Azerbaycanda tolerantliq enenesi indd



Yüklə 79,54 Kb.
Pdf görüntüsü
səhifə25/41
tarix08.03.2018
ölçüsü79,54 Kb.
#30985
1   ...   21   22   23   24   25   26   27   28   ...   41

88
tərəfindən qonaqpərvərlik və  hədiyyə vermə günləri kimi 
dəyərləndirilir. On doqquzuncu ay isə orucluq ayıdır. 
Azərbaycan bəhailərinin rəsmi saytlarında orucluq haqda 
verilən məlumata görə, bəhailər hər il mart ayının 2-dən 20-dək 
on doqquz gün ərzində, gün çıxandan batanadək oruc tuturlar. 
On beş yaşınadək olan uşaqlar və yaşı yetmişi keçmiş yaşlı-
lar, xəstələr, hamilə qadınlar və uşaq əmizdirən analar, səfərdə 
olanlar və  ağır  fiziki  əməklə  məşğul  şəxslər oruc tutmaqdan 
azad dırlar.
1
Bəhailərə görə, bayram günləri işləmək haramdır. Azər-
bay can  bəhailərinin rəsmi saytlarında deyilir ki, bu günlərdə 
bəhailərə  işlərindən icazə verilmədiyi hallar istisna olmaq-
la, Rizvanın konkret 3 günü və qalan bütün əsas müqəddəs 
günlərdə  bəhailər işə  çıxmamalıdırlar. Mümkün olduqda bu 
günlərdə  uşaqlar da məktəbə getmirlər. Bütün bəhailər bu 
gün ləri sevinc hissi ilə qeyd etməlidirlər.
2
Bəhailərin əsas müqəddəs hesab etdikləri yer İsrailin Hay-
fa və Akka şəhərləridir. Bəhaullah dünyasını dəyişmədən ön cə 
bu məkanları müqəddəs elan etmişdir. Bu region hazırda bə-
hailiyin ruhani və inzibati mərkəzidir.
Bəhailiyin Azərbaycana gəlişi
Azərbaycan babilik və bəhailiyin tarixində xüsusi əhə miy-
yətə malikdir. Cənubi Azərbaycan babilik və bəhailiyin vətəni 
hesab olunur. Şimali Azərbaycanda isə bəhailik xalq tərəfindən 
xoş qarşılanmasa da, hazırda da çox az sayda mənsubu olsa da, 
XIX əsrin sonları və XX əsrin əvvəllərində doğma vətənimizdə 
müəyyən nailiyyətlər  əldə etdiklərini söyləyə bilərik. Babi-
lik hərəkatı ilk dövrlərdən  Şimali Azərbaycana da öz təsirini 
1
 
  Əlavə məlumat üçün bax: http://www.bahai.az/index.php/az/men-
yu-6/2013-01-26-08-14-27/2013-01-26-08-14-25
2
  
http://www.bahai.az/index.php/az/men-
yu-6/2013-01-26-08-14-28/2013-01-26-08-14-27


89
Azərbaycanda tolerantlıq ənənəsi
göstərmişdir. Məhəmməd Səid Ordubadi “Həyatım və mühi-
tim” adlı əsərində Ordubaddakı məzhəb qarşıdurmalarından 
danışarkən  şeyxilik təriqətinin qurucusu Əhsainin tələbəsi 
Ağa Əli və Babın iki tələbəsi Molla Sadıq Vənəndli və Ağa Mir 
Kərimin adlarını qeyd edir və Ağa Əlinin onlara qarşı mübarizə 
apardığını bildirir. Ordubadi sözlərinin davamında deyir:
“Bab, İranda öz təriqətini elan etdiyi bir vaxt, Molla Sadıq 
da Vənənd kəndində eyni təriqəti elan edir və minlərlə əhalini 
ətrafına toplamağa müvəffəq olur”.
1
 
Ordubadinin bu sözlərindən məlum olur ki, Bab öz pey-
ğəm  bərliyini elan etdikdən sonra tələbələrini Şimali Azərbay-
ca na  göndərərək öz ideologiyasını burada yaymağa çalışmış, 
minlərlə insan ona inanmış və üsyan etmişdir. Rusiya hökuməti 
Behbudov adlı bir generalı beş min nəfərlik ordu ilə Ordubad 
babilərinin üzərinə göndərmiş  və üsyana liderlik edən Molla 
Sadıq Vənəndli həbs edilmişdir.
2
 Daha sonra Molla Sadığın 
missiyasını Ağa Mir Kərim davam etdirmişdir.
Hələ Bəhaullahın zamanında bəhailik Şimali Azərbaycan-
da, xüsusilə Bakıda, Naxçıvanda, Balaxanıda, Gəncədə, Bər-
dədə, Göyçayda, Salyanda, Xıllıda (indiki Neftçalada), Şəkidə, 
Şamaxıda və s. yerlərdə öz ardıcıllarını tapmış və bu bölgələrdə 
yerli bəhai ruhani məhfilləri fəaliyyət göstərməyə başlamışdır.
3
 
Bakı  şəhəri Bəhai dini icmasının nümayəndəsi Ramazan 
Əsgərli ilə söhbətimizdə onun da ifadə etdiyi kimi, Azərbaycan 
(Cənubi və  Şimali Azərbaycan birlikdə) bəhailiyin  İrandan 
sonra ikinci vətəni hesab edilə bilər və bu dinin yaranmasın-
dan keçən 170 ildə onun inkişafı ölkəmizlə  sıx bağlı olmuş-
dur. Azərbaycan bəhailəri bəhailiyin tarixində xüsusi yerə 
malikdirlər. Bakı  və Balaxanı icmaları bu mənada xüsusi ilə 
1
  
M. S. Ordubadi, Həyatım və mühitim, tərtib edən: İsa Həbibbəyli, Naxçıvan, 
2012, s. 24.
2
 
M. S. Ordubadi, eyni əsər, s. 24.
3
 
  Səlahəddin Eyyubov, Bəhai dini Azərbaycanda və ya bütün dinlərdə vəd edil-
miş kəsin zühuru, Bakı, Ekspress Nəşriyyatı, 2013, s. 49. 


90
qeyd olunmalıdır. Bu icmalar ən qədim bəhai icmalarından-
dır. Azərbaycan bəhai icmaları yaranan gündən insanları elmi 
tərəqqiyə, təlim-tərbiyəyə çağırmışdır. 
Əbdülbəhanın dövründə baş vermiş bir hadisə ölkəmizdə 
o dövrlər bəhailiyi qəbul edənlərin səmimiyyətini göstərir. Ba-
kıda bəhailiyi yenicə  qəbul edənlərdən biri Molla Abu Talıb 
və onun iki oğlu  Əli  Əşrəf və Ağabala idilər. Hər iki qardaş 
bənna olublar. Bakıya  Əbdülbəhanın Karmel dağında Babın 
məqamının tikintisinə başlaması haqqında xəbər çatdıqda Abu 
Talıb və iki oğlu öz xidmətlərini  Əbdülbəhaya təklif ediblər. 
Onların təklifləri qəbul olunur. Abu Talıb oğlanları ilə birlikdə 
Hayfaya gedərək Babın məqamının tikintisində iştirak ediblər. 
Böyük zəhmətlərinə görə, Əbdülbəha Babın məqbərəsinin iki 
qapısına onların adını veriblər. 
Əli  Əşrəf və Ağabala Bakıya qayıdırlar, ataları isə ömrü-
nün sonunadək Hayfada qalır. O, burada olduğu zaman Əb-
dül bahanın adı ilə bağlı olan iki Rizvan və Firdovsi bağlarını 
birləşdirən torpaq sahəsi alır. Daha sonra isə bu sahəni bəhai 
icmasına hədiyyə edir. Hazırda bu torpaq sahəsi Əli Əşrəf sa-
həsi kimi tanınır.
1
Şövqi  Əfəndi Azərbaycan bəhailərinə  məktublar yazmış 
və öz tövsiyələrini vermişdir. M. S. Ordubadi xatirələrində 
bir gün Əbdülbəhadan məktub gəldiyini və onun xalq qarşı-
sında meydanda oxunduğunu qeyd edir. Məktubda mövcud 
siyasi vəziyyət haqqında məlumat verildikdən sonra dün-
ya müharibəsi başlayacağı bildirilir və  bəhailərin bu savaşda 
bitərəf qalmaları tələb olunurdu.
2
 
1860-70-ci illərdə Bakı icmalarının yaradılmasında Azər-
bay canın xalq şairi Mikayıl Müşfiqin babası xızılı Mirzə Əbdül-
qədir İsmayılzadə böyük rol oynamışdır. 
1
 
  Səlahəddin Eyyubov, Bəhai dini Azərbaycanda və ya bütün dinlərdə vəd edil-
miş kəsin zühuru, Bakı, Ekspress Nəşriyyatı – 2013, s. 51. 
2
 
 M. S. Ordubadi, eyni əsər, s. 60. 


Yüklə 79,54 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə