Azerbaycanda tolerantliq enenesi indd



Yüklə 79,54 Kb.
Pdf görüntüsü
səhifə13/41
tarix08.03.2018
ölçüsü79,54 Kb.
#30985
1   ...   9   10   11   12   13   14   15   16   ...   41

43
Azərbaycanda tolerantlıq ənənəsi
fə sində burada yaşayan xalqların inkişaf etmiş  mədəniyyəti
qədim  ənənələrlə bağlı, fəlsəfi mühakimələrlə  zəngin dini 
inancları olmuşdur. Məhz bu xüsusiyyətlər sonralar Qafqaz 
xalqlarının tarixi həyat yollarının müxtəlifliyini müəyyən et-
miş, eləcə də onların dini yaşamalarına öz təsirini göstərmişdir.
1
Azərbaycanın inanc/din tarixinə  nəzər salmaq kifayətdir 
ki, Bütpərəstlik, Zərdüştilik, Yəhudilik, Xristianlıq və İslamın 
tarixin müxtəlif dövrlərində ölkənin dini mozaikasına özünə-
məxsus çalarlar verdiyi və yerli xalqın fərqliliklərə qarşı dö-
zümlülüyünün yaranma prosesinə şahidlik etdiyi anlaşılsın.
İslamda birlikdə yaşama təcrübəsi
Qurana görə, yəhudilər və xristianlar Əhli-kitabdırlar. Ciz -
yə müqaviləsi qarşılığında İslam dövlətində yaşamaq hüququ-
nu əldə edirdilər. Bu, Azərbaycanın fəthi əsnasında da ümumi 
qəbul edilmiş prinsip olaraq bölgə əhalisi ilə bağ la nılan müahidə 
mətnlərində  əksini tapmışdır.
2
 Digər tərəf dən Quranda İslam-
dan başqa din/inanc mənsubları arasın da  “Məcusi”
3
  şəklində 
işarət olunan Zərdüştliyin hələ Məhəmməd peyğəmbər həyatda 
ikən  Ərəbistan yarımadasının Yəmən
4
, Oman
5
  və  Bəhreyn
6
 
bölgələrində yaşayan mənsubları ilə xüsu si şərtlər altında
7
 cizyə 
müqaviləsi bağlanmışdı. Məhəm məd peyğəmbərin bu qərarı 
dörd xəlifə dövründə də tətbiq edilmişdi. Azərbaycan ərazisində 
bağlanılan müahidə mətnlə rin  də xristian və yəhudilərlə birlikdə 
məcusilərə  də cizyə  müqabi lin də inanc və ibadət azadlığının 
vəd olunması
8
 bunun açıq göstəricisidir.
1
 
 Paşazadə, Qafqazda İslam, s. 42.
2
 
 Bəlazuri, Fütuh, s. 282.
3
 
 Əl-Həcc, 22/17.
4
 
 Bəlazuri, s. 92-93, 97.
5
 
 Bəlazuri, s. 106.
6
 
 Bəlazuri, s. 107-111.
7
 
 Həmidullah, əl-Vəsaiqüs-siyasiyyə, s. 150.
8
 
 Bəlazuri, s. 282.


44
İslam fəth olunan bölgələrin yerli əhalisini zorla müsəl-
man laşdırılması prosesini qarşıya məqsəd qoymamışdı. Bu, 
bir tərəfdən nəzəri olaraq dində  məcburiyyət olmadığına 
dair  İslamın ümumi prinsipinə
1
  və  Əhli-kitab statusu altında 
digər din mənsublarına verdiyi təbəəlik hüququna bağlı idisə, 
digər tərəfdən süni şəkildə müsəlmanların sayının artırılma-
sı nəticəsində cəmiyyətdə qeyri-səmimi mühitinin yaradacağı 
mənfi  nəticələrdən uzaq qalmaqla da əlaqəli idi. Bunun təbii 
nəticəsi olaraq Suriyadan Şimali Afrikaya, Balkan yarımadasın-
dan İspaniyayadək uzun əsrlər müsəlmanların hakimiyyətində 
olmuş bölgələrdə bu gün də xristian və yəhudi əhali mövcud-
dur ki, bu da fəth edilən  ərazilərdə  əhalinin din seçimində 
sərbəst qaldığı həqiqətinin danılmaz sübutudur.
 Tolerantlığın əsaslarından peyğəmbərlərə və 
müqəddəs kitablara inanc
Azərbaycanın tolerantlıq  ənənəsinə böyük təsiri olan İs-
lami dəyərlərdən bir digəri də dinlərin mənşəcə eyniliyi, İs-
lamın isə  Həzrət Adəmdən Həzrət Məhəmmədədək bütün 
peyğəmbərlərin gətirdiyi dinin müştərək adı olduğuna dair 
Quran  əsaslı yanaşmadır:  “Allah: “Dini doğru-dürüst qoru-
yub saxlayın, onda ayrılığa düşməyin!” – deyə Nuha tövsiyə 
etdiyini, sənə vəhy buyurduğunu, İbrahimə, Musaya və İsa-
ya tövsiyə etdiyini dində sizin üçün də qanuni etdi…”
2
 Buna 
görə müsəlmanların nəzərində inanc əsaslarından sayılan 
peyğəmbərlərin heç birisinin digərinə üstünlüyü yoxdur: “... 
Biz Allaha, bizə nazil olana (Qurana), İbrahimə, İsmailə, İs-
haqa, Yəquba və onun övladına göndərilənlərə, Musaya və 
İsaya verilənlərə, Rəbbi tərəfindən peyğəmbərlərə verilənlərə 
1
 
  Dində  məcburiyyət olmadığını bildirən Quran ayələri üçün bax. Əl-Bəqərə, 
2/256; Yunis, 10/99; əl-Kəhf, 18/29.
2
 
 Əş-Şura, 42/13.


45
Azərbaycanda tolerantlıq ənənəsi
inanmışıq. Onlardan heç birini digərindən ayırmırıq. Biz an-
caq Allaha boyun əyən müsəlmanlarıq!”
1
İslamın özündən  əvvəlki dinləri müqəddəs kitab və pey-
ğəmbərləri ilə birlikdə  qəbul etməsi, Adəm,  İbrahim, Yaqub, 
Yusif, Musa, Harun, İsa və digər peyğəmbərlərin, həmçinin 
onla rın təmsil etdiyi müqəddəs kitabların müsəlmanlar tə rə-
fin dən inanc əsası kimi tanınıb hörmətlə yanaşılması şəklində 
təzahür etmişdi. Nizami, Füzuli, Xəqani başda olmaqla 
Azərbaycanın  ədib və mütəfəkkirlərinin  əsərlərində tez-tez 
“İsa nəfəsi”, “Musanın  əli”, “Yusif üzlü” kimi ifadələrə rast 
gəlinməsi, ləyaqəti mədh edilərək adı Həzrət Fatimə ilə yanaşı 
çəkilən Həzrət Mər yəmdən hörmət və sevgi ilə bəhs edilməsi, 
Azərbaycanın mənəvi irsində dini tolerantlığın qorunmasına 
xidmət edən bir digər ünsürdür.
İlahi eşq uğrunda zahiri dəyişikliyi önəmsiz sayan Şeyx 
Sənanın Quranın yandırılması mövzusunda israr edən keşişə:
“…Bihudə etdiyin bu israr,
Bunda İsa ilə Məryəmin adı var”
2
cavabını verərkən Hüseyn Cavid öz müqəddəs kitabın dan 
hərəkətlə bir müsəlmanın nəzərində Xristianlığın mü qəd dəs-
lərinə göstərilən hörmət və verilən dəyəri nümayiş etdirirdi.
Yalnız fərqli inanc və din nümayəndələrinə deyil, habelə 
zahirən qurumlaşmış  hər hansı bir dinə  mənsub olmayanla-
rın düşüncələrinə anlayış  və hörmət göstərmək Azərbaycan 
ədəbiyyatında və  təsəvvüf düşüncəsində öz əksini tapmış-
dır. XX əsrin  əvvəllərində  Şeyx Sənan faciəsi ilə  təsəvvüf 
düşüncəsini Azərbaycan dramaturgiyasına tətbiq edən Hü-
seyn Cavid:
“...Şəriətdən, təriqətdən kənaram,
Həqiqət istərəm, yalnız həqiqət!...”
1
 
 Əl-Bəqərə, 2/136.
2
 
 Hüseyn Cavid, Seçilmiş əsərləri, s. 169.


Yüklə 79,54 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə