Azerbaycanda tolerantliq enenesi indd



Yüklə 79,54 Kb.
Pdf görüntüsü
səhifə19/41
tarix08.03.2018
ölçüsü79,54 Kb.
#30985
1   ...   15   16   17   18   19   20   21   22   ...   41

65
Azərbaycanda tolerantlıq ənənəsi
diqqətə aldığımızda bölgə insanın necə böyük işin öhdəsindən 
gəldiyini açıq görə bilərik.
Bu halda belə bir sual meydana gəlir. Cənub bölgəsinin in-
sanları bunu necə bacardılar? Bu bölgədə mövcud tolerantlığın 
əsas səbəblərin nələrdir?
Fikrimzicə, bunun bir neçə səbəbi səbəbi vardır:
1) İslam dini
Azərbaycanın cənub zonasındakı tolerantlığın  ən önəmli 
səbəbi  İslam dininin özüdür. Tərəfdarlarına mötədil olma-
ğı tövsiyə edən  İslam və onun Peyğəmbəri fərqli düşüncə 
sahiblərinin birlikdə yaşaya bilmə nümunəsini də göstərmişdir.
Qurani-Kərimdə “Allah yanında (haqq olan) din, əlbəttə, 
İslamdır” (Ali-İmran, 19) və “Kim İslamdan başqa bir din ar-
dınca gedərsə, (o din) heç vaxt ondan qəbul olunmaz və o şəxs 
axirətdə  zərər çəkənlərdən olar!” (Ali-  İmran, 85) ayələrində 
doğru dinin İslam olduğu bildirilirkən,  “Dində  məcburiyyət 
(zorakılıq) yoxdur. Artıq doğruluq (iman) azğınlıqdan 
(küfrdən) ayırd edildi. Hər kəs Tağutu inkar edib Allaha 
iman gətirsə, o, artıq qopmayan ən sağlam bir ipdən yapış-
mış olur. Allah hər  şeyi eşidəndir, biləndir”  (Bəqərə, 256) 
ayəsi ilə insanları hər hansı bir inancı qəbul etmək məsələsində 
məcburiyyətin doğru olmadığını deyərək, eyni cəmiyyətdə 
fərqli düşüncələrin mövcud ola biləcəyini göstərməkdir.
Yenə,  “Əgər Rəbbin istəsəydi yer üzündə olanların ha-
mısı iman gətirərdi. İnsanları iman gətirməyə sənmi məcbur 
edəcəksən?!” (Yunis, 99) ayəsi ilə Həzrət Peyğəmbəri belə bir 
şeyi etməmə xüsusunda xəbərdar edir.
Bir tərəfdən yuxarıda qeyd etdiyimiz ayələrlə Allah eyni 
cəmiyyətdə  fərqli düşüncələrin olacağını bildirməkdə, digər 
tərəfdən isə  “(Ya Rəsulum!) Söylə: “Ey kitab əhli, sizinlə bi-
zim aramızda eyni olan (fərqi olmayan) bir kəlməyə  tərəf 
gəlin! ( O kəlmə budur: ) “Allahdan başqasına ibadət etməyək. 


66
Ona şərik qoşmayaq və Allahı qoyub bir-birimizi (özümüzə) 
Rəbb qəbul etməyək!” Əgər onlar yenə də üz döndərərlərsə, 
o zaman (onlara) deyin: “İndi  şahid olun ki, biz, həqiqətən, 
müsəlmanlarıq (Allaha təslim olanlarıq)!” (Ali-İmran, 64) ayəsi 
ilə Əhli-kitabı haqqa dəvət edərək, eyni zamanda müsəlmanları 
nəinki fərqli din, məzhəb düşüncə sahiblərilə olanlarla birlikdə 
yaşaya bilməyin mümkünlüyünü vurğulayır.
İslamda tolerantlığın mövcudluğuna dair başqa bir dəlil 
Həzrət Peyğəmbərin davranışlarıdır. Həzrət Məhəmmədin 
Mə  dinəyə hicrətindən sonra Mədinə Konstitusiyasının (mi-
saq) bağlanması, burada yaşayan yəhudilərə ümmətin üzvləri 
kimi münasibət göstərilməsi yüksək dözümlülük təzahürüdür. 
İslamaqədərki peyğəmbərlərə və kitablara iman gətirilməsinin 
zəruriliyi, əvvəlki dinlərin də qibləsinin tanınması, qeyri-mü-
səl manlarla  hikmət və gözəl moizə ilə söhbət aparılması barədə 
Quran hökmlərindən savayı, Peyğəmbərin xəstə  yəhudiyə 
baş çəkməsi, yəhudinin yanında girov qoyub borc götürməsi, 
yəhudinin cənazəsi qarşısında ayağa qalxması İslamda dözüm-
lülük ənənələrinin ən gözəl nümunələrindəndir.
Yenə Həzrət Peyğəmbərin Nəcrandan gələn xristianlardan 
ibarət heyəti qəbul edərkən müsəlmanlardan bəzilərinin eti-
raz larına baxmayaraq, onların məscidə daxil olmasına və ora-
da ibadətlərini yerinə yetirməsinə icazə verməsi gözəl dözüm-
lülük örnəyidir.
Həzrət Peyğəmbər tərəfindən  əsası qoyulan tolerantlıq 
ənənəsi sonrakı dövrlərdə də davam etmişdir. Fəthtlər döv rün-
də müsəlmanlar qeyri-müsəlmanlara qarşı tolerant davranmış-
dır. Xilafət ərazisində çoxlu sayda qeyri-müsəlmanın yaşaması 
bu tolerantlığın nəticəsi olaraq görülməlidir.
1
1
 
  Bu haqda bax: Şünasi Məmmədyarov, ‘İslam dövlətçiliyi tarixində dözümlü-
lük ənənələri’, İslamda Dözümlülük, Beynəlxalq elmi-nəzəri konfransın mate-
rialları, Bakı, 2006, s. 25-26; Məmmədəli Babaşlı, “Müasir dünya və islamın dö-
zümlülük anlayışı”, İslamda Dözümlülük, Beynəlxalq elmi-nəzəri konfransın 
materialları, Bakı, 2006, s. 30-35.


67
Azərbaycanda tolerantlıq ənənəsi
Yuxarıda qeyd etdiyimiz kimi, İslamdakı tolerantlıq  ənə-
nəsi  fikrimizcə, Azərbaycanın cənub bölgəsindəki dini to-
lerantlığın  ən önəmli səbəbidir. Apardığımız müşahidə  və 
söhbətlərdən də bunu açıq şəkildə görə bildik. Belə ki, hər iki 
mənsublarının vurğuladığı “Eyni Allaha, eyni Peyğəmbərə və 
eyni Kitaba inanırıq” ifadəsi bölgədəki tolerantlığın  əsasını 
meydana gətirməkdədir. O halda deyə bilərik ki, bölgədəki 
qardaşlıq münasibətinin təməlində din, yəni İslam dayanır. 
2) Əhli-beyt sevgisi
Fikrimizcə, bölgədəki qardaşlıq münasibətlərinin bir başqa 
səbəbi Əhli-beyt sevgisidir. 
Məlum olduğu kimi, Həzrət Peyğəmbər  Əhli-beytini Qu-
ran ilə birlikdə öz ümmətinə iki ağır  əmanət olaraq qoyub 
get mişdir. Həzrət Peyğəmbəri görmədən ona iman gəti rən 
Azərbaycan xalqı onun əmanətinə sahib çıxmış, istər  Əmə vi-
lər, istər Abbasilər, istərsə də digər dövrlərdə işgəncə, tə qib  və 
təzyiqlərə məruz qalan Əhli-beyt mənsublarına və tərəf dar la-
rı na qucaq açmışdır.
Əhli-beyt sevgisini qəlbində daşıyan xalqımız onların mə-
zar larını ziyarətgaha çevirmiş, onların xatirinə Allahdan yar-
dım istəmiş və axirətdə şəfaətini Uca Yaradandan diləmişdir.
V  İmam Məhəmməd  əl-Baqirin oğlu Mövlana İbrahimin 
Gəncədə, VII İmam Museyi-Kazımın qızı  Həkimə xanımın 
Bibiheybətdə, yenə İmam Kazımın bir başqa qızı Rəhimə xanı-
mın Nardaranda dəfn edilməsi xalqımızın Əhli-beyt sevgisinə 
olan parlaq təzahürüdür.
Əhli-beyt sevgisi Azərbaycan xalqının həyatının demək 
olar ki, hər sahəsinə sirayət etmişdir.
1
Bütün Azərbaycan müsəlmanları kimi, cənub insanının 
da qəlbində Əhli-beyt sevgisi özünə dərin yer tutmuşdur. Bu 
1
 
  Bu haqda bax: Aslan Həbibov, “Əli və Nino romanında Əhli-beyt”, Azərbaycan 
və Əhli-beyt irsi, Bakı, 2013, s. 286-302.


Yüklə 79,54 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə