Azerbaycanda tolerantliq enenesi indd


İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT



Yüklə 79,54 Kb.
Pdf görüntüsü
səhifə33/41
tarix08.03.2018
ölçüsü79,54 Kb.
#30985
1   ...   29   30   31   32   33   34   35   36   ...   41

120
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT
1.  Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət 
Komitəsinin rəsmi internet saytı, www.scwra.gov.az 
2.  
B. A. Baranovskiy, Y. N. İvanov Pелигии  мира, s. 335, 
“Иудаизм”, Minsk, 2006, Kнижний домь.
3.  http://tr.wikipedia.org/wiki/Mikve
4.  https://ru.wikipedia.org/wiki/Еврейская_автономная_область
5.  İsmayıl Vəliyev, Dünya dinləri Azərbaycan Milli Ensklope-
diyası Nəşriyyat-Poliqrafiya birliyi, s. 223, Bakı, 2003.
6.  Kövsər Tağıyev, Siyası tarihi bağlamında Azerbaycan’da din 
eyitiminin gelişimi, Uluslararası Sosyal Araştırmalar Dergi-
si. The Journal of International Social Research Cilt: 6 Sayı: 
28, s. 381. 
7.  Müqəddəs Kitab, Müqəddəs kitab şirkəti, Bakı 2009. Xüruc 
XX/1-17; Təsniyə (Qanunun təkrarı) V/6-21.
8.  Paul Johnson, Yahudi Tarihi, s. 678. Pozitiv yayınları, 2000, 
çeviri Filiz Orman
9.  Şinasi Gündüz, Yaşayan Dünya Dinleri, Diyanet İşleri Baş-
kanlığı Yayınları, Ankara 2007, s. 239.
10.  Критика иудейской религии, Праздники синагогальном 
и  домашнем  культе  Н.  М.  Никольский, s. 336, Moskva, 
Издательство «Наука», 1964.


TARİX VƏ MÜASİRLİYİN 
QOVŞAĞINDA TOLERANTLIQ 
NÜMUNƏSİ OLARAQ 
AZƏRBAYCAN MOLOKANLARI


122
Rəşad İLYASOV
1
Giriş
Müasir dünyada dini tolerantlıq ciddi siyasi və humanitar 
məsələlərdən hesab olunur. Bu baxımdan hazırda Azərbaycan 
dini tolerantlıq mövzusunda model olma prespektivini gös tərir. 
Məhz ölkəmizdə mövcud olan dinlər, təriqətlər və məz həblərin 
müxtəlifliyi bunu təsdiq edir. Bütün bu dini icmalar arasında 
kordinasiyanı isə əlbəttə ki, uğurlu siyasətə əsas lanan siyasi iradə 
həyata keçirir. Cəmiyyətimizdə etnik-mə də ni  müxtəlifliyin qo-
runub saxlanması, multikulturalizmin dəstəklənməsi və  təş viq 
edilməsi olduqca aktualdır. Məhz möhtərəm Prezident İlham 
Əliyev də müxtəlif çıxışlarında bu mövzuya toxunaraq məsələni 
belə qiymətləndirir: “Biz belə yaşayırıq və belə yaşamağımızla 
özümüzə, bölgəyə və dün yaya sübut edirik ki, multikulturalizm 
yaşayır. Multikulturalizm nisbətən yeni bir anlayışdır. Əslində bu, 
müxtəlif mədəniyyətlərə, müxtəlif dinlərə mənsub olan insanların 
birgə yaşaması deməkdir. Yəni, əsrlər boyu Azərbaycanda bu anla-
yış yaşayıb, bu gün də yaşayır və möhkəmlənir. Azərbaycan xalqı 
müxtəlif dövrlərdə müxtəlif ictimai-siyasi quruluşlar çərçivəsində 
yaşayıb. Buna baxmayaraq, bütün dövrlərdə və xüsusilə ən sevin-
dirici hal ondan ibarətdir ki, müstəqillik dövründə bu müsbət 
meyllər daha da güclənir. Bizim uğurlu inkişafımızı gücləndirən 
amillər məhz bunlardır. Azərbaycan burada yaşayan bütün xalq-
ların doğma vətənidir. Hər bir xalqın nümayəndəsi bizim dəyərli 
vətəndaşımızdır. Biz bütün dinlərin nümayəndələrinə böyük 
hörmət və rəğbətlə yanaşırıq. Bu gün Azərbaycanda məscidlərlə 
bərabər xristian kilsələri, katolik kilsəsi, yəhudi sinaqoqları yan-
bayan dayanır. Budur Azərbaycanın reallıqları  və bizim dünya 
xəzinəsinə verdiyimiz töhfələr”.
1
 
  Fəlsəfə üzrə fəlsəfə doktoru, AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun Etika 
şöbəsinin elmi işçisi.


123
Azərbaycanda tolerantlıq ənənəsi
Həqiqətən də Azərbaycan burada yaşayan, öz maddi və 
mənəvi mədəniyyətini, dilini, dinini, adət-ənənələrini bir çox 
əsrlər boyu qoruyub saxlayan onlarca xalq və etnik qrup üçün 
əlverişli ölkə olma imicini mühafizə edir. Bu baxımdan din-
lərarası dialoq və tolerantlıq məfhumlarını bir çox aspektdən 
başa düşmək lazımdır. Birincisi, bütün dinlər mütləqlik ide-
yasından və iddiasından yola çıxaraq özlərini haqq olduğunu 
hesab edirlər. Hər hansı bir dinin başqa dindən üstün olma fik-
ri qəbuledilməzdir. Məhz bu rakursdan dinlərarasında dialoq 
məfhumu aktuallıq kəsb edir. Dinlərarası dialoq dinlər arasın-
da deyil, hər hansı bir dinə inanan şəxslər və dindarlar arasın-
da etik və sosial münasibətlərin yaranması deməkdir.
XVIII əsrin ikinci yarısında rus kəndlilərinin və onlara li-
derlik edən din adamlarının pravoslav kilsəsi və çarlıq üsul-
idarəsi ilə dini və iqtisadi konfliktləri nəticəsində “molokan” 
adı altında yeni etnik-dini icma meydana gəldi. Pravoslav rus 
kimliyi qarşısında molokan etnik kimliyinin meydana gəl-
məsində din və məzhəb fərqliliyi əsas rol oynamışdır. 
Azərbaycanda molokanlar əsasən kəndlərdə ayrıca icmalar 
şəkilində məskunlaşmışlar. Onlar öz adət-ənənələrini, dillərini 
və dini baxışlarını qoruyub saxlamaqla yanaşı, həmin ərazidə 
yaşayan yerli sakinlərlə qarşılıqlı ünsiyyət də qurmuşlar. 
Molokanların tarixi
Molokanlar Xristian təriqətlərindən biri kimi xüsusi tarixə ma-
likdir. Di ni hərəkatın əsası XVIII əsrin 80-ci illərində Tambov qu-
berniyasının kəndlisi Semyon Uklein (Семен Уклеин) tərəfindən 
qoyulmuşdur. Öncə pravoslav olan Uklein duxobor (pravoslav 
kilsəsi mərasimlərini rədd edən dini təriqət) təriqətini qəbul edir, 
sonra onlardan ayrılaraq özünün xüsusi dərnəyini yaradır. O, 
yeni təlimi açıq  şəkildə  təbliğ etmək üçün öz ardıcıllarından 70 
“apostol” (həvari) seçərək onlarla birgə  Zəburdan surələri uca-


124
dan oxuyaraq Tambova daxil olur. Lakin polis onları  həbs edir. 
Yalançı “apostollar” pravoslavlığa qayıdaraq azad olunurlar, Uk-
leinin özü isə tənbeh edilməsi üçün ruhanilərin ixtiyarına verilir. 
О da özünü pravoslavlığa qayıtmış kimi göstərərək azad olunur. 
Ancaq bundan sonra Uklein öz təlimini əvvəlkinə nisbətən ehti-
yatla təbliğ edir. O, Tambov, Voronej, Saratov, Yekaterinoslav, 
Həştərxan quberniyalarına, Don Ordusu torpaqlarına və Qafqa-
za səyahətlər edir. İmperator I Aleksandr taxta çıxdıqdan sonra 
təriqətçilərə qarşı müəyyən dözümlülük göstərdiyindən, yeni 
təlim təb liğatçılarının nailiyyətləri daha da artır. Yavaş-yavaş mo-
lokan icması üzvlərinin sayının çoxalması və öz etiqadlarına sadiq 
olmaları nəticəsində Çar hökuməti 22 iyun 1805-ci ildə molokanla-
rın öz etiqadlarına görə yaşama və ibadət etmə hüququnu tanıyır.
1
İmperator I Nikolayın hakimiyyətinin ilk dövrlərindən eti-
ba rən duxoborluların aqibəti molokanların da başına gəldi. Hö-
kumət onların Qafqazda yerləşdirilməsi haqqında qərar çıxardı. 
1820-ci ildən başlayaraq molokanlar Cənubi Qafqaza, Krı-
ma, 1870-ci illərdə isə Sibirə, Zakaspi və Qars vilayətlərinə 
köçürülmüşlər. 
Molokanlar meydana gəldikləri gündən etibarən təqib 
edilmişlər. Bu da onların etiqadları və ibadətləri haqqında gizli 
hərəkət etmələrinə səbəb olmuşdur. Xüsusilə Çar I Nikolayın 
dövründə (1825-55) molokanlar və digər məzhəblər üzərində 
təzyiq daha da artmışdı.
2
Çar Rusiyası molokanlara qarşı sərt tədbirlərə əl atırdı. On-
ların saqqal və bığlarını kəsərək hərbi xidmətə getməyə məcbur 
edirdilər. Etiqadlarına zidd olan bu işgəncəyə boyun əyməyərək 
onlar müxtəlif yerlərə, o cümlədən Azərbaycana köçürdülər. 
Çarlıq dövründə  təzyiqlərə  məruz qalan molokanlar 
1880/81-ci illərdə Qarsa yerləşdirilərək burada 35 kənddə məs -
kunlaşdılar. Bu dövrdə Qars Zaqafqaziya İdarəsinə bağlı bir 
1
 
 И .Морозов, Молокане, М.-Л., 1931, s.10-13.
2
 
  Andreas Buss, The Russian Orthodox Tradition and Modernity, Boston, Brill, 
2003, s. 85.


Yüklə 79,54 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə