Azerbaycanda tolerantliq enenesi indd



Yüklə 79,54 Kb.
Pdf görüntüsü
səhifə21/41
tarix08.03.2018
ölçüsü79,54 Kb.
#30985
1   ...   17   18   19   20   21   22   23   24   ...   41

71
Azərbaycanda tolerantlıq ənənəsi
Həzrət Peyğəmbərin ibadət həyatını xanımlarından soru-
şan bəzi səhabələrin ifrat düşüncəsinə  mənfi münasibət bil-
di rən Rəsulullahın  “Sizi xəbərdar edirəm! Allaha and olsun ki
mən sizin aranızda Allahdan ən çox qorxan və Ona ən çox hörmət 
bəsləyənəm. Lakin bəzən oruc tuturam, bəzən tutmuram. Gecələri 
həm namaz qılır, həm də yatıram. Qadınlarla da evlənirəm. Kim 
mənim sünnəmdən üz çevirsə, o şəxs məndən deyildir”
1
 şəklindəki 
xəbərdarlığı möminlər üçün önəmli meyardır.
Bütün bunlara rəğmən müsəlmanlar arasında ifratçılığa 
yol verənlər tarix boyu olmuş və dövrümüzdə də mövcuddur. 
Cənub bölgəsindəki nümunəvi tolerantlıq və qardaşlıq 
mühiti üçün ən böyük təhlükə ifratçılıqları ilə bilinən radi-
kal ünsürlərdir. Ölkəmizin hər yerində olduğu kimi, cənub 
bölgəsində  də son zamanlar radikal ünsürlər ortaya çıxmağa 
başlamışdır. Özlərindən başqa heç kəsi doğru yolda görməyən 
və hətta təkfir edən bu düşüncə mənsubları İslamın tövsiyə et-
diyi mötədillikdən uzaq ifratçılıqları ilə bölgə sakinlərini nara-
hat edirlər.
1
 
  Əbu Abdullah Məhəmməd ibn İsmail əl-Buxari, əs-Səhih, İstanbul, 1992, Ni-
kah 1; Əbul-Hüseyn Müslim ibn Həccac ən-Nişaburi, əs-Səhih, İstanbul, 1992, 
Nikah 5.


72
Nəticə
Azərbaycan tarix boyu müxtəlif dinlərə ev sahibliyi et-
mişdir. Son olaraq bu torpaqlar İslam ilə tanışmış, xalq heç bir 
zorakılıq olmadan könüllü şəkildə yeni dini qəbul etmişdir. 
İslamdan sonra belə, bölgədəki dinlər mövcudluğunu qoru-
muşdur.
Azərbaycan tarixinə  nəzər saldıqda bu torpaqlarda yaşa-
yan insanların başqalarına qarşı son dərəcə tolerant olduğunu 
görürük. Qeyri-müsəlmanlara, eləcə də onların ibadət ocaqla-
rına olan münasibət bunun ən gözəl örnəyidir.
Tarixən xalqımız tolerantlığı ilə dünyada məşhurdur. Bu 
ölkədə  hər kəs istədiyi dini seçməkdə  və  həmin dinə uyğun 
ibadət etməkdə sərbəstdir. Heç kəs seçiminə görə təzyiqlə qar-
şılaşmır.
Bütün Azərbaycanda olduğu kimi, cənub bölgəsində də dini 
tolerantlıq yüksək səviyyədədir. İstər başqa din mənsublarına, 
istərsə  də  İslamın fərqli məzhəb nümayəndələrinə qarşı 
bəslənən tolerant münasibət əslində dünya üçün bir nümunədir.
Eyni rayon, eyni kənd və hətta eyni məhəllədə birlikdə ya-
şayan cənub əhalisi aralarındakı əqidə fərqliliyini heç vaxt ix-
tilaf səbəbi olaraq görmür, əksinə ortaq məqamlardan istifadə 
edərək birlikdə yaşamağın yollarını tapmağa çalışır. 
Lakin son zamanlarda ortaya çıxan radikal ünsürlər bölgə 
əhalisi arasındakı nümunəvi tolerantlıq üçün təhlükə mənbəyi 
kimi görülə bilər. Ancaq bölgə  əhalisinin vəziyyətin fərqində 
olması mövcud tolerantlığın davam edəcəyinə dair ümidimizi 
artırmaqdadır. 


73
Azərbaycanda tolerantlıq ənənəsi
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT 
1. Abbasova, Hökume, Tolerantlıq demokratik cəmiyyətin 
əsas elementi kimi, http://mim.ucoz.org/publ/16-1-0-28
2. Abbasova, Hökümə, Azərbaycan dövləti, xüsusilə Qərbdə 
formalaşan dinlərarası dialoq təcrübəsindən istifadə edir, 
http://www.paritet.az/olke/2766.html
3. Aslan, Ömər, Hoşgörü ve tolerans kavramlarına etimolojik 
açıdan analitik bir yaklaşım, s. 12, http://eskidergi.cumhuri-
yet.edu.tr/makale/325.pdf
4. Babaşlı, Məmmədəli, “Müasir dünya və islamın dözümlü-
lük anlayışı”, İslamda Dözümlülük, Beynəlxalq elmi-nəzəri 
konfransın materialları, Bakı, 2006.
5. Buxari, Əbu Abdullah Məhəmməd ibn İsmail, əs-Səhih, İs-
tanbul, 1992.
6. Crantston, Maurice “Toleration” The Encyclopedia of Philo-
sophy, Vol.8 ed. Paul Edwards, New York, Macmillan 1967.
7. Həbibov, Aslan Həbibov, “Əli və Nino romanında Əhli-
beyt”, Azərbaycan və Əhli-beyt irsi, Bakı, 2013.
8.  İsmayılov, M. Ə., S. A. Məmmədov, “Şimali Azərbaycanın 
Çar Rusiyası  tərəfindən işğalı”, Azərbaycan Tarixi, 
(Z.M.Bünyadov və Y.B. Yusifovun redaktəsi ilə), s. 577-579.
9. Quliyev, Samid, Şeyx Zahid, Haqqın Nuru qəzeti, 11-17 və s. 
18-24 aprel 2014. 
10. Lalande, Andre, Vocabularie Technique et Critique de la 
Philosopic, Paris, 1980, s. 1133.
11. Məmmədov,  İsmail, Azərbaycan tarixi, Bakı, Adiloğlu 
nəşriyyatı, 2005
12. Məmmədyarov, Şünasi Məmmədyarov, ‘İslam dövlətçiliyi 
tarixində dözümlülük ənənələri’,  İslamda Dözümlülük, 
Beynəlxalq elmi-nəzəri konfransın materialları, Bakı, 2006.


74
13. Müslim, Əbul-Hüseyn ibn Həccac  ən-Nişaburi,  əs-Səhih, 
İstanbul, 1992.
14. Paşazadə, Allahşükür, Qafqazda İslam, Bakı, Azərnəşr, 
1991, s. 35-42.
15. Saraç, Tahsin, Büyük Fransızca-Türkçe Sözlük, “Tolérance”md., 
İstanbul 1985.
16. Şükürov, Kərim, Yəhudi diasporu: yaranma tarixi və  xü su-
siyyəti, http://www.publika.az/index.
      php?action=static_detail&static_id=19678
17. Yılmaz, Hüseyin, “Hz. Peygamber›in eğitiminde bir ilke 
olarak hoşgörü”, Cumhuriyet Üniversitesi İlahiyat Fakül-
tesi Dergisi, Cilt: VIII / 1, Hazəran 2004, Sivas.
18. http://az.wikipedia.org/wiki/Kalinovka
19. http://az.wikipedia.org/wiki/
G%C3%B6yt%C9%99p%C9%99
20. http://www.azerbaijans.com/content_500_az.html


AZƏRBAYCANDA 
BƏHAİLİYİN TARİXİ 
VƏ BU GÜNÜ


76
Elməddin ABDULLAYEV
1
Giriş
Bəhailik XIX əsirin ikinci yarısında yaranmış dini cərə-
yandır. Bəzi tədqiqatçılar bəhailiyi müstəqil və dünyəvi din 
olaraq qəbul etsə  də,  əksər araşdırmaçılara görə, bu cərəyan 
müstəqil din deyil, İslam məzhəblərindən biridir. Mənsubları 
tərəfindən sonuncu din kimi qəbul edilən bəhailik bu gün dün-
yanın 234 ölkəsində yaşayan 2100-ə qədər millət, xalq və etnik 
qrupu əhatə edən altı milyondan çox insanı özündə birləşdirir.
2
Bəhailiyin tarixini öyrənmək üçün şiə məzhəbi içində ya-
ranmış sufi hərəkatı olan şeyxilik və daha sonra bu hərəkatdan 
ayrılmış babiliyi araşdırmaq lazımdır. 
Şeyxiyyə  hərəkatı  Şeyx  Əhməd  Əhsai (v.1241/1826) tərə-
fin dən qurulmuşdur. Əhsai Bəhreynin Əhsa şəhərində doğul-
muş və boya-başa çatmışdır. O, qırx yaşında ikən Kərbəla və 
Nəcəfə gələrək burada məşhur şiə alimlərindən olan Ağa Baqir 
Behbəhani, Seyid Mehdi Bəhrul-Ulum, Şeyx Cəfər Kaşiful-Ği-
tadan dərs almış, fiqh, üsul və hədis elmləri ilə yanaşı, tibb, ast-
ronomiya, riyaziyyat və s. dəqiq elmlərə də yiyələnmişdir. Şeyx 
Əhməd Əhsai 1221-ci ildə İrana gələrək öz görüşlərini burada 
yaymağa başlamışdır.
3
  Əhsaiyə görə, on ikinci imam Mehdi 
birinci qeybə çəkilmə dövründə (qeybəti-suğra) xüsusi naiblər 
vasitəsi ilə xalqla irtibatda olmuşdur. İkinci qeybə çəkilmə döv-
ründə (qeybəti-kubrada) isə onun xüsusi naibləri olmamışdır, 
lakin hər zaman imamla birbaşa təmasda olan insanlar olmuş 
1
 
 Uludağ Universitetinin doktorantı (Bursa/Türkiyə).
2
  
Azər Cəfərov, Bəhai dini Azərbaycanda, Bakı, Təhsil, 2004, s. 4. Qeyd edək 
ki, müxtəlif mənbələrdə  bəhailərin sayı ilə  əlaqədar 2-8 milyon arası  fərqli 
rəqəmlər səsləndirilir.
3
 
  Mehmet Demirci, “əl-Ahsai”, TDV (Türkiye Diyanet Vakfı İslam Ansiklopedi-
si), İstanbul, 1989, c. 2, 177-178. 


Yüklə 79,54 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə