Azerbaycanda tolerantliq enenesi indd



Yüklə 79,54 Kb.
Pdf görüntüsü
səhifə28/41
tarix08.03.2018
ölçüsü79,54 Kb.
#30985
1   ...   24   25   26   27   28   29   30   31   ...   41

QAFQAZ ALBANİYASININ 
MİRASI: TATCA DANIŞAN 
DAĞ YƏHUDİLƏRİ


100
Saleh KAZIMOV
1
Giriş
Yəhudilik Azərbaycanda tarixən dağ  yəhudiləri ilə  təmsil 
olunmuşdur. Moisey Kalankatuklu dağ yəhudilərinin Qafqaza 
gəlişini e. ə. I əsrə aid edir. Tədqiqatçıların bu barədə  fikirləri 
fərqlidir.
Bir fikrə görə, ən qədim yəhudi icmalarından olan dağ yə-
hu diləri mənşəcə bir vaxtlar Assuriya və Babil şahları tərəfindən 
Fələstindən çıxarılmış  və Midiyada məs kunlaş dırıl mış  İsra-
il oğulları  nəslindəndirlər. Onların  əcdadları  Yəhudiliyə ilk 
iman gətirənlərdəndir. Elə Midiyada ikən onlar tatlarla qayna-
yıb qarışmışlar. Bunun təsiri altında dağ yəhudiləri fars dilinin 
qədim arami və  yəhudi sözləri ilə qatışıq bir ləhcəsi olan tat 
dilində danışırlar.
Başqa tədqiqatçıların fikrincə, dağ yəhudiləri Şərqi Qafqa-
za Sasani hökmdarı Xosrov I Ənuşirəvan (531-579) tərəfindən 
köçürülmüşlər. Hökmdar Qafqazda qalalar tikdirir, şəhərlər 
saldırır, bu şəhərlərdə Mesopatamiyadan köçürtdüyü farsları 
və yəhudiləri yerləşdirirdi. Dağ yəhudilərinin danışdıqları tat 
dili də həmin dövrdən miras qalmışdır. Hər halda deyə bilərik 
ki, dağ yəhudiləri Azərbaycana Sasanilərin siyasəti ilə bağlı ola-
raq 15 əsr bundan qabaq gəlmiş, imperiyanın təhlükəsizliyini 
təmin etmək məqsədilə sərhəd məntəqələrində yerləşdirilmiş, 
yerli əhali ilə sıx təmasda olsalar da, dinlərini, adət-ənənələrini, 
həyat və düşüncə tərzlərini qoruyub saxlamışlar
2
.
Aralarında bəzi inanc və yaşam fərqləri baxımından sayı 
16 min olan Azərbaycandakı yəhudilər üç qrupa bölünür: 
1
 
 Bakı Dövlət Universitetinin müəllimi.
2
 
  Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəsmi 
internet saytı, www.scwra.gov.az


101
Azərbaycanda tolerantlıq ənənəsi
1. Dağ yəhudiləri (11000 nəfər);
2. Avropa 
yəhudiləri (əşkinazi 4300 nəfər);
3. Gürcü 
yəhudiləri (700 nəfər).
Azərbaycanda say etibarı ilə dağ  yəhudiləri çoxluq təşkil 
edir. Ölkəmizdə 11000 dağ yəhudisi yaşayır. Bunlardan 1000-i 
Azərbaycanın müxtəlif rayonlarında, 6000-i Bakıda, 4000-ə ya-
xını isə Quba rayonunun Qırmızı qəsəbəsində kompakt halda 
məskunlaşıblar. Burada yaşayan yəhudliərin dili isə arami ib-
rani dillərindəki bir çox sözdən formalaşan, rus, türk, farsca-
dan da bəzi kəlmələrin əlavə olunduğu tat dilidir. Hind Avropa 
dilləri qrupuna daxil olan farscanın bir ləhcəsi sayılan tat dili 
ivritcədən tamamilə fərqlidir. Qubadan İsarilə köçən yəhudilər 
əvvəllər bu dildə bir-birini başa düşmədiklərini deyirlər.
Azərbaycan Respublikası müstəqillik  əldə etdikdən sonra 
yəhudilər də  təşkilatlanmağa başlamışlar. Beynəlxalq yəhudi 
təşkilatları ilə  əlaqələr yaradılmış, mədəniyyət mərkəzləri və 
mətbuat orqanları açılmışdır. Azərbaycanda hazırda fəaliyyət 
göstərən 6 yəhudi sinaqoqu vardır. Bunlardan ikisi Bakıda, ikisi 
Qubada, ikisi də Oğuzdadır. Avropa və gürcü yəhudilərinin sina-
qoqu 2003-cü il martın 9-da açılmışdır. Tikintisi 2003-cü ildə başa 
çatan yəhudi sinaqoqu Avropada ən böyük sinaqoqlardandır. Bu 
tikili köhnə məbədin yerində ucaldılmışdır, hansı ki, ibadət ocağı 
son 60-80 ildə Yaxın Şərqdə tikilmiş birinci sinaqoq sayılır.
280 ildən çoxdur ki, dağ  yəhudiləri Quba şəhərindəki 
 Qır mızı qəsəbədə yaşayırlar. Burada yaşayan yəhudilər evlə ri-
nin damına qırmızı örtük vurduqlarına görə, qəsəbə “Qır mızı 
qəsəbə” adlandırılmışdır. Qəsəbədə  məskunlaşan yəhudilərə 
dağ  yəhudisi deyilməsinin səbəbi onların  əvvəllər dağ  kənd-
lə rində yaşamalarıdır. Dağdan gəldiklərinə görə onlara dağ 
yəhudisi deyilmişdir. Digər bir ehtimal isə Çar Rusiyası 
tərəfindən Qafqazın işğal olunması ilə bağlıdır. Belə ki, ruslar 
bü tün Qafqaz xalqlarını dağlılar, Dağıstan xalqları deyə adlan-
dırmışdır. 


102
Quba rayonunda dağ yəhudilərinin kompakt yaşadığı 
Qırmızı qəsəbədən bir görünüş
Burada yaşayan yəhudilər digər dağlılardan fəqlən diril-
mək üçün dağ yəhudisi adlandırılmışdır. Qırmızı qəsəbə bələ-
diyyəsinin sədri Nisim Nisimovun dediyinə görə, yəhudilər 
Qrız və Şuduq kimi dağ kəndlərindəki çətin şəraitdən Quba-
ya üz tutmuşlar. Herodotun eramızdan  əvvəl IV əsrdə yaz-
dığına görə, qırızlar Alban tayfalarındandır. Dağlıq  ərazidə 
yerləşən Qrız kəndindəki yəhudilərin eramızdan  əvvəl bu-
rada məskunlaşdığı ehtimal olunur. Nisim Nisimovun qeyd 
etdiyi digər kənd isə Şuduqdur. Şuduq kəndinin hazırda yerli 
əhalisi müsəlman tatlardır. Qubada yaşayan dağ yəhudilərinin 
dini Yəhudilik olsa da, dili tatcadır. Şuduq əhalisinin və Qır-
mızı qəsəbənin dağ yəhudilərinin dili və ləhcələri demək olar 
ki, eynidir. Bunların uzun müddət bir yerdə yaşamış olma-
sı buna səbəb ola bilər. Həm Qırızda, həm də  Şuduqda  əv-
vəl lər yəhudilərin yaşadığını isbatlayan məzarlıq, başdaşla-
rı kimi maddi mədəniyyət abidələrini görmək mümkündür. 


103
Azərbaycanda tolerantlıq ənənəsi
Quba xanı Fətəli xanın atası və özünün hakimiyyətdə olduğu 
illər də bu ərazidə yerləşən yəhudilər 280 ilə yaxın bir dövr 
keç məsinə baxmayaraq ləhcə oxşarlığı yenə  də qalmaqda-
dır. Bura gələn yəhudilərin köçdüyü digər bir kənd də Qa-
ladüzdür. Azərbaycan xalqı ilə uzun illər bir yerdə yaşayan 
yəhudilər öz milli mənəvi dəyərlərini qoruyub saxlamaqla bir 
növ Azərbaycan mədəniyyətinin də təmsilçiləri olublar. 
Qırmızı qəsəbə bələdiyyəsinin sədri Nisim Nisimov uzun 
illər Quba şəhər musiqi məktəbinin direktoru işləmiş  və 
Azərbaycanın milli musiqi aləti olan tarın gözəl ifaçısıdır. O, 
dünyanın bir çox ölkəsində - Amerika Birləşmiş  Ştatları, Ka-
nada, Böyük Britaniya, Fransa, İsrail, Türkiyə, Rusiya və başqa 
dövlətlərdə qastrollarda olduğunu, festivallarda mükafatlara 
layiq görüldüyünü və Azərbaycan musiqisini və mədəniyyətini 
bu ölkələrdə yüksək səviyyədə təmsil etdiyini bildirir.
1
 Xəyyam 
Nisanov da Azərbaycan mədəniyyətinin təmsilçisi olaraq çıxış 
edən yəhudi müğənnilərindəndir.
Dağ yəhudilərinin kompakt məskunlaşdığı yer olan Quba 
rayonu, eyni zamanda 20-dən çox etnik qrupun da yaşadığı 
məkandır. Qrızlar, ceklər, buduqlular, xınalıqlılar və başqaları-
nı buna misal göstərə bilərik. 
Azərbaycanda 2003-cü ildə iki özəl yəhudi məktəbi də 
açılmışdır.
2
  Qırmızı  qəsəbədə  fəaliyyət göstərən  İsaak Xanu-
kov adına orta məktəb isə  yəhudilərin də  təhsil aldığı dövlət 
məktəbidir. Burada tək yəhudilər yox, eyni zamanda bir çox 
xalqın nümayəndələri də təhsil alır. Bu məktəbdə təhsil rus və 
azərbaycanca aparılmaqla yanaşı, yəhudi dili olan ivritcə  də 
tədris edilir.
1
 
  Quba rayon Qırmızı  qəsəbə  bələdiyyəsinin sədri Nisim Nisimovun müsahi-
bə sin dən. 
2
 
  Kövsər Tağıyev, Siyası tarihi bağlamında Azerbaycan’da din eyitiminin ge-
lişimi, Uluslararası Sosyal Araştırmalar Dergisi. The Journal of International 
Social Research Cilt: 6 Sayı: 28, s. 381. 


Yüklə 79,54 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə