Azerbaycanda tolerantliq enenesi indd



Yüklə 79,54 Kb.
Pdf görüntüsü
səhifə14/41
tarix08.03.2018
ölçüsü79,54 Kb.
#30985
1   ...   10   11   12   13   14   15   16   17   ...   41

46
sözləri ilə cəmiyyətin qəlbləşmiş zahiri şəriət anlayışından 
uzaq olduğunu bildirən dərvişi “dəli və dinsiz” adlandıran 
müridlərinə:
“Dəlilik başqa bir fəzilətdir,
Dinsiz olmaq da bir təriqətdir”
Dəlidir, sözlərində məna var,
Sərsəridir, başında sevda var.
O deyil, gərçi zahirən Mənsur,
Həp “ənəlhəq” diyor da çırpınıyor”
cavabını verərkən Tanrı eşqinin axtarılacağı ilk yerin insa-
nın daxili dünyası olduğunu önə sürürdü.
1
 Əvəzolunmaz milli-mənəvi dəyər kimi 
qonaqpərvərlik
Şərq mədəniyyətinin müsbət  əxlaq keyfiyyətləri arasında 
mühüm yer tutan qonaqpərvərlik qonaqsız evi “uğursuz” saya-
raq “qəbiristanlığa”, “susuz dəyirmana”, qonağı isə “süfrənin 
yaraşığına” bənzədən xalqımızın ruhuna hopmuş, adət-ənənə-
sində tolerantlığı simvollaşdıran  əsas göstəricilərindən birinə 
çevrilmişdir. Dahi şair Səməd Vurğunun misralarında ustaca 
ifadə edildiyi kimi:
“...Sən bizim ellərin ruhuna bir bax,
Bizdən inciməmiş bir əziz qonaq...”
Qonaqpərvərlik məziyyətinin Azərbaycanın tolerantlıq 
göstəricisi hesab olunmasını  şərtləndirən  əsas ünsür kimi din, 
etnik kimlik, cins, sosial mənsubiyyət fərqi qoymadan qo na ğa 
“Allah qonağı” nəzəri ilə baxılması mühüm amildir. “Qonağa 
hörmət  elərlər,  əyərçi kafər ola” deyən böyüklərimizin, ağsaq qal-
ağbirçəklərimizin həyatlarında ilk dəfə qarşılaşdıqları müsa-
1
 
 Hüseyn Cavid, Əsərləri, s. 151.


47
Azərbaycanda tolerantlıq ənənəsi
firdən “Allah qonağı” kəlməsi eşitmək kifayət etmişdir ki, “Al-
laha da qurban olum, qonağına da” sözləri ilə qonağın qarşılan-
masına sorğu-sualsız və dini əmri yerinə yetirircəsinə məsuliyyət 
və hörmətlə yanaşsınlar və göstərdikləri diqqət və qayğının 
əvəzində “Süfrəniz həmişə açıq olsun!” duası ilə alqışlansınlar.
 Qəlblərə yol tapan milli dəyər kimi 
hədiyyələşmək
Maddi dəyərindən asılı olmayaraq sevib-saymağın, hör-
mət göstərməyin  əlaməti kimi hədiyyələşmək Azərbaycan 
xalqının qədim milli-mənəvi dəyərləri arasında özünəməxsus 
yer tutmuş, bayram, doğum, sünnət, nişan, toy və s. xüsusi 
günlərdə səbəbkara hədiyyələr vermək yazılmamış qanunlar-
dan birinə çevrilmişdir. Məhəmməd peyğəmbərin insanlarara-
sı münasibətdə davamlılığı təmin etmək, əlaqələri kəsməmək, 
mehribanlıq və hörmətə dayanan əlaqələr yaratmaq üçün qar-
şılıqlı  hədiyyələşməyə  əhəmiyyət verməsi, müsəlman cəmiy-
yətdə fərdlər arasında ünsiyyət yaradıcı bir faktor olaraq qəbul 
edilmişdir.  İslamın bu ümumbəşəri dəyəri Azərbaycan xalqı-
nın tolerantlıq modelini formalaşdıran milli-mənəvi dəyərləri 
arasında özünəməxsus yer tutur.
Avropa Yəhudilərinin Bakı dini icmasının baş ravvini Şne-
or Seqal başqalarının yaxşı hiss etməsinə əhəmiyyət verməyin 
Azərbaycan xalqının tolerantlıq anlayışının əsasında dayanan 
mühüm bir xüsusiyyət olduğunu vurğulayır. O, ölkədə keçir-
diyi 4 il ərzindəki müşahidələrinə  əsasən, Azərbaycan xalqı-
nın hissi zəkasının (EQ) yüksək olduğu, bunun da xalqın ta-
rixi tolerantlıq  ənənəsində mühüm faktor olduğu qənaətinə 
gəldiyini bildirir (Ravvin azərbaycanlıların başqalarının yaxşı 
hiss etməsi üçün bəzən maddi və  fiziki güclərinin fövqündə 
olan işlərlə əlaqəli ricaları da rədd etməyi nəzakətsizlik hesab 
etdiklərini deyir). Şneor Seqal dini və sosial mənsubiyyətindən


48
təhsil səviyyəsində asılı olmayaraq azərbaycanlıların qonaq 
qəbul edərkən və ya ziyarətə gedərkən hədiyyə verməyə bö-
yük  əhəmiyyət verdiklərini, bununla da qarşı  tərəfdə  rəğbət, 
hörmət və qarşılıqlı səmimiyyət hissini yaratmağa nail olduq-
larını qeyd edir.
1
 Tolerantlıq tarixinin canlı şahidləri kimi 
xiyabanlar
Ölkəmizin ictimai-siyasi və  mədəni həyatında mühüm rol 
oynayan görkəmli şəxsiyyətlərin dəfn olunduğu Fəxri  Xi ya ban-
da rus, gürcü, ukraynalı, polyak və s. millətlərin  nü ma yəndələri-
nin də adlarına rast gəlinməsi xalqımızın yaxın tole rantlıq tari-
xinin nümunəsidir. Son olaraq Azərbaycanın müstəqilliyi və 
ərazi bütövlüyünün qorunması  uğrunda apar dığı  ağır sınağın 
dəlili - şahidi olan Şəhidlər Xiyabanında dinindən, etnik kim-
li yindən asılı olmayaraq Vətən uğrun da  canlarından keçən lə-
rin müqəddəs “şəhid” adına layiq görül mə si,  tolerantlığın da 
fövqündə, fərqliliklərin birlikdə yaşamaq və haqsızlıqlara qar-
şı mübarizədə birlikdə ölümə getmək təcrübəsinin  ən yüksək 
göstə ricisidir.
Nəticə
Milli-dini mənsubiyyətinin və siyasi təmayüllərinin 
vəh dəti kimi Azərbaycanın dini tolerantlıq modelinin əsas 
göstəricilərinin bayrağın üç rəngində kodlandığını irəli sürmək 
yəqin ki, mübaliğə sayılmaz. Minilliklər boyu xalqın sınağın-
dan süzülüb gələn milli-mənəvi dəyərlər, insanların və dinlərin 
mənşəyinin vəhdətinə dair İslamın  əhatəediciliyi və dövlət-
cəmiyyət münasibətlərinin tənzimlənməsində insan hüquqla-
1
 
  05 noyabr 2014-cü il tarixində ravvin Şneorla Azərbaycanda dini tolerantlığın 
əsasları mövzusunda apardığımız müsahibədən. Ravvin Şneorun icazəsi ilə 
istifadə olunmuşdur.


49
Azərbaycanda tolerantlıq ənənəsi
rının ön planda tutulduğu müasirləşmə amalı Azərbaycanın 
tolerantlıq modelinin əsas göstəriciləri kimi xülasə edilə bilər.
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT
1.   
Albert Weale, A.“Toleration, Individual Differences, and 
Respect for Person”, Aspects of Toleration, London, 1985, p. 
16-35.
2.   A.E. Galeotti, “Citizenship and Equality: The Place for Tole-
ration”, Political Theory 21, 1993, p. 585-605.
3.   Bəlazuri, Əhməd ibn Yəhya, Fütuhul-Buldan (thq. Abdullah 
Ənis Təbba), Beyrut, 1987.
4.   Glen Newey, Virtue, Reason and Toleration: The Place of 
Toleration in Ethical and Political Philosophy, 1999.
5.  Həmidullah, Məhəmməd, əl-Vəsaiqüs-siyasiyyə, Beyrut, 1985.
6.  Hüseyn Cavid, Əsərləri, II, Bakı, 2005.
7.  Ingrid Greppell, Toleration on Trial, UK 2008.
8.   Raz, J. “Autonomy, Toleration and the Harm Principle”, Jus-
tifying Toleration, Conceptual and Historical Perspectives, 
Cambridge, 1988, p. 155-175.
9.   Nizami  Gəncəvi,  İskəndərnamə:  Şərəfnamə (trc. Abdulla 
Şaiq), Bakı, 2004.
10.   Nizami  Gəncəvi, Sirlər Xəzinəsi (trc. Xəlil Rza Ulutürk), 
Bakı, 2004.
11.   
The Oxford English Dictionary (ed. John Simpson, Ed-
mund Weiner), UK: Clarendon Press, 1989.
12.    Oxford Dictionary of Current English, New York: Oxford 
University Press, 2009.
13.  Paşazadə, Allahşükür, Qafqazda İslam, Bakı, 1991.
14.   Peter Jones, “Toleration, harm and moral effect”, Aspects 
of Toleration, p. 136-157.


Yüklə 79,54 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə