Azerbaycanda tolerantliq enenesi indd



Yüklə 79,54 Kb.
Pdf görüntüsü
səhifə38/41
tarix08.03.2018
ölçüsü79,54 Kb.
#30985
1   ...   33   34   35   36   37   38   39   40   41

137
Azərbaycanda tolerantlıq ənənəsi
Azərbaycanda yaşayan molokanların tolerantlıq kontek-
stində ən mühüm cəhətlərindən biri də odur ki, onlar yaşadıq-
ları kənd və rayonlarda öz tarixi adət-ənənələrinə uyğun olaraq 
səliqəli evlər tikir, gül-çiçəkli bağçalar salır və evlərinin önündə 
oturmaları üçün skamyalar düzəldirlər. Bütün bunlar harda-
sa köçüb gəldikləri Saratov, Voronej və digər şəhərlərin tipik 
mənzərəsini  əks etdirir. Məhz Azərbaycanın səfalı yerlərində 
molokanların kəndlər salması, eyni zamanda öz tarixləri və 
həyat anlayışlarına uyğun yaşama şəraitlərinə də təsir göstərir. 
Digər tərəfdən Azərbaycanda yaşayan molokanlar dini eti-
qadlarına görə, silahdan istifadə etmək, qan tökmək, dava sal-
maq kimi hərəkətlərdən uzaqdururlar. Məhz molokanların bu 
dini etiqadlarının xüsusiliyi onların tolerantlığa necə də meylli 
olduğunu göstərir. 
Azərbaycan Respublikasının təhsil sistemində molokanlar 
üçün xüsusi diqqət göstərilir. Belə ki, 2007-ci ildən dövlət baş-
çısı İlham Əliyevin təlimatı ilə molokanların yaşadıqları rayon 
və kəndlərdəki məktəblərdə həftədə bir neçə saat “Molokan ta-
rixi” adlı dərs keçirilir. 
Molokanlar müasir dünyadakı digər insanlar kimi yeni 
şərt və  şəraitlərə uyğun həm iqtisadi, həm də sosial inkişaf 
nə ticəsində öz kimliklərini yenidən qurmağa çalışırlar. Məhz 
ölkə mizdə molokanların tolerantlıq və dini plüralizm kontek-
stində öz dini etiqadlarına uyğun həyat sürmələri Azərbaycan 
Respublikasının Konstitusiyası  və “Dini etiqad azadlığı haq-
qında” Qanunla da qarantiya altına alınmışdır. 
Digər tərəfdən artıq 200 ildən çoxdur ki, molokanlar Azər-
baycanın yerli sakinləri olaraq qəbul edilir. Belə ki, bu 200 illik 
tarixdə Azərbaycan xalqı ilə molokan xalqı çox səmimi şəkildə 
münasibətlər qurmuş, bir-birlərinə qarşı daima hörmət və eh-
tiram göstərmişlər.  Əgər belə olmasaydı, hazırda tolerantlıq 
kontekstində azərbaycanlı molokanlardan bəhs edə bilməzdik. 
Məhz Azərbaycanın bu uğurlu tolerant mədəniyyəti və siyasəti 


138
nəticəsində  həqiqətən də ölkəmiz sivilizasiyalararası dialoq və 
tolerantlıq mövzularında qlobal arenada böyük nüfuza malikdir. 
Nəticə
Molokanların Rus pravoslav kilsəsindən ayrılmalarında iq-
tisadi və dini səbəblər rol oynamışdır. Molokanizm meydana 
gəldiyi ilk günlərdən etibarən təzyiq və təqiblərə məruz qalmış-
dır. Bu təzyiq və  təqiblər nəticəsində molokanlar öz doğma di-
yarlarından köçmüş və sürgün edilmişlər. Bütün bunlar molokan 
etnik kimliyinin yaranmasında əsas faktor rolunu oynamışdır. 
Tarixi mənbələrdən məlum olur ki, molokanlar Çar Ru-
siyası dövründə Azərbaycan  ərazisinə köçürülərək müxtəlif 
rayon və  kəndlərdə yerləşdirilmişdir. Keçmiş Sovetlər birliyi 
dövründə də molokanlara xüsusi diqqət göstərilmişdir.
Yenidən müstəqillik qazandıqdan sonra Azərbaycanda 
molokanlara dövlət tərəfindən xüsusi qayğı göstərilir. Məhz 
molokan icmalarının dövlət qeydiyyatına alınması, onlara ya-
şadıqları regionlarda dövlət tərəfindən hər cür şəraitin yara-
dılması bunun bariz nümunəsidir. Bu baxımdan Azərbaycan 
müxtəlif dini və etnik qrupların yaşadığı bir ölkə olaraq dün-
yaya öz tolerantlıq modelini təqdim etmişdir.
Dini dünya görüşlərinə görə, işləməyi ibadət sayan mo-
lokanlar tez bir zamanda Azərbaycan xalqı ilə ünsiyyət qu-
raraq müasir dövrədək tolerantlıq nümunəsini  əyani  şəkildə 
göstərmişlər. Bu tolerantlığın nəticəsidir ki, ölkəmizdə molo-
kanlarla bağlı müxtəlif kitablar, məqalələr yazılmış və 2004-cü 
ildə “Saf ruh” adlı sənədli film də çəkilmişdir. 
Ölkəmizdə yaşayan molokanlar dini etiqad azadlığı və to-
lerantlıq çərçivəsində öz vətəndaşlıq hüquqlarından yararla-
naraq Azərbaycanda dini və etnik qrupların qarşılıqlı şəkildə 
yaşamalarını da real şəkildə əks etdirirlər. 


139
Azərbaycanda tolerantlıq ənənəsi
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT
1.  Breyfogle Nicholas B., ``Prayer and the Politics of Place: Mo-
lokan Church Bulding, Tsarist Law and the Quest for a Pub-
lic Sphere in Late Imperial Russia``, Religion and Spirituality 
in Modern Russia, ed. M.D.Steinberg və H.J. Coleman, Indi-
ana, Indiana Uni.Press, 2007.
2.  Buss, Andreas, The Russian Orthodox Tradition and Moder-
nity, Boston, Brill, 2003.
3.  Вердиева,  Х.Й.,  Переселенческая  политика  Российской 
империи  в  северном  Азербайджане,  Баку, 1999, s. 181; 
178-179. 
4.  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəsmi internet 
saytı, www.scwra.gov.az
5.  Дингелшдедт, Н, Закавказские сектанти, С-Петерсбург, 1885.
6.  Гладков  П.А.  и  Коритин  Г.Й.,  Христианские  секти  в 
Азербайджане, Баку,1961, s. 38-41. 
7.  Fındıkoğlu, Z.F, Türkiye`de İslav Muhacirleri, İstanbul, Fa-
külteler nəşr, 1996.
8.  Karagöz Erkan, Kars ve Çevresinde Aydınlanma Hareketle-
ri ve Sol Geleneğin . Tarihsel Kökenleri 1878-1922, İstanbul, 
Asya Şafak nəşr, 2005.
9.  Коритин, Г.Й., Что такаое секти, Баку,1987.
10.  Lunkin Roman & Anton Prokofyev, “Molokans and Duk-
hobors: Living Sources of Russian Protestantism”, Religion, 
State and Society, Vol.28, No: 1, 2000.
11. Малахова , И.А., О современных молоканах. М., 1968.
12. Морозов И., Молокане, М.-Л., 1931 1931.
13.  Muaranaka Therese Adams, The Russian Molokan Colony 
at Guadalupe, Baja California: Continuity and Change in 
a Sectrarian Community, A Dissertation Submitted of the 


140
Faculty of the Department of Anthropology, The University 
of Arizona, 1992.
14.  Türkdoğan Orhan, Malakanları`ın Toplumsal Yapısı, Erzu-
rum, Atatürk Üniversitetsi nəşr, 1971. 
15  
................................, Kars`ta Bir Etnik Grup-Malakanlar`ın 
Toplumsal Yapısı, İstanbul, İQ nəşr, 2005.
16.  Suvari,  Çakır Ceyhan, Malakanlar, Ütopya nəşr,  İstanbul, 
2013, s. 100-101.
17. http://gun.az/social/102149


Yüklə 79,54 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə