Azerbaycanda tolerantliq enenesi indd



Yüklə 79,54 Kb.
Pdf görüntüsü
səhifə6/41
tarix08.03.2018
ölçüsü79,54 Kb.
#30985
1   2   3   4   5   6   7   8   9   ...   41

20
pul düşkünlərinin, özünü bir-birindən üstün tutanların, taxt-tac 
hərislərinin, içi şeytan yuvasına çevril miş lərin, nəfsinə, tamahı-
na qul olanların quramasıdır. Kəbə qa pısı kimi Qurani-Kərim də 
hər cür fikirayrılıqlarına son qo yan əsasdır. Allah kəlamından, 
Tanrı birliyindən qaçanlar hida yət yolunu azmışlardı. Zənnə 
uymuşlardı”. Hacı Həsən bu söz lərin müqabilində “Ya Şıx Hacı 
Qasım Çələbi, sənə iman gətirməyənə lənət” deyir.
1
 Bu əhvalat 
Hacı Qasım Çələbinin məzhəb ədavətini ortadan qaldırmaqdakı 
əzmini göstərir. O, “Əhli-beyt məhəbbəti” və “Əməvilərə qarşı 
mənfi münasibət bəsləmək” kimi prinsipləri önə çəkərək nəzəri 
planda fəaliyyət yürütməklə yanaşı, Qarabağda tanınmış  şiə 
nümayəndələri ilə dostluq əlaqələri quraraq məzhəb problemi-
ni həll etmək üçün mühüm işlər görmüşdür. Sirik kənd sakini 
Müstəqim Zamanovun dedikləri bu işlərin xalq arasındakı təsiri 
baxımından önəmlidir:
“Bizim babamız – kökümüz Əhməd Çələbi olufdu. Üm-
miyət  nən, bizə  Çələbilər deyillər.  Əziz  Əfəndi oğlu  Əhmət 
Çələbi.  Di yar bəkirdən gəlifdi. Yani, təriqət yaymağ üçün gəlif-
di Azərbaycana. Bizimkilər elə bir ortax yol tutuflar ki, mə-
sələn, Cəvrayılda sünni-şiyə söypəti yoxdu. Hamı bir-birin-
nən qız alıfdı, qız verifdi. Yəni, biz özümüz, elə bil ki, sünnü 
təriqətinnən ola-ola imama ehsan ve ririh, onun qırxın saxlıyı-
rıx, toy eləmərih. On gün üzümüzü qırx mırıx. Yəni, bütün necə 
ki, şiyələr, elə bil ki, o on iki imama olan sevgi bizdə onnan da 
artıxdı. Heş bizim ixdiyarımız da çatmır ki, min üş yüz il bın-
nan qabağ olmuş hadisələrə hansısa bir rəy söylü yəh. Ora əl 
uzatmax, barmağ uzatmax, yanı bizə yaramaz”.
2
Mir Həmzə Nigari ənənəsinin tanınmış nümayəndələrindən 
olan Qasım Çələbinin təəssüf ki, günümüzədək gəlib çatmış 
heç bir əsəri yoxdur. Onun fikirləri ocaq təmsilçilərinin, eləcə 
1
 
 Əlisahib Əroğul, Yəhya Çələbi Haqq dünyamızın işığı, s. 72.
2
 
  Qarabağ: Folklor da bir tarixdir - VI kitab (Cəbrayıl, Kəlbəcər və Tərtər ra-
yonlarından toplanmış folklor örnəkləri), s. 74.


21
Azərbaycanda tolerantlıq ənənəsi
də  Cəbrayıl və Qubadlıdan olan sadə camaatın, xüsusilə Si-
rik kənd sakinlərinin anlatdıqları şifahi məlumatlar vasitəsilə 
günümüzədək gəlib çatmışdır. 
Hacı Qasım Çələbinin görüşləri onun tələbələri vasitəsilə 
yayılmışdır. Tələbələrin içərisində kürəkəni Bəhlul Behcət 
Əfən dinin xüsusi yeri vardır. 
Bəhlul Behcət Əfəndi 1869-cu ildə Zəngəzur qəzasının (in-
diki Qubadlı rayonunun) Dondarlı kəndində dünyaya gəlmiş, 
1938-ci ildə Sovet rejiminin repressiya qurbanı olaraq öldürül-
müşdür. O, Hacı Qasım Çələbinin öndə  gələn tələbələrindən 
olmuşdur. Bəhlul Behcət dövrünün böyük din alimi, həmçinin 
ərəb, fars dillərinin və klassik Şərq ədəbiyyatının mükəmməl 
bilicisi olmuş, Nizami Gəncəvi və Qafqaz folkloru mövzu-
sunda monoqrafiya yazmış, Sarı  Aşığın yaradıcılığını araşdı-
raraq  əlyazma  şəklində kitab tərtib etmişdir. Bəhlul  Əfəndi, 
həmçinin Qaçaq Nəbi ilə bağlı bir səhnə  əsəri də yazmışdır.
1
 
Dərin dini biliklərə malik olduğu üçün Bəhlul Behcət 1915-ci 
ildə Zəngəzur qazisi təyin edilmişdir. 
Bəhlul Behcət mürşidi Hacı Qasım Çələbinin görüşlərini 
 davam  etdirərək yazdığı  əsərlərdə bölgə  əhalisi arasında 
şiə-sünni ayrı-seçkiliyinə qarşı mübarizə aparmışdır. “Ali-
Məhəmməd tarixində  təşrih və mühakimə” adlı  Əhli-beyt 
imamlarının həyatına həsr etdiyi əsərdə bunu aydın görmək 
mümkündür.
2
 Kitabın müqəddiməsində  məzhəb təəssübkeş-
li yinin  fəsadlarından bəhs edən Behcət bu fəsadların  İslama 
vurduğu zərərlərə diqqət çəkmişdir. Kitabın  ən xarakterik 
xüsusiyyəti onun şiə-sünni dünya görüşünün sintezindən iba-
rət olmasıdır.  Əsər Azərbaycan türkcəsində  qələmə alınmış, 
daha sonra farscaya tərcümə edilmiş,
3
 o dövrün Azərbaycan 
1
 
 Səbahəddin Eloğlu, Zəngəzur Hadisələri, Bakı, 1992, s. 23.
2
 
  Bax:  Bəhlul Behcət, Ali-Məhəmməd tarixində  təşrih və mühakimə, Tehran, 
1371.
3
 
  
Bax: Qazi Bəhlul Behcət  Əfəndi, Təşrih və mohakeme dər tarix-e Ali-
Mohəmməd, trc. Mehdi Ədib, Məşhəd, 1362.


22
və İranın elmi-dini mühitində geniş rəğbət qazanmışdır. Döv-
rün böyük şiə alimlərindən olan Ayətullahil-üzma  Şihabud-
din Mərəşi kitaba müqəddimə yazaraq Bəhlul Behcətin əqli və 
nəqli elmlərdə dərin biliyə sahib olduğunu bildirmişdir.
Bəhlul Behcət nəzəri görüşlərini praktikada tətbiq etməyə 
çalışmış, ətrafındakı müridlərinə dini kimliyi məzhəb kimliyinin 
fövqündə tutmağı tövsiyə etmişdir. Hətta o, hər iki məzhəbin 
nümayəndələrindən ibarət silahlı  dəstələr də yarat mış  və özü 
bu dəstələrə başçılıq edərək daşnaklara qarşı  mü ba rizə aparmış-
dır. Bu hadisə Zəngəzurda “Bəhlul cihadı” kimi məşhur olmuş-
dur.
1
 Onun daşnaklara və onları dəs tək lə yən bolşeviklərə qarşı 
mübarizəsi “Xanlıq üsyanı” kimi də ta nınır. İndiki Qubadlı ra-
yonun Xanlıq kəndində başlayan bu üsyanın məqsədini Bəhlul 
Behcət belə açıqlamışdır: “Tarixi beşiyimiz olan Zəngəzur, Qa-
rabağ  və onlara bitişik mahallar 12 yüz ildir ki, Azərbaycanın 
əsas tərkib hissəsidir. Ancaq bu gün özünün bu torpaqda ya-
şamaq hüququ olmayan, ancaq bu məsələni silah gücünə  həll 
etməyə cəhd göstərən Andranik və onun daşnak qoşunları bu 
torpaqları bizim əlimizdən almaq fikrindədirlər. Onlar bu yol-
da bütün vasitələrdən istifadə edirlər... Cihad bayrağı qaldır-
maqda məqsədimiz doğma torpaqlarımızı düşmənlərdən azad 
etməkdir. Vətən, din, torpaq, İslam yolunda cihad etmək hər 
müsəlman üçün böyük şərəfdir”.
2
Nigari  ənənəsinə  mənsub seyid ocaqlarının daşıyıcıları 
Qara bağda təkcə dini lider olmamış, eyni zamanda bölgənin 
ermənilərdən qorunmasında mühüm rol oynamış, eləcə də tay-
falararası qan davaları və sosial zəmindəki digər münaqişələri 
həll edərək ağsaqqal funksiyasını yerinə yetirmişlər. Onlar icti-
mai münaqişələrin və problemlərin həllində barışdırıcı mövqe 
tutaraq mümkün olduğu qədər heç kimin zərər görməməsini 
1
 
 Səbahəddin Eloğlu, Zəngəzur Hadisələri, s. 23-24.
2
 
  M. Mükərrəmoğlu, “Bəhlul Əfəndi Behcət: Xanlıq üsyanı” Yeni kitablar”, Xalq 
qəzeti, 24.01.2014.


Yüklə 79,54 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə