Azerbaycanda tolerantliq enenesi indd



Yüklə 79,54 Kb.
Pdf görüntüsü
səhifə18/41
tarix08.03.2018
ölçüsü79,54 Kb.
#30985
1   ...   14   15   16   17   18   19   20   21   ...   41

62
Xülasə olaraq deyə bilərik ki, kənddə çox az sayda radi-
kal düşüncəli dindara rast gəlinsə də, ümumilikdə kənd əhalisi 
ənənəvi din anlayışına sadiqdir və  fərqli düşünən insanlarla 
eyni cəmiyyəti paylaşmaqda heç bir problem görmürlər.
Tanış olmaq və fikrilərini öyrənmək üçün baş çəkdiyimiz 
ikinci kənd isə əhalisinin demək olar ki, tamamı şiələrdən iba-
rət  Ərçivan kəndidir. 12000-dən çox əhalisi olan bu kəndin 
sakinləri də Siyakü kimi qonşu sünnilərə qarşı tolerantdır-
lar. Sünniləri özlərindən ayrı görmədiklərini qeyd edən kənd 
sakinləri onlarla nikah vasitəsilə qohumluq əlaqəsini müsbət 
qarşılayırlar. Ümumiyyətlə,  Ərçivanın  əhalisinin də qonşu 
kəndlərdəki sünnilərə qarşı münasibəti son dərəcə istidir.
Ərçivan kəndi Məhəmməd Hənəfiyyə  məscidinin axun-
dunun qeyd etdiyinə görə, adı keçən məscidi həm sünnilər, 
həm də şiələr ziyarət edir, qurbanlar kəsərək nəzir paylayırlar. 
Ən son olaraq ziyarət etdiyimiz kənd  əhalisinin yarısının 
şiə, yarısının isə sünni olduğu Pensər kəndidir.
Astara rayonunun Pensər kəndini sadəcə Azərbaycanda 
deyil, həmçinin dünyada analoqu olmayan bir tolerantlıq nü-
munəsi olaraq görmək mümkündür. Uzun əsrlərdir eyni kəndi 
və hətta eyni məhəlləni paylaşan iki məzhəb mənsubları bura-
da sülh və əmin-amanlıq şəraitində yaşamış və yaşamağa da-
vam edirlər.
 1
Hər  şeydən  əvvəl onu qeyd edək ki, Pensər kəndində iki 
məscid fəaliyyət göstərir. Hacı Teymur Cümə  məscidi sün-
nilərin, Pensər kənd Cümə məscidi isə şiələrin ibadət yeri kimi 
tanınır və aralarında məsafə çox azdır. Lakin hər iki məscidin 
rəhbərliyi “sünni məscidi, şiə məscidi” kimi ifadələrdən nara-
hatlığını bildirir, “Bizim kəndimiz böyük olduğundan əhalinin 
ehtiyacına görə iki məscidimiz vardır”  şəklində açıqlama 
verirlər. Məhərrəmlikdə mərasimlər hər iki məsciddə - kişilər 
1
 
  Pensər kəndinə qonşu olan Telman kəndində də vəziyyət eyni şəkildədir. Bu 
kəndin əhalisinin 60%-ni şiə, 40 %-ni isə sünnilər təşkil edir. 


63
Azərbaycanda tolerantlıq ənənəsi
Hacı Teymur Cümə  məscidində, qadınların isə Pensər kənd 
Cümə məscidində keçirirlər. 
Digər tərəfdən vəfat edən sünninin yas məclisində top-
laşan qadınların  şiə kimi mərsiyə  və rozə oxumaları da bu 
kəndə  məxsus bir fərqlilikdir. Halbuki yuxarıda adını qeyd 
etdiyimiz və  əhalisinin demək olar ki, tamamı sünnilər olan 
Siyakü kəndində bunu görmək mümkün deyildir. Doğrudur, 
Siyaküdə tasua və aşura günlərində ehsan süfrələri açılır, lakin 
Pensərin sünni əhalisi kimi olmadıqları açıqdır. 
Pensər kəndində diqqəti çəkən məqamlardan biri də qo-
humluq əlaqələridir. İstər Ərçivan, istərsə də Siyakü kəndində 
də qız alıb vermə faktı ilə qarşılaşırıq. Lakin Pensərdə bu vəziy-
yə tin adi hal aldığı açıq  şəkildə görünür. “Şiə  və sünnilərin 
bir-birinə  qız verib vermədiyi” sualı qarşısında aldığımız ca-
vab bölgənin gələcəyi haqda son dərəcə ümidvericidir. Belə ki, 
kəndin hər iki məzhəbinə mənsub qabaqcıl və dindar insanları 
bizə bu məsələdə tərəddüd etmədiklərini bildirdilər.
“Evləndikdən sonra qadınlar məzhəbini dəyişdirməsi 
üçün məcbur edilirmi?” sualına aldığımız “Bu məsələdə heç 
bir məcburiyyət ola bilməz, istəyən  ərinin məzhəbini qəbul 
edər, istəməyən öz məzhəbində qalar” şəklindəki cavab din 
adı na sevindirici haldır. Belə ki, iradə sahibi bir insanı  hər 
hansı inancı qəbul etməyə məcbur etmək, yuxarıda qeyd etdi-
yimiz kimi, İslamdakı tolerantlıq düşüncəsinə ziddir. Bunun 
fərqində olan və belə bir davranışın xalq arasında var olan 
qardaşlıq münasibətinə ciddi ziyan vura biləcəyini yaxşı bilən 
bölgə əhalisi bu məsələdə zorakılığın tərəfdarı deyil. Əslində, 
bu məsələdə sadəcə Pensər kəndinin  əhalisi deyil, yuxarıda 
adlarını çəkdiyimiz və əhalisi tamamilə sünni və ya şiələrdən 
ibarət olan kəndlərin əhalisi də eyni düşüncədədir. 
Pensər kəndində yaşadılan daha bir ənənə  də tolerantlı-
ğa gözəl nümunədir. Məlum olduğu kimi, şiələr əksər hallar-
da gündə üç, sünnilər isə beş dəfə azan verirlər. Bu vəziyyəti 


64
diqqətə alan Hacı Teymur məscidinin rəhbərliyi  şiələrin ver-
diyi üç vaxtın xaricində (əsr və xüftən namazları vaxtında) azan 
verərək həm azanı beşə tamamlayır, həm də cəmiyyətdəki tole-
rantlığın daha da möhkəmlənməsinə xidmət edir.
Bir vaxtlar kəndə mövcud olan, lakin son zamanlarda tərk 
edilən bir başqa ənənə isə cümə namazının növbə ilə qılınma-
sıdır. Hacı Teymur Cümə məscidinin imamının qeyd etdiyinə 
görə, uzun müddət kənddə cümə namazı növbə ilə, yəni bir 
həftə Pensər kənd Cümə məscidində, növbəti həftə isə Hacı Tey-
mur Cümə məscidində qılmışdır və bu ənənə hər iki məzhəb 
nümayəndələri arasında dostluq və qardaşlıq münasibətlərinin 
daha da möhkəmlənməsinə xidmət göstərmişdir.
Burada bir məqamı da qeyd etmək istəyirik ki, bölgə əhalisi 
əsrlərdən bəri olan dostluq və qardaşlıq münasibətlərindən 
məmnundurlar və bunun nəinki aradan qalxmasını, əksinə daha 
da möhkəmlənməsini arzulayırlar. Bu səbəblə son dövr lər də bü-
tün Azərbaycanda olduğu kimi, bölgədə  də  bəzi kiçik radikal 
ünsürlərin ortaya çıxması mövcud tolerant mühit üçün təhlükəli 
olaraq görülür. İstər sünni, istərsə də şiələr bu cür cərəyanların 
bölgədə yayılmasından narahatdırlar və əsrlərdir bölgə insanı-
nın yaşatdığı qardaşlıq mühitinə zərbə vuracağından qorxurlar.
 Cənub bölgəsində mövcud tolerantlığın 
əsas səbəbləri
Yuxarıda qeyd etdiyimiz kimi, əhalisi istər sünni, istər 
şiə, istərsə  də qarışıq olsun, Azərbaycanın cənub bölgəsində 
həqiqi mənada tolerantlıq mövcuddur. İnsanların bir- birləri 
ilə münasibətdə əsla məzhəb məsələsini gündəmə gətirmədiyi, 
ortaq dəyərlərə sahib olaraq hərəkət etdiyi açıq şəkildə görülür. 
Dünyaya nümunə ola biləcək bu davranışın nəinki tolerantlıq, 
hətta vəhdətə doğru bir addım kimi dəyərləndirsək, yanılma-
rıq. Dövrümüzdə bu cür münasibətə möhtac olduğumuzu 


Yüklə 79,54 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə