Azerbaycanda tolerantliq enenesi indd



Yüklə 79,54 Kb.
Pdf görüntüsü
səhifə22/41
tarix08.03.2018
ölçüsü79,54 Kb.
#30985
1   ...   18   19   20   21   22   23   24   25   ...   41

77
Azərbaycanda tolerantlıq ənənəsi
və xalq ilə imam arasında bağ rolunu oynamışdırlar. O, iddia 
edirdi ki, Həzrət Məhəmmədin həqiqət nuru özündən öncəki 
peyğəmbərlərdə qismən, özündə  və özündən sonra gələn on 
iki imamda isə tam şəkildə təcəlli etmişdir. Bu nur min il keç-
dik dən sonra təkrar bu dəfə Əhsainin özündə, daha sonra isə 
müridi Seyid Kazım Rəştidə (1843) ortaya çıxmışdır.
1
 
Əhsaiyə görə, həqiqət nurunun öncə Məhəmməd peyğəm-
bər də, sonra imamlarda, daha sonra isə özündə  və müridi 
Rəştidə təcəlli etməsi eyni varlığın fərqli formalarda təzahürü 
deməkdir. Bu həqiqət nuru isə Allahın öz varlığıdır. Çünki Al-
lah yalnız peyğəmbər və imamlar vasitəsi ilə dərk edilə bilər. 
İmamlar Allahın dərk edilməsi ilə bilinməyən gizli sirlərin idra-
kına açılan qapı (bab) rolunu oynayırlar. Başqa ifadə ilə desək, 
həqiqətin idrakı Allahın idrakı ilə mümkündür. Həqiqətin id-
rakı üçün imamlar xalq ilə Allah arasında vasitə rolu oynayır-
lar. İmamlardan sonra bu vəzifənin icrası “kamil şiə” sifətinə 
sahib Əhsai və Rəştinin üzərinə düşmüşdür.
2
Kazım Rəşti isə rəhbərliyi dövründə İmam Mehdinin zü-
hurunun yaxınlaşdığını iddia edərək özündən sonra canişin 
təyin etməmiş  və müridlərinə onu tapanadək boş durmayıb 
axtarmağı əmr etmişdir. O, tələbəsi Molla Hüseyn Buşruyəyə 
görüşlərini yaymağa göstəriş vermişdir. Rəşti öldükdən son-
ra Molla Hüseyn bu məqsədlə  Şiraza gələrək burada Kazım 
Rəştinin tələbələrindən Seyid Əli Məhəmmədlə görüşmüş-
dür. 1844-cü ilin oktyabr ayında baş vermiş bu görüş zama-
nı Seyid Əli Məhəmməd  İmam Zamanın zühurundan əvvəl 
onun müjdəçisi və xalqla onun arasında qapı (bab) rolu oy-
nayacaq  şəxs olduğunu elan etmiş  və Molla Hüseyndən ona 
beyət etməsini istəmişdir. Beləliklə, Rəştinin ölümündən son-
ra  şeyxlərin bir qismi Seyid Əli Məhəmmədi özlərinə  rəhbər 
1
  
Ethem Ruhi Fığlal – Ramazan Şimşek, Bahalik ve el-Kitabul-Akdes, Ankara 
Univerisitesi Mezhep Araştırmaları, Ankara - 2010, c. III, s. 9. 
2
 
Azər Cəfərov, Bəhai dini Azərbaycanda, Bakı, 2004, s. 12.


78
seçərək “babilər”, digər qismi isə “kamil şiə” anlayışı əsasında 
Kermanlı Hacı  Kərim Xanı özlərinə  rəhbər seçərək “şeyxlər” 
adlandırılmışdırlar.
1
Babiliyin qurucusu Seyid Əli Məhəmməd 20 oktyabr 1819-cu 
ildə Şirazda dünyaya gəlmişdir. Valideynlərini erkən yaşlarında 
itirən Seyid Əli Məhəmməd dayılarının himayəsində böyümüş-
dür. O, özünü bab elan etdiyi ilin payızında Məkkəyə gedərək 
orada (başqa bir görüşə görə Məsqət şəhərində) özünü zühuru 
gözlənilən Mehdi olduğunu bildirdi. Onun bu iddiası ilk olaraq 
18 yaxın dostu tərəfindən qəbul edildi və onlara əbcəd hesabı ilə 
“hurufatul-həyy” (8+10 = ﻲﺣ) deyildi.
2
 Seyid Əli Məhəmmədin bu 
iddiası daha sonralar onu qəbul edən lərlə etməyənlər arasında 
silahlı qarşıdurmalara səbəb oldu. Babın dəvətçiləri İranı başdan-
başa gəzərək İmam Mehdinin zühur etdiyi müjdəsini verməyə 
başladılar. Seyid Əli Məhəmməd Məkkədən  Şiraza qayıtdıq-
da isə  Məhəmməd  Şah Qacarın (1808-1848) ordusu tərəfindən 
tutularaq həbs edildi. Bu hadisə  gərginliyi daha da artırdı. Se-
yid  Əli Məhəmməd 1846-cı ildə  Şirazdakı  həbsxanadan qaça-
raq  İsfahana gəldi və  şəhər valisi tərəfindən yüksək səviyyədə 
qarşılandı. O, burada olarkən tərəfdarları ilə görüşlər keçirir 
və alimlərlə müzakirə  və mübahisələr aparır və öz missiyasını 
çatdırmağa çalışırdı. 1847-ci ildə  İsfahan valisi öldükdən sonra 
onun yerinə keçən yeni vali şaha sədaqət nümayişi olaraq Seyid 
Əli Məhəmmədi bir dəstə silahlı əsgərin nəzarəti altında Tehra-
na göndərdi. Keşnəyə çatdıqda Mirzə Cani Kaşani adlı bir tacir 
əsgərlərə rüşvət verərək Seyid Əli Məhəmmədi iki gün evində 
qonaq saxladı. Sonralar babiliyin təbliğatçılarından olan Mirzə 
Cani, eyni zamanda babilik hərəkatının ən dolğun tarixini qələmə 
aldı. “Noktatul-Kaf” adlanan bu kitab 1910-cu ildə Edvard Braun 
və Məhəmməd Qəzvini tərəfindən tədqiq olunaraq nəşr edildi.
3
 
1
 
 Ethem Fığlalı, “Bahailik”, TDV, Ankara, 1991, c, 4, s. 465.
2
 
 Ethem Fığlalı, “Bahailik”, TDV, Ankara, 1991, c, 4, s. 465. 
3
  
Ethem Ruhi Fığlal – Ramazan Şimşek, Bahalik ve el-Kitabul-Akdes, Ankara 
Univerisitesi Mezhep Araştırmaları, Ankara, 2010, c. III, s. 13. 


79
Azərbaycanda tolerantlıq ənənəsi
Babın tərəfdarları Tehranda onu qarşılamaq üçün səfərbər 
oldular. Onların arasında daha sonra bəhailiyi quracaq 
Bəhaullah ləqəbli Mirzə Hüseyn Əli Nuri də var idi. Babın Teh-
rana gəlməsinin təhlükəli olduğunu anlayan şah onun şəhərə 
girməsinə izin vermədi. Seyid Əli Məhəmməd  İranın ucqar 
qərb hissəsinə sürgün edildi. Bu sürgün üsyanın yatırılma-
sına səbəb olmadı,  əksinə onu daha da şiddətləndirdi. Xəzər 
dənizinin sahilində yerləşən Mazandaran şəhərində 300 silah-
lı Bab tərəfdarı ilə müsəlmanlar arasında  şiddətli qarşıdurma 
ya şandı  və çoxlu sayda insan tələf odu. Daha sonra babilər 
meşəyə sığınaraq burada 2000-dən çox Bab tərəfdarının toplan-
dığı qala tikdilər. Onların məqsədi hökuməti ələ keçirərək babi 
hakimiyyəti qurmaq və babiliyi bütün dünyaya yaymaq idi.
Şah üsyanı yatırtmaq məqsədi ilə qalaya ordu göndərdi. 
Babilər bir neçə ay şah ordusuna qarşı böyük cəsarətlə vu-
ruşdular. Nəhayət, qala mühasirəyə alındı və təslim olan 230 
nəfərdən başqa hamısı öldürüldü. 
Zəncanda da baş vermiş babi üsyanı şahın 30 minlik ordusu 
tərəfindən yatırıldı. Tehranda isə üsyan baş verməsinin öncədən 
qarşısını almaq məqsədilə hökumət buradakı  məşhur babi 
dəvətçiləri həbs etdi. Onlardan Babı inkar etmələri tələb olun-
du, əks-təqdirdə öldürüləcəkdilər. Dəvətçilərdən 31-i Seyid Əli 
Məhəmmədi inkar etsə də, yeddisi ona olan sədaqətindən geri 
addım atmadı və liderləri uğrunda canlarını qurban verdilər.
1
 
Seyid  Əli Məhəmməd tərəfdarlarına savaş  əmri verməsə 
də, ardıcılları ona Mehdi inancı ilə baxdıqları üçün onun uğ-
runda ölməyi özlərinə borc bilirdilər. Bu isə hökumətin Baba 
və babiliyə qarşı daha ciddi addımlar atmasına səbəb oldu. 
Beləliklə, Seyid Əli Məhəmmədin kafir olması haqqında fətva 
verildikdən sonra 28 iyul 1850-ci ildə güllələnərək edam edil-
di. Tərəfdarları Seyid Əli Məhəmmədin cəsədini Tehrana apa-
raraq orada torpağa basdırdılar. Daha sonra isə onun məzarı 
1
 
 Ethem Ruhi Fığlal, Ramazan Şimşek, eyni əsər, s. 16. 


Yüklə 79,54 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə