Azerbaycanda tolerantliq enenesi indd



Yüklə 79,54 Kb.
Pdf görüntüsü
səhifə7/41
tarix08.03.2018
ölçüsü79,54 Kb.
#30985
1   2   3   4   5   6   7   8   9   10   ...   41

23
Azərbaycanda tolerantlıq ənənəsi
əsas almışlar. Müsətqim Zamanovun yerli ləhcə ilə anlatdığı 
aşağıdakı hadisə bu ənənənin daşıyıcılarının cəmiyyət içində
hətta ölümlə nəticələnə biləcək anlaşmazlıqların həll yollarını 
necə bəsirətlə tapdıqlarına dəlildir: “Qubatdı rayonunda Ballı 
qaya kəndi deyillər, mənim babam Alı  Çələbi bir gün ordan 
keçəndə görür kü, kəntdə çox pis çaxnaş ma  var.  Hə, kətdə nəy-
sə hamı  vırılıf bir-birinə, ofşim,  əlində silah, camahat nəysə 
dava halındadı. Bının da yanında mürütdəri varımış. Soruşuf 
ku, nədi bı, noolufdu? Deyiflər ki, bəs bir gəlinin tumanı itifdi. 
Bı da yəni namus məsələsidi da. Bı  kənt iki yerə bölünüfdü, 
yəni bı sahat qırğın ola bilər. O vaxdacan Alı Çələbini tanımır-
mış dar da Qubatdının Ballı qaya kəndində. Bu yaxınnaşır, ay 
camahat, nolufdu, bir sakit olun. Deyillər ki, bəs belə, fılankəsin 
gəlini nin  tumanı itif. Elə bil ki, qonşudan  şüpələnillər və ya-
xut da başqa sın nan. Bir inəh varımış, elə orda yatıp. Orda, 
deməh, bağla mış ımış dar.  Deyir,  bı inəh kimindi? Deyillər ki, 
mənimdi. Deyir, qiyməti nə  qədər olar bunun? Deyir, a kişi, 
sən nə deyirsən? Bırda camahat qırır bir-birin. Nə qiymət, nə 
inəh? Elə bilillər inəh alandı. Deyir ki, inəyin qiymətin deyin. 
İnəyin qiymətin deyillər. Çıxardır pulun ödüyür inəyin, deyir 
ki, inəyi kəsin. İnəyi, nəysə kə sil lər, deməh qarnınnan gəlinin 
tumanı çıxır çeynəmmiş vəzyət də. Onnan sonra o boyda kət – 
o Ballı qaya camahatı deməh, Alı Çələbini nazəm bil lah,  Allah 
qədər, o dərəcədə çox isdiyillər də. Onnan sonra o kən din  ha-
mısı kirvə oldu. Yanı indi də gəl-getdəri var”. 
1
1
 
 s. 70-71.


24
 Nəticə
Mir Həmzə Nigari irsinə dair yazılmış  əsərlərin tədqiqi 
və bu irsin canlı daşıyıcıları olan Çələbi ocağının mənsubları 
ilə, xüsusilə  Cəbrayıl rayonu Sirik kəndinin sakinlərilə 
söhbətlərimizin nəticəsində Seyid Nigari ənənəsinin Qarabağ-
da müxtəlif məzhəblərin mənsubları arasında sosial zəmində 
qarşılıqlı ehtirama əsaslanan birgəyaşayış  ənənəsinin forma-
laşmasında xüsusi rola malik olduğu qənaətinə gəldik. İlk to-
xumları Şeyx İsmayıl Şirvani ilə atılan məzhəblərarası müsbət 
münasibət ideyası, öz zirvəsinə Seyid Nigari ilə çatmışdır. 
Nigarinin nəzəri  fikirləri isə Qarabağda fəaliyyət göstərən 
müxtəlif seyid ocaqları, xüsusilə Hacı Qaraman ocağı ilə prak-
tiki zəminə daşınmış  və beləcə bölgədə tolerant mühitin for-
malaşmasında mühüm rol oynamışdır. 


25
Azərbaycanda tolerantlıq ənənəsi
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT
1.  Abuzərov, Abuzər, Qaramanlı Əli Çələbi, Bakı, 1998.
2.   Algar, Hamid, “Halid el-Bağdadi”,Türkiye Diyanet Vakfı İs-
lam Ansiklopedisi, C. 15.
3.   Allahmanlı, Məhəmməd, Azərbaycanın Qərb Bölgəsinin 
Mənəvi Mədəniyyətindən (tarixi-etnoqrafik tədqiqat) , Bakı, 
2011.
4.   Behcət, Bəhlul, Ali-Məhəmməd tarixində  təşrih və müha-
kimə, Tehran, 1371.
5.   Behcət, Bəhlul, Təşrih və mohakeme dər tarix-e Ali-
Mohəmməd, trc. Mehdi Ədib, Məşhəd, 1362.
6.   Bilgin, A. Azmi, “Nigari”, Türkiye Diyanet Vakfı İslam An-
siklopedisi, c. 33
7.   Eloğlu, Səbahəddin, Zəngəzur Hadisələri, Bakı, 1992.
8.   Əbu Davud, Süleyman ibn Əşəs, Sünən, “Sünnə” 13, thq. 
Muhamməd Əvvamə, Ciddə, 1419/1998.
9.   Əroğul,  Əlisahib, Yəhya Çələbi Haqq dünyamızın işığı, 
Bakı, 2002.
10.   Əzimbəyli, Seyid Camal, “Azərbaycanda Seyid Ocaqları”, 
Azərbaycan və Əhli-beyt irsi, Bakı, 2013. 
11.   Göktaş, Vahit, “Mevlânâ Halid-i Bağdâdî’nin “Risaletü 
fî Tahkîki’r-Rabıta” Adlı Eseri ve Rabıta ile İlgili Görüşle-
ri”, Tasavvuf Yazıları, 2014.
12.   İbn Mənzur,  Əbül-Fəzl Muhamməd ibn Mükərrəm, 
Lisanul-ərəb, “svd” maddəsi, Beyrut, tarixsiz.
13.   Küçükaşçı, Mustafa Sabri, “Seyyid”, Türkiye Diyanet Vakfı 
İslam Ansiklopedisi, c. 37.
14.   Küçükdağ, Yusuf - Dedeyev, Bilal, “Safevîlerin Nesebine 
Farklı Bir Bakış”, Uluslararası Sosyal Araştırmalar Dergisi 
= The Journal of International Social Research, 2009, cilt II, 
sayı 6.


26
15.   Məmmədov (Qaramanlı), Hüsaməddin, “Ön söz”, Gəncə-
Qarabağ  əyalətinin müfəssəl dəftəri, red. Vasif Quliyev, 
Bakı, 2000.
16.   Mehdizadə, Xasay Şıxlar, Daş beşiyin laylası, Bakı, 2005.
17.   Mükərrəmoğlu, M. , “Bəhlul  Əfəndi Behcət: Xanlıq üsya-
nı” Yeni kitablar”, Xalq qəzeti, 24.01.2014.
18.  Nemət, Məşədixanım, Azərbaycanda pirlər, Bakı, 1992.
19.   Nərimanoğlu, Məhəmməd, “Bu yurdun maddi-mədəni 
sərvətləri ermənilər tərəfindən məhv edilib”, Azərbaycan 
qəzeti, 22 Avgust 2014.
20.   Nigari, Həmzə, Divan-ı Seyyid Nigari, haz. A. Azmi Bilgin, 
İstanbul, 2003.
21.   Rıhtım, Mehmet, “Seyid Yəhya Bakuvi və Şifa əl-Əsrar adlı 
əsəri”, Seyid Yəhya  Şirvani,  Şifa  əl-Əsrar, nəşrə haz. M. 
Rıhtım, Bakı, 2013.
22.   Sarıcık, Murad, Osmanlı İmparatorluğu’nda nakibü›l-eş-
raflık müessesesi, Ankara, 2003.
23.   Şeyx Müfid,  Əbu Abdullah Muhamməd ibn Muhamməd 
ibnun-Numan əl-Bağdadi, əl-İrşad, Beyrut, 1416/1995, c. 2.
24.   Təkəli, Minəxanım Əliyeva, Fəridə, “Nigari Aşiqi Şahnigar 
Xanım Təkəli”, Karabağ`dan Amasyaya Gönül Köprüsü- I. 
Uluslararası Hamza Nigari Sempozyumu, Amasya, 2012.
25.   Tirmizi,  Əbu  İsa Muhamməd ibn İsa, Sünən, “Mənaqib” 
30, thq. Bəşşar Əvvaz Məruf, Beyrut, 1998.
26.   Weismann, Itzchak, The Naqshbandiyya: Ortodoxy and ac-
tivism in a worldwide Sufi tradition, London, 2007.
27.   Yıldırım, İbrahim, “Ben” deki Seyyid Nigari”, Karabağ`dan 
Amasyaya Gönül Köprüsü- I. Uluslararası Hamza Nigari 
Sempozyumu, Amasya, 2012.


Yüklə 79,54 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə