Azerbaycanda tolerantliq enenesi indd



Yüklə 79,54 Kb.
Pdf görüntüsü
səhifə4/41
tarix08.03.2018
ölçüsü79,54 Kb.
#30985
1   2   3   4   5   6   7   8   9   ...   41

13
Azərbaycanda tolerantlıq ənənəsi
ğın Cəbrayıl və Qubadlı bölgələri nigariliyin ən çox yayıldığı 
ərazilər olmuşdur. Cəbrayıldakı Çələbilər nəslinin təmsil etdi-
yi Hacı Qaraman və Qubadlıdakı Mir Sədi Ağa ocaqları nigari-
liyin Qarabağdakı iki fərqli qoludur. Bundan başqa, bu ənənə 
Nigarinin davamçısı Hacı Mahmud Əfəndi vasitəsilə Qazax və 
Borçalı mahallarında da yayılmışdır. 
Nigari məktəbi
Seyid Nigarinin tələbələri və davamçıları da məzhəblərarası 
ixtilaflardan uzaq durmuş, başqa təriqətlərin nümayəndələri ilə 
qarşılıqlı hörmətə əsaslanan əlaqələr qurmuşlar. Tələbələrdən 
biri Amasyaya gedərək Nigaridən xilafətnamə almış və geriyə 
qayıdaraq Qazax-Borçalı bölgəsində bu ənənəni təbliğ etmiş 
qazaxlı Hacı Mahmud Əfəndidir. Hazırda Qazaxın Aslanbəyli 
kəndindəki türbəsindəki qəbrinin yanında Seyid Yasin Əfəndi 
adlı şəxsin də məzarı vardır. Hacı Mahmud Əfəndi sünni, Se-
yid Yasin isə  şiə idi. Seyid Nigariyə bağlı bu iki şəxs arasın-
da möhkəm dostluq münasibətləri olmuşdur. Hacı Mahmud 
Əfəndi “Əgər Seyid Yasin məndən sonra vəfat edərsə, onu ya-
nımda dəfn edin” demişdir.
1
 Seyid Nigari məktəbinin ictimai həyatdakı 
təza hü rü:  Hacı Qaraman ocağı
Həmzə Nigarinin fikirlərinin Qarabağ bölgəsində ictimai 
həyata tətbiq edilməsində  Cəbrayıl rayonunda yerləşən Hacı 
Qaraman ocağının və bu ocağın daşıyıcıları olan Çələbilər 
nəslinin xüsusi yeri vardır. Qarabağ bölgəsində sayılıb-seçilən 
seyid ocaqlarından olan Hacı Qaraman ocağı, xüsusilə Cəbrayıl 
1
 
  İbrahim Yıldırım, “Ben” deki Seyyid Nigari”, Karabağ`dan Amasyaya Gönül 
Köprüsü- I. Uluslararası Hamza Nigari Sempozyumu, s. 131; Məhəmməd Al-
lahmanlı, Azərbaycanin Qərb Bölgəsinin Mənəvi Mədəniyyətindən (tarixi-et-
noqrafik tədqiqat), s. 113.


14
və Qubadlı rayonlarında ictimai həyatda böyük təsirə malik 
müqəddəs məkandır. Bu ocağın ən aktiv daşıyıcıları Cəbrayıl 
rayonunun Sirik kəndinin sakinləridir. Siriklilər hazırda əsasən 
Yasamal və Biləsuvar rayonlarında məskunlaşmışlar. Bu ocaq 
haqqında topladığımız məlumatlar daha çox Yasamal və Bilə-
su varda  məskunlaşmış siriklilərlə söhbətimiz nəticəsində əl də 
olunmuşdur. Bunların içərisində ocaq haqqında  ətraflı  məlu-
ma ta sahib olan Müstəqim Çələbi, Malik Zamanov, Məhəm-
mədli Camalov və Mübariz Camalovu xüsusilə qeyd etmək 
la zımdır. Bundan başqa bu ocağın daşıyıcıları  tərəfindən ya-
zılmış kitablar və onlar haqqında məlumat verən əsərlərdən də 
mənbə kimi istifadə etdik. 
Sirik kəndinin sakinləri ilə söhbətimizdə  Çələbi nəslinin 
kökünün  İmam Zeynəlabidinədək gedib çıxdığını öyrəndik. 
Oca ğın tanınmış nümayəndələrindən olan Əli Çələbinin oğul-
lu ğu Müstəqim Çələbi bu ocağın Azərbaycandakı tarixi haq-
qında müxtəlif əsərlərdə nəşr edilmiş müsahibələrində ət raflı 
məlumat vermişdir. Bu mənbələrin içərisində Abuzər Abu-
zə rovun  “Qaramanlı  Əli Çələbi”,  Əlisahib  Əroğulun “Yəhya 
Çələbi Haqq dünyamızın işığı” və Azərbaycan Milli Elmlər 
Akademiyasının Folklor İnstitutunun nəşr etdiyi “Qarabağ: 
folklor da bir tarixdir - VI kitab (Cəbrayıl, Kəlbəcər və Tərtər 
rayonlarından toplanmış folklor örnəkləri)” əsərlərini  xü su si-
lə qeyd etmək lazımdır.
Çələbi nəslinin nümayəndələrinin verdikləri məlumatlara 
əsasən, ocağın Cəbrayıldakı tarixi Diyarbəkrdən Qarabağa 
gəlmiş Hacı Qaraman adı ilə tanınan Əziz Əfəndi oğlu Əhməd 
Əfəndi ilə bağlıdır.  Əhməd  Əfəndinin Cəbrayıla gəlişinin 
də qiq tarixini söyləmək çətindir. Bəzi müəlliflər bunu Qa-
raman bəyliyinin Osmanlılar tərəfindən süquta yetirilməsi 
ilə  əlaqələndirsələr də,
1
  fikrimizcə, bunu təsdiqləyəcək tari-
xi məlumatlara malik deyilik. Belə ki, Hacı Qaraman ocağı-
1
 
 Abuzər Abuzərov, Qaramanlı Əli Çələbi, Bakı, 1998, s. 5.


15
Azərbaycanda tolerantlıq ənənəsi
nın həqiqətən də Qaraman bəyliyinin  ərazisindən gəlməsinə 
dair tarixi faktlar yoxdur. Əgər həqiqətən də bu nəslin nü ma-
yən də ləri Qaramandan gəlmişsə, onda bu gəliş Qaramandan 
Diyarbəkrə olmuşdur. Belə olan halda onların Diyarbəkrə 
köçü iddia olunduğu kimi, XV əsrə təsadüf edilə bilər. Lakin 
Diyarbəkrdən Cəbrayıla gəlməsi haqqında dəqiq tarix söy ləmək 
çətindir. Hacı Qaramanın oğlu Məhəmməd Çələbi tərəfindən 
Çələbilər kəndində tikilmiş məscidin 1088 (miladi 1678)-ci ildə 
inşa edildiyini
1
 nəzərə alsaq, onda bu ailənin bölgəyə gəlişinin 
1650-ci illərə  təsadüf etdiyini deyə bilərik. Onların Cəbrayıla 
gəlməsinin 1727-ci ildən sonrakı dövrə təsadüf etməsi də müm-
kündür. Belə ki, tarixi məlumatlara əsasən, Gəncə-Qarabağ zo-
nası da daxil olmaqla Azərbaycanın bir çox bölgəsi 1723/24-cü 
illərdə Osmanlı ordusu tərəfindən ələ keçirilmişdir. Osmanlı-
lar bölgə  əhalisinin gəlirlərini müəyyənləşdirmək və nizam-
lı  şəkildə vergi toplamaq üçün 1727-ci ildə “Gəncə-Qarabağ 
əyalətinin müfəssəl dəftəri”ni tərtib etmişdilər.
2
 Bu dəftərə 
diqqət yetirdikdə  Çələbilər kəndi nin  adına rast gəlmirik. 
Çələbilərlə qonşu Sirik kəndində (dəftərdə Sirikli olaraq keçir) 
isə heç kimin yaşamadığı qeyd edilir. Böyük ehtimalla Osman-
lılar bölgəni  ələ keçirəndə bir çox yaşayış  məntəqəsi kimi bu 
kəndin əhalisi də köç edərək başqa yerlərdə məskunlaşmışdır. 
Kəndin adının dəftərdə qeyd olunması bu fikri dəstəkləyir. 
Lakin maraqlı bir fakt ondan ibarətdir ki, adı Siriklidən əvvəl 
keçən Xoşvaxt kəndinin sakinlərindən Çələbi Baba oğlu və qar-
daşı Bayraməli adlı iki şəxsin adı qeyd olunub. Adı qeyd edilən 
Çələbinin Hacı Qaraman ocağı ilə bir bağlılığın olub-olmadığı-
nı dəqiqləşdirə bilmədik.
3
1
 
  Məhəmməd Nərimanoğlu, “Bu yurdun maddi-mədəni sərvətləri ermənilər 
tərəfindən məhv edilib”, Azərbaycan qəzeti, 22 Avgust 2014.
2
 
  Hüsaməddin Məmmədov (Qaramanlı), “Ön söz”, Gəncə-Qarabağ əyalətinin 
müfəssəl dəftəri, red. Vasif Quliyev, Bakı, 2000, s. 3-4.
3
 
  Gəncə-Qarabağ  əyalətinin müfəssəl dəftəri, red. Vasif Quliyev, Bakı, 2000, 
s. 425.


Yüklə 79,54 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə