Azerbaycanda tolerantliq enenesi indd



Yüklə 79,54 Kb.
Pdf görüntüsü
səhifə34/41
tarix08.03.2018
ölçüsü79,54 Kb.
#30985
1   ...   30   31   32   33   34   35   36   37   ...   41

125
Azərbaycanda tolerantlıq ənənəsi
vilayət olaraq Çar Rusiyasına tabe idi.
1
 1920-ci ildə  imza la nan 
“Gümrü” müqaviləsi ilə Qarsın Türkiyəyə verilməsi nəti cə-
sində ruslar ilə birlikdə molokanların da çoxu geri qayıtdılar.
2
 
Oktyabr inqilabı ilə iqtidarı  ələ keçirən bolşeviklər dinə 
qarşı  məsafəli idilər və  hətta dini qadağan edirdilər. Ancaq 
Çar Rusiyasının  əksinə Sovet İttifaqı molokanlara daha çox 
imkan yaratdı. Məhz inqilabdan sonra Türkiyə  ərazisində 
Qars  şəhərində olan 35 kəndin 32-si Sovet İttifaqına köçürül-
dü.
3
 1920-ci ildə Rusiya molokanlar konfransı  təşkil olunmuş 
və Rusiya Ruhani Xristian Dini İcmaları Birliyi adı altında bir 
təşkilat da yaradılmışdı. İlk illərdə molokanlar hərbi xidmətə 
getməyi rədd etsələr də, 1929-cu ildə baş tutan 4-cü konfransda 
dini icma olaraq orduda xidmətetmə qərarını qəbul etmişlər.
4
 
XIX əsrin axırlarında on beş min molokan ABŞ-a köçmüşdür. 
Hazırda San-Fransisko şəhərində onların mərkəzləri vardır.
5
 
Hazırda molokanların mərkəzi təşkilatı Rusiyanın Stav-
rapol vilayətində  fəaliyyət göstərir. 28 iyul - 4 avqust 1998-ci 
il tarixlərində burada molokan presviterlerinin beşinci, uşaq 
və  gənclərin isə ilk qurultayı keçirilmişdir. Bu qurultayda 
Azərbaycandakı molokanların Bakı presviteri N.V.Kotov və 
Sumqayıt icmasının presviteri N.V.Boldırev iştirak etmişlər.
Sovetlər birliyi süqut etdikdən sonra molokanlar dini hə-
yatlarını  sərbəst yaşama imkanı  əldə etdilər. Ancaq müasir 
dövrdə missionerlik fəaliyyətləri molokanlar üçün ciddi təh-
lükələr yaradır. Molokan gəncləri getdikcə baptist və evan-
gelistlərin təsirlərinə məruz qalırlar. 
1
 
  Orhan  Türkdoğan, Malakanları`ın Toplumsal Yapısı, Erzurum, Atatürk Üni-
versitetsi nəşr, 1971, s. 26. 
2
 
  Z.F. Fındıkoğlu, Türkiye`de İslav Muhacirleri, İstanbul, Fakülteler nəşr, 1996. s. 35.
3
 
  Erkan Karagöz, Kars ve Çevresinde Aydınlanma Hareketleri ve Sol Geleneğin 
Tarihsel Kökenleri 1878-1922, İstanbul, Asya Şafak nəşr, 2005, s. 53-54; 160. 
4
 
  Therese Adams Muaranaka, The Russian Molokan Colony at Guadalupe, Baja 
California: Continuity and Change in a Sectrarian Community, s. 40. 
5
 
 И.А. Малахова, О современных молоканах. М., 1968. s. 13. 


126
Molokan etiqadının məzmun və mahiyyəti
Molokanların etiqad sistemi əsasən Rus pravoslav kilsəsinə 
qarşı qurulmuşdur. Tədqiqatçı Nikolas Breyfoql molokanizmi 
rusların yerli məzhəbi, dini olaraq ifadə edir.
1
Molokan adının mənşəyinə dair dörd müxtəlif görüş möv-
cuddur. Birinci görüşə görə, bu dini icma orucluq zamanı süd 
(moloko) içdiklərindən dolayı onlara bu ad verilmişdir.  İkin-
ci görüşə görə, icma adı  Zəburda yəhudilərə olan məktubda 
“Və güclü qidaya deyil südə möhtaç olmusunuz” cümləsindən 
götürmüşdür. Üçüncü görüşə görə, molokanlar bu adı Çar 
hökuməti tərəfindən sürgün edildikləri Tavriya əyalətindəki 
“Moloçnoy”` çayının adından almışlar. Ancaq bu, elmi-tarixi 
faktlara əsaslanmır. Çünki hələ molokanlar sürgün edilmədən 
əvvəl Tambovdakı pravoslav kilsəsinin 1765-ci ildəki arxivdəki 
yazılarında bu icmanın adı molokan olaraq keçir.
2
 Dördüncü 
görüşə görə isə II Yekaterina icma üzvlərini sürgün edərkən 
onların əksəriyyəti qarşılarına çıxan çayda boğulmuşlar. Boğu-
lanların sayı II Yekaterinaya bildirildiyində o, “malo kanuli” 
(az boğulmuşlar) demişdir. Beləliklə, molokan adı da buradan 
meydana gəlmişdir. 
Molokanların iqtidarı  ələ keçirmək kimi radikal tələbləri 
olmamışdır. Çünki onlar Həzrət İsanın şiddətə qarşı olmasını 
özləri üçün dini əsas kimi qəbul etmişlər. Eyni zamanda silah 
gəzdirmək və ondan istifadə etmək, hətta hərbi forma geyinmək 
molokanların dini təliminə görə qadağandır. Molokanlar icma 
halında bir yerdə yaşamaq və müəyyən öhdəliklərdən azad ol-
maq üçün sürgünə belə razı olmuşlar. Bu mənada “bratstvo” 
1
 
  Nicholas B. Breyfogle, ``Prayer and the Politics of Place: Molokan Church Buld-
ing, Tsarist Law and the Quest for a Public Sphere in Late Imperial Russia``, 
Religion and Spirituality in Modern Russia, ed. M.D.Steinberg və H.J. Cole-
man, Indiana, Indiana Uni.Press, 2007, s. 224.
2
 
 И. Морозов., Молокане, s. 6. 


127
Azərbaycanda tolerantlıq ənənəsi
(qardaşlıq) və “obşestvo” (icma) kimi dəyərlər molokan inan-
cının mərkəzində durur.
1
 
Molokan dini hərəkatının davamçıları orucluq vaxtı süd 
(rus dilində moloko) içdiklərinə görə belə adlanır. Onlar özləri 
isə bu adı “mənəvi südlə qidalanmaları” ilə izah edirlər.
2
 Bu ad-
landırma, eyni zamanda molokanların etiqadlarını “süd kimi 
təmiz və saf olduqlarını” ifadə etmələrindən də qaynaqlanır. 
Burada diqqət edildiyində görülür ki, bu adlandırmalar birba-
şa dini məzmun və mahiyyət daşıyır. Pravoslavlar molokanları 
günahkar və dindən çıxan zındıq qrup kimi təsvir edirlər. 
Molokanlar arasında ictimai bərabərliyin əhəmiyyətini or-
taya qoyan ən  əsas faktor burada ruhani sinfin olmamasıdır. 
Onların “presviteri” olaraq adlandırdıqları camaat liderləri 
vardır.
3
 Ancaq bunlar klassik ruhani sinfində olduğu kimi nə 
imtiyazlara  malik dir lər, nə  də dini sahədə çalışan professio-
nal mütəxəssisdirlər. Çün ki molokan etiqadı rəsmi pravoslav 
kilsəsindəki  dini  iyerar xi ya nı da rədd edir.
4
Molokanlar dini təlimlərinin yeganə mənbəyi kimi İncili ta-
nıyırlar, həm də Bibliya kəlamlarını sərbəst şəkildə izah edirlər. 
Molokanlar hazırda yalnız özlərinin  əsl dindarlar olduğunu 
söyləyir, heç bir dini hekayəti, kilsə  qərarını  qəbul etmir, yal-
nız  İncilin göstərişlərini yerinə yetirirlər. Onlar kilsədə xüsusi 
səlahiyyətlərə malik şəxslərin iyerarxiyasını da tanımırlar. Mo-
lokanların kilsələri yoxdur, onların ehkamçılıq təlimi “Dini qay-
dalar” adlı kitablarda təsvir olunur. Onların təliminə görə, ölülər 
1
 
  Therese Adams Muaranaka, The Russian Molokan Colony at Guadalupe, Baja 
California: Continuity and Change in a Sectrarian Community, A Dissertation 
Submitted of the Faculty of the Department of Anthropology, The University 
of Arizona, 1992, s. 39. 
2
 
  Orhan  Türkdoğan, Kars`ta Bir Etnik Grup-Malakanlar`ın Toplumsal Yapısı, 
İstanbul, İQ nəşr, 2005. 
3
 
  Roman Lunkin & Anton Prokofyev, “Molokans and Dukhobors: Living Sources 
of Russian Protestantism”, Religion, State and Society, Vol.28, No: 1, 2000: s. 85.
4
 
  Nicholas B. Breyfogle, “Prayer and the Politics of Place: Molokan Church Bulding
Tsarist Law and the Quest for a Public Sphere in Late Imperial Russia”, s. 228. 


Yüklə 79,54 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə