10
ğuna dair fərqli məlumatlar mövcuddur. Vəfat tarixi isə 1886-
cı ildir. Qarabağda “Cicimli seyidləri” adı ilə məşhur olan Ni-
garinin ailəsi XII əsrdə Xorasandan Qarabağa gəlmişlər. Seyid
Nigari Həzrət Həsən nəslinə mənsub seyidlərdəndir.
1
Azərbaycanın müxtəlif yerlərində bir çox alimdən dərs
alan Seyid Nigarinin düşüncə dünyasını formalaşdıran mürşi-
di Şeyx İsmayıl Şirvani (Kürdəmiri) olmuşdur. Nəqşibəndiliyin
xalidiyyə qoluna mənsub olan bu sufi mürşid bütün Qafqaz-
da tolerantlığa əsaslanan ictimai strukturun formalaşmasında
mühüm rol oynamışdır. Şirvani xalidiliyin qurucusu Mövlana
Xalid Bağdadinin (v. 1242/1827) tələbəsi olmuş və birbaşa on-
dan təsəvvüf ənənəsi üzrə icazət almışdır.
Şirvaninin məzhəblərarası fərqliliyə münasibəti öz şey-
xin dən xeyli seçilmişdir. Belə ki, hər halda dövrün siyasi
hadisələrinin də təsirində qalmış Xalid Bağdadinin şiə məz-
həbinə qarşı münasibəti mənfi olmuşdur. Xüsusilə təsəv vüf-
dəki rabitə mövzusunu müzakirə etdiyi “Risalə fi təhqiqir-
rabita (ﺔﻄﺑﺍﺮﻟﺍ ﻖﻴﻘﺤﺗ ﻲﻓ ﺔﻟﺎﺳﺭ)”
2
adlı əsərinin sonunda şiələrə qarşı
mənfi fikirlər səsləndirmişdir. Lakin Şeyx İsmayıl Şirvanidə bu
münasibətin tam əksini görürük. Yetişdirdiyi tələbələr vasitəsilə
Qafqazda nəqşibəndiliyi yayan bu şeyx
3
Azərbaycandakı şiə-
sünni münasibətlərinin müsbət məcrada davam etməsində xü-
susi rol oynamışdır.
4
Həmzə Nigari də Osmanlı torpağına köç-
müş, Şeyx İsmayıl Şirvanidən bəhrələnmək üçün Amasyaya
getmiş və ondan xilafətnamə aldıqdan sonra Azərbaycana qa-
yıtmışdır. Məzhəblərarası münasibətə baxışında müəllimindən
də qabağa gedən Həmzə Nigari, xüsusən Qarabağ və Qazax-
1
A. Azmi Bilgin, “Nigari”, Türkiye Diyanet Vakfı İslam Ansiklopedisi, c. 33, s. 85.
2
Hamid Algar, “Halid el-Bağdadi”,Türkiye Diyanet Vakfı İslam Ansiklopedisi,
c. 15, s. 285; Vahit Göktaş, “Mevlânâ Halid-i Bağdâdî’nin “Risaletü fî Tahkîki’r-
Rabıta” Adlı Eseri ve Rabıta ile İlgili Görüşleri”, Tasavvuf Yazıları, 2014, s. 345.
3
Bax: Itzchak Weismann, The Naqshbandiyya: Ortodoxy and activism in a
worldwide Sufi tradition, London, 2007, s.106.
4
Itzchak Weismann, eyni əsər, s. 107.
11
Azərbaycanda tolerantlıq ənənəsi
Borçalı bölgələrində hər iki məzhəbin dəyərlərini birləşdirən
bir təsəvvüf ənənəsinin əsasını qoymuşdur.
Həmzə Nigarinin təsəvvüfi fikirlərini nəzmlə ifadə etdi-
yi divanına diqqət yetirdikdə, burada mövzumuzla bağlı bir
neçə məqam diqqətimizi çəkir. Bunlardan biri Nigarinin özü nü
müəyyən bir məzhəbin çərçivəsinə həbs etməməsidir. Niga-
riyə görə, İslam məzhəbindən asılı olmayaraq bütün mü səl-
manları birləşdirən dəyərdir. Məzhəb mənsubiyyəti dini mən-
subiyyətlə müqayisədə böyük əhəmiyyət kəsb etmir. Divanın-
dan götürülmüş aşağıdakı beyt Seyid Nigarinin bu görüşlərinin
xülasəsidir:
Allahı, Məhəmmədi, Alı sevən dostanız,
Nə sünniyiz, nə şiə, biz xalis müsəlmanız.
Çahar yarı istəriz zira ki, Mustafanın
Dostuna dost xəsmanına xəsmanız.
1
Tələbəsi Hacı Mahmud Əfəndi vasitəsilə Seyid Nigariyə
aid edilən Şahnigar Xanım Rəncur (1849-1899) da bu şeirdən
ilham alaraq oxşar fikirlər səsləndirmişdir:
Nə şiə, sünniyəm purlaf,
Çahar yara könlüm saf,
Nə əhli-zülmə-biinsaf,
Nə mərdiyə inanam mən.
2
Yuxarıdakı beytdə əslində Seyid Nigari düşüncəsinin
bir neçə əsas prinsipi öz əksini tapmışdır. Bunlardan biri də
Əhli-beyt sevgisidir. Nigari bu sevgini bütün müsəlmanları
birləşdirən dəyər kimi qəbul etmişdir. Divanında dəfələrlə
bu mövzuya toxunmuş, Əhli-beyt sevgisini önə çəkərək onla-
1
Həmzə Nigari, Divan-ı Seyyid Nigari, haz. A. Azmi Bilgin, İstanbul, 2003, s. 330.
2
Məhəmməd Allahmanlı, Azərbaycanin Qərb Bölgəsinin Mənəvi Mədə niy yətin dən
(tarixi-etnoqrafik tədqiqat) , Bakı, 2011, s. 113; Əlavə olaraq bax: Minəxanım Təkəli,
Fəridə Əliyeva, “Nigari Aşiqi Şahnigar Xanım Təkəli”, Kara bağ`dan Amasyaya Gö-
nül Köprüsü- I. Uluslararası Hamza Nigari Sempozyumu, Amasya, 2012, s. 262.
12
rın əleyhdarlarına, xüsusən Əməvilərə qarşı mənfi münasibət
bəsləmişdir. Hətta özü sünni-hənəfi olsa da, ənənəvi sünni
dünyagörüşündən və mənsub olduğu nəqşibəndi-xalidi təri-
qətindən fərqli olaraq ilk Əməvi xəlifəsi Müaviyə ibn Əbu Süf-
yana qarşı sərt ifadələr işlətmişdir.
Seyid Nigarinin önə çəkdiyi başqa bir prinsip dini kimli-
yin məzhəbi kimliyin fövqündə durmasıdır. “Nə sünniyiz, nə
şiə, biz xalis müsəlmanız” sözləri bu münasibətin düsturlaşmış
for masıdır. Yaşadığı dövrdə İslam dünyasındakı dini vəziyyət
baxımından bu ifadələr inqilabi xarakter daşıyırdı. Belə ki, XIX
əsrdə İslam dünyasındakı məzhəb təəssübkeşliyi heç də orta
əsrlərdən fərqlənmirdi. Qafqazda da vəziyyət bir o qədər fərqli
deyildi. Bu baxımdan Nigarinin fikirləri etibarilə öz dövrünü
qabaqladığını demək mümkündür.
Mir Həmzə Nigarinin üzərində durduğu digər prinsip bir
məzhəbin müqəddəs qəbul etdiyi şəxslərə başqa məzhəblərin
nümayəndələrinin də hörmət göstərməsidir. Bilindiyi kimi,
Peyğəmbərin bəzi səhabələrinə, xüsusilə də ilk üç xəlifəyə qarşı
şiə və sünnilərin münasibəti eyni deyildir. Sünnilər ilk üç xəlifəni
sevib hörmət etdiyi halda, şiələr onlara daha çox tənqidi baxımın-
dan yanaşırlar. Şiə alimləri qarşı çıxsa da, xüsu sən orta əsrlərdə və
Nigarinin yaşadığı dövrdə bu məzhəbə mən sub olan avam xalq
arasında üç xəlifəyə qarşı ifrata varan ifadələrdən istifadə edilir-
di. Bu isə öz növbəsində iki məzhəb nümayəndələri arasında icti-
mai zəmində münasibətlərin korlanmasına səbəb olurdu. Həmzə
Nigari “Çahar yarı istəriz ” deməklə Raşidi xəlifələrdən olan Əbu
Bəkr ibn Quhafə, Ömər ibn əl-Xəttab, Osman ibn əl-Əffan və
Əli ibn Əbu Talibə hörmət edilməsini və müxtəlif məzhəblərin
müqəddəsatına qarşı ehtiram göstərilməsini istəmişdir.
Seyid Nigarinin fikirləri “nigarilik” adı verilən nəqşibəndi-
lik içərisində yeni bir qolun yaranmasına səbəb olmuş, və-
fa tından sonra bu təriqət Qarabağ bölgəsi başda olmaqla
Azərbaycanın bir çox yerində yayılmışdır. Xüsusilə Qaraba-
Dostları ilə paylaş: |