Azerbaycanda tolerantliq enenesi indd



Yüklə 79,54 Kb.
Pdf görüntüsü
səhifə26/41
tarix08.03.2018
ölçüsü79,54 Kb.
#30985
1   ...   22   23   24   25   26   27   28   29   ...   41

91
Azərbaycanda tolerantlıq ənənəsi
Azərbaycan xalqının maariflənməsində, mədəniyyətinin 
inkişafında mesenat kimi xidmətlər göstərmiş Musa Nağı-
yev (1849-1919) və xalq şairi Əliağa Vahidin müəllimi, Qafqaz 
türkləri arasında “ustad şair” kimi tanınmış Mirzə Əbdülxaliq 
Yusif də Bakı Bəhai icmasının üzvləri olmuşdurlar. Musa Na-
ğıyevin uzun illər Bakı Ruhani Məhfilinin üzvü olduğu qeyd 
edilir. Deyilənə görə, o, ikinci həya yoldaşı Liza Qriqoryevna 
ilə 28 mart 1907-ci ildə bəhai qaydalarına uyğun kəbin kəsmiş 
və başlıq olaraq 95 misqal qızıl vermişdir.
1
 
Musa Nağıyev Bakı bəhailəri ilə birlikdə, 1924-cü il
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, bir sıra 
tarixi və  fəlsəfi mahiyyətli  əsərlərin müəllifi Hüseyn Cavid 
(1184-1941) iddiaya görə, Almaniyada olan zaman bəhailiyi 
qəbul etmiş, bu təlimin ideyalarını əsərlərində əks etdirmişdir. 
Tədqiqatçı alim Rafael, Hüseyn Cavidin həyatına həsr etdiyi 
tədqiqat əsərində bildirir ki, Hüseyn Cavid yoldaşını bəhailərə 
1
 
 Səlahəddin Əyyubov, eyni əsər, s. 58. 


92
məxsus tərzdə, “Allahu Əbha” deyə salamlayırmış. Hüseyn 
Cavidin oğlu  Ərtoğrul bəhai gənclərlə, xüsusən də  Ətaullah 
Qasımovla (1983-ci ildə repressiya qurbanı olmuş Fərəc Qası-
movun oğlu) yaxın dostluq əlaqələri saxlamışdır.
1
 
Azərbaycan bəhailəri tərəfindən qələmə alınan  əsərlərdə 
ölkəmizin bir çox görkəmli elm, incəsənət adamları və məşhur 
şəxslərin adları  bəhailiklə  əlaqələndirilir. Lakin bu iddiala-
rı sübut edən heç bir dəlil yoxdur. Qeyd etmək lazımdır ki, 
bəhailik Azərbaycanda yayıldığı ilk dövrlərdə müsəlman din 
xadimlərinə qarşı mübarizə aparmışdır. Bu isə müsəlmanlarda 
bəhailərə qarşı xoşagəlməz  əhval-ruhiyyə yaratmışdır. Daha 
sonralar din xadimlərinə qarşı çıxan elm və düşüncə adamla-
rı xalq tərəfindən bəhai adlandırılmışdır. Lakin bu insanların 
bəhailiklə din xadimlərinə qarşı  təbliğat aparmaqdan başqa 
heç bir bənzərliyi olmamışdır. 
1927-ci ildə Azərbaycan bəhailərinin keçirdiyi milli qurultay
1
 
Azər Cəfərov, Bəhai dini Azərbaycanda, s. 23. 


93
Azərbaycanda tolerantlıq ənənəsi
Oktyabr çevrilişi nəticəsində Rusiyada bolşeviklərin haki-
miyyətə gəlməsi bəhai icmaları üçün ağır günlərin başlanğıcı 
oldu. Xüsusən, dekretlə dini nikahların ləğv edilməsini və icma 
mülkiyyətində olan torpaq sahələrinin dövlət mülkiyyətinə 
keç məsini nəzərə almasaq, ilk illər Sovetlər birliyi bəhai icma-
larının daxili işlərinə qarışmırdı.
1
1922-ci ildən başlayaraq isə bəhailərə qarşı kampaniyaların 
başlanıldığı müşahidə olunur. Bu dövrdə mətbuatda dərc olun-
mağa başlayan məqalələrdə bəhailik antibolşevik ideologiyada 
ittiham edilirdi. Daha sonralar isə bu məqalələrin təsiri özünü 
göstərir və Sovetlər birliyinə daxil olan ölkələrdə bəhailərə qar-
şı təqiblər başlayır. 1926-cı ildən isə bu bölgələrə İrandan gələn 
bəhailər təkrar vətənlərinə deportasiya edilməyə başlayırlar. 
Bu dövrdə bəhai icmalarında yığıncaqlar keçirmək və ianələr 
toplamaq qadağan edilir. Dini ədəbiyyat və məhfil iclaslarının 
protokolları müsadirə olunur. Aşqabadda nəşr edilən “Şərqin 
günəşi” adlı jurnal bağlanır, arxivi məhv edilir, avadanlığı isə 
müsadirə olunur. Bir müddət sonra kəskin qadağalar götürülsə 
də, məclislərin keçirilməsi üçün xüsusi dövlət razılığının olma-
sı tələbi qoyulur.
2
 
1928/29-cu illərdə isə bütün SSRİ  ərazisində  İslama qar şı 
aparılan sərt tədbirlər bəhailikdən də yan keçmədi. Azər bay-
can da  bəhailər həbs olunaraq müxtəlif bölgələrə sürgün edildi. 
Xüsusi fərmanı ilə dini icmaların mülkiyyətində olan daşınmaz 
əmlaklar dövlət mülkiyyətinə keçdi. İcma qarşısında ya bina-
nı boşaltmaq, ya da onu yüksək məbləğdə dövlətdən icarəyə 
götürmək şərti qoyulur. Dövlət orqanları ilə danışıqlardan son-
ra icarə haqda müəyyən razılaşma əldə edilir. 
30-cu illərin  əvvəllərində Sovet hakimiyyəti mövcud reji-
mi bir qədər də kəskinləşdirərək icmalardan məhfillərin bura-
xılmasını  və bütün fəaliyyətlərin dayandırılmasını  tələb edir. 
1
 
Azər Cəfərov, eyni əsər, s. 23. 
2
 
Azər Cəfərov, eyni əsər, s. 22-23. 


94
Bəhailər dövlətin tələbini yerinə yetirərək kollektiv fəaliy-
yətlərini dayandırırlar. 
Bu vəziyyət 1934-ci ilədək davam edir. 1934-cü ilin əvvəl lə-
rində dövlətin siyasəti gözlənilmədən dəyişir; müsadirə olun-
muş  əmlak yenidən icmalara qaytarılır, Bərdə, Balaxanı, Sal-
yanda icmalar öz fəaliyyətlərini tam bərpa edirlər. 
Lakin 1937-ci ildə vəziyyət gözlənilmədən yenidən dəyişir. 
Həmin ilin oktyabrından 1938-ci ilin fevral ayına kimi bü-
tün SSRİ  ərazisində  bəhai icmalarına qarşı  təqib kompaniya-
sı başlayır. Bakı, Balaxanı, Gəncə, Bərdə, Salyan, Xıllı (indiki 
Neftçala), Naxçıvan icmalarının çoxlu sayda üzvü həbs edilir. 
Yüzlərlə ailə İrana deportasiya və Qazağıstana sürgün olunur. 
Qaytarılmış mülkiyyət yenidən müsadirə olunur və bu təqiblər 
1949-cu ilədək davam edir.
1956-cı ildən sonra ölkədə siyasi abı-havanın yumşalmasına 
baxmayaraq, bəhai icmalarının açıq fəaliyyəti qeyri-mümkün 
şəraitdə idi. İcma üzvləri müxtəlif mənzillərdə on, on iki nəfərlik 
qruplar şəklində görüşmək məcburiyyətində idilər. Yerli ruhani 
məhfilləri seçki yolu ilə deyil, yerli bəhailərin təklifləri ilə for-
malaşırdı. Xaricdəki bəhailərlə yalnız 60-cı illə rin  əvvəllərində 
əlaqələr qurmaq mümkün oldu. Bu əlaqələr  şəxsi səviyyədə 
olub təsadüfi xarakter daşıyırdı. Bayramlar mü qəddəs günlər, 
ad günləri və yubileylər adı altında keçirilir di. 
Andropovun qısa hakimiyyəti dövründə - 1982-ci ilin 
noyabrında Dövlət Təhlükəsizlik Komitəsinin xüsusi qrupu 
Bakıda  əməliyyat keçirərək icmanın 3 üzvünü həbs edir və 
dindirildikdən sonra onlar sərbəst buraxılır. Bu hadisədən son-
ra icma üzvlərinə bir yerə toplanmaq, hansısa tədbirləri həyata 
keçirmək qadağan olunur. Bu qadağalar 1987-ci ilədək davam 
edir. 1988-ci ildən etibarən bəhai icmasının açıq fəaliyyətə başla-
ması üçün əlverişli şərait yaranır. 1989-cu ildə icmanın dövlətlə 
münasibətləri bərpa olunur. 1990-cı ildə Bakı Ruhani Məhfilinə, 
1992-ci ildə isə Milli Ruhani Məhfilinə açıq seçkilər keçirilir. 


Yüklə 79,54 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə