Azerbaycanda tolerantliq enenesi indd



Yüklə 79,54 Kb.
Pdf görüntüsü
səhifə16/41
tarix08.03.2018
ölçüsü79,54 Kb.
#30985
1   ...   12   13   14   15   16   17   18   19   ...   41

55
Azərbaycanda tolerantlıq ənənəsi
mi dünyanın əsasını təşkil edir. İnsan hüquqlarına qarşı etina-
sızlıq və nifrət insanın vicdanını hiddətləndirən vəhşi aktlara 
gətirib çıxarır”.
1
Müasir cəmiyyətlərin problemlərinə bağlı olaraq yarana-
raq formalaşan və yeni istifadə edilməyə başlayan dini tole-
rantlıq məfhumu fərdlərin öz inanc və ibadətləri ilə birlikdə 
yer üzündə fərqli düşünən, inanan və yaşayan başqa insanla-
rın da varlığını qəbul edərək onların bu fərqliliklərinə dözüm 
göstərməsi lazım gəldiyini bilməsi mənasına gəlir.
Fərdlərin həm öz din qardaşlarına, həm də başqa din 
mənsublarına qarşı dözüm göstərə biləcək yetişkənliyə çat-
ması önəmlidir. Çünki müasir dövrün sürətlə dəyişən şərtləri 
nəticəsində cəmiyyətdə hər kəsin tək bir din, ya da dini düşüncə 
ətrafında birləşməsi imkansızdır. Dözümsüzlük səbəbindən 
dinin inanc fərqliliyinin qarşıdurmaya yol açdığı bilinir.
2
 
  Azərbaycanda İslamın yayılması və digər 
dinlərə qarşı münasibət
 Tarixi Azərbaycan torpaqlarında İslamdan öncə ayrı-ayrı 
dövrlərdə müxtəlif dinlər və inanc sistemləri mövcud olmuş-
dur. İslam fütuhatından hələ çox-çox əvvəl bu ərazidə yaşayan 
bəzi tayfalar ata-babaları kimi bütlərə sitayiş edirdilər. Onlar 
ağaclara, daşlara, özlərinin yonub hazırladıqları  sənəmlərə 
səcdə edir, hətta Günəşlə Ayı da ilahiləşdirirdilər. 
Bu bölgədə o dövrlərdə yayılan bir başqa din isə Zərdüştilik 
idi. Bu dini təlim təqribən 3500 il bundan əvvəl yaşamış Zərdüştün 
adı ilə bağlıdır. Mənbələrdə qeyd olunduğuna görə, Zərdüştün 
atası azərbaycanlı, anası isə Reydən idi. Otuz yaşında insanları 
1
 
  Hökümə Abbasova, Azərbaycan dövləti, xüsusilə Qərbdə formalaşan dinlərarası 
dialoq təcrübəsindən istifadə edir, http://www.paritet.az/olke/2766.html
2
 
  Hüseyin Yılmaz, “Hz. Peygamber›in eğitiminde bir ilke olarak hoşgörü”, Cum-
huriyet Üniversitesi İlahiyat fakültesi dergisi, Cilt: VIII / 1, HAZİRAN-2004, 
SİVAS, s. 113.


56
Allahın dininə çağıran Zərdüştün dini təliminə görə, dünyanın 
təməli bir-birinə zidd iki başlanğıc üzərinə qurulmuşdur. 
Yenə tarixi Azərbaycan torpaqlarında yayılmış dini təlim-
lərdən biri də Manilik idi. Xristianlıq və Zərdüştiliyə müxalif 
təlim olan Manilik 216 (və ya 217)-276-cı illərdə yaşamış Mani 
ilə bağlıdır. Var-dövlət, şan-şöhrət düşkünlüyünü pisləyən ma-
nilər xalqı nikaha girməməyə, zahidliyə, tərki-dünyalığa ça ğı-
rırdılar.
1
İslamdan  əvvəl Azərbaycanda mövcud olmuş dinlərdən 
biri də  Yəhudilikdir. Tədqiqatçılara görə, Azərbaycan yəhu-
di ləri Assuri padşahları tərəfindən əsir edilmiş, əvvəl Assuri-
ya da, daha sonra Midiyada məskunlaşdırılmış qədim yəhu di-
lərin övladlarındandırlar. Assuri hökmranlığının süqutundan 
sonra Salmanasar şahın zamanında yəhudilər indiki Azər-
bay cana,  Gürcüstana  və Dağıstana köçmüşlər. Azərbay canda 
yəhudi diasporunun təşəkkülünün  Əhəmənilər dövrü ilə 
əlaqələndirilməsi barədə də fikirlər vardır.
2
İslamın meydana gəlməsi ərəfəsində Azərbaycan torpaqla-
rında xristianların mövqeyi çox güclü idilər. Alban kilsəsi Xris-
tian dünyasının ən qədim kilsələrdəndir.
3
VII əsrin əvvəllərində Ərəbistanda yaranan İslam dini qısa 
müddətdə sürətlə yarımadanın xaricinə  çıxmış, 639-cu ildə 
ikinci xəlifə Ömər ibn Xəttabın dövründə Xilafət ordusunun 
Azərbaycana gəlməsi və Azərbaycan hökmdarı İsfəndiyar ibn 
Fərruxzadın məğlub olub sülh müqaviləsi bağlaması ilə bu 
bölgədə yayılmağa başlamışdır. Osman ibn Əffanın dövründə 
başda  Ərdəbil olmaqla Azərbaycanın müxtəlif bölgələrinə 
ordu yerləşdirilmişdir.  Əli ibn Əbu Talibin xilafəti dövründə 
(656-661) isə Azərbaycanın fəthi prosesi tamamlanmışdır.
1
 
 Allahşükür Paşazadə, Qafqazda İslam, Bakı, Azərnəşr, 1991, s. 35-42.
2
  
Kərim Şükürov, Yəhudi diasporu: yaranma tarixi və xüsusiyyəti, http://www.
publika.az/index.php?action=static_detail&static_id=19678
3
 
 Paşazadə, Qafqazda İslam, s. 40.


57
Azərbaycanda tolerantlıq ənənəsi
Tədqiqatçılar Azərbaycanda islamlaşmanın mərhələli 
şəkildə baş verdiyi fikrindədirlər. Onlara görə;
I mərhələ VII əsrin ortalarından VIII əsrin əvvəllərinədək 
davam edən  İslam fütuhatları dövrüdür. Bu mərhələ 705-ci 
ildə Alban dövlətinin süqutu və Alban kilsəsinin müstəqilliyini 
itirməsi ilə  nəticələnir. Bu prosesin nəticəsində  İslam 
Azərbaycanda hakim dinə çevrilmişdir.
II mərhələ isə VIII əsrin  əvvəllərindən Qərbi  İranda və 
İraqda Buveyhilərin hakimiyyətə  gəlməsinə  qədərki dövrü 
əhatə edir. Azərbaycan ərazisində Şirvanşahlar, Məzyədilər və 
Səccadilər dövlətləri qurulmuşdur. Bütpərəstlik, Zərdüştilik 
əhəmiyyətini itirmiş, Yəhudilik  əvvəlki kimi mövcudluğunu 
qorumuş, Alban kilsəsi isə müstəqilliyini bərpa etsə də, ancaq 
nüfuzu zəifləmişdir.
III mərhələ Büveyhilərin hakimiyyəti dövrünü (935-1055) 
əhatə edir. Bu dövrdə mötədil  şiəlik Azərbaycanda yayılma-
ğa başlamış  və  Dərbəndədək uzanmışdır. Hənəfilik və  şiəlik 
önəmli məzhəblər olmuşdur. 
IV mərhələ isə  Səlcuqlar dövrü (XI əsrin ortaları-XIII 
əsrin ortaları) ilə əlaqədardır. Bu mərhələdə sünnilik bölgədə 
güclənmiş,  şiəliyin mövqeləri zəifləmişdir.  Şafiilik aparıcı 
məzhəb olmuşdur. Bu dövrdə Azərbaycan Atabəyləri və  Şir-
vanşahlar İslamı xristianların təzyiqindən qoruya bilmişdilər.
V mərhələ monqol istilaları dövrünü (XIII əsrin I yarısı - 
XV əsrin II yarısı) əhatə edir. Bu dövrdə sufilik geniş yayılmış, 
hürufilik güclənmişdir.
VI mərhələ Səfəvilərin (1501-1786) və XVI əsrdən etibarən 
Osmanlıların (1281-1924) hakimiyyəti dövrü ilə bağlıdır. 
Səfəvilər şiəliyi təbliğ edir və başlarına 12 şiə imamının şərəfinə 
12 qırmızı zolaqlı əmmamə bağlayırdılar. Buna görə də onlar 
“qızılbaşlar” adlanırdılar. 
Azərbaycanın Rusiya imperiyasına ilhaq edilməsindən 
sonrakı dövr də ölkənin islamlaşmasının yeni mərhələsi kimi 


Yüklə 79,54 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə