Azerbaycanda tolerantliq enenesi indd



Yüklə 79,54 Kb.
Pdf görüntüsü
səhifə9/41
tarix08.03.2018
ölçüsü79,54 Kb.
#30985
1   ...   5   6   7   8   9   10   11   12   ...   41

31
Azərbaycanda tolerantlıq ənənəsi
2006-cı ildə ölkədə  səfərdə olmuş BMT-nin İnsan Hüquqları 
Komissiyasının Din və  əqidə azadlığı üzrə xüsusi məruzəçisi 
Asma Cahangir Azərbaycan cəmiyyətindəki dini tolerantlıq 
səviyyəsini müsbət qiymətləndirmişdir.
1
 21 iyul 2011-ci ildə 
ölkə mizdə  səfərdə olan Avropa Şurası Parlament Assambleya-
sının nümayəndə heyətindəki Avropa Xalq Partiyasının sədri 
Luka Volonte Azərbaycanda müxtəlif dinlərə qarşı yüksək 
sə viyyəli münasibətin Avropaya da model ola biləcəyini bu 
sözlərlə ifadə etmişdir: “Dinlərarası münasibətə görə Azər-
baycan bizim öyrənməyimiz üçün çox yaxşı nümunə ola bilər. 
Azərbaycanda bu mühit instisional təsisat deyil. Bu, siya-
si qərar olaraq da verilməyib. Bu, Azərbaycan xalqının daxili 
təzahürüdür”.
2
 13 noyabr 2013-cü ildə Avropa Parlamentində 
“Sərhəd tanımayan insan hüquqları” (HRWF) dərnəyinin 
təşkilatçılığı ilə “Azərbaycanda xristianlar, yəhudilər və digər 
dini azlıqlar: İslam dini azlıq olan qeyri-müsəlmanların hüquqla-
rı ilə təzad təşkil edirmi?” adlı iclasda dərnəyin sədri Willy Faut-
re Azərbaycanda dini camaatlar, eləcə də dini qurumlarla dövlət 
orqanları arasındakı münasibətlərə dair aparılan tədqiqatların 
nəticəsində 95%-ə yaxın  əhalisi müsəlman olan Azərbaycanın 
dünyəvi ölkə olduğunu, bütün dinlərin bərabər hüquqlara sahib 
olduğunu, dini liderlər arasında hər hansı bir rəqabət, həmçinin, 
antisemitizm olmadığını vurğulayaraq Azərbaycanın  İslam 
dünya üçün bir model olduğunu bildirmişdi.
3
 Hesabatın ardın-
dan Avropa Parlamentinin macarıstanlı vitse-prezidenti Laszlo 
Surjan Azərbaycan modelinin “Ərəb baharı”nı yaşayan ölkələri, 
həmçinin islamafobiya ilə mübarizədə Qərb dövlətləri üçün fay-
dalı nümunə olacağını qeyd etmişdir.
4
1
 
 http://www.mfa.gov.az/?options=content&id=115 
2
 
 http://az.trend.az/azerbaijan/society/1908424.html 
3
 
  Sözügedən hesabatla bağlı  ətraflı  məlumat üçün bxn. http://www.academia.
edu/5201189/Non-Muslim_Minorities_in_Azerbaijan_a_Secular_State 
4
  
 http://fidesz-eu.hu/news_display/azerbaijan_a_model_of_peaceful_co_exis-
tence_of_islam_and_minority_religions/ 


32
Azərbaycanda dini tolerantlığa dair statistik göstəricilərə 
nəzər saldıqda, həm  əhalinin böyük əksəriyyətini meydana 
gə tirən müsəlman məzhəbləri, həm də müsəlmanlarla digər 
din mənsubları arasındakı  əlaqələrin qarşılıqlı hörmət üzə-
rin də qurulduğu bariz şəkildə nəzərə çarpır. Beynəlxalq araş-
dırma qurumu “Pew Research Center” tərəfindən 2012-ci ildə 
aparılan “Dünya müsəlmanları: birlik və fərqlilik” adlı sorğu 
nə ticələrinə  əsasən, Azərbaycan məzhəblərarası tolerantlığa 
görə müsəlman ölkələr arasında birinci yerdədir. Sorğunun 
nə ti cələrinə görə, Azərbaycan cəmiyyətində şiələri müsəlman 
he sab  edənlərlə etməyənlərin nisbəti 97/2%, sünniləri müsəl-
man hesab edənlərlə etməyənlərin nisbəti isə 91/7%-dir ki, bu 
nə ticə sorğuda iştirak etmiş digər 22 müsəlman ölkə ilə mü-
qayisədə məzhəblərarası münasibəti göstərən ən yüksək müs-
bət göstəricidir.
1
Azərbaycanda müsəlman əhalinin digər din mənsublarına 
qarşı münasibətininin göstəriciləri də ölkənin dini tolerant-
lıq modeli kimi qəbul edilməsinə  əsas verəcək səviyyədədir. 
Belə ki, Dini Araşdırmalar Mərkəzinin 2014-cü ildə apardı-
ğı “Azərbaycanda  İslam” adlı sorğu nəticələrinə  əsasən, ölkə 
əhalisinin  ənənəvi olaraq Azərbaycanda yaşayan yəhudi və 
xristianlara qarşı münasibəti müsbətdir. Bu statistikaya görə, 
respondentlərin ümumilikdə 89.9%-inin xristianlara, 88.5%-
nin isə yəhudilərə qarşı müsbət fikirdədir.
Dövlət-din münasibətlərinin tənzimlənməsi
Hüquq və bərabərliyin təmini çərçivəsində dini tolerantlıq 
heç bir etnik, dini, etiqadi, mədəni və sosial fərq qoyulmadan bü-
tün insanların anadangəlmə sahib olduqları xüsusiyyətləri qəbul 
etmək, onlara bu sahələrin inkişafında mane olmamaq, müdaxilə 
etməmək və inkişaflarına bərabər səviyyədə imkan vermək hü-
1
 
 World’s Muslims: The Unity and Diversity, s. 132.


33
Azərbaycanda tolerantlıq ənənəsi
ququnu ehtiva edir. İnsanın əsas hüquqları çərçivəsində sayı lan 
mühüm sahələrdən biri kimi inanc/din azadlığının təmin olun-
ması üçün ölkəmizin mükəmməl qanunvericilik bazası vardı. 
Azərbaycan Respublikasının Konstitusiyasının “Bərabərlik hü-
ququna” həsr olunmuş 25-ci maddəsində irqindən, dinindən, 
dilindən, cinsindən, mənşəyindən,  əqidə s in dən, siyasi və icti-
mai görüşlərindən asılı olmayaraq bütün vətəndaşların hüquq 
və azadlığının dövlət tərəfindən təminat altına alındığı bildiri-
lir.  İnsan və  vətəndaş hüquq və azadlıqlarının irqi, milli, dini, 
dil, cinsi, mənşəyi,  əqidəvi, siyasi və so sial mənsubiyyətə görə 
məhdudlaşdırılması qadağan olu nur. Konstitusiyanın “Vicdan 
azadlığına” həsr olunmuş 48-ci mad dəsində isə  hər kəsin dinə 
münasibətini müstəqil müəy yən ləşdirmək, tək və ya toplu şə kil-
də bir dinə etiqad etmək və yaxud etməmək, dinə münasibəti ilə 
bağlı əqidəsini ifadə et mək və yaymaq hüququ, ictimai qayda-
nı pozmayan və ictimai əxlaqa zidd olmayan dini mərasimlərini 
yerinə yetirmək hüququnun təmin olunduğu bildirilir. Konsti-
tusiyanın hər iki bəndi Azərbaycan vətəndaşlarının dinindən və 
etiqadından asılı olmayaraq inanc, dini düşüncə və ibadətlərinin 
bərabər şəkildə təmin olunmasına zəmanət verir.
Konstitusiyadan başqa 1992-ci ildə 31 maddəlik “Dini eti-
qad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu 
qəbul edilərək din azadlığının bərabər təmini istiqamətində 
növ bəti mühüm addım atılmışdır. Prezidentin fərmanı ilə 
2001-ci ildə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə 
Dövlət Komitəsinin və 2014-cü ildə Bakı Multikulturalizm 
Mərkəzinin yaradılması, 2013-cü ildə Milli Tolerantlıq Mər-
kə zinin  təsis olunması, həmçinin fəaliyyət sahələri arasında 
tolerantlığın da böyük yer tutduğu mədəniyyətin təbliği və 
qorunması missiyası ilə Heydər Əliyev Fondunun fəaliyyətləri 
respublikada və xaricdə din azadlığının təmini, dini tolerant-
lıq və dözümlülük dəyərlərinin inkişafı istiqamətindəki dövlət 
dəstəyinin mühüm tərkib hissəsidir.


Yüklə 79,54 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə