olan, suyun mənfi təsirlərinə qarşı qoruma ilə bağlı, təbii və digər təzahürlərin monitorinqini bilavasitə təmin etməlidir:

  1. fövqəladə hidroloji şəraitin və digər təbiət hadisələrinin, o cümlədən daşqınların, axın sularının, eroziyanın, torpaq sürüşmələrinin və təpələrdə sürüşmələrin, uçqunların və buzun monitorinqi və proqnozlaşdırılması;

  2. bu Qanunun 44-cü maddəsində qeyd olunan su tikililərinin və qurğularının işinin monitorinqinə dair məlumatlar əsasında daşqın sədlərinin vəziyyətinin monitorinqi.

  1. Əvvəlki bənddə qeyd olunan monitorinqlə bağlı məlumatlar, təbii və digər fəlakətlərə qarşı qoruma üzrə qaydalara uyğun olaraq müşahidə, bildiriş və həyəcan siqnalı vermə sisteminin bir hissəsidir.

95-ci maddə. Fövqəladə tədbirlərlə bağlı dövlətin vəzifələri

  1. Suyun mənfi təsirləri nəticəsində risk səviyyəsinin artdığı müddətdə, dövlət, məcburi kommersiya xarakterli ictimai (kommunal) xidmət qismində fövqəladə tədbirlərin görülməsini təmin etməlidir.

  2. Əvvəlki bənddə qeyd olunan tədbirlər xüsusilə aşağıdakılardan ibarətdir:

  1. Suyun mənfi təsirlərinin fəsadlarının genişlənməsinin qarşısını almaq üçün su, sahilyanı və digər ərazilərdə və su infrastrukturunda tədbirlər;

  2. Bu qanunun 93-cü maddəsində qeyd olunan ictimai (kommunal) xidmət təminatçısı tərəfindən təmin edilən 24-saatlıq növbətçilik xidməti;

  3. Su infrastrukturu və qoruq su ərazilər üzərində artırılmış nəzarət;

  4. Su ilə axan qırıntıların kənarlaşdırılması və axan suyun yataqlarının axın tutumunu artırmağa imkan yaratma;

  5. Müvəqqəti tədbirlərin (müdafiəs sədlərinin, maneələrin, sukəsici qurğuların tikilməsi) həyata keçirilməsi.

  6. Qəfil su çirklənmələrinin monitorinqi.

  1. Suyun mənfi təsirlərinə qarşı qorumanı təmin etmək məqsədilə fövqəladə tədbirlərin həyata keçirilməsi, suyun mənfi təsirlərinə qarşı qorumanın təmin olunması ilə bir araya sığmadığına görə mümkünsüz hesab edildiyi hal istisna olmaqla, dayanıqlı zərərə qarşı su qurğularının və tikililərinin mümkün olan ən yüksək səviyyədə qorunmasını təmin edən və su və yarı-su ekosistemlərinin səciyyəvi xüsusiyyətlərini və təbii dəyərləri mümkün olduğu qədər saxlayan şəkildə aparılmalıdır.

G.Kosovanın Su Qanunu (2004-cü il)

26-cı maddə. Daşqın İdarəçilik Planı

26.1. Daşqın İdarəçilik Planının layihəsini lazırlamaq məqsədilə, Nazirlik, iqtisadiyyat, maliyyə, kənd təsərrüfatı, meşə təsərrüfatı, kənd yerlərinin inkişafı, ticarət, sənaye, ictimai xidmətlər, daşıma, nəqliyyat, kommunal xidmətlər, enerji, təbiətin mühafizəsi, mənzil təchizatı və tikinti üzrə səlahiyyətli orqanlarla birgə aşağıdakıları müəyyənləşdirməlidir:

a. daşqın ərazilərinin, su mühitlərinin, göl / suların toplandığı hövzələrin sahillərinin və digər su sistemlərinin qeydiyyatı və xəritələşdirilməsi;

b. daşqınlardan, yüksək axın dalğalarının genişlənməsindən və göllərdə / su toplanan hövzələrdə suyun ən yüksək səviyyələrə qalxmasından təhlükə altında ola bilən ərazilərin müvafiq səviyyəsi ilə xəritə;

c. proqnozlaşdırma sistemi və daşqınla bağlı həyəcan siqnalları;

d. daşqınların fəsadlarının azaldılması məqsədilə preventiv və təkmilləşdirmə tədbirlərinin tətbiqi ilə bağlı bütün məsələlər üzrə texniki yardım və məsləhətər;

e. qeydiyyata və xəritələrə daxil edilmiş regionların inkişafı üzrə tədbirlər; və

f. qeyri-adi hadisələr baş verdiyi hallarda tədbirlər və təşkiletmə.

26.2. Bu maddənin 1-ci bəndində qeyd olunan xəritədə daşqın riski altında olan regionlar işarələnməlidir.

26.3. Bu maddənin 1-ci bəndində nəzərdə tutulan tədbirlər aşağıdakıları təmin etməlidir:

a. ictimai maraqların suyun zərərverici təsirlərindən qorunması;

b. ərazidə nizamlama işləri, torpaqdan kənd təsərrüfatı üçün istifadə, tikinti işləri və daşqın risklərini artıra biləcək digər fəaliyyətlər;

c. insanların sağlamlığını və əmlakını qoruma; və

d. daşqınlardan qoruma xərclərinin azaldılması.

26.4. Daşqın İdarəçilik Planı regionun və ya hövzənin qorunması üzrə vəzifələri müəyyənləşdirir.

26.5. Daşqın İdarəçilik Planları Hökumət tərəfindən təsdiq olunmalıdır.

41-ci maddə. Eroziyadan qoruma.

41.1. Eroziyanın və axınların zərərli təsirlərinin qarşısının alınması işi, torpaqların eroziyadan qorunması üzrə tədbirlər və bu Qanunda axınların tənzimlənməsini nəzərə alaraq aparılmalıdır.

41.2. Yaşayış ərazilərini, sənaye qurğularını, magistral və regional yolları, meliorasiya sistemlərini təhlükə altına alan güclü eroziya proseslərinin axınları ictimai suların qeydiyyatında qeydə alınmalıdır.

42-ci maddə. Eroziyaya meylli zonaların müəyyənləşdirilməsi

42.1. Eroziyanın və axınların su axınlarına, torpağa, qurğulara və digər obyektlərə zərərli fəsadlar törədəcək qədər intensiv və güclü olduğu regionlar bələdiyyənin qərarı ilə eroziyaya meylli ərazilər kimi müəyyən edilir.

42.2. Bu maddənin 1-ci bəndinə istisna olaraq, Hökumət, iri iqtisadiyyat qurğularının, daşınmanın (nəqliyyatın) və ictimai əhəmiyyət kəsb edən digər qurğuların qorunmasının zəruri olduğu zonanı eroziyaya meylli ərazi kimi müəyyən edə bilər.

42.3. Eroziyaya meylli ərazinin müəyyən edildiyi gündən on iki (12) ay ərzində, Hökumət, Nazirliyin təklifi ilə, əlavə normativ aktda eroziyadan qoruma üçün tədbirləri və fəaliyyətləri təfsilatlı şəkildə müəyyən edir.

42.4. Eroziyaya meylli ərazilər kimi müəyyən edilən regionlarda, bu Qanunda və bu Qanunun müddəalarında nəzərdə tutulan tələblər və şərtlər yerinə yetirildikdən sonra investisiya qurğuları tikilə bilər.

42.5. Təbii göl hövzələrində, süni su qovşaqlarında və ya qovşaqların tikintisi üçün nəzərdə tutulan regionlarda tikinti işləri aparılarkən eroziya əleyhinə tədbirlər və işlər nəzərə alınmalıdır.

43-cü maddə. Eroziyaya meylli ərazi rejiminin ləğv edilməsi

Eroziyaya meylli ərazidə eroziya əleyhinə görülən tədbirlər nəticəsində eroziyadan və axınlardan yaranan təhlükə aradan qaldırıldığı təqdirdə, səlahiyyətli orqan, bu Qanunun 42-ci maddəsinə əsasən, ərazinin eroziyaya meylli ərazi kimi müəyyənləşdirildiyi qərarı qüvvədən salan qərar verir.

H.Ermənistanın Su Məcəlləsi (2002-ci il)



91-ci maddə. Suyun Zərərli Təsirləri Nəticəsində Yaranan Fövqəladə Hallar və Qabaqlayıcı Tədbirlər Proseduru

Başlıca tədbir kimi, fəlakətlərin vurduğu zərəri tədricən minimuma endirmək üçün, su sahəsində fəlakətlərin baş vermə ehtimallarına dair proqnozların hazırlanması məqsədilə, Ermənistan hökumətinin qərarı ilə fəlakətlərə qarşı mübarizə üzrə informasiya sistemi təsis edilmişdir.

Daşqınlar, sellər, torpaq sürüşmələri və quraqlıqlara dair informasiya sistemi tədbirlərinə aşağıdakılara dair informasiya və proqnozlaar aiddir:

  1. baş vermiş və ya baş verəcəyi ehtimal edilən daşqınlar, sellər, torpaq sürüşmələri,

  2. baş vermiş və ya baş verəcəyi ehtimal olunan quraqlıqlar;

  3. təbii su ehtiyatlarının vəziyyəti və dayanıqlığı,

  4. mühüm su-təsərrüfatı strukturlarının, o cümlədən hövzə dambalarının, sədlərin vəziyyəti və dayanıqlığı,

  5. əhalinin sağlamlığı üçün təhlükə.

İnsanları daşqınlardan, sellərdən və torpaq sürüşmələrindən qorumaq məqsədilə, daşqın, sel və torpaq sürüşmələrinə meylli ərazilər su obyektlərinin dövlət qeydiyyatında göstərilməlidir.

İnsanların xüsusi ərazilərdə qadağan olunan və ya məhdudlaşdırılan hərəkətləri, yuxarıda göstərilən fəlakətlərin səbəb olduğu zərərlərin qarşısını almaq və ya onları minimuma endirmək üçün su hövzə idarəçilik planlarında göstərilməlidir. Həmin ərazilərdə həyata keçirilməli tikinti işləri Hökumət tərəfindən müəyyənləşdirilməlidir.

Yaşayış ərazilərinin, iqtisadi dəyərə malik ərazilərin və əhalinin daşqın, sel və torpaq sürüşməsi riskindən qorunması proqramları, aşağıdakıları özündə birləşdirən su milli proqramı ilə müəyyən edilməlidir:

  1. daşqınlardan, sellərdən və torpaq sürüşmələrindən qoruma üzrə kompleks tədbirlər,

  2. daşqınlar, sellər və torpaq sürüşmələri baş verdiyi təqdirdə dövlət orqanlarının öhdəlikləri və zəruri tədbirlərin siyahısı,

  3. kompleks tədbirlər, onların icra mexanizmləri, zərurət olduqda əhalinin köçürülməsinin təşkili və sığınacaq və qida ilə təmin etmə.


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə