Azerbaycanda tolerantliq enenesi indd



Yüklə 79,54 Kb.
Pdf görüntüsü
səhifə32/41
tarix08.03.2018
ölçüsü79,54 Kb.
#30985
1   ...   28   29   30   31   32   33   34   35   ...   41

116
olunan bu şal ibadət  əsnasında çiyinlərə atılır. Kipa kişilərin 
istifadə etdiyi təkkəyə oxşar baş örtüsüdür. Bunlardan başqa, 
Roş-Ha-Şana bayramında istifadə olunan Şofar buynuzdan 
düzəldilmiş nəfəsli bir çalğı alətdir.
1
Dağ yəhudiləri bu gün 
Hazırda dağ yəhudiləri öz dini ibadətlərini yüksək sə viy-
yədə həyata keçirirlər. SSRİ dövründə onların dini ibadətlərinə 
rəhbərlik edəcək  şəxslərin olmamasından çox narahat olduq-
ları halda indi bu problem ortadan qalxmışdır. Şimtu Yusifov 
artıq çox rahat olduqlarını deyir. Burada dini ayinləri icra edən 
din xadimlərinin yetişməsi üçün heç bir problemin olmadığını 
insanların kifayət qədər dini təhsil ala bilmə imkanlarının ya-
randığını bildirir. 
Qırmızı qəsəbə dağ yəhudilərinin dini ibadətlərinə ravvin 
Elezar Nisimov rəhbərlik edir. O, uşaqlıq illərindən ibadətlə 
məşğul olduğunu, özündən əvvəlki ravvinlərin yanında yetiş-
diyini deyir. 
İcma sədri Boris Simanduyev hər  şənbə günü müqəddəs 
Tövrat qarşısında Azərbaycan Respublikasının Preziden-
ti cənab  İlham  Əliyev üçün ravvinin dua etdiyini bildirir. 
Bura da  əmin-amanlıq içərisində müxtəlif millətlərin, din 
mənsublarının və etnik qrupların birgə yaşamasını icma 
rəhbəri Azərbaycanda hökm sürən stabilliklə əlaqələndirdi. Bu 
işdə istər Ümummilli Lider Heydər Əliyevin, istərsə də cənab 
İlham Əliyevin çox həssas mövqe nümayiş etdirdiyini bildirən 
Boris Simanduyev Azərbaycanın onların da vətəni olduğunu 
qeyd etdi. Prezident İlham Əliyevin “Azərbaycan bütün xalqlar 
üçün Vətəndir” kəlamını xatırladan Simanduyev icma olaraq 
Vətənin rifahı naminə  əllərindən gələni etməyə hazır olduq-
larını bildirdi. Boris Yusifoviç Simanduyev xalqlar arasında 
1
 
 Şinasi Gündüz, eyni əsər, s. 239.


117
Azərbaycanda tolerantlıq ənənəsi
dostluq münasibətlərinin inkişafındakı  səmərəli fəaliyyətinə 
görə 2013-cü ilin aprel ayında Azərbaycan Prezidenti İlham 
Əliyev tərəfindən “Şöhrət” ordeni ilə təltif edilmişdir.
Bütün fəaliyyətinin Uca Yaradan qarşısında dostluq və 
qardaşlıq münasibətlərinin davam etdirilməsindən ibarət ol-
duğunu bildirən Simanduyev digər dini icmalarla da əmək-
daşlıq  şəraitində olduqlarını  və milli-mənəvi dəyərlərin qo-
runmasında yaxından iştirak etdiklərini deyir. Dövlət-din 
mü na sibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, dini 
maarifləndirmə  işinin təşkili və aparılması, həmçinin dini ic-
maların cəmiyyətdə radikalizm meyllərinin qarşısının alınması 
və sosial problemlərin həlli prosesinə cəlb olunması məqsədilə 
keçirilən regional konfransların işində  də Quba rayonu Qır-
mızı qəsəbə Dağ Yəhudiləri dini icması yaxından iştirak edir. 
Mütəmadi hal alan bu konfranslardan biri Dini Qurumlarla İş 
üzrə Dövlət Komitəsi və İslam Konfransı Gənclər Forumu Av-
rasiya Regional Mərkəzinin birgə təşkilatçılığı və Quba Rayon 
İcra Hakimiyyətinin dəstəyi ilə respublikanın şimal bölgəsində 
fəaliyyət göstərən dini icma sədrləri, imam və axundlar, eləcə 
də fəal dindar və ilahiyyatçılar üçün “Dövlət-din münasibətləri 
və maarifləndirmə işi” mövzusunda Quba rayonunda 2013-cü 
ilin iyun ayında keçirilmişdir.
 2014-cü il sentyabr ayının 16-17-də Qubada Dini Qurum-
larla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə respublikanın 
şimal bölgəsində  fəaliyyət göstərən dini icma sədrləri, imam 
və axundlar, eləcə də fəal dindar və ilahiyyatçılar üçün “Mil-
li adət-ənənələrimiz və müasirlik” mövzusunda ikigünlük 
növbəti regional konfrans keçirilmişdir. Bu konfransda da 
Boris Simanduyev geniş  və dolğun məzmunlu məruzəsi ilə 
Azərbaycanda mövcud tolerantlığın yüksək səviyyədə oldu-
ğunu xüsusi vurğulamış, yaradılan şəraitə görə Prezidenti İl-
ham Əliyevə öz dərin təşəkkürünü bildirmişdir.


118
2014-cü il sentyabr ayının 16-da Qubada “Milli adət-ənənələrimiz 
və müasirlik” mövzusunda konfransda Boris Simanduyev çıxış edərkən
Qırmızı  qəsəbədə yaşayan dağ  yəhudilərinin yerli mü-
səlman  əhali ilə münasibətlərinin yüksək səviyyədə olduğu-
nu deyən Quba rayonu Xanəgah kənd sakini 94 yaşlı Yunus 
Kazımov bizə bir çox maraqlı faktlar söylədi: “Mənim uşaq-
lıqdan bəri görüb müşahidə etdiyim ayrı-ayrı səmavi dinlərin 
təmsilçiləri olan bu iki xalqın həmişə birgə dost və qardaşcası-
na yaşamış olmasıdır. Bizim kənd ilə dağ yəhudilərinin yaşa-
dığı Qırmızı qəsəbə arasındakı məsafə 30 km-dən çoxdur. Biz 
ticarət məqsədi ilə Qırmızı qəsəbəyə gedərək istehsal etdiyimiz 
kənd təsərrüfatı mallarını sataraq oradan lazım olan şeyləri alıb 
gətirirdik. İndi müasir dövrdə nəqliyyat olsa da, yarım əsr bun-
dan əvvəl keçmiş SSRİ və ondan əvvəlki dövrlərdə bu yolu atla 
və ya piyada gedib gəlməli olurduq. Elə hallar da olurdu ki, bu 
məsafəni bir gündə gedib qayıda bilmirdik. Məcbur qalaraq Qu-
banın özündə və ya Qırmızı qəsəbədə gecələməli olurduq. Bu 
cür hallarda çox vaxt biz yəhudilərin evində qonaq qalır, onlar 
da bizə yüksək səviyyədə qonaqpərvərlik nümayiş etdirirdilər. 


119
Azərbaycanda tolerantlıq ənənəsi
Bir sözlə, biz onlara öz malımızı, canımız etibar edirdik. Həmişə 
onlarla qardaşcasına yaşamışıq.  Əsas məşğuliyyətləri ticarət 
olan qəsəbənin yerli əhalisi bir çox hallarda malları  səyyar 
şəkildə  kəndləri dolaşaraq satırdılar. Onlar da bu kəndlərin 
müsəlman sakinləri ilə dostluq, qardaşlıq münasibətində olur-
dular. Burada yerli kənd sakinlərinin evində qonaq qalırdılar. 
Tarixən mövcud olan bu dostluq münasibətləri çox gözəl bir 
haldır ki, bu gün də yüksək səviyyədə davam edir”.
 Beləliklə, Qubanın yaşlı sakini fərqliliyin bir zənginlik ol-
duğunu, müxtəlif dinlərə, etnik qruplara və xalqlara mənsub 
olmanın birgəyaşayışa heç bir maneə olmadığını bildirir. 
Qafqaz Müsəlmanları  İdarəsi sədrinin Quba rayonu üzrə 
səlahiyyətli nümayəndəsi Elnur Əfəndi sözünə Allahın adı ilə 
başlayaraq Qurani-Kərimin “Hücurat” surəsinin 13-cü ayəsini 
misal gətirdi: “Ey insanlar! Biz sizi bir kişi və bir qadından 
(Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız 
(kimliyinizi biləsiniz) deyə, sizi xalqlara və qəbilələrə ayır-
dıq. Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qor-
xanınızdır (pis əməllərdən ən çox çəkinəninizdir). Həqiqətən, 
Allah (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır”. 
Babası Sabir müəllimin uzun illər Qırmızı  qəsəbə orta 
məktəbində direktor müavini işlədiyini, həmişə müsəlman və 
yəhudilərin birgə çalışdığına özünün bilavasitə şahid olduğu-
nu deyən Elnur Əfəndi Uca Yaradandan bu birlik və mehriban-
çılığın əbədi olması üçün dua dilədi.
Azərbaycanda yaşayan yəhudilərlə yerli xalq həmişə dost-
casına yaşamış  və tam əminliklə deyə bilərik ki, bu dostluq 
gələcəkdə də mehribancasına davam edəcəkdir. 


Yüklə 79,54 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə