Azerbaycanda tolerantliq enenesi indd



Yüklə 79,54 Kb.
Pdf görüntüsü
səhifə5/41
tarix08.03.2018
ölçüsü79,54 Kb.
#30985
1   2   3   4   5   6   7   8   9   ...   41

16
Hacı Qaraman əvvəlcə  Cəbrayıl qəzasının Hareylan, 
Mən sümlü,  Piravardı, Quradərə  tərəflərində  məskunlaşmış, 
nəhayət Çələbilər kəndinin  əsasını qoymuşdur. Rəvayətə 
görə, bir çox kəramət göstərən Hacı Qaraman bölgə əhalisinin 
böyük hörmətini qazanmışdır. Hacı Qaramandan bu nəslin 
bölgə camaatı içərisində ən çox nüfuza sahib olan nümayəndəsi 
Hacı Qasım Çələbiyə qədərki silsilə belədir:
Hacı Qaraman (Əhməd Əfəndi)

Məhəmməd Çələbi

Maqsud Çələbi

Vəli Çələbi

Hüseyn Çələbi

Böyük Alı Çələbi

Hacı Qasım Çələbi
Hacı Qasım Çələbinin Yasin Çələbi, Alı Çələbi, İdris Çələbi 
və Osman Çələbi adlı oğlanları, Hafizə Çələbi və Həcər Çələbi 
adlı qızları olmuşdur.
1
Bu silsilədə Nigari məktəbi baxımından iki şeyxin xüsusi 
əhəmiyyəti vardır. Bunlar Böyük Alı  Çələbi
2
  və Hacı Qasım 
Çələbidir. Ocağın nümayəndələrinin, xüsusən də Müs tə qim 
Zamanovun verdiyi məlumata görə, Böyük Alı Çələbi Seyid 
Həmzə Nigari ilə dost olmuş  və onun görüşlərini mə nim-
1
 
 Abuzər Abuzərov, Qaramanlı Əli Çələbi, s. 6.
2
 
  Böyük  Alı  Çələbiyə “böyük” ləqəbi daha sonra nəvəsi Alı  Çələbidən fərq-
ləndirmək üçün verilmişdir. Əlisahib Əroğul, Yəhya Çələbi Haqq dünyamızın 
işığı, Bakı, 2002, s. 69.


17
Azərbaycanda tolerantlıq ənənəsi
səmişdir. Onlar tez-tez görüşərək  fikir mübadiləsi aparmış-
lar. Məhz Böyük Alı  Çələbi vasitəsilə Nigari düşüncəsi bu 
ocaqda hakim olmuşdur. Hacı Qaraman ocağının mənsubları 
Seyid Nigarini “Şıx Əfəndi” adı ilə yad edirlər. Seyid Nigari-
nin Azərbaycanı  tərk edərək Türkiyəyə gedərkən bölgədəki 
təriqət şeyxliyini Böyük Alı Çələbiyə həvalə etdiyi söylənilir.
1
 
Qeyd etmək lazımdır ki, həm bir şeyx kimi təsiri baxımın-
dan, həm də Qarabağda müxtəlif İslam məzhəbləri arasında 
müsbət  əlaqələrin yaradılması nöqteyi-nəzərindən Çələbi 
nəs li  içərisində  ən mühüm şəxsiyyət Hacı Qasım Çələbi ol-
muş  dur.  O,  atasının yaxın dostu olan Həmzə Niga rinin dü-
şün cələrindən faydalanaraq Əhli-beyt sevgisini bölgədəki iki 
məzhəb mənsublarını birləşdirən bir dəyər kimi önə  çəkmiş 
və  məzhəbçiliklə ciddi mübarizə aparmışdır. Sirik kənd sa-
kini Zamanov Müstəqim Həsən oğlu bu həqiqətləri Qarabağ 
ləhcəsi ilə belə ifadə etmişdir:
“Bizim baba larımız deyif ki, orda-bırda soruşan olsa, sün-
nü sən, şiyə? Denən ki:
Nə sünnüyəm, nə şiyə,
Əhli-müsəlmanam mən!
Yəni, on iki imamı sevən. Deməh, elə bil ki, həm on iki 
imamı mızı sevirih, həm peyğəmbərin  əsabaların sevirih, 
yəni heş birinə qarışacağımız yoxdu. Ən düzgün yoldu də. O 
vax Çələbi baba məhər rəmlihdə qazan asdırır, imam ehsanı 
verməyə. O vaxd oranın qazisi olufdu. Çələbi babanın qaynı 
olufdu. Gəlif belə təpihnən qazana vuruf ki, ay Çələbi, indi biz 
dönüf şiyə olajıyıx? Bı nədi? Bı da deyif, ay bədbax nə şiyə, nə 
sünnü? Bəs biz on iki imamın nəsliyih də. Yəni, bütün seyitdər, 
bütün övliyalar, ojaxlar hamısı imamların nəslidi da. Ayrı nəsil 
yoxdu ha. Yəni, on iki imamın soyudu”.
2
1
 
 Əlisahib Əroğul, Yəhya Çələbi Haqq dünyamızın işığı, s. 69.
2
 
  Qarabağ: Folklor da bir tarixdir- VI kitab (Cəbrayıl, Kəlbəcər və Tərtər rayon-
larından toplanmış folklor örnəkləri), s. 69.


18
Qeyd edək ki, Müstəqim Zamanov Hacı Qaraman oca-
ğının məşhur simalarından olan Alı  Çələbinin mənəvi irsi-
nin varisidir. Hazırda Müstəqim Zamanov və  Çələbi ocağı na 
mənsub Sirik kəndinin sakinləri Yasamal və Biləsuvar ra yon-
larında kompakt halda məskunlaşıblar. Yasamalda yaşayan 
siriklilər, xüsusən Müstəqim Çələbinin oğlu Malik Zamanov 
və Mübariz Məhəmmədəli oğlu Camalovla, eləcə  də Bilə su-
varda məskunlaşan Camalov Məhəmmədəli Rəhim oğlu ilə 
söhbətimizdə  də Müstəqim Zamanovun fikirlərinə  bənzər 
görüşlər dilə gətirmişlər. Onlar da Hacı Qaraman ocağının Qa-
rabağın həm sünni, həm də şiə bölgələrində yaşayan insanlar 
tərəfindən ziyarət olunduğunu və bu ocağın nümayəndələrinin 
hər iki məzhəbin mənsublarına qarşı eyni mövqeni nüma-
yiş etdirdiyini bildirmişlər.  Əslində Hacı Qaraman ocağının 
əsaslandığı  əsas prinsipin “Əhli-beytə  və Raşidi xəlifələrə ehti-
ram” olduğunu görürük. Bu ocağın nümayəndələrində  Əhli-
beyt məhəbbəti və  Əhli-beytə qarşı  çıxanlardan uzaq durma 
anlayışı çox yüksəkdir. Məhz bunun nəticəsində ənənəvi sünni 
anlayışdan fərqli olaraq onlarda Əhli-beyt nümayəndələrinə 
qarşı çıxdığı üçün Müaviyə ibn Əbu Süfyana mənfi münasibət 
mövcuddur.
1
 Sirik kəndinin sakinləri ilə görüşümüzdə ocaq 
mənsublarında Müaviyəyə nifrətin güclü olduğunu müşahidə 
etdik. Həmsöhbətlərimizin bir qismi ocaq nümayəndələri ara-
sında indi də mövcud olan “Müaviyəyə  lənət oxuma” ənə-
nə sinin  əsasını Hacı Qasım Çələbinin qoyduğunu söyləsə 
də, Çələbi irsinin tədqiqatçısı  Əlisahib  Əroğul bu adətin Bö-
yük Alı Çələbi ilə başladığını bildirir. Hətta bu səbəbdən bəzi 
din xadimləri Böyük Alı  Çələbiyə qarşı  çıxaraq ondan Şuşa 
şəhərində yerləşən divana şikayət etmişlər. Lakin buna baxma-
yaraq Böyük Alı Çələbini bu fikrindən daşındıra bilməmişlər.
2
 
1
 
 Bax: Xasay Şıxlar Mehdizadə, Daş beşiyin laylası, Bakı, 2005, s. 57.
2
 
 Əlisahib Əroğul, Yəhya Çələbi Haqq dünyamızın işığı, s. 70-71.


19
Azərbaycanda tolerantlıq ənənəsi
Ocağın mənsubları  bəzi radikal şiələrin Raşidi xəlifələri 
barəsində xoşagəlməz ifadələrdən istifadə etmələrinə qarşı çı-
xaraq məzhəblərin bir-birlərinin müqəddəsatına və şüarlarına 
hörmətlə yanaşmalı olduğunu bildirmişlər. Sirik kənd sakini 
Mübariz Camalovla söhbətdə ocaq mənsublarının bu fikirlərini 
belə ifadə etdiklərini söyləmişdir: “Nə Ömərə səbb edən (söyən) 
şiələrdən, nə  də  Əlini vəli bilməyən sünnilərdən deyilik. Biz 
əsl müsəlmanıq”. Əslində bu fikir Seyid Nigari düşüncəsinin 
bir təzahürüdür. Yuxarıda da qeyd olunduğu kimi, Nigari-
nin şeirlərində Əhli-beytin tərənnümü və onlara müxalif olan 
Əməvilərə qarşı mənfi münasibət öz əksini tapmışdır. Məzhəb 
ayrı-seçkiliyinə qarşı nigarilikdəki sərt münasibət hazırda da 
bu  ənənənin daşıyıcıları olan Çələbi ocağının nümayəndələri 
tərəfindən davam etdirilir. Fiqhdə hənəfi məzhəbində olması-
na baxmayaraq onlar şiə-sünni qütbləşməsini qəbul etmirlər 
və ona qarşı çox mənfi münasibət bəsləyirlər. Xasay Şıxlar 
Mehdizadə bu münasibəti belə ifadə edir: “Bizim camaatların 
nümayəndələrindən bu gün də yeri düşəndə soruşurlar:
-  Siz hansı məzhəbdənsiniz? Şiə, ya sünnü?
Belə sorğulara cavabımız birdir və dəyişilməzdir?:
-  Biz əsl müsəlmanıq! Nə şiəyik, nə sünnü!”
1
Ocaq mənsublarının verdikləri məlumata görə, Hacı Qasım 
Çələbi Zəngəzur mahalında tanınmış  şiə nümayəndələrindən 
olan Qubadlının Həmzəli kənd sakini Hacı Həsən Hacı Mehdi 
oğlu ilə birlikdə həccə gedir. Çələbi Kəbənin qapısının yanından 
keçərkən Hacı  Həsəndən soruşur: “Hacı  Həsən Kəbənin neçə 
qapısı var?” Hacı Həsən: “Əlbəttə, bir”, - deyə cavab verir. Bu 
cavabdan sonra Hacı Qasım Çələbi belə deyir: Onda biz nə üçün 
sünni-şiəyə bölünməliyik? İslamda təfriqə salmaq, tirələrə ayaq 
vermək, ziddiyyətlər aramaq-axtarmaq, məzhəb ayrı-seçkilikləri 
salmaq vallah, ağlımızın darlığındandır. Kəbə birlik evimiz, Qu-
ran ürfan tacımızdır. Bunlardan qeyri nə var?! Sünni-şiəlik mal-
1
 
 Xasay Şıxlar Mehdizadə, Daş beşiyin laylası, Bakı, 2005, s. 56.


Yüklə 79,54 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə