Azerbaycanda tolerantliq enenesi indd



Yüklə 79,54 Kb.
Pdf görüntüsü
səhifə27/41
tarix08.03.2018
ölçüsü79,54 Kb.
#30985
1   ...   23   24   25   26   27   28   29   30   ...   41

95
Azərbaycanda tolerantlıq ənənəsi
1990-cı ildə Gəncə, Balaxanı, sonrakı illər Sumqayıt, Nax-
çıvan, Salyan icmaları  bərpa olunur. Onların bəzilərində yer-
li məhfillərə seçkilər keçirilir. 1993-ci ildə Bakı icması, 2001-ci 
ildə sə Sumqayıt icması dövlət qeydiyyatına alınır. Bununla da 
Azərbaycan bəhai dini icması dövlətlə münasibətlərində yeni 
mərhələyə qədəm qoyur.
1
 
Hazırda Azərbaycanda Bakı, Sumqayıt və Gəncə icmaları 
fəaliyyət göstərir və ilk ikisi dövlət tərəfindən qeydiyyatdan 
keçiblər. Mömin bəhailər icmalarla əlaqə qurmalı və icmaların 
fəaliyyətlərində  iştirak etməlidirlər. Çünki bəhailiyin bir çox 
ayin və ehkamları məhfillər və icmalarla bağlıdır. Mömin bəhai 
isə əməli ilə imanını nümayiş etdirməli və bu ehkamların icra-
sında məhfil və icmalarla əməkdaşlıq etməlidir. Azərbaycanda 
təxminən iki min bəhainin olduğu ehtimal edilir. Dünyada isə 
bəhailərin sayı ilə  əlaqədar 2-8 milyon arası  fərqli rəqəmlər 
səsləndirilir. Yalnız qeyd edək ki, dünyanın hər bölgəsində, 
hətta uzaq Afrika qitəsində belə bəhai icmaları mövcuddur. Bu 
icmalar sivil dövlətlərdə qanunlar çərçivəsində qeydiyyatdan 
keçir, qəbilə qanunları ilə yaşayan bəzi Afrika dövlətlərində isə 
yerli qanunlara əsasən fəaliyyət göstərirlər.
Bəhai icmaları bayramların qeyd olunması, təlim-tərbiyə, 
dua məclisləri və s. istiqamətlərdə üzərinə götürdüyü öhdə-
likləri icra edirlər. Bunun üçün isə müəyyən məbləğdə büdcəyə 
ehtiyac vardır. Bu büdcə isə dindar bəhailərin ianələri ilə for-
malaşır. Bəhai icmasının digər nümayəndəsi Abin Əfəndiyevə 
bu barədə ünvanladığımız sualın cavabında belə deyir:
“Bəhai icmaları çoxistiqamətli fəaliyyət göstərirlər. Hətta 
icma üzvlərindən birinin əgər övladını oxutmağa imkanı yox-
dursa, icma ona yardım etməli və onun övladını oxutdurma-
lıdır. Bütün bu fəaliyyətlər üçün müəyyən maliyyə  vəsaiti 
lazımdır. Bəhai icmalarının büdcəsi yalnız və yalnız mömin 
1
  
Bax: Səlahəddin Eyyubov, Bəhai dini Azərbaycanda və ya vəd olunmuş kəsin 
zühuru, s. 75-81; Əzər Cəfərov, Bəhai dini Azərbaycanda, s. 22-26.


96
bəhailərin ianələri ilə formalaşır. Bəhai olmayan bir şəxs icma-
ya yardım etmək istəsə belə, onun ianəsi qəbul edilmir. Bəzən 
bəhailiyi  İsrail tərəfindən maliyyələşdirilməkdə günahlandı-
rırlar. Lakin belələri bilməlidirlər ki, bu, bəhailiyin prinsip və 
qaydalarına ziddir və qeyri-mümkündür. Bəhailik nə İsrail, nə 
də başqa bir dövlət və ya təşkilat tərəfindən maliyyələşdirilmir. 
Yalnız və yalnız mömin bəhailərin ianələri ilə formalaşır. 
Bir neçə il öncə Prezident İlham  Əliyevin təşəbbüsü ilə 
Nazirlər Kabineti dini icmalara maliyyə yardımı ayırmışdı. 
Dini prinsipimizə uyğun olmadığı üçün biz hökumətimizə 
təşəkkür edərək bu yardımı almaqdan imtina etdik”. 
Bəhailiyin siyasi-ictimai zəmində formalaşmasına baxma-
ya 
raq, daha sonra bu cərəyanın liderləri siyasətdən uzaq, 
mövcud olduqları ölkələrdə dövlət siyasətinə qarışmamağı 
tövsiyə etmişlər. Bəhai icmasının nümayəndəsi Ramazan Əs-
gər li  ilə görüşümüz zamanı o, da bu fikri təsdiqləyərək qeyd 
etdi ki, “Bəhailər fəaliyyət göstərdiyi ölkələrdə, o cümlədən 
Azərbaycanda dövlətin qayda-qanunlarına  əməl edir və bu, 
icmanın öz mənsublarının üzərinə qoyduğu vəzifələrdən biri-
dir”. Onun sözlərinə görə, bəhailiyin vəlisi Şövqi Əfəndi icma 
nümayəndələrini yaşadıqları dövlətlərin hakimiyyətlərinə 
həmişə loyal münasibət göstərməyə çağırmışdır. Ramazan 
Əsgərli, həmçinin qeyd etdi ki, “Bəhailik tərəfdarların üzərinə 
yaşadıqları ölkələrinin höku mətləri ilə münasibətdə sədaqətli, 
vicdanlı  və  səmimi olmaq vəzifəsini qoyur. Bəhailiyə görə
dövlətin qanunlarına əməl etmək hər bir bəhainin vəzifəsidir”.
Bəhai icmaları hər cür dini fanatizmi, mövhumat və cəha-
ləti pisləyir, maarifçiliyi, uşaqlara, xüsusən də qızlara dünyəvi 
təhsilin verilməsini, qadınların cəmiyyətdə və ailədə hüquqları-
nın qorunmasını təbliğ edir, dinlərarası dialoq və əməkdaşlığa 
can atırlar. 
Ramazan Əsgərli, eyni zamanda bildirdi ki, bəhailik pla ne-
ti mizdə sülhü, qlobal ekologiyanı və insan haqlarını qorumağa, 


97
Azərbaycanda tolerantlıq ənənəsi
xalqların iqtisadi, sosial və mədəni inkişafına nail olmağa çağı-
rır. Sülhsevərlik, insansevərlik, tolerantlıq... bəhailiyin əsasını 
təşkil edir. Hər zaman tərəqqipərvərliyi təbliğ edən dinimizə 
görə, radikalizm və ekstremizm yolverilməzdir. Bəhailikdə 
par çalanmalar,  məzhəb və  təriqətlər mövcud deyil. Dünya 
bəhailəri, hətta ən ucqar bölgələrdə olanlar belə yerli icmalar 
vasitəsi ilə vahid mərkəzə - Ümumdünya Ədalət Evinə bağlı-
dırlar. Bu isə möminlərin hər hansı bir şəkildə parçalanmasını 
qeyri-mümkün edir. 
Bəhailik digər dinlərə və mənsublarına qarşı tolerantlıqdan 
da yüksək münasibət nümayiş etdirir. Dinimizə görə, bütün 
səmavi dinlər vahid Allah tərəfindən göndərilmiş və bir-birinin 
davamıdırlar. Yer üzərində Allahın bir dini mövcuddur, bütün 
dinlər onun tarixi mərhələləridir. Dinlər arasında fərq insanla-
rın İlahi təlimlərə əlavələr etmələri və təhriflərə yol vermələri 
nəticəsində yaranmışdır.
 
 


98
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT
1.   Abdu`l-Baha, A Traveller’s Narrative Written to Illustrate 
the Episode of the Bab, Translated by Edward G. Browne, 
Cambridge, U.K., 1891; reprint, Amsterdam, 1975.
2.   Azər Cəfərov, Bəhai dini Azərbaycanda, Bak, Təhsil NPM, 
2004.
3.  Bəhai icması; təməli, məqsədi və niyyəti, Bakı,1998.
4.  Ethem Fığlalı, “Bahailik”, TDV, Ankara, 1991.
5.   Ethem Ruhi Fığlal – Ramazan Şimşek, Bahalik ve el-Kitabul-
Akdes, Ankara Univerisitesi Mezhep Araştırmaları, Ankara, 
2010. 
6.   http://www.bahai.az/index.php/az/men-
yu-6/2013-01-26-08-14-28/2013-01-26-08-14-27.
7.   M.S.Ordubadi, Həyatım və mühitim, tərtib edən: İsa Həbib-
bəyli, Naxçıvan, 2012.
8.   Mehmet  Demirci,  “əl-Ahsai”, TDV (Türkiyə Diyanet Vakfı 
İslam Ansiklopedisi), İstanbul, 1989.
9.   N. Özşüca, Bahai dini, Ankara, 1967.
10.   Səlahəddin Eyyubov, Bəhai dini Azərbaycanda və ya bü-
tün dinlərdə  vəd edilmiş  kəsin zühuru, Bakı, Ekspress 
Nəşriyyatı, 2013. 


Yüklə 79,54 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə