Azerbaycanda tolerantliq enenesi indd



Yüklə 79,54 Kb.
Pdf görüntüsü
səhifə37/41
tarix08.03.2018
ölçüsü79,54 Kb.
#30985
1   ...   33   34   35   36   37   38   39   40   41

134
Azərbaycandakı molokan icmalarından yalnız üçü - Bakı 
şəhəri “Molokan ruhani-xristian”, Sumqayıt şəhəri “Molokan 
ruhani-xristian” və Qobustan rayonu Hilmilli kəndi “Molokan 
ruhani-xristian” dini icmaları Dini Qurumlarla İş üzrə Dövlət 
Komitəsində qeydiyyatdan keçmişdir.
1
 
Hazırda Azərbaycanda yeganə kolxoz məhz  İvanovka-
da fəaliyyət göstərir. Dini dünya görüşlərinə görə, kollektiv 
işləməyi ibadət qəbul edən ivanovkalı molokanlar kolxozun 
özəlləşdirlməsini istəmədilər. Azərbaycan hökuməti də mo-
lokanların istəyini tolerantlıq çərçivəsində qiymətləndirərək 
onlara bu imkanı verdi. İvanovkanın unikal mikroiqlimi var. 
Orada əldə olunan balın müalicəvi faydası və təkrarolunmaz 
dadı da bundan qaynaqlanır.
2
 
Digər tərəfdən  İvanovka özünün süd məhsulları ilə  də 
məşhurdur. Bakıda müxtəlif yerlərdə  “İvanovka” adlı mağa-
zalarda süd və süd məhsulları satılır. Eyni zamanda İvanov-
ka şərabı və südü artıq Azərbaycan və post-sovet məkanında 
məşhur ticarət markası olaraq tanınır. 
 Mehriban icma halında yaşayan  İvanovkada 1931-ci ildə 
kolxoz qurulmuş və bu status indiyədək, artıq müstəqil dövlət 
olan Azərbaycanda da saxlanılır. Təsərrüfatın nizamnaməsini 
saxlamağa kolxozun o vaxtkı  sədri Nikolay Nikitinə Ümum-
milli Lider Heydər Əliyev ötən əsrin 90-cı illərinin əvvəllərində 
şəxsən özü icazə vermişdir. Bu diqqət və qayğı Prezident İl-
ham  Əliyev tərəfindən də davam etdirilir. Təsadüfi deyil ki, 
Azərbaycan Prezidenti dəfələrlə  İvanovkada olmuş, onların 
problemləri ilə maraqlanmış, həmişəki kimi yaşamaları və ça-
lışmaları üçün lazımi şərait yaratmışdır. Hazırda kolxozun adı-
nı daşıdığı Nikolay Nikitin təsərrüfata 41 il başçılıq etmişdir. 
Sədrin vəfatından sonra onun işini özlərini məhz “nikitinçilər” 
adlandıran  şagirdləri davam etdirməkdədir. Kolxozun indi-
1
 
  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəsmi internet saytı, www.scwra.gov.az 
2
 
 http://gun.az/social/102149


135
Azərbaycanda tolerantlıq ənənəsi
ki, sayca 13-cü sədri Aleksey Timofeyeviç Kozlovtsov uzun 
müddət özünün əfsanəvi sələfi  və müəllimi ilə çiyin-çiyinə 
təsərrüfatın baş mühəndisi işləmişdir.
Azərbaycan molokanlarının yaşadığı kəndlərdə və rayon-
larda iki qəbiristanlıq mövcuddur. Biri müsəlman, digəri xristi-
an qəbiristanlığı. Molokan, baptist və digər Məsih təriqətlərinin 
üzvləri xristian qəbiristanlığında dəf edilirlər. Ancaq molokan 
qəbirlərində xaç simvolundan istifadə olunmur. Məhz molo-
kan kəndlərindəki xristian qəbiristanlığına daxil olduqda rahat 
şəkildə molokan qəbirlərini müəyyən etmək mümkündür. 
Ümumiyyətlə, məşhur alman sosioloqu Maks Veberin “İc-
malarda dini əxlaq və  əmirlər iqtisadi fəaliyyətlər üzərində 
olduqca təsiredici qüvvəyə malikdir” şəklindəki ifadəsini 
Azərbaycanda yaşayan molokanların həyatlarında görmək 
mümkündür. Məsələn, türk tədqiqatçı  İvanovkada 2006-cı 
ildə apardığı sosioloji sorğu və müşahidələrin nəticəsi olaraq 
qeyd edir ki, kənddə çayxana yoxdur. Bu onunla izah edilir ki, 
kənddə yaşayan molokanlar bütün günü işdə olduqlarına görə 
vaxt tapıb çayxanaya gedə bilmirlər. Onlar işlədikləri yerlərdə 
çay içirlər. Buna görə  də  İvanovkada çayxananın olmaması 
qəribə qarşılanmır.
1
  Məhz belə bir tendensiyanın molokanlar 
arasında olması onların dini düşüncələrinə uyğun olaraq iş 
əxlaqını da formalaşdıran əsas səbəblərdəndir. 
Azərbaycanda molokanların Bakıda, Sumqayıtda, İsmayıl-
lıda və digər rayon və kəndlərdə dua evi (dom malitvı) adlan-
dırdıqları  məbədləri mövcuddur. Dua evlərinin divarlarında 
heç bir şəkil, ikona və xaç işarəsi yoxdur. Onlar hər bazar günü 
səhər tezdən bu dua evlərinin qarşısında toplanır, qadın və 
kişilər ayrı yerlərdə oturaraq öz ayinlərini icra edirlər. Dualar 
oxunub qurtardıqda molokanlar bir yerdə amin deyirlər. Bəzi 
dualar isə xor şəklində oxunur. Molokanlar dua edərkən orta-
da bir xalça olur. Presviter adlandırılan din lider xalçaya yaxın-
1
 
Çakır Ceyhan Suvari, Malakanlar, Ütopya nəşr, İstanbul, 2013, s. 100-101. 


136
laşaraq dua oxuyur və  hər dua qurtaranda camaatla birlikdə 
səcdə edirlər və bu, doqquz dəfə təkrarlanır. 
Əslən İvanovka kəndindən olan ancaq hazırda Bakıda yaşa-
yan Azərbaycan vətəndaşı Vasili Borisov ilə görüşümüz zamanı 
o, molokanlara məxsus toy ənənəsini bu şəkildə təsvir etdi:
“Molokanlarda oğlan atasına gedib bir molokan qızından 
xoşu gəldiyini deyər və ata da gedib o qızı valideynlərindən istə-
yər. Bizdə toy üç gün davam edir. Birinci gün qızın evinə gedirik. 
O gün bəy qızı görmür. Paltar və hədiyyələr verilir. Qızın evindən 
gəldikdən sonra bəyin dostları pul toplayıb yeni qurulacaq evin 
bəzi ehtiyaclarını qarşılayır. İkinci gün bəy evinə qonaqlar gəlir, 
ancaq gəlin gəlməz. O gün yeyilib-içilir və bu günə “iş qurtardı” 
deyilir. Üçüncü gün qızı gətirməyə gedərlər və gəlin yeni evinə 
gəldiyində ona orada presviteri (molokan din adamı) dualar 
oxuyar. Axşamadək məclis qurular, yeyilər-içilər və nəhayət hər 
kəs evinə qayıdar. Bəy və gəlin də öz yeni evində qalar”. 
Vasili Borisovun həyat yoldaşı Tatyana xanım da bu 
görüşümüzdə maraqlı bir məqama toxundu. O, əvəllər daha 
çox yaşanılan “proqulka” ənənəsindən bəhs etdi:
“İvanovkada gənclər bazar günləri məktəbin arxasında-
kı böyük bir tarla ərazisinə gedər, qarmonlar çalınar, rəqslər 
edilər və cavanlar bir-birləri ilə tanış olarmış. Hazırda bunun 
yerini müasir diskoteka tendensiyası almışdır”. 
Azərbaycandakı molokanlar yaşadıqları  kənd və rayon-
larda çox etnikliliyin bir hissəsini təşkil edir. Bu, daha böyük 
mənada Azərbaycanda müxtəlif xalq və qrupların yaşaması 
ilə mozaik şəklində multikultural mədəniyyətin və tolerantlı-
ğın yaranmasına səbəb olur. Əlbəttə ki, bu tendensiyanın ta-
rixi kökləri vardır. Müasir dövrdə də bu tarixi kökləri ilə olan 
əlaqəsini qoruyaraq reallığı  əks etdirir. Məhz Azərbaycanda 
yaşayan molokanlar da tarix və müasirlik qovşağında tolerant-
lıq nümunəsi olaraq ölkəmizə öz töhfələrini verirlər. 


Yüklə 79,54 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə