Azerbaycanda tolerantliq enenesi indd



Yüklə 79,54 Kb.
Pdf görüntüsü
səhifə29/41
tarix08.03.2018
ölçüsü79,54 Kb.
#30985
1   ...   25   26   27   28   29   30   31   32   ...   41

104
    Qırmızı qəsəbə İsaak Xanu-
kov adına orta məktəbin direk-
toru Yavuşva Simanduyev 
mək təbdə  yəhudilərlə yanaşı 
azər baycanlıların, rusların, ləz-
gilərin, tatların, buduqluların, 
xınaqlıqlıların və başqalarının 
oxuduğunu bildirir. Mək  təbdə 
yəhudilər Roş-Ha-Şana, ruslar 
Milad, azər bay canlılar Novruz 
bayramını qeyd etməklə  əsl 
həmrəylik nümayiş etdirirlər. 
Yavuşva Simanduyev 
Azər  baycanda  yaşayan insan-
la rın etnik və milli mən su biy-
yətindən, harada, hansı ölkə-
də olmasından asılı olmaya-
raq onlara haralı olduqları soruşulduqda Ulu Öndər Heydər 
Əliyevin bir ifadəsi ilə cavab verdiklərini - “azərbaycanlıyam” 
dediklərini fəxrlə dilə gətirdi. 
Yaşı 80-ə yaxın olan Quba rayonu Qırmızı  qəsəbə Dağ 
Yəhudiləri dini icmasının sədr müavini Şimtu Yusifov 60-cı 
illərdə  vəfat edən atasının da qəsəbənin tanınmış din xadimi 
olduğunu bildirir. Şimtu Yusifov hazırda qəsəbədə dini təhsil 
verən kolleclə yanaşı, iki sinaqoqun da olduğunu qeyd etdi. 
Şimtu Yusifov qeyd edir ki, hazırda Qubada yalnız iki sinaqo-
qun fəaliyyət göstərməsinə baxmayaraq, əvvəllər burda on üç 
sinaqoq fəaliyyət göstərmişdir. O, Qırmızı qəsəbədə son illərdə 
tikilən mikvanın əhəmiyyətini də toxundu. 
Yəhudi dininin əsaslarında olmasa da, müəyyən tarixi 
dövrlərdə mikva qadınlar tərəfindən təmizlənmə, pak olma 
məqsədi ilə istifadə edilən hovuzdur.
1
1
 
 http://tr.wikipedia.org/wiki/Mikve
Qırmızı qəsəbə İsaak Xanukov adına 
orta məktəbin direktoru Yavuşva Si-
manduyev 15 sentyabr 2014-cü ildə 
Bilik bayramında çıxış edərkən.


105
Azərbaycanda tolerantlıq ənənəsi
Qırmızı qəsəbədə inşa olunmuş mikva
Həm mənəvi, həm də maddi təmizlik  İslamda olduğu 
kimi, Yəhudilikdə də mühüm yer tutur. Şimtu Yusifovun qeyd 
etdiyinə görə, mikva Qırmızı  qəsəbədə bir növ bəy hamamı 
funksiyasını yerinə yetirir. Toy günü bəy mikvaya gələrək 
orada yuyunduqdan sonra gəlin evinə gedir. Beləliklə, mad-
di təmizliklə yanaşı, evlənən gənclər həm də mənəvi cəhətdən 
saflığa doğru addımlayaraq yeni bir ailənin əsasını qoyurlar. 
Şimtu Yusifovun toxunduğu  ən maraqlı  məqamlardan 
biri də evlilik və toylarla bağlıdır.  Əsrlər boyu yerli sakinlər 
dostcasına birlikdə yaşayan yəhudilərin toy məclislərində Qu-
banın müsəlman  əhalisi də yaxından iştirak edir. Həmçinin 
Quba camaatının toy məclislərində yəhudilər də dəvət olunur-
lar.  Şəxsən özünün belə toy məclislərində yaxından iştirakını 
və yerli əhali tərəfindən bu mərasimlərdə yüksək səviyyədə 
qarşılandığını deyən Şimtu Yusifov bu iki fərqli dinə mənsub 
gənclər arasında nikahların olduğunu da qeyd etdi. O, həm 
yəhudi qızların azərbaycanlı  oğlanlara  ərə getdiyini, həm də 


106
azərbaycanlı qızların yəhudi oğlanlara evləndiyini və qurulan 
bu ailələrin xoşbəxt yaşadıqlarını bildirdi.
Qırmızı qəsəbədə fəaliyyət göstərən şadlıq sarayı
Qəsəbənin mərkəzində  fəaliyyət göstərən  şadlıq evində 
keçirilən toy məclisləri bir çox hallarda Azərbaycanın və hətta 
qonşu Türkiyənin və başqa ölkələrin tanınmış müğənnilərinin 
iştirakı ilə keçirilir. 
Şimtu Yusifov Mikvanın yaxınlığında Yəhudi dini inancına 
uyğun heyvanların kəsilərək ehtiyacı olanlara paylanıldığını 
bildirdi.
Qəsəbədə ən çox diqqəti çəkən yeni tikilən binalardır. Bu-
rada birmərtəbəli, ikimərtəbəli üç və hətta beşmərtəbəli xüsusi 
evlər vardır. Bələdiyyə başçısının verdiyi statistik məlumata 
əsasən, əvvəllər əhalisinin sayı 20-30 minə çatan qəsəbədə ha-
zırda 3500 adam yaşayır. Əhalinin sayının kəskin azalmasının 
bir çox səbəbi vardır. Nisim Nisimovun dediyinə görə, əhali iş 
məqsədilə paytaxt Bakıya və çox vaxt da Rusiya, İsrail və başqa 


107
Azərbaycanda tolerantlıq ənənəsi
ölkələrə gediblər. Həm Azərbaycan müstəqillik qazanmasından 
sonra həm, də SSRİ tərkibində olduğu vaxt qəsəbədə yaşayan 
yəhudilər müxtəlif yerlərə gedərək oralarda məskunlaşmışlar. 
Rusiya Federasiyasının  ərazisində 7 may 1934-cü ildə yara-
dılmış Uzaq Şərq Federal dairəsinə daxil olan paytaxtı Biro-
bijan  şəhəri olan Yəhudi Muxtar Vilayətində yaşayan 178000 
nəfər  əhalidən yalnız 1%-i yəhudilərdir .
1
 Rusiyaya üz tutan 
yəhudilər əsasən, Moskva və başqa mərkəzi şəhərlərdə yaşayır 
və fəaliyyət göstərirlər. Əsasən bizneslə məşğul olan yəhudilər 
Qırmızı qəsəbə ilə əlaqələrini kəsmirlər. Daimi qəsəbədə yaşa-
masalar da, toy və yas məclislərində gəlib iştirak edir, burada 
yaşayan qohum-əqrəbalara köməklik göstərirlər.
Son 15-20 ildə Azərbaycanın hər bölgəsi kimi, Qırmızı 
qəsəbə də sürətlə inkişaf edir. Qəsəbədə salınan xüsusi gözəlliyə 
malik Heydər parkı sakinlərin istirahət məkanıdır. Xüsusən yaş-
lı nəslin nümayəndələri bura tez-tez gələrək bir-biri ilə söhbət 
edir, asudə vaxtlarını  səmərəli keçirirlər. Qəsəbədə yaşayan 
əhalinin böyük əksəriyyəti yaşlı nəslin nümayəndələri olduğu-
na görə, burada qocalar evi də vardır ki, yaşlılar bura toplaşaraq 
çay içir, nərd, domino kimi oyunlar oynayır, söhbət edirlər. 
Qəsəbədən yəhudilərin kütləvi halda köçməsi isə XX əsrin 
70-ci illərinə təsadüf edir. Bu zaman yəhudilərin bir çoxu İsrailə 
köçmüşdür. SSRİ dövründə köç edənlərə qarşı bir sıra qadağa-
lar qoyulmuşdur. Onlar geri qayıda bilmirdilər. Bir çox hallarda 
köç edənlər buradakı yaxınları ilə vidalaşaraq getməli olurdular. 
Sovetlər İttifaqı dağıldıqdan və Azərbaycan yenidən müstəqillik 
qazandıqdan sonra təbii ki, bu qadağa ortadan qaldırıldı. Qırmı-
zı  qəsəbə postsovet məkanında yəhudilərin kompakt yaşadığı 
yeganə yer olduğuna görə, bir çox xarici vətəndaşların da ma-
rağına səbəb olmuşdur. Qəsəbə sakinlərinin verdiyi məlumata 
görə, demək olar ki, hər gün bura dünyanın fərqli yerlərindən 
turistlər və müxtəlif qonaqlar gəlirlər. Nisim Nisimov İsveçrədən 
1
 
 https://ru.wikipedia.org/wiki/Еврейская_автономная_область


Yüklə 79,54 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə