Azerbaycanda tolerantliq enenesi indd



Yüklə 79,54 Kb.
Pdf görüntüsü
səhifə23/41
tarix08.03.2018
ölçüsü79,54 Kb.
#30985
1   ...   19   20   21   22   23   24   25   26   ...   41

80
Bəhaullahın əmri ilə İsrailin Hayfa şəhəri yaxınlığındakı Ker-
mil dağına aparılaraq orada dəfn edildi. 
Öncə qeyd etdiyimiz kimi, özünü Həzrət Mehdinin müj-
də çisi, daha sonra isə Mehdi elan edən Seyid Əli Məhəm məd 
“əl-Bəyan” adlı əsərində “Allah öncə Məhəmmədi, daha son ra 
da məni göndərdi” deyərək peyğəmbərlik iddiası etmiş, “əl-
Bəyan” adlı əsəri vasitəsi ilə Qurani-Kərimin nəsx olundu ğu-
nu və beləliklə,  İslam  şəriətinin ləğv edilərək yerinə  “əl-Bə-
yan”dakı qanunların icra edilməsinin vacibliyini bildirmişdir. 
Bəhailiyin doğuşu
Seyid Əli Məhəmməd ölümündən əvvəl vəsiyyət yazaraq 
Mirzə  Yəhya Sübhi-Əzəli özündən sonra rəhbər təyin etdi. 
Mülayim təbiətə sahib Sübhi-Əzəl silahlı üsyanın dərhal da-
yandırılmasını  əmr etdi. Daha sonra ölkədə  səyahətə  çıxaraq 
babilik təlimlərini təbliğ etməyə başladı. Onun göstərişlərinə 
baxmayaraq 1852-ci ildə bir qrup babi Seyid Əli Məhəmmədin 
intiqamını almaq məqsədilə şahı öldürməyə təşəbbüs etdilər. 
Bu hadisədən sonra babilər şahın ciddi qəzəbinə tuş gəldilər. 
Hərəkatın liderləri yaxalanaraq Tehrana gətirildi və onlardan 
28-i qorxunc şəkildə öldürüldü. Onların arasında Mirzə Cani də 
var idi. Liderlərin ölüm əsnasında göstərdikləri cəsarət ölkədə 
böyük rəğbət qazandı. Hakimiyyət Sübhi-Əzəli də yaxalamağa 
çalışsa da, o, qaçaraq canını qurtardı və Bağdada yerləşdi. Ya-
xalananlar arasında Sübhi-Əzəlin ögey qardaşı Mirzə Hüseyn 
Əli Nuri (Bəhaullah) da var idi. O, dörd ay həbsdə qaldıqdan 
son ra  sərbəst buraxıldı və 1852-ci ilin sonlarında Bağdada ge-
də rək qardaşına qoşuldu. 
Sülhsevər, sakit təbiətli və liderlik qabiliyyəti zəif olan 
Sübhi-Əzəl işlərin idarəsini özündən daha qətiyyətli olan bö-
yük qardaşına həvalə etdi. Babiliyin aparıcı qüvvəsinə çev-
ri lən Bəhaullah Sübhi-Əzəldən 13 yaş böyük idi. O, babilik 


81
Azərbaycanda tolerantlıq ənənəsi
təlimində  dəyişiklik etməyə başladı, bu isə babilər tərəfindən 
xoş qarşılanmadı. Bunu görən Bəhaullah Bağdadı  tərk edərək 
Süleymaniyyə dağlarına çəkilərək iki il burada yaşadı. Qarda-
şının yerini müəyyənləşdirən Sübhi-Əzəl ona məktub yazaraq 
geri dönməsini əmr etdi. 1863-ci ilədək Bağdadda qalan bəhailər 
aktiv fəaliyyət göstərir və İraqdakı müqəddəs ocaqları ziyarətə 
gələn iranlıları öz hərəkatlarına qoşulmağa dəvət edirdilər.
Sübhi-Əzəl oğulları ilə birlikdə
Bu müddət  ərzində Sübhi-Əzəlin özünə katib təyin et-
diyi Dəyyan adlı  şəxs zühuru Bab tərəfindən müjdələnmiş 
“Mən yuzhiruhullah” (Allahın izhar edəcəyi  şəxs) olduğunu 
iddia etdi. İddiasından geri çəkilməyən Dəyyan digər babilər 
tərəfindən öldürüldü. 


82
Babilərin fəaliyyətindən narahat olan İran hakimiyyəti 
Osmanlılardan babilərin ekstradisiyasını  və ya İran sərhəd lə-
rin dən daha uzaq bir yerə sürgün edilməsini istədi. Bu tələbi 
məmnuniyyətlə qarşılayan türklər babiləri 1863-ci ilin yazında 
İstanbula, burada dörd ay qaldıqdan sonra isə Ədirnəyə sür-
gün etdilər. Onlar Ədirnədə beş il qaldılar.
Babilik və bəhailik haqqında geniş tədqiqatlar aparan Ed-
vard Braunun da işarə etdiyi kimi, bu dövrdə demək olar ki
bütün babilər sürgün həyatı yaşayırdılar.
1
 Belə bir şəraitdə 
hərəkatı idarə edə bilmək üçün daha güclü, daha qətiyyətli 
və daha iradəli liderə ehtiyac duyulurdu. Bu imtiyazlara sa-
hib olan Bəhaullah  Ədirnəyə  gəldikdən üç il sonra özünü 
Babın vəd etdiyi “Mən yuzhiruhullah” olduğunu bildir-
di və bütün bəhailəri itaət etməyə çağırdı. Sübhi-Əzəl onun 
dəvətini ölənədək qəbul etmədi. Bu səbəblə  bəhailər Sübhi-
Əzələ nifrət bəsləyirlər. Çünki bəhailərin iddiasına görə, Bab 
ona vəsiyyətində “Mən yuzhiruhullah əgər sənin sağ oldu-
ğun vaxtda zühur edərsə, ona iman et” demişdi. Sübhi-Əzəl 
isə bunu etmədi və ona verilmiş əmrə xəyanət etdi. Qeyd edək 
ki, Sübhi-Əzələ qarşı olan nifrəti Bakı bəhailəri ilə apardığımız 
söhbətlər zamanı açıq şəkildə hiss etdik. 
Bəhaullah sadəcə babiləri deyil, İran şahına, Osmanlı sul-
tanı Əbdüləzizə, Rus çarı II Aleksandra, Fransa imperatora III 
Napoleona, Papa IX Piusa, İngiltərə kraliçası Viktoriyaya və bir 
çox qonşu dövlətlərin başçılarına məktub yazaraq ona iman 
gətirməyə çağırdı. Bu çağırışdan qəzəblənən Sultan Əbdüləziz 
Sübhi-Əzəli və ona sadiq qalan azsaylı  tərəfdarını Kiprə, 
Bəhaullah Mirzə Hüseyn Əlini və  tərəfdarlarını isə Akka qa-
lasına heç kimlə görüşməmələri və başqa bir yerə getməmələri 
şərti ilə sürgün etdi.
1
 
  Abdu`l-Baha, A Traveller›s Narrative Written to Illustrate the Episode of the 
Bab, Translated by Edward G. Browne, Cambridge, U.K., 1891, s. 14.


83
Azərbaycanda tolerantlıq ənənəsi
Bəhaullah və  təxminən 70 
nəfərdən ibarət tərəfdarı 30 av-
qust 1868-ci ildə Akkaya gəldilər 
və burada iki il ciddi nəzarət al-
tında qaldılar. Daha sonra şəhər 
kənarında geniş baxçalı bir sara-
ya köçdülər. Onların buradakı 
məsrəfləri  İran bəhailəri tərəfin-
dən göndərilən yardımlar və 
bəx şişlər vasitəsi ilə ödənilirdi.
Zamanın çox hissəsini gə lən 
qonaqları qarşılamaqla və  tərəf-
dar larına məktublar yazmaqla 
keçirən Bəhaullah 29 may 1892-ci 
ildə dünyasını  dəyişdi və Akka 
şə hərində dəfn olundu.
Bəhaullahın “Kitabi-əqdəs”də qeyd etdiyi kimi, ölü mün-
dən sonra yerinə əsərlərini şərh və izah edərək açıqlamaq və 
cərəyanı qorumaq (mühafizə etmək) üçün oğlu Abbas Əfəndi 
(Əbdülbəha-Bahanın qulu) bəhailərə  rəhbərlik etməyə baş-
ladı.  Əbdülbəha 23 may 1844-cü ildə Tehranda doğulmuşdu. 
Uşaqlıq illərindən atasının ölümünədək onun yanından ayrıl-
madı və bəhailiyin təbliğində aktiv iştirak etdi. Öz rəhbərliyi 
zamanında isə xüsusən 1908-ci ildə Türkiyədə  məşrutə döv-
rünün başlamasından sonra bəhailiyin Misir, Avropa və Ame-
rikada yayılmasına çalışdı və bu məqsədlə səfərlərə çıxdı. Bi-
rinci Dünya Müharibəsi illərində dünyada sülhün bərqərar 
edilməsi üçün göstərdiyi səylərinə görə, 1920-ci ildə İngiltərə 
hakimiyyəti tərəfindən “cəngavərlik” rütbəsi ilə təltif olundu. 
Onun rəhbərliyi dövründə  bəhai kitabları dünyanın müxtəlif 
dillərinə tərcümə edildi. Aşqabadda 1902-ci ildə təməli atılan 
Məriqul-Əzkar məbədinin inşası tamamlanaraq istifadəyə ve-
Mirzə Hüseyn Əli Nuri 
(Bahaullah)


Yüklə 79,54 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə