Azerbaycanda tolerantliq enenesi indd



Yüklə 79,54 Kb.
Pdf görüntüsü
səhifə1/41
tarix08.03.2018
ölçüsü79,54 Kb.
#30985
  1   2   3   4   5   6   7   8   9   ...   41


Azərbaycanda 
tolerantlıq
ənənəsi
Bakı-2015


л ^ С г
DÖVLƏT  K0MlTƏSİ
AZƏRBAYCAN  RESPUBLİKASI 
DİNİ  QURUMLARLA  İŞ  ÜZRƏ
Kitabın nəşrinə Azərbaycan Respublikasının 
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 
DK-344/Y saylı 28 aprel 2015-ci il tarixli 
məktubu ilə razılıq verilmişdir.
Redaktor:
N ah id  M əm m ədov
Korrektorlar: 
N am iq Z eynəddin,
M ahir Q əniyev
Kitab D ini Araşdırmalar Mərkəzi 
tərəfindən hazırlanmışdır.
Azərbaycanda tolerantlıq ənənəsi
Bakı, "N urlar" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2015,160 səh.
ISBN: 978 - 9952 - 508 - 2 9 - 1
© DQİDK, 2015


Ön söz
Tolerantlığın, fərqli düşüncə  və  əqidələrə qarşı dözüm-
lü münasibətin müasir dünyamızda  ən çox müzakirə edilən 
mövzu lardan  olduğunu desək, yanılmarıq. Paradoksal bir 
haldır ki, elmi-texniki inkişafın zirvəsinə çatmış  bəşəriyyət 
sülhpərvər lik,  birgəyaşayış, dini və ideoloji dözümlülük baxı-
mından o qədər də məsafə qət etməmişdir. Hətta elmi-texniki 
inkişaf əsri olan XX əsr, eyni zamanda, mədəniyyətlərarası və 
dövlətlərarası dözümsüzlüyün də “inkişaf” əsri olmuşdur. Çox 
təəssüf ki, bu proses indi də davam edir, dünyanın müxtəlif 
bölgələrində dini dözümsüzlük və fanatizm halları tüğyan edir. 
Məhz bu sə bəbdən tolerantlıq  ənənəsinin inkişaf etdirilərək 
dünyanın bütün bölgələrində bərqərar edilməsi hazırda bə şə-
riyyətin qarşısında duran ən mühüm məsələlərdəndir. 
Son dövrlərdə, xüsusilə Qərbdəki bəzi dairələr məqsəd yönlü 
şəkildə dözümsüzlüyü yalnız  İslamla və müsəlman dün 
yası 
ilə  əlaqələndirərək  İslamı “dözümsüzlük dini”, mü 
 
səlmanları 
isə başqa dinlərin nümayəndələrinə qarşı dözüm 
süz insanlar 
kimi təqdim edirlər. Halbuki tarixə nə zər yetirdikdə bunun tam 
əksinin şahidi oluruq. Orta əsrlərdə İslam dünyası dini və mədəni 
rəngarənglik baxımından dünyanın ən  nü mu  nəvi bölgəsi olmuş-
dur. Xristianlıq, Yəhudlik, Zərdüştilik, Mandeizm, Hinduizm və 
s. dinlərə mənsub olan insanlar İslam dünyasında sülh şəraitində 
yaşamış, dini ayinlərini sərbəst şə  kildə icra etmişlər. İslam-irfan 
mütəfəkkirləri bunun nəzəri əsaslarını hazırlamış, bütün dinlərin 
əsas məqsədinin insaları ilahi qüv və yə inama və ona ibadətə çağır-
maqdan ibarət olduğunu dilə gətirmişlər. Böyük sufi mütəfəkkiri 
Mövlana Cəlaləddin Rumi bu həqiqəti “Mömin də Uca Padşaha (Al-
laha) yönəlir, xristian da, yəhudi də, məcusi də. Hətta daş, torpaq, dağ və 
su yun  belə Tanrıya gizli bir duası vardır” kəlamı ilə xülasə etmişdir.


4
İslam dünyasının bir hissəsi olan Azərbaycanda  da  ta ri xən 
müxtəlif dinlərin və məzhəblərin nümayəndələri sülh şərai tin-
də yaşamış, hər hansı bir diskriminasiya halı ilə qarşılaşma-
mışlar. Fəxrlə deyə bilərik ki, ölkəmiz tarixən üç səmavi dinin 
nümayəndələrinin dostluq şəraitində yaşadığı və dini zəmində 
heç bir qarşıdurmanın yaşanmadığı  məkandır. Azərbaycan 
müsəlman dünyasında da müxtəlif  İslam məzhəblərinin nü-
ma yəndələri arasındakı qardaşlıq münasibətləri baxımından 
öz nümunəvi təcrübəsi ilə seçilir. Belə ki, İslamın iki böyük 
məz həbinin nümayəndələri tarixən ölkəmizdə  məzhəbçilik 
qəliblərini aşaraq, qardaşlıq  şəraitində yaşamış  və yaşamaq-
da davam edirlər. Qarabağlı böyük sufi  şair və mütəfəkkir 
Mir Həmzə Nigarinin “Allahı, Məhəmmədi, Alı sevən dostanız, 
Nə sünniyiz, nə şiə, biz xalis müsəlmanız” sözü Azərbaycandakı 
məzhəblərarası qardaşlıq mühitini lakonik şəkildə ifadə edir. 
Oxuculara təqdim olunan “Azərbaycanda tolerantlıq ən ə nə  si” 
adlı tədqiqat əsəri ölkəmizdəki tolerantlıq mə də niy yətinin tarixi 
köklərinin və praktiki təzahürlərinin üzə çıxarıl  ması baxımından 
böyük  əhəmiyyətə malikdir. Ölkə mi  zin  dinşünaslıq sahəsində 
fəa liyyət göstərən aparıcı  təd qi qatçıların məqalələrindən ibarət 
olan bu kitabda həm  İslam daxilindəki məzhəblərarası qardaş-
lıq ənənəsinin nəzəri və praktiki nümunələri, həm də ölkəmizdə 
möv cud olan din lə rin  nümayəndələri arasındakı tolerantlıq nü-
mu nələri ilə əlaqədar müxtəlif tədqiqat işləri öz əksini tapmışdır. 
Məqalə müəlliflərinin ölkəmizin müxtəlif bölgələrinə gedərək 
tolerantlıq mədəniyyətinin praktiki təzahürləri ilə yerində tanış 
olmaları əsərin əhəmiyyətini xüsusilə artırır. 
Ümidvarıq ki, bu tədqiqat əsəri Azərbaycandakı tolerantlıq 
mədəniyyətinin nəzəri və praktiki əsaslarını üzə çıxaran yeni 
araşdırmaların yazılmasına stimul verəcəkdir.
Aqil ŞİRİNOV
İlahiyyat üzrə fəlsəfə doktoru


5
Azərbaycanda tolerantlıq ənənəsi
QARABAĞ BÖLGƏSİNDƏ 
MƏZHƏBLƏRARASI TOLERANT 
MÜHİTİN FORMALAŞMASINDA 
SEYİD OCAQLARININ ROLU 
(SEYİD NİGARİ ƏNƏNƏSİ NÜMUNƏSİNDƏ)


6
Aqil ŞİRİNOV
1
Seyid məfhumu
Ərəbcə “seyyid” şəklində ifadə olunan “seyid”  kəlməsi 
lü ğətdə “ağa, lider, fəzilətli  şəxs” kimi mənalar bildirir.
2
 Bu 
kəlmə Qurani-Kərimdə iki yerdə keçir: “Ali-İmran” surəsinin 
39-cu ayəsində Həzrət Yəhya haqqında, “Yusuf” surəsinin 25-
ci ayəsində Züleyxanın  əri barəsində. Hədislərdə  də “seyid” 
kəlməsi həm Həzrət Peyğəmbər, həm də  Əhli-beyt nü 
ma-
yən dələri haqqında işlədilmişdir. Məsələn, hədislərin birində 
Peyğəmbərimiz  “Mən Adəm övladlarının seyyidiyəm” buyur-
muşdur.
3
 Peyğəmbərimiz, həmçinin Həzrət Həsən və  Həzrət 
Hüseyni
4
 “Cənnət gənclərinin seyidləri - ağaları” adlandırmışdır. 
Terminoloji mənada isə seyid məfhumu Həzrət Peyğəmbərin 
qızı  Həzrət Fatimə ilə  Həzrət  Əlinin nəslinə  mənsub olanlar 
üçün istifadə edilmişdir.  İslam dünyasının bəzi bölgələrində 
Həzrət Həsənin nəslinin nümayəndələrinə  şərif, Həzrət Hü-
seynin soyuna mənsub olanlara isə seyid deyilmişdir. Hər iki 
tərəfdən bu nəslə mənsub olanlar isə “təbətəba” və yaxud da 
“seyyidus-sadat” adlandırılmışdır.
5
Orta  əsrlər boyunca Abbasilər, Fatimilər,  Əyyubilər, El-
xa nilər, Məmlukilər və Osmanlılar kimi müsəlman dövlət-
lə  rində seyidlərə xüsusi hörmət göstərilmiş, hətta onların iş-
ləri ilə  məşğul olan “nəqibul-əşraf” adlı xüsusi bir vəzifə  də 
var idi. Nəqibul-əşraflıq Abbasi xəlifəsi Mütəvəkkilin (232-

 
 İlahiyyat üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsi-
nin müəllimi.

 İbn Mənzur, Lisanul-ərəb, “svd” maddəsi.
3
 
 Əbu Davud, Sünən, “Sünnə” 13.
4
 
 Tirmizi, Sünən, “Mənaqib” 30.
5
 
  Mustafa Sabri Küçükaşçı, “Seyyid”, Türkiye Diyanet Vakfı İslam Ansiklopedi-
si, c. 37, s. 40.


Yüklə 79,54 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə