Azerbaycanda tolerantliq enenesi indd



Yüklə 79,54 Kb.
Pdf görüntüsü
səhifə15/41
tarix08.03.2018
ölçüsü79,54 Kb.
#30985
1   ...   11   12   13   14   15   16   17   18   ...   41

50
15.   Pew Research Center, The World’s Muslims: Unity and Di-
versity, 2012.
16.   Thomas Badwin, “Toleration and the right to freedom”, 
Aspects of Toleration (ed. John Horton, Susan Mendus), 
London, 1985, pp. 36-52.
17.    “İslam Azərbaycanda”, Dini Araşdırmalar Mərkəzi, Bakı, 
2014.
18.   http://www.mfa.gov.az/?options=content&id=115 
19.    http://www.academia.edu/5201189/Non-Muslim_Minori-
ties_in_Azerbaijan_a_Secular_State 
20.   http://fideszeu.hu/news_display/azerbaijan_a_model_of_
peaceful_co_existence_of_islam_and_minority_religions/ 
21.  http://www.president.az/articles/2971 
22.  http://www.president.az/articles/2971 
23.   http://www.scwra.gov.az/
structure/6/?%E2%80%9CJen%20
Mironosits%E2%80%9D%20pravoslav%20kafedral%20
kils%C9%99si 
24.   http://www.heydar-aliyev-foundation.org/az/content/
blog/92/M%C9%99d%C9%99niyy%C9%99t 


AZƏRBAYCANIN CƏNUBUNDA 
DİNİ TOLERANTLIQ VƏ YA BİRLİKDƏ 
YAŞAMA MƏDƏNİYYƏTİ


52
Aslan HƏBİBOV
1
Giriş
Xoş görmək, bağışlamaq, dözüm göstərmək, qatlanmaq, sı-
xıntı çəkmək və icazə vermək kimi mənalara gələn “tolerantlıq”
2

latınca “tolerare” (tolerantia), fransızca “tolerer” (tolerance), 
ingiliscə “tolerare” (tolerance) şəklində feil bablarından gələn 
bir kəlmədir. Bu kəlmə  ərəb dilində “təsamuh”, “təsahul”, 
“iğda” və “hilm” sözləri ilə ifadə edilir.
6 noyabr 1995-ci ildə Parisdə YUNESKO-nun 185 üzv döv-
lət tərəfindən imzalanmış “Tolerantlıq prinsiplərinin Bəyan-
na məsi”ndə tolerantlığa belə  tərif verilib: tolerantlıq, dünya-
mızda mədəniyyətlərin zəngin müxtəlifliyin mövcud özünü 
istifadə formalarına hörmətlə yanaşmaq, bunları tanımaq və 
düzgün anlamaq deməkdir. 
Maurise Kranston isə qeyd edir ki, tolerantlıq xoşlanılma-
yan və ya bəyənilməyən hər hansı bir şeyin mövcudluğunda 
təmkinlik göstərmə siyasətidir.
3
-
4
Tolerantlıq məfhumu ilk dəfə olaraq XV əsrdə Nicolas Cu-
sanus (1401-1464) tərəfindən “De Pace Fidei” adlı əsərdə ortaya 
atılmışdır. Daha sonra Bodin (1530-1596), Spinoza (1632-1677), 
Locke (1632-1704), Voltaire (1694-1778) və xüsusilə XVIII əsrin 
alim və mütəfəkkirləri tərəfindən elmi və fəlsəfi fikir azadlığı 
məqsədi ilə müdafiə olunmuşdur.
5
1
 
  İlahiyyat üzrə  fəlsəfə doktoru, AMEA-nın akademik Z.M.Bünyadov adına 
Şərqşünaslıq İnstitutunun əməkdaşı.
2
 
  Tahsin Saraç, Büyük Fransızca-Türkçe Sözlük, “Tolérance”md., İstanbul, 1985, 
s. 1394.
3
 
  Maurice Crantston “Toleration” The Encyclopedia of Philosophy, Vol.8 ed. 
Paul Edwards, New York, Macmillan 1967, p. 143-46.
4
 
  Hökume  Abbasova,  Tolerantlıq demokratik cəmiyyətin  əsas elementi kimi, 
http://mim.ucoz.org/publ/16-1-0-28
5
 
  Ömər Aslan, Hoşgörü ve tolerans kavramlarına etimolojik açıdan analitik bir 
yaklaşım, s. 12, http://eskidergi.cumhuriyet.edu.tr/makale/325.pdf


53
Azərbaycanda tolerantlıq ənənəsi
Ancaq məfhumun bir problem olaraq geniş  şəkildə  ələ 
alındığı dövr isə XVI əsrdə Avropada katolik və protestantlar 
arasında dini zəmində baş verən Otuzillik müharibədən (1618-
1648) sonrakı dövrdür.
1
 Bu məfhumu daha da məşhurlaşdıran 
isə “Utopya” əsərinin müəllifi ingilis mütəfəkkir və dövlət xa-
dimi Thomas More olmuşdur.
Elmi və fəlsəfi fikir azadlığı üçün istifadə olunan tolerant-
lıq, daha sonra din və vicdan azadlığı ilə bağlı məfhuma çev-
rilmişdir. 
Məlum olduğu kimi, orta əsrlərdə Avropada tək hakim 
mə dəniyyət Xristianlıq idi. Bu dövrdə Avropada dözümsüzlük 
hökm sürürdü. Xristianlığı yaymaq və digər dinləri ortadan 
qal dırmaq üçün aparılan Səlib yürüşləri də bu dövrdə baş ver-
mişdir. 
Orta əsrlərdə Xristianlıq yalnız digər dinlərə qarşı deyil, öz 
içindən çıxmış fərqli qrup və sektalara qarşı da dözümsüzlük 
münasibəti göstərmişdir. İnkvizisiya məhkəmələrinin əsası da 
bu dövrdə qoyulmuşdur. 1184-cü ildə Papa III Lucius ilə impe-
rator Fridrix Barbarossa inkvizisiya məhkəmələrinin qurulma-
sına qərar vermiş və Papa IX Gregorius isə onu sistemli qurum 
halına gətirmişdir. 
Bu dövrdə  ən böyük dözümsüzlük Xristianlıqdan üz 
döndərənlərə qarşı göstərilmişdir. Xüsusilə Müqəddəs To-
mas Xristianlıqdan üz döndərənlərin sərt cəzaladırılmasının 
tərəfdarı olmuşdur. 
Orta  əsrlərdə  fikri mənada da tolerantlıq demək olar ki, 
yox idi. Bu dövrdə oxuyub yazanlar ruhani təbəqə idi. Kilsə 
Qərbdə təhsil sahəsini öz öhdəsinə götürmüşdür. Kilsə təhsili 
dəstəkləməklə yanaşı, öz təlimi ilə üst-üstə düşməyən heç bir 
düşüncənin yayılmasına da fürsət vermirdi. Məsələn, qədim 
dövr  filosofların  əsərləri kilsə  təlimlərinə uyğunlaşdırılaraq 
1
 
  Andre Lalande, Vocabularie Technique et Critique de la Philosopic, Paris, 1980, 
s. 1133.


54
senzuradan keçirildikdən sonra nəşr edilirdi. Universitetlərin 
təhsil proqramları kilsə tərəfindən hazırlanırdı və təhsil sistemi 
din xadimlərinin nəzarətində idi.
1
Orta əsrlərdə Avropada Xristianlıqdan başqa inanc mənsub-
larının mövcudluğuna rəğmən, tolerantlıq fikrini açıq şəkildə 
müdafiə edən heç kəs olmamışdır. Ancaq dinin siyasətdən uzaq 
olması  və dövlətin işinə qarışmaması  gərəkdiyini iddia edən 
padovalı Marsiglio ilə yoldaşları jandunlu Jean və occhham-
lı Villiam dünyəviliyin ilk müdafiəçi lə rin dən olmuşlar. Mar-
siglio dinin mühakimə və cəzalandırma səlahiyyətini dövlətə 
verərək yalnız mənəvi gücü əlində tutmasının zəruri olduğunu 
və başqalarına ziyan vermədiyi müd dət də düşüncələrin azad 
şəkildə ifadə edilə bilməsi gərəkdiyini bildirmişdir. 
Göründüyü kimi, tolerantlıq məfhumunun Avropada orta-
ya çıxmasının səbəbi protestantlığın yaranması ilə birlikdə baş 
verən məzhəb müharibələridir. Məzhəblər arasında baş verən 
müharibədən sonra “Vestfaliya” sülhü (1648) imzalanmış  və 
savaşın səbəb olduğu fəlakətin fərqinə varan Qərb tolerantlıq 
fikrini mənimsəməyə başlamışdır.
Tolerantlıq məfhumu ilk dəfə Avstriya imperatoru II Josep 
tərəfindən “Tolerens patent” (tolerant bəratı) adlı  fərmanla 
hü quqi  qüvvəyə minmişdir. Beləliklə, yəhudilər geyim, təhsil 
məhdudiyyətləri ilə gettolarda yaşamaq məcburiyyətindən 
qur tulmuşlar.
Yuxarıda qeyd etdiyimiz kimi, tolerantlıq məfhumu XV 
əsrdə ortaya çıxsa da, bu haqda tam dolğun fikirlər yalnız II mi-
nilliyin sonunda formalaşmağa başladı. 1948-ci ildə “İnsan Hü-
quqlarına dair Ümumi Bəyannamə”nin qəbulu bu məfhumu 
daha geniş müstəviyə yaydı. Bu bəyannamədə göstərilirdi ki, 
“İnsan ailəsinin bütün üzvlərinə  məxsus ləyaqətin etirafı  və 
onların bərabər, ayrılmaz hüquqları azadlıq,  ədalət və ümu-
1
 
  Bu haqda geniş məlumat üçün bax: Ölmez Atalay, Felsefi açıdan tolerans ve 
hoşgörü, s. 22-27.


Yüklə 79,54 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə